(Ca(j)aprajmeB M., 1949:58).
Bərkə xanın ölümündən
sonra
Don və Dunay çayları arasındakı bölgə Noqay xanın nəzarəti
altına keçir
(ASE, 1983, 7:286).
Bir çox tarixçilər Noqay xanın
bu qələbəsini sərkərdəlik məharəti ilə yanaşı, islam amili ilə də
bağlayırlar. Belə ki, Hülakü xan həmin vaxtlar buddist idi.
Noqay xan və döyüşçülərinin əksəriyyəti islamı qəbul etmiş-
dilər. Hülakü xanın işğal altına aldığı bölgədəki müsəlman əha-
li və xəlifə bu döyüşdə Noqay xanın tərəfini tutur. Qaynaqların
verdiyi bilgiyə görə, Noqay xan islam amilindən bacarıqla
yararlanmışdı.
Belə ki, o, daim Xorasandan və Anadoludan islamiyyəti
yaymaq üçün qazilər gətirdirmiş. Şeyx Səfiyəddin Ərdəbili öz
müridləri ilə birlikdə Qıpçaq çölündə (Dəşti Qıpçaq) və Kırım-
da islam dinini yaymışdı. 1263-cü ildə Sarı Saltuk Anadoludan
on iki min türkmən ailəsi ilə birlikdə gələrək Kırım və Dobru-
cada - yəni Noqay xanın hakim olduğu bölgədə yerləşmişdi.
Noqay xan Trakyadakı bir çox Bizans şəhər və qalalarını almış,
Aynos qalasında olan Səlcuq sultanı II İzzəddin Keykavusu is-
lam dinini qəbul etdiyinə görə əsirlikdən azad etmişdi
(Noqay
Sami, 1997:20).
Noqay xanın əmri ilə Dobrucaya gedən Sarı
Saltuk orada möhkəmləndikdən sonra 1280-ci ildə
Varna ya-
xınlığında iki Bulqar qalasını tutmuş və ömrünün sonuna qədər
də Macarıstana, Balkanlara yürüşlər etməklə Altınordanın (Qı-
zıl Orda) sərhədlərini genişləndirmiş və nüfuzunu artırmışdır.
Noqay xan isə həmin yerləri istədiyi kimi idarə etməklə yetər-
lənmir, hətta Altınordada (Qızıl Orda) xanlar onun istəyi ilə ha-
kimiyyətə gətirilir və taxtdan uzaqlaşdırılırdı. Buna görə də bir
çox dövlətlər Altınordaya deyil, onun yanına elçilər göndərir,
diplomatik əlaqələr qurmağa çalışırdılar. 1270-71-ci illərdə
Məmlük sultanı Məlik Zahir (Baybars; 1260-1277) Noqay xa-
nın yanına elçi göndərmiş və ona məktubla müraciət etmişdir.
Çingiz xan soyundan olmadığına görə Altınorda taxtını ələ
keçirə bilməyəcəyini anlayan
Noqay xan sarayla qohumluq
əlaqələrini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə də
sıx əlaqə qurur. O, 1273-cü ildə Bizans imperatoru Mixail Pa-
leogosun ögey qızı Efrosiya ilə evlənir.
Noqay xan rus knyaz-
larını da onunla birlikdə Polşa-Lehistan (Polonya), Macarıstan,
Bolqarıstan, Serbiya üzərinə yürüşlərdə iştiraka məcbur edir.
Quzeydəki rus knyazlarına elçilər göndərərək Litva dukalığına
yürüşlər təşkil edərkən ona ərazilərində lazımi şərait yaratma-
larını tələb edir. 1288-1291-ci illərdə Polşaya-Lehistana yürüş
edərkən rus knyazları Mstislav ilə Danileviçi də özü ilə apar-
mışdı. Onun siyasi gücü Bolqarıstanda hökmdarların taxta çıx-
masına belə təsir göstərirdi.
Sami Noqay “Noqay türkləri” kitabında yazır: “Əsgəri səfər-
lərdə tümənbaşı olan bir insana bacarığı, komandanlıq
qabi-
liyyəti, sərt dissiplini, təşkilatçılığı, güclü idarəçiliyi, hökmdar
soyu ilə yaxınlığı... onu dövlətin yüksək məqamlarına çıxardı və
geniş imkan qazandırdı. Bu imkan isə, digər tərəfdən, idarəsi
altındakı torpaqlarda yeni boyların onun hakimiyyətini tanıma-
sını təmin etdi. Beləcə qısa zamanda Noqay xanın çevrəsində
yeni böyük bir etnik birlik (ulus, el) yarandı və inkişaf etdi”.
Belə böyük qüdrət və nüfuzu olmasına baxmayaraq,
zaman
öz işini görürdü. 1290-cı ildə Noqay xanın taxta oturtduğu
Toxta xan yerini möhkəmləndirdikdən sonra özünə tərəfdarlar
toplayıb Noqay xanın fəaliyyətini məhdudlaşdırmağa çalışır.
Uzun sürən bu gizli qarşıdurma 1298-ci ildə açıq toqquşmaya
çevrilir. Döyüşdə Noqay xan yenilir. Onun əsgərlərinin və tə-
rəfdarlarının bir qismi əsir alınaraq Misirdə və başqa qul bazar-
larında satılır. Döyüşlər isə ara vermir. 40 ilə yaxın Altınorda
dövlətində aparıcı şəxs olmuş, beş hökmdar yola salmış, qocal-
mış Noqay xan 1300-cü ildəki toqquşmaların birində rus əsgəri
tərəfindən öldürülür
Do'stlaringiz bilan baham: