Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet176/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   172   173   174   175   176   177   178   179   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

1980, 8-ci cild,
Köçərli Firidun, 1981) 
kimi yazılan bu kənddə M.E.Osma- 
nov, M.Alibekov, N. və Z.Batırmurzayevlər, A.Muhammadov,
A.P.Salavatov, A.V.Suleymanov, S.Toqbolatov, Ş.Alberiyev, 
M.Atabayev, L.Hajaqayev, M. A.Adilxanov Y.Alimxanov kimi 
şair, yazıçı, publisistlər, Ahmat Sayıp Əfəndi kimi alim və 
pedaqoq, Rəşid xan Qaplanov kimi dövlət xadimi, rus yazıçısı 
M.Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun 
illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev 
və b. aydınlar doğulub boya-başa çatmışlar. Bu kənddə oxu- 
muşların adlarını da əlavə etsək böyük bir siyahı yaranar.
Azərbaycan Xalq Cümhuriyyətinin naziri olmuş Rəşid xan 
Zabit oğlu Qaplanov da 1883-cü ildə Yaxsayda doğulmuşdur. 
Mədrəsəni bitirdikdən sonra Vladiqafqazdakı realnı gimnaziyada 
oxumuşdur. Sonra Parisə gedərək Sarbon Universitetinin hüquq 
fakültəsinə qəbul olunmuşdur. 1910-cu ildə universiteti bitirəndə 
onu İstanbula Darülfününda işə dəvət etmişlər. R.Qaplanov 1913- 
cü ilədək orada müəllim işlədikdən sonra yenidən Vladiqafqaza 
gələrək dairə məhkəməsi sədrinin köməkçisi işləmişdir.
Rusiya əsarətində olan Dağlı xalqlarını, eləcə də türk-mü- 
səlman xalqlarını azad və fıravan görmək istəyən R.Qaplanov 
ölkədə baş verən hadisələrə müşahidəçi kimi baxa bilməmiş, 
Rusiyada gedən siyasi proseslərdə fəal iştirak etmiş, Quzey 
Qafqaz xalqlarının müstəqil dövlətlərini qurması üçün əlindən 
gələni əsirgəməmişdir. Çərkəz-Dağıstan və Quzey Qafqaz Dağlı 
Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzi- 
fələrində çalısmışdır. Rusiyanın hərbi qüwələri gənc hökuməti 
dağıtdıqdan sonra, yəni 1919 ilin əwəllərində R.Qaplanov Ba- 
kıya gələrək Azərbaycan Xalq Cümhuriyyətində Nəsib bəy Yu-


sifbəylinin martın 14-də təşkil etdiyi 4-cü hökumətdə maarif və 
dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur.
Vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən R.Qaplano- 
vun nazir işlədiyi dövrdə ana dilində məktəblər açmış, dərs- 
liklər, tədris proqramları yaradılmışdır. Hazırki Bakı Dövlət 
Universitetinin açılmasında yaxından iştirak edən R.Qaplanov 
nazir vəzifəsini yerinə yetirməklə yanaşı, universitetdə “Os- 
manlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.
Onun işgüzarlığını, işinə məsuliyyətlə yanaşmasını dəyərləndi- 
rərək 5-ci hökumətdə də maliyyə naziri təyin etmişlər. R.Qap- 
lanov dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və 
devalvasiyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci 
il fevralın əwəlində Bakı bonlarının Zaqafqaziya pullarının də- 
yişdirilməsini dayandırmaq haqqında, 1920-ci ilin aprelində Ba- 
tuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız 
Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdir.
Bolşeviklər həmişəki kimi yenə də vədlərinə əməl etmə- 
yərək 1920-ci ilin aprelində Azərbaycanı işğal etdikdə kütləvi 
həbslərə başlamışlar. Beləcə iyun ayında keçmiş nazir, peşəkər 
hüquqşünas R.Qaplanov da Bakıda həbs olunmuşdur. Onu 
əwəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərmişlər.
R.Qaplanov kimi savadlı və vicdanlı kadra bolşeviklərin bö- 
yük ehtiyacı olduğundan həbsdən azad olduqdan sonra onu 
Moskvadakı Şərq Xalqları Universitetində işə götürmüşlər. 
Universitetdə “Osmanlı imperiyası tarixi”ndən dərs deyən və 
vəkil kimi fəaliyyət göstərən R.Qaplanovun mühazirələrini 
dərslik kimi çap etmişlər. Xoş görünən bu münasibət o qədər 
də uzun sürməmişdir. 1937-ci ildə onu da həbs etmişlər.
Qumuq yazıçı və şairlərinin yetişməsində Yaxsay kəndi ilə 
yanaşı Töben Qazanış kəndinin də rolu az olmamışdır. İ.İbra- 
himov, T.Biybolatov, N.Xanmurzayev, A.Abakarov, A.H.Ta-


tamov, 
A.M.Məcidov, 
M.Ş.Minatullayev, 
A.Hamidov, 
M.H.Xalilov, A.Zalimxanov, N.Muhammadov və b. bu kənddə 
dünyaya gəlmişlər. Bu onu göstərir ki, həmin kəndlərdə ədəbi 
mühit formalaşmışdır. Ədəbi mühitin formalaşmasında oradakı 
mədrəsələrin də rolu böyük olmuşdur. Əslində mədrəsələr təh- 
sil ocağı olmaqla yanaşı, bir elmi mərkəz, ədəbi məclis rolunu 
da oynamışdır.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   172   173   174   175   176   177   178   179   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish