Savaş günlərində eşq hekayələri Qarabağ Dekameronu



Download 474,66 Kb.
Pdf ko'rish
bet6/11
Sana22.01.2022
Hajmi474,66 Kb.
#401418
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
on bir gece

Fəxrinin hekayəti
Lap  balaca  yaşlarımdan  bu  günə  kimi  taleyin 
qara  buludları  başımın  üstündən  əksilmədi.  Hələ 
4 yaşım olanda anamın ölümünə bais oldum. Özü 
də ad günündə. İndi də yadıma düşəndə dəli kimi 
oluram. Təsəvvür edirsiz, özüm, öz anamı... Süfrə 
bəzənib, qadın bir azdan şamları püfləyib söndürə
-
cək.. və birdən-birə bu hadisə baş verir. 
Atam Rusiyadan qayıdıb gəlmişdi. Əlində olan 
pulla  özünə  ferma  yaratmışdı.  Muğan  düzün
-
də,  kənd-kəsəkdən  aralıda  təsərrüfat  qurmuşdu. 
Sevdiyi  qadınla  və  uşaqlarıyla  burada  yaşamaq, 
insanlardan uzaq olmaq istəyirmiş. Atam Rus tə
-
biətli  idi,  yerli  adətlərdən  xoşu  gəlmirdi.  Bəlkə 
də elə hamıdan fərqlənməkdən ötrü bizim yerlər 
üçün fərqli olan bir təsərrüfat növü seçmişdi, do
-


54
nuz  saxlayırdı.  Bizimlə  birlikdə  yaşayan  nənəm 
onun donuz saxlamasına qarşıydı. “Ay bala, do
-
nuzdan  xeyir  gəlməz,  rədd  elə  getsin”  deyirdi. 
Ancaq anam həvəsli idi. Sabah erkəndən atamla 
birlikdə qalxıb fermaya gedərdi. Bacımla birlikdə 
mən nənəmin himayəsində qalırdıq. 
Həmin  gün,  anamın  ad  günündə  atam  sabah 
erkəndən rayon mərkəzinə yollanmışdı, anama və 
bizə hədiyyələr, çoxlu şirniyyat və çeşidli limonad
-
lar almışdı. Ən çox sevdiyim “qrilyaj” konfetlərini 
də yaddan çıxartmamışdı. Kirovabad istehsalı olan 
bu konfetlerin bir qutusunu bir anda yarıya qədər 
boşaltdım. Anam acıqlanıb konfetləri əlimdən aldı. 
Ağlamağa başladım. Özümü yerə sürtüb konfetləri 
tələb edirdim. Anam üstümə acıqlanıb ağzımın üs
-
tünə yüngülcə bir şillə vurmuşdu.
Fevral  ayıydı.  Bayırda  şiddətli  çovğun  vardı. 
Bir  gün  öncə  fermaya  canavarlar  hücum  çəkmiş
-
di.  Bu  gün  də,  axşam  düşəndən  bəri  tükürpədən 
ulaşma  səsləri  canımıza  vəlvələ  salırdı.  O  günün 
hadisələri,  olan  söhbətlər  hamısı  nöqtəsinə  qədər 
yaddaşıma  həkk  olunub. Anam  acıqlanıb  deyirdi, 
bax, canavarlara deyərəm gəlib səni yeyər. Bu söz 
məni gerçəkdən qorxudurdu. 
Süfrəyə oturmazdan öncə atam divardan asdı
-
ğı qoşalüləsini götürüb bayıra çıxdı. Canavarlara 
güllə atıb qorxutmaq istəyirmiş. Bir azdan qayı
-
dıb gələndə özüylə birlikdə üst-başında çoxlu qar 
gətirdi. Rusiyadan gətirdiyi qıllı papağı və qalın 


55
kürkü  çıxarıb  qapının  girəcəyindəki  mıxçadan 
asdı,  soyuq  əlləriylə  yanaqlarımızı  şappıldatdı. 
Nə  üçün  mısmırığımı  salladığımı  soruşdu.  Mən 
bir az da ürəklənib barmağımla anamı göstərdim. 
Atam  qapının  ağzında  divara  söykədiyi  tüfəngi 
götürüb yerindən asmaq istəyirdi. Bir an dayanıb 
zarafatla lüləsini anama tuşladı, ağzıyla yalandan 
“Part” elədi. Mən qışqırıb, yalandan yox, doğru
-
dan  vur  dedim. Yadımdadır  ki,  nənəm  də  atama 
acıqlandı,  “ay  bala,  tüfənglə  zarafat  olmaz,  qoy 
yerinə” dedi. Ancaq mən qışqırırdım: “Vur! Vur!” 
bu səfər atam tüfəngin lüləsini anamın gicgahına 
dayadı. Anamın  26  yaşı  tamam  olacaqdı  o  gün. 
Süfrəyə  qabları  düzürdü,  çeşid-çeşid  yeməklər 
bişirmişdi. Soyuducunun üzərində 26 şam düzül
-
müş  tort  bizi  gözləyirdi. Alnında  tüfəngin  lüləsi 
üzündə  xoşbəxt  bir  ifadə  vardı.  Ağappaq  dişlə
-
ri  üzünə  işıq  saçırdı. Atəş  açıldı  və  anamın  son 
sözləri bu oldu: “Tahir, sən neylədin?” Hamımız 
dəhşətə  gəldik,  atam  sarsıntıdan  ağlını  itirmişdi, 
ağlayır, qışqırır, nə edəcəyini bilmirdi. Tüfəngin 
iki gülləsinin ikisini də canavarlara atmışdı. Bu iş 
necə olmuşdu, anlaya bilmirdi...
O gündən qara günlərim başladı. Atamı həbs et
-
dilər. Bacımla mən nənəmin himayəsində qaldım. 
Qara tale buna deyərlər bax. İllərlə üzüm gülmə
-
di. Anamı mən öldürmüşdüm, üzərimdə onun ahı 
vardı. Bax burda da neçə dəfə odun alovun içinə 
girmişəm, ancaq heç nə olmayıb, sağ-salamat çıx
-


56
mışam. Elə bil Allah məni daha böyük cəzalar üçün 
qoruyub saxlayır. 
And  içmişdim,  həyatımda  evlənməyəcəkdim. 
Anamın  boşluğunu  heç  kimsə  doldura  bilməyə
-
cəkdi, daha doğrusu onu unutduracaq heç bir şey 
istəmirdim həyatda. Ürəyimin dərin qatlarında əhd 
eləmişdim, anamın müqəddəs ruhuna sədaqətimi 
pozmayacaqdım. Atam türmədən qayıdıb gələndə 
mənim  21  yaşım  vardı. Ancaq  atamda  bir  atalıq 
qalmamışdı.  Baş  verən  hadisə  onun  şəxsiyyətini 
yerlə-yeksan  etmişdi.  Canlı-cüssəli  atam  keçən 
bu illər ərzində yaşlanıb kiçilmişdi. İçki düşkünü, 
davakar  bir  adama  dönmüşdü.  Tez-tez  hirslənib 
hay-küy salır, sonra sel kimi göz yaşı töküb peşi
-
man olduğunu deyirdi. O türmədəykən günlərimiz 
daha xoş keçirdi. Bir il sonra yenidən əski sakit 
günlərimizə  qayıtdıq.  Atam  şəhərdə  bir  qadınla 
evlənib oradaca qaldı. Mən cəbhəyə gələnə qədər 
bir daha üzünü görmədim. Deyirlər Ağdama qə
-
dər gəlib məni axtarıb. Yəqin ki bir daha onunla 
görüşməyəcəyik.  
Bığım-saqqalım  çıxmağa  başlayan  gündən 
nənəmin dilinə bir söz düşdü, “gəl sənin əlini-aya
-
ğını yığaq”. Yəni, arvad məni evləndirmək istəyir
-
di. Onun diliylə desəm, məni iki baş dörd əl-ayaq 
eləmək istəyirdi. Canının sağlığı ilə məni “bir tərəfə 
çıxartmaq” istəyirdi. Qabağımda bacım vardı. Mən 
ev-eşik olmalıydım ki ona da yol açılsın. Belə bir 
fikrim yox idi. Heç zaman da olmayacaqdı. Ancaq, 


57
eyni mövzuda bir neçə il dalbadal danışanda get
-
dikcə təsirli olmağa başlayır.  
Qəflətən  işlər  tərsinə  döndü.  Atları  çidarlayıb 
evə qayıdanda nənəmin vay-şivənini eşitdim. Ba
-
cımı qaçırtmışdılar. Tez tüfəngi qapıb yola doğru 
qaçdım.  Qaranlıqda  uzaqlaşan  maşının  işıqlarını 
görürdüm. Ona çatmağım imkansız idi. Arxasınca 
güllələri  boşaltdım. Ancaq  bunun  bir  faydası  ol
-
madı. Həyatımdakı faciələr hələ də davam edirdi. 
Ailəmiz parça-parça olub tökülürdü. Bir ay sonra 
nənəmi  itirəndə  artıq  tək-tənha  qalmışdım.  Heç 
kimsəm yox idi. Heç kimsəm. 
Aylarca  ağladım.  Fermamız  magistral  yolun 
yaxınlığında idi. Yolun kənarındakı qoç heykəlinin 
üstündə  oturub  gəlib  keçən  maşınlara  baxırdım. 
Gecə gec saatlara qədər buradaca oturub qalırdım. 
Uzaqdan bir işıq görünür, yavaş-yavaş yaxınlaşır, 
gurultu salaraq yanımdan ötüb keçir, gözdən itin
-
cəyə  qədər  arxasınca  baxırdım.  Boş  məşğuliyyət 
idi,  ancaq  maraqlıydı.  Həyatın  özü  kimiydi  bu 
əyləncə. Bir ümid kimi üfüqdə işıq doğar, yanına 
gələr və sonra yoxa çıxardı. Yeni bir işığın doğma
-
sına qədər dəqiqələrcə gözləyərdin. 
Günlərin  bir  günü,  keçən  ilin  dekabr  ayının 
axırlarında belə bir hadisə oldu. Axşam saatların
-
da magistral yolda bir avtobus xarab olub. İçindəki 
yolçular yerə tökülüşüb yoldan keçən başqa avto
-
buslarla yollarına davam ediblər. Sürücü də rayon 
mərkəzinə yollanıb, ertəsi gün təmirçi ustayla geri 


58
qayıdacaqmış.  Köhnə  sovet  modeli  LAZ  avtobu
-
sun  uzaqdan  qaraltısını  görürdüm.  Yoldan  keçən 
çobanlardan  biri  avtobusun  xarab  olduğunu,  yol
-
çuların başqa maşınlarla getdiklərini danışdı mənə. 
Gecə  saat  bir  olardı.  Qoç  heykəlinin  üstündə 
oturub üfüqdə canavar gözü kimi parıldayan qoşa 
faralara baxır, siqaretimi tüsdülədir, həyatın fanili
-
yini düşünürdüm. Birdən qulağıma bir ciyilti səsi 
gəldi. Bu səsin nə olduğunu və haradan gəldiyini 
anlamaqdan  ötrü  qulaqlarımı  şəklədim.  Nəhayət 
səsin avtobusdan gəldiyini anlaya bildim. Ön pə
-
cərədən sanki bir əl bayıra çıxaraq yellənirdi. Qu
-
laq verdim, doğrudan da bu bir uşaq səsiydi. Sanki 
köməyə  çağırırdı.  Avtobusa  yaxınlaşanda  heyrə
-
timdən donub qaldım. Gənc bir qız avtobusun dar 
pəncərəsindən başını bayıra çıxardıb qışqırırdı. Qa
-
pıları açmaq mümkün olmadı. Onu sakitləşdirməyə 
çalışır, içəridə sürücünün oturacağının altında lin
-
gə bənzər bir şey tapmasını istəyirdim. Qız sanki 
ağlını itirmişdi, nə danışdığını bilmirdi, qorxudan 
səsi titrəyirdi. Məcbur qalıb evə yollandım. Qapını 
açmaq  üçün  alətlərlə  geri  qayıtdım.  Bir  xeyli  əl
-
ləşəndən sonra qapını zorlayıb aralaya bildim. Qız 
içəridən çıxanda ayaq üstə uçunurdu. 
Birlikdə evə gəldik, isti sobanın kənarında oturt
-
dum onu, qaynar çay verdim. Qızışıb özünə gəldi. 
Başına gələn əhvalatı danışdı. Bakıda Azərbaycan 
Dövlət  Universitetində,  filologiya  fakültəsində 
oxuyurdu. Yeni il tətilinə buraxmışdılar, indi kən
-


59
də,  evlərinə  qayıdırdı.  Avtobusda  qızcığazı  yuxu 
tutub, sonrakı hadisələrdən xəbəri olmayıb. Soyuq 
olduğuna  görə  kürkünü  üstünə  atıb,  avtobusdan 
düşənlər də, sürücü də ona fikir verməyiblər. Bir də 
gecə saat 1-də yuxudan ayılıb. Hə, bir də özünün 
qəribəliklərindən, yuxu xəstəsi olmasından danışdı. 
Gözlərini yumandan iki dəqiqə sonra dərin yuxuya 
gedirdi. Bunu evdəkilər də, rəfiqələri də bilirmiş.
Birdən-birə sanki təkrar yuxudan ayıldı. Gecə
-
nin bir aləmində tanımadığı bir evdə, yad bir oğlan
-
la baş-başa qalmışdı.
- Artıq mən gedim, - deyib qəflətən ayağa qalx
-
dı. Elə bil qonşudan gəlmişdi. Hara gedəcəkdi və 
necə? – gülməli idi. Ona yatmaq üçün yer, qıfıllı 
otaq göstərdimsə də xeyri olmadı. Üst başını ge
-
yinib, çantasını götürdü, sağollaşıb qapıdan çıxdı. 
- Ay qız, dəli olmusan, axı hara gedəcəksən bu 
gecə vaxtı, ətraf canavarla doludur.
Sözümə baxmadı. Mən canavardan daha qorxu
-
lu idim. Magistral yola çıxıb dayandı. Gəlib keçən 
maşınlara  əl  edəcəkdi.  Ancaq  bu  da  heç  ağıllı 
hərəkət deyildi. Hər cür avaraya rast gələ bilərdi. 
Naəlac qalıb geri qayıtdım, atımı yəhərləyib yolun 
kənarına çəkdim. 
- Gəl otur tərkimə - dedim.
Qız, - adı Zeynəb idi, - qoç heykəlinin üstünə 
dırmaşıb oradan da atın belinə aşırıldı. 
- Belimdən bərk tut, dedim. Yavaşca tutdu. An
-
caq at sürətini artırdıqca məcbur qalıb var gücü ilə 


60
sarıldı. Bu da mənim həyatımda qadınla ilk təmasım 
oldu. Qeyri-adi bir hiss idi. Qalın kürkün üstündən 
döşlərinin  istisini  açıq-aşkar  hiss  edirdim.  Bu  əsl 
xoşbəxtlik idi. Qəsdən atın sürətini artırırdım, daha 
möhkəm sarılsın deyə. Qışqırır, yavaş sür, deyirdi. 
Ancaq mən sanki yerlə deyil göyün üzüylə süzür
-
düm. Altımdakı kəhər at da bu xoşbəxtlikdən nəsi
-
bini almışdı, məni çox yaxşı hiss etməsindən əmin 
idim, çünki yerişində qeyri-adi bir yorğalıq vardı. 
Buludsuz, ulduzlu bir gecəydi. Qaranlıqda yol 
görünmürdü.  Başıma  gələn  bu  hadisə  uşaq  vaxtı 
nənəmin danışdığı nağılları xatırladırdı. İndicə qar
-
şımızda qızıl kərpicli bir saray peyda olacaq və biz 
əbədi  xoşbəxtliyə  qovuşmaq  üçün  o  saraya  girə
-
cəkdik. Ancaq  qarşımıza  qızıl  saray  deyil,  çoban 
itləri çıxdı. At hürküb yoldan kənara sıçradı və sov
-
rulmuş pambıq tarlasının ortasıyla çapmağa başla
-
dı. İtlər dabanqırma arxamızca gəlirdi. 3 dənəsini 
görə  bilirdim.  Bu  yırtıcı  heyvanlarla  tez-tez  rast
-
laşdığıma  görə  qorxmurdum.  Tüfəngim  yanımda 
idi. Ancaq qorxum tərkimdəki bu qıza görəydi. At 
hürkmüşdü,  idarə  edə  bilmirdim,  Zeynəb  də  düz 
qulağımın  dibində  ciyildəyirdi. Atın  cilovunu  çə
-
kib saxladım. Havaya dalbadal iki atəş açdım. İtlər 
izimizi buraxıb geri qayıtdı. 
Təhlükə  sovuşsa  da,  başqa  bir  təhlükə  çıxmışdı 
ortaya. Zeynəbin dili tutulmuşdu, bədəni əsim-əsim 
əsirdi. Su kimi axıb yəhərin üstündən az qala yerə 
yıxılacaqdı. Təkrar tüfəngi doldurub qaranlığa atəş 


61
açdım. Deyəsən artıq vəhşilərdən canımız qurtar
-
mışdı. Atı mahmızlayıb qaranlıqda bilinməz bir is
-
tiqamətə yol almışdım. Maşın yoluna çıxacağıma 
ümid  edirdim.  Oturduğum  yerdə  zibilə  düşmüş
-
düm. Geriyə, fermaya qayıtmaq istəsəm də, gerinin 
hansı tərəf olduğunu çıxarda bilmirdim. Yol yolda
-
şım  hələ  də  əsməcədən  qurtulmamışdı.  Uçunmuş 
haldaydı,  hər  an  aşırılıb  yerə  düşə  bilərdi.  Odur 
ki,  atdan  enib  yeriyərək  getməyi  qərara  aldım. 
Bir  az  gedəndən  sonra  Zeynəb  qışqırıb  dayandı. 
Ayaqqabısının bir tayı itmişdi. Ay dadi-bidad. İndi 
nə  edəcəkdim,  bu  qaranlıqda  ayaqqabının  tayını 
necə tapacaqdım? Yanımda fənər yox idi. Pambıq 
çubuqlarından  lopa  düzəltmək  istədim,  ancaq  bir 
işə yaramadı. Zeynəbin çantasında kitablar vardı. 
Vərəqlərini  bir-bir  qoparıb  kibritlə  alışdırır,  keç
-
diyimiz  yolda  ayaqqabı  axtarırdıq.  Qız  özü  yerə 
çömbəlib əlini torpağın üstündə gəzdirirdi. Birdən 
qəribə ciyiltili bir səs çıxartdı. Yaxınlaşıb baxdım, 
çox qəribəydi, bu xaraba düzənlikdə heç ağıla gəl
-
məyən  bir  iş  olmuşdu.  Ayaqqabı  axtardığı  yerdə 
üzük tapmışdı. Qaşlı-başlı bir üzük idi. Bir az əv
-
vəl  canavarların qorxusundan zağ-zağ əsən bu qız 
indi yanan vərəqlərin işığında üzüyü bu barmağın
-
dan çıxarıb o barmağına taxır, açıq-aşkar sevinirdi. 
"Bax gör qızıldır?" deyirdi. Kimin idi bu üzük, necə 
olmuşdu buraya düşmüşdü, allah bilir. Sovrulmuş 
pambıq tarlasının ortasında, gecənin bir aləmində 
belə bir tapıntı əsl möcüzə idi. Artıq ayaqqabının o 


62
biri tayını tapmadan yola davam etməli olduq. Bu 
yol nə yol idi, bizi hara aparırdı, bilə bilmirdim. Bu 
səfər Zeynəbi ata mindirib, özüm yeriyərək yüyə
-
nini çəkirdim. Mənə elə gəldi ki saatlarca yol get
-
dik. Torpaq yola çıxıb, kollektorun kənarıyla uza
-
nan yolda irəliləyirdik. Ətrafda kəndlər olmalıydı. 
Ancaq heç bir tərəfdə işıqlar gözə dəymirdi. Gecə 
saatlarında  kəndlərə  işıq  vermədiklərini  bilirdim. 
Heç olmazsa bir ocaq işığısada görünmürdü. Qar
-
şımıza bir motoskiletçi çıxıdı. Tərkində başqa biri
-
si də vardı. Balıq ovuna gedirdilər. Buranın Saatlı 
rayonu ərazisi olduğunu söylədilər. Hiss etmədən 
bir  rayonun  ərazisini  keçib  başqa  rayona  girmiş
-
dik. Bu necə olmuşdu. Elə bil fələk bizi girləyirdi. 
Təzədən geri qayıtmalı olduq. Havanın işıqlanma
-
sını gözləyəcəkdik. Başqa çarəmiz yox idi. Zeynəb 
üfüqdəki xəfif bir işartını göstərib, bax, səhər açılır, 
dedi. Ancaq, mən bilirdim. Bu işartı Əli Bayramlı 
tərəflərdəki qaz məşəlindən gəlirdi. Yorulmuş, so
-
yuqdan donmuşdum. Yolumuza çıxmış bir xaraba
-
lıqda  dayanmağı  qərara  aldım.  Köhnə  bir  qoyun 
yatağının  qalıqlarıydı.  Tez-tələsik  çırpı  toplayıb 
ocaq qaladıq. Uçuq divarların daldasında qızınma
-
ğa başladıq. Ocağın hisi istiliyindən çox idi. Amma 
yenə də canımız qızdı. Ocaq böyük təsəlliydi. 
Zeynəb  təlaş  içindəydi.  Ata-anasının  sabaha 
qədər yatmayacağını, nigaran qalacaqlarını söylə
-
yirdi. Düşdüyü bu vəziyyətə görə əsl kənd arvad
-
ları kimi deyinirdi. Mənimlə rəftarı çox qəribə idi. 


63
Bütün məsafələri götürmüşdü. Davranışları bir az 
bacı-qardaşlığa, bir az da ər-arvadlığa bənzəyirdi. 
Sözlərində  bundan  sonrası  da  vardı.  Yəni,  bizim 
tanışlığımız  sanki  davam  edəcəkmiş  kimi  ifadə 
edirdi hər şeyi. Yuxuya getmənin əvvəl-axır başına 
bəla  olacağını  bilirmiş.  Bakıda  yaxın  rəfiqələrinə 
sirrini açıb danışmışmış: “avtobusda mürgüləsəm, 
dərhal məni oyandırın”. Yoxsa, bir anda çox dərin 
yuxuya gedər və oyandırmaq çətin olarmış. Bun
-
ları boşuna danışmırdı, əgər indi yuxuya gedərsə, 
ayıq-sayıq olmamı eşitdirirdi.  
Qəflətən motor səsi eşitdik. Yerimdən sıçrayıb 
açıqlığa  çıxdım. Ağ  rəngli  bir  jiqulu  idi,  düz  xa
-
rabalığa sarı gəlirdi. Üzərində dayandığım yoldan 
keçəcəkdi,  məni  görməməsi  imkansız  idi.  Gəlib 
çatdı.  Bir  qədər  aralıda  saxladı. Arxada  üç  qadın 
oturmuşdu.  Ortada  oturmuş  yaşlı  qadının  qoluna 
girərək maşından endirdilər. Qadın çox xəstəhal idi, 
demək olar ki ayaq üstdə dura bilmirdi. Xarabalığa 
sarı yönəldilər. Sabah açılmamış onların burada nə 
işi  vardı?  Cinayət  filmlərindəki  səhnələri  xatırla
-
dırdı. Ağlıma gəldi, bəlkə də qadını burada buraxıb 
gedəcəkdilər. Ancaq mən düşündüyüm kimi deyil
-
di. Bu iki qadın və sürücü yaşlı qadının övladlarıy
-
dı. Qadını dəriyə salacaqdılar. “Dəriyə salmaq” el 
arasında bilinən qədim türkəçarə üsullarından biri
-
dir. Adətən, hər yerdən ümidlər kəsiləndə bu müali
-
cə üsuluna əl atırlar. Bundan ötrü, xəstəni xarabalıq 
bir yerə aparıb təzə kəsilmiş dananın dərisinə bü
-


64
rüyərək bir saat saxlayırlar. Guya belə olanda şər 
ruhlar xəstənin bədənindən çıxmış olur. 
Gələnlər sanki bizi görmürdülər. Qışın bu soyu
-
ğunda yaşlı qadını lüt soyundurub dərinin içinə uzan
-
dırmaq  istəyirdilər.  Ancaq  halsızlıqdan  ayaq  üstdə 
dura bilməyən, nəfəsi kəsiləcəkmiş kimi zarıyan qadın 
birdən-birə cana gəlib dirənməyə başlamışdı. Qışqırır, 
ağlayır, vay-şivən qopardırdı. Onun bu vay-şivəninə 
qızlarının da qara-qışqırığı qarışmışdı. 
Biz  Zeynəblə  kənarda  dayanıb  bu  mənzərəni 
seyr edirdik. Qızcığaz yeni bir şok yaşayırdı, çiy
-
nimə  qısılaraq  titrəyirdi.  Mən  özüm  də  belə  bir 
mənzərəni ilk dəfəydi görürdüm. Nə olduğunu da 
başa  düşmürdüm.  Kəndə  qayıdandan  sonra  yaşlı 
adamlara  gördüklərimi  danışdım,  onlar  da  dəriyə 
salmanın nə demək olduğunu mənə başa saldılar. 
Yaşlı  qadını  təzə  soyulmuş  buxarlanan  qanlı 
dana  dərisiylə  büsbütün  bürüdülər.  Qadın  əl-qol 
atır,  çığırır,  səsi  sanki  quyunun  dibindən  gəlirdi. 
Ancaq onun bu hərəkətlərinə baxan yox idi. Əksinə 
dərini üstündən atmasın deyə hər tərəfdən əlləriylə 
basdırırdılar.
Artıq  hava  işıqlaşmışdı.  Biz  yolumuza  davam 
etdik.  Zeynəb  tərkimdə  oturub  dinməz-söyləməz 
belimi qucaqlamış, başını da kürəyimə söykəmiş
-
di. Sanki elə belə də olmalıydı. Yolunu azmış tək 
ayaqqabılı bir gözəl idi.
Onu sağ-salamat evlərinə çatdırdım. 
Bir aydan sonra əsgərliyə yollandım.   


65
6
NASOS STANSIYASINDA 
IŞLƏYƏN ADAM

Download 474,66 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish