(Literaturadan, 1986: 129-130).
Bu
roman İ.Kerimovun öncəki əsərləri ilə müqayisədə keçmişə
baxışda, milli dəyərlərə münasibətdə xeyli fərqlənir. A.S.Puş-
kin, T.Şevçenko, L.Tolstoy, A.Çexovun əsərlərini ana dilinə
tərcümə edən İ.Kerimovun “Moskvayla görüş”, “Aulda səhər”,
“Dəmirçi” şeirlərini Ə.Ziyatay Azərbaycan oxucularına təqdim
etmişdir
(Dağıstan ədəbiyyatı antologiyası, 1959:212-214).
Dağıstan Dövlət Pedaqoji İnstitutunun professoru olan İ.Ke-
rimovun 30-a yaxın kitabı çap olunmuşdur. Ona Dağıstan
MSSR-in Əməkdar İncəsənət xadimi və Dağıstan MSSR-in
Əməkdar müəllimi adı verilmişdir.
Mahammadsoltan Yahiya oğlu Yahiyayev
(1923, Dağıs-
tan MSSR-in Kakaşura kəndi-2007). 1948-ci ildən yaradıcılığa
başlayan nasir əsasən uşaq hekayələri yazarı kimi tanınsa da
qumuq ədəbiyyatı tarixinə trilogiya müəllifı kimi də daxil ol-
muşdur. “Avtobusda hadisə”, “Umalat necə evləndi” hekayə-
lərini Ü.Hüseynov çevirərək “Azərbaycan” jurnalında çap et-
dirmişdir
(Dağıstan ədəbiyyatı antologiyası, 1959:251-268)
Onun Ənvar Qurbanovla birgə yazdığı „Həyatın yol“ və „Ars-
lan tuvqan ulanlar“(Aslan doğulan oğlanlar) və b. pyesləri də ta-
maşaçı marağını cəlb etmişdir. Yazmış olduğu 12 pyesin bir ne-
çəsi Dağıstandan kənarda da tamaşaya qoyulmuşdur. Məhsuldar
tərcüməçiliklə də məşğul olan ədibə Dağıstanın Xalq Yazıçısı adı
və muxtar respublikanın dövlət mükafatı da verilmişdir.
3.Şəxsiyyətə pərəstişin tənqidi və ədəbiyyatdakı dəyişik-
liklər
Stalinin şəxsiyyətə pərəstişdə ittiham edilməsindən sonra
(1956) qumuq ədəbiyyatında da bir dəyişiklik görünməyə başladı.
Ədəbiyyatda şüarçılıq, müsbət qəhrəman axtarışları öz yerini in-
sanın daxili aləminin, iç dünyasının işıqlandırılması ilə əvəzlədi.
Sovetlər dönəmində ədəbiyyatda ideoloji xətt aparıcı olsa
da, şairlərin şəxsi həyatından, lirik duyğularından bəhs edən
əsərlər xalq tərəfındən sevilir və dillər əzbəri olurdu.
Hakim ideologiya bir çox mövzularını qadağan etdiyinə
görə, şairlər təbiətin tərənnümunə, lirik «mən»inə daha çox
müraciət edir, yaxud da millətin, vətənin acınacaqlı taleyindən
bəhs edən epik əsərlər yazarkən süjeti xarici ölkələrdə baş
vermiş milli-azadlıq hərəkatından alırdılar.
1960-cı illərdə cəmiyyətdəki nöqsanlar eyhamlı şəkildə,
sətiraltı tənqid edilirdi. Ədəbiyyata sosializm tərənnümçüsü
kimi gələn gənclər də yaşa dolduqca xalqın tarixindən, adət-
ənənələrindən, milli dəyərlərdən yazmağa üstünlük verirdilər.
Sovet ədəbiyyatının 1960-cı illər nəsli qumuq ədəbiyyatında
da seçilir. Kamal Abukovun (1938), Mahammat Atabayevin
(1938), Abzaydın Hamidovun (1938), Ahmat Jaçayevin
(1939), Uzlipat İbrahimovanın (1940), Abdulkerim Zalimxa-
novun (1940), Abdulxakim Hacıyevin (1940), Qebek Qonaq-
biyevin (1961), Kazım Kazımovun (1961), Abdulla Zalimxa-
novun, Nabiyulla Mahammdovun və b. yaradıcılığında insanın
daxili aləmi, həyatın rəngarəngliyi, psixoloji anlar önə çəkilir.
Beləcə ədəbiyyatda sənətkarlıq yüksəlməyə doğru getsə də,
mənəvi məsələlər ön plana çəkilsə də, şüarçılıq öz yerini ya-
vaş-yavaş insan psixologiyasının açılmasına yönəltsə də, ideal
müsbət qəhrəmanı daxili aləmində xeyir və şərin mübarizə
apardığı surətlər əvəz etsə də bütovlükdə Sovet təbliğat maşı-
nının təsirindən qurtula bilmirdi.
Moskvada-imperiyanın mərkəzində yaşayan bəzi Rus yazıçı
və şairləri cəsarətlə Sovet quruluşunun nöqsanlarını əsərlərində
tənqid edə bildilər. Lakin əksər əyalətlərdə və milli ədəbiy-
yatlarda olduğu kimi qumuqlarda da bu mövzulara müraciət
etməyə cəsarət edənlər tapılmırdı.
Do'stlaringiz bilan baham: |