Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet73/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   69   70   71   72   73   74   75   76   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Ana Vətənim)
O, doğulduğu Dmitrovka kəndini gerçək yaşam hekayələ- 
rində və şeirlərində daim yad edir. Əsərlərinin qəhrəmanları 
kəndindəki insanlar, təbiət mənzərələri də gerçəkliklərdir. 
Küüyümün kenarında,
Neredä çeşmä 
Yolcazlar bayırlardan 
Su iner içmää.
Kim ister türkü çalmaa,
Ko gelip gelsin,
Küyümün kenarında 
Su serin içsin,
Bir türkü çalsın.
Bir müddət Moldova Elmlər Akademiyası Azsaylı Xalqlar 
İnstitutunda Qaqauz Etnoqrafiyası və Ədəbiyyatı şöbəsinə mü- 
dirlik edən Stepan Kuroğlu uzun müddət - 1970-ci ildən Mol-


dova Yazıçılar İttifaqı Qaqauz Ədəbiyyatı şöbəsinin də başçısı 
olmuşdur. Onun elmi araşdırmaları qaqauzşünaslığın inkişafına 
təkan vermişdir. O, ilk dəfə qaqauzların doğum, toy, ölüm 
adətləri haqqında sanballı araşdırmalar aparmış və maraqlı 
nəticələr əldə etmişdir. Topladığı etnoqrafık materiallardan bu 
qənaətə gəlmişdir ki, qaqauzlar yüz illər boyu xristian dininə 
inanmalarına, dinin qaydalarına əməl etmələrinə baxmayaraq 
xiristianlıqdan öncəki inanclarının izlərini də qoruyub saxla- 
mışlar. Bu da qaqauzların əski çağlarda türklərlə eyni inanca 
sahib olduğunu göstərir.
1989-cu ildə Kişinyovda İ.V.Dronla birlikdə çap etdirdikləri 
“ C o B p e M e H H a a r a r a y s c K a a T o n o H H M H a h a H T p o n o H H M H a ”
kitabı 
təkcə qaqauzlar arasında deyil, bolqarlar, rumınlar, moldavlar, 
ukraynalılar arasında da böyük ək-səda doğurmuşdur. Faktlara 
dayanan müəlliflər elmi dəlillərlə göstərmişlər ki, qaqauzların 
soy adlarının böyük əksəriyyəti və bölgədəki toponimlərin əksə- 
riyyəti türk kökənlidir. Maraqlı burası idi ki, bu fıkri müdafıə 
edən müəlliflərdən biri- İ. V.Dron milliyyətcə qaqauz deyil.
S.Kuroğlu ilə Azərbaycanda da, Moldovada da görüşmüş- 
dük. Maraqlı və mübahisəli söhbətlərimiz də olmuşdu. O, yal- 
nız özünü düşünən, özünü təbliğ etməyi sevən birisi deyildi. 
Bir dəfə mənə zəng vuraraq Türkmənistanda keçiriləcək sim- 
pozyuma Qaqauz Yeri Muxtar Vilayətinin keçmiş prezidenti 
Dmitri Kroytorun da qonaq sifətilə dəvət edilməsinin lazım 
olduğunu söylədi.
Biz Aşqabatda simpozyum günlərində görüşdük. S.Kuroğlu 
məruzəsini oxumaq, gəzib dolanmaqla işini bitmiş hesab et- 
mirdi. Dmitri Kroytorun Türkmənistan radio və televiziyasında 
çıxışına, qəzet və jurnallara müsahibə verməsinə, rəsmi şəxs- 
lərlər və iş adamları ilə görüşünə nail olmağa çalışırdı. Açıq 
aşkar görünürdü ki, elm adamı, şair olmaqla yanaşı, xalq dip-


lomatiyasından bacarıqla istifadə edərək Türkmənistanla Qa- 
qauz Yeri Muxtar Vilayəti arasında birbaşa əlaqələrin yaran- 
masına nail olmağa çalışırdı.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   69   70   71   72   73   74   75   76   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish