müəllifləri pyes yazmağa həvəsləndirmək üçün Dağıstan
MSSR Maarif Komissarlığı dalbadal iki il müsabiqə elan etdi.
1933-cü ilin müsabiqəsində A.P.Salavatovun “Qırmızı
parti-
zanlar” pyesi birinci mükafata, 1934 -cü ilin müsabiqəsində
Əmir Qurbanovun “Çoban Arslan” pyesi və H. Rüstəmovun
“Həyatda” pyesi ikinci mükafata layiq görülür.
Alimpaşa Salatovun “Qırmızı partizanlar”, Atqay Acamato-
vun “Ansar”, „Polad tələ“, Temirbolat Biybolatov “Şamil”,
“İmam Azam və onu oğlu Amanat”, “Su pərisi”, “Dağıstan in-
qilab saklar Soveti”, T.Muratovun “Yazık Umuküsüm”, “Na-
mərd qazı”, Bahautdin Astemirovun “Hücum”, A. Batırmurza-
yevin “Müridlər” və b. dram əsərləri 1920-30-cu illərdə yalnız
qumuq dramçılığının inkişafına deyil, orada yaşayan avar, ləzgi,
dargin və b. xalqların teatrının inkişafına təkan verməklə yanaşı,
ədəbi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynamışdır.
Qumuq dramçılığı da Sovetlərin keçdiyi yoldan kənarda
qala bilməzdi. Belə ki, 1920-30-cu illərdə bolşeviklərin qələ-
bəsi tərənnüm olunur, din xadimləri, varlılar, azad düşüncəlilər
tənqid hədəfinə çevrilir, yenilik, qadın azadlığı adı altında
adət-ənənəyə qarşı çıxılır, zorakılıq təbliğ edilirdi.
Qumuq tea-
trının artisti M.Qurbanovun kasıbların öz haqları uğrunda
mübarizəsindən bəhs edən satirik „Molla Nəsrəddin“ komedi-
yasını nümunə göstərmək olar.
1940-cı illərin əsas mövzusu İkinci Dünya Savaşında qu-
muqların göstərdikləri hünər ön plana çəkilir. Bundan istifadə
edən yazıçılar tarixi mövzulara müraciət etməklə xalqda düş-
mənə-faşizmə nifrət, vətənə məhəbbət, qəhrəmanlıq hissləri
oyatmağa çalışırlar. Bu baxımdan Əmir Qurbanovun „Bozi-
gıt“, „Asiyatın məhəbbəti“ pyesləri diqqətçəkəndir. Belə ki,
Abusupiyanın çap etdirdiyi „Bozoğlan“ əsərinin sujetini əsas
götürərək yeni səhnə əsəri yarada bilmişdi. Həmin illərdə ya-
zılan səhnə əsərləri arasında Ş.Abdullayevin „Yer“ pyesini də
yada salmaq lazımdır.
1950-ci illərdə konfliktsiz əsərlər yazmaq dəb halını alır.
Ə.Qurbanovun „Qonşular“, „Qarlı dağlarda“, H.Rüstəmovun
„Dostlar“, „Salamata hədiyyə“, B.Atayevin „Gəlin“, Ş.Abdul-
layevin „Geniş yol“, M.S.Yahiyayevin „Qulyaybat“ və b.
pyesləri yazılır.
Sonrakı illərdə Stalinin şəxsiyyətə pərəstişindən, insanların
mənəvi, psixoloji aləmindən söz açan səhnə əsərləri yaransa da
bunlar o qədər də uzunömürlü olmurlar.
Qumuq teatr tarixinin
araşdırıcısı Layla Şabayeva 1950-70-ci illərdən söz açarkən
Ə.Qurbanovun „Anami ərə verirlər“, K.Abukovun „Məryəm,
mən günahkaram“, M.Atabayevin „Qızıl qaz“, A.Atayevin „Biri-
ləri gedir, o biriləri gəlir“, A.Hamidovun „Bayram təxirə salınır“,
B.Adjıyevin „İstəyirsiniz gülün, istəyirsiniz ağlayın“. B.Atayevin
“Şamxal Adilgəray Tarkovski” və b. pyeslərin adını çəkir.
1930-80-ci illərdə Qumuq Dövlət Teatrında ən çox əsəri
oynanan müəllif Ənvər Qurbanovdur. O, bütün dövrlərin ruhu-
na uyğun pyeslər yazmış, necə deyərlər, sosial sifarişləri məh-
suldar yerinə yetirmişdir.
Qumuq teatrında da yavaş-yavaş pafos öz yerini obrazın daxili
aləminin açılması ilə, şuarçılıq tamaşaçını düşündürə biləcək fı-
kirlərlə əvəzlənir. Tarixi keçmişə, öz xalqının idarəçilərinə də
münasibət dəyişir. Əwəllər hökmdarlar, şamxallar ağılsız, qəd-
dar, qaniçən, xalqına zülm verməkdən ləzzət
alan insanlar kimi
təqdim edilirdisə, sonralar tarixi həqiqətləri tamaşaçıya çatdırmaq
meyli gücləndi. Bunu eyni mövzuda yazılmış iki pyesin timsalın-
da aydın görmək olar. A.P.Salavatov „Ayqaz“ pyesində Şamxal
Adilgəray Tarkovskini qəddar, xalqına zülm verən idarəedici
kimi tanıtmağa çalışırdısa, B.Atayevin “Şamxal Adilgəray Tar-
kovski” dramında xalqını xilas etmək üçün hər cür cəfaya hazır,
ağıllı və fərasətli bir vətənpərvər kimi təqdim olunur.
Az zaman kəsimində A.P.Salavatov (1901-42), A.Suleyma-
nov (1909-95), A. Hacamatov (1910), B.Atayev (1925), Şarp
Aliberdiyev (1926), Əmir Qurbanov (1909), M.S.Yahiyayev
(1923) və b. qumuq dramçıları yetişir. Onların pyesləri
estetik
dünyagörüşün formalaşmasına, vətənpərvərlik duyğularını
yüksəlməsinə xidmət edir.
Do'stlaringiz bilan baham: