göstərməklə yanaşı, uşaqlar üçün „Çiçəklər“, „Qış“, „Yaz“,
„Börkçü“ səhnəciklərini yazdığını da müasirləri xatırlayırlar.
1922-ci ildə „Şamil“, „Qazi Molla“, „Qara günlər“, 1928-ci
ildə „Dağıstanda ulu inqilab“,“Xaspolad”, „İmam Əzəm və onun
oğlu Əzəmət“ və başqa poema və pyeslər yazan T. Biybolatov
haqqında tanınmış qumuq bilgini Abdulhakim M. Hacıyev yazır:
„Qumuqların ilk edebiyat ve kültür dergisi „Tan çolpan“ın, ku-
muk tiyatrosunun, halk oyunları ve şarkıları
toplusunun kuru-
cularından birisi olan Temirbolat Biybolatov, çalıştığı bütün sa-
halarda halka faydalı bir çok işe imza attı. Besteci olarak bir çox
bestenin yanı sıra „Şamil“, „Tan çolpan“ operalarını, şair
olarak
pek çok şiirin yanında „Hacı Murat“, „Stepka Razin“, „Mədəndə
yarış“ ve başqa manzumeleri, dramaturg olaraq „Şamli“, „Su
perisi“ ve beşqa piyesleri yaratmış, çevirmen olarak V.Şekspirin,
F. Şillerin, A.S.Puşkinin M.Y.Lermantovun ve başka ünlü şair-
lerin eserlerini kumuk türkçesine çevirmiştir“
(Türkiye dışın-
dakı..., 2002:237, 20-ci cild).
Kadr çatışmadığından o çox vaxt
tamaşalarda aktyorluq və rejissorluq etmişdir.
Dağıstanda teatr texnikumunun, 1930-cu ildə Qumuq Döv-
lət Dram Teatrının və Dağıstan Mahnı və Rəqs Ansamblınm
yaradılmasında onun böyük rolu olmuşdur. Tamaşalara musiqi
yazan, çox vaxt ifaçı kimi də çıxış edən T.Biybolatov hətta „İki
açar“ adlı film çəkməyə də nail olmuşdur.
T.Biybolatov bolşeviklərə inanıb onların yolunda əldə silah
döyüşməsinə, sosializm quruculuğunun fəallarından olmasına,
əsərlərində Sovetlərin ideologiyasını müdafıə etməsinə bax-
mayaraq mətbuatda və toplantılarda dəfələrlə kəskin tənqid
edilmişdir. Tarixi mövzuda yazdığı əsərlərdə faktlara obyektiv
yanaşmağa cəhd göstərdiyinə, dağlıların qəhrəmanlıqla çar Ru-
siyasına qarşı vuruşduqlarını yazdığına görə İ.Aurbiyev onu
„Şamil, Sovet ideologiyası və T.Bulatov“ adlı məqaləsində
kəskin tənqid etmişdir. Bütün bunlar onu göstərirdi ki, bol-
şeviklərlə T.Biybolatovun yolları ayrılırdı. Odur ki, aldandığını
başa düşür, onun kimi aldanmışlarla birləşərək vətənini azad
görmək üçün yollar arayırdı.
Çevirmən kimi də o olduqca məhsuldar işləmişdir. V.Şeks-
pirin „Otello“, „Romeo və Cüllyetta“ faciələrini,
Lope de Ve-
qanın „Qoyun bulağı“, N.Poqodinin „Aristotel“, A.S.Puşkinin
„Daş cəngavər“, A.Korneycukun „Eskadranın məhvi“ və b.
əsərləri ana dilinə çevirmişdir.
Vətəni və milləti üçün böyük işlər görən bu insan Sovet ir-
ticasının qurbanı olmuşdur. 1938-ci ildə xalq düşməni adlan-
dırılaraq həbs edilən T.Biybolatov 1942-ci ildə Qaraqanda
həbsxanasının əlillər və çolaqlar düşərgəsində ölmüşdür.
Do'stlaringiz bilan baham: