muq ədəbiyyatında yalnız mövzuca deyil, janr, vəzn və ritmcə
də dəyişikliklər baş verir. Sərbəst vəzndə yazmağa, Mayakov-
skini yamsılamağa çalışanların sayı artır. Rus və Avropa yazı-
çılarının əsərləri rus dili vasitəsilə qumuq türkcəsinə də çevrilir.
Bolşeviklər çar üsuli-idarəsini, keçmiş quruluşu sərt tənqid
etsələr də, milli məsələdə onun siyasətini davam etdirir, həmişə
Kazan, Kırım tatarları, azərbaycanlılar, qazaxlarla sıx ünsiy-
yətdə olan qumuqları öz kökündən ayırıb ruslaşdırmaq siyasəti
yeridir. Onlar öz mövqelərini möhkəmlətmək üçün azsaylı xalq-
ların ibtidai savad almasına, mədəniyyətlərinin inkişafına şərait
yaradırdılar. Savadlanan, dünyagörüşü olan insanlar isə öz tarixi
keçmişlərini öyrənməyə və yaşatmağa həvəs göstərirdilər.
Qafqazda nəinki türk xalqları arasında ünsiyyət vasitəsi ki-
mi türk dilindən istifadə edilir, yazışmalar da türkcə aparılırdı.
Bolşeviklər həm bu ənənəyə, həm də islam mədəniyyətinə də
qarşı çıxırdılar. İslam dininə qarşı mübarizə, xalqın adət-ənə-
nəsinin ateizm təbliğatı adı altında sıxışdırılması, ərəb əlifba-
sının dəyişdirilməsi müsəlman-türkləri bir-birindən ayırmağa,
onların assimilə olunmasını gücləndirməyə xidmət etdiyini
ziyalılar aydınca görürdülər.
Yalnız Dağıstanda yaşayan qumuqların deyil, ləzgilərin,
tabasaranların, lakların, darginlərin, avarların, saxurların və b.
azsaylı xalqların aydınlarını bir məsələ düşündürürdü: Nədən
yüzillər boyu ünsiyyət vasitəmiz olan türk dili rus dili ilə əvəz
edilməlidir? Nədən Dağıstan
MSSR tarixi, adət-ənənəsi bir
olan, paytaxtı daha yaxında yerləşən Azərbaycan Respublika-
sının tərkibində deyil, hər cəhətdən onlara yad olan və mərkəzi
uzaqda, Moskvada yerləşən Rusiya Federasiyasının tərkibində
olmalıdır? Bu və buna bənzər suallara cavab axtaran aydınlar
təqiblərə uğrayır, həbs edilir, sürgünə göndərilirdilər. Bütün
bunlara
baxmayaraq, Dağıstanda yaşayan və qumuq olmayan
Said Küçxür, Süleyman Stalski və başqaları qumuq türk-
cəsində da şeirlər yazmışlar.
Milli dəyərlərdən
uzaq olan, sosializm quruculuğunu, kol-
xozlaşmanı, bolşeviklərin vətəndaş savaşındakı hünərini, bol-
şevik öncüllərini tərənnüm edən şair və yazıçılara isə çap olun-
ma, qonorar alma, bir sözlə, yaşama imkanı yaradılırdı.
Qumuq Sovet ədəbiyyatını Abdulla Mahammadov (1864-
1937), Temirbolat Biybolatov (1879-1942), Bahautdin Astemi-
rov (1898-1967), Alimpaşa Salavatov (1901-42),
Nabi Xan-
murzayev (1893-50) və başqaları formalaşdırırdılar.
Do'stlaringiz bilan baham: