ləməsi və Rusiya Sosial Demokratik Fəhlə Partiyası təbliğatı-
nın fəallaşması qumuq ədəbiyyatına öz təsirini göstərmişdi.
Ədəbiyyatda ideoloji mövzularda yazılan əsərlərin sayı gündən
günə artırdı. Lakin bu da millətin öndə gedənlərini qane etmir-
di. Əhalinin böyük qismi savadsız və az savadlı olduğundan,
qəzet jurnalları vaxtında alıb oxuya bilmədiklərindən teatra üs-
tünlük verməyə başladılar.
Qumuq teatrının tarixini nə qədər bolşeviklərin hökuməti
silah gücünə ələ keçirməsindən əw ələ çəkməyə çalışsalar da
peşəkar qumuq teatrı Sovet dövründə formalaşmışdır.
Azərbaycan mədəniyyət dairəsində olmaları, dil yaxınlığı da
öz təsirini göstərdi. Qumuq teatrı Azərbaycan sənətkarlarının
təsiri ilə formalaşmağa başladı. Bakı bir növ qumuqların da
mədəni mərkəzinə çevrilmişdi. Yüzlərlə qumuq Bakıda işləyir,
ailələrinə çörəkpulunu buradan qazanırdılar.
Teymurxanşura da bir mədəni mərkəz kimi formalaşırdı. Bu-
rada da onlarla Azərbaycan aydını yaşayır və yazıb-yaradırdı.
Azərbaycan teatr truppaları da Temurxanşuraya və Dağıstanın
müxtəlif şəhərlərinə qastrola gəlirdi. Elə buna görə idi ki, Dağıs-
tan xalqları arasında ilk teatr truppası yaradan, ilk tamaşalar gös-
tərən də qumuqlar olmuşdur. Qumuq araşdırıcıları teatrlarının
tarixini 1906-ci ildə Teymurxanşurada həvəskarların yaratdığı
„Toy“ adlı dərnəklə hesablayırlar. Həvəskar teatr truppasının təş-
kili, ardıcıl tamaşalar hazırlaması isə 1910-cu ildən başlanmışdır.
Rus ordusunun Dağıstandakı Atlı Alayının
komandiri,
musiqi
istedadı ilə seçilən, bədii yaradıcılıqla ardıcıl məşğul
olan Temir-
bolat Biybolatovun həvəskarlardan təşkil etdiyi teatr truppası
Azərbaycanda oynanılan Ə.B.Haqverdiyevin „Pəhlivanani-zəma-
nə“, Üzeyir Hacıbəyovun „ 0 olmasın, bu olsun“ (Məşədi İbad),
„Sultan Abdulhəmid“ və başqa əsərləri oynayırlar.
1920-ci illərdə Ə.B.Haqverdiyevin pyesləri Dağıstan səhnə-
sində ən çox göstərilirdi. Onların içərisində də „Aç həriflər“
xüsusilə seçilirdi.
1916-cı ildə isə Z.Batırmurzayev, S.S.Kazbekov, Ş.Davetov
Xasavyurtda həvəskarlardan ibarət “Tanq çolpan”(Dan ulduzu)
adlı teatr truppası yaradırlar. Onlar hazırladıqları tamaşaları ət-
raf kəndlərdə də göstərirlər. Beləcə Zeynalabid Batırmurzaye-
vin özü də səhnədə oynanmaq üçün əsərlər yazmağa başlayır.
O, yazmış olduğu “Danyalbek” pyesi tamaşaya qoyularkən baş
rolu özü oynayır.
1917-ci ilin iyulunda T.Biybolataov “Dağıstan Müsəlmanla-
rının Teatrı və Ədəbiyyatı Cəmiyyəti”ni qurur. “Tanq çolpan”
jurnalı bu cəmiyyətin orqanı kimi nəşrə başlayır,
ilk redaktoru
da T.Biybolatov olur.
1920-ci ildə T.Muratov da III İntemasional fabrikində həvəs-
karlardan ibarət teatr truppası yaradır. Bu truppa rəhbərinin “Qan-
lı meydan”, “Yazıq Umugülsum”, “Namərd qazı” kimi pyeslərini
tamaşaya qoyur. Tamaşalar sənətkarlıq baxımından zəif olsalar
da dövrün tələblərinə cavab verdiyindən, necə deyərlər bolşevik
təbliğatına xidmət etdiyindən yüksək qiymətləndirilirdi.
Teatra xüsusi diqqət yetirən hökumət teatr texnikumu və
texnikumun nəzdində studiya yaradır. Tələbə və müəllimlər
burada Bahadur Mallaxçixanovun “Hakim”, R. Davudovun
“Üyleniv” (Evlənmək), texnikumun tələbəsi Əmir Qurbanovun
“Tav qarçığalar”(Dağ qartalları) pyeslərini tamaşaya qoyurlar.
Teatr texnikumunun ilk buraxılışından sonra, yəni 1930-cu
ildə Dağıstanda Qumuq Dövlət Teatrı fəaliyyətə başlayır.
1929-cu ildə A.Batırmurzayevin “Müridlər” komediyası, 1930-
cu ildə A.Bəşirovun “Süyüvnü qurbanı”(Sevgi qurbanı)
lirik
sentimental pyesi tamaşaya qoyulsa da qumuq teatrının
repertuarı
olduqca kasad idi
Do'stlaringiz bilan baham: