Şahinin hekayəti
1991-ci ilin may ayında Şamaxı hərbi komis
-
sarlığından ordu sıralarına çağırıldım. Dünənin
kənd uşağıydım, indi birdən-birə gəlib odun-alo
-
vun içinə düşmüşdüm. Cəmi bir ay Şamaxı hərbi
komissarlığında hərbi təlim keçdilər bizə, daha
sonra Ağdam şəhərində yerləşən hərbi hissəyə
göndərdilər. Qərargahımız orta məktəblərdən bi
-
rinin binası idi. Ətrafımızda nələrin baş verdiyini
anlamırdıq, müharibə haqqında bildiklərimiz yal
-
nız davalı filimlərdə gördüklərimizdi. Bir dəstə
ana uşağını gətirib doldurmuşdular bir sinif ota
-
ğına. Çaşqınlığımız nə qədər çox olsa da kimsə
zarafatlı bir atmaca atmağa özündə güc tapırdı:
“Çətini ölənəcəndi, ondan sonra hər şey yağ kimi
106
gedəcək”. Bilmirəm bu sözün nəyinə gülürdülər,
hamı pıqqıldayıb özündən gedirdi. Elə səhərisi
gün Naxçivanikdə bu zarafatcıl uşaqların yarı
-
dan çoxunun qırılacağını ağlıma da gətirməzdim.
Cəbhəyə gəldiklərinin elə ikinci günündə onların
həyatla vidalaşacaqlarına heç kimsə, heç özləri
də inanmazdı. Sonradan ölən dostlarımın üzlə
-
rini bir-bir gözümün qabağına gətirirdim, hətta
rayon hərbi komissarlığının həyətində çəkilmiş
şəkillərdən də bunu görmək olardı: nə qədər de
-
yib gülsələr də, zarafatlaşsalar da, qorxu hissi
iliklərinə qədər onlara sirayət etmişdi. Mən özüm
də qorxurdum, cəbhəyə gəldiyim gündən nitqim
kəsilmişdi. Ölüm qorxusu olan yerdə qadın və ya
sevgi insanın heç yadına da düşmür. Ancaq sən
demə mənim alnımda başqa yazı yazılıbmış.
Bax, elə bu od-alovun içində mən ilk dəfə bir
qadını çılpaq halda gördüm, ona toxundum, hə
-
yatımda heç zaman yaşamadığım hissləri onunla
yaşadım. Hətta deyə bilərəm ki, dünyadan nakam
getsəm gözüm arxada qalmaz. O günə qədər heç
bir dəfə də olsun bir qızı öpməmişdim. Ancaq indi
gör başıma nə gəldi...
Hələ məktəbdə oxuyanda oğlanlar öpdükləri
qızları sayardı. Sinif yoldaşlarımızdan biri bir qızın
ayıb yerini görmüşdü, ağız dolusu danışırdı, ona
həsəd aparardıq. Ancaq mən cəbhənin ortasında,
dünən ölümün ağzından çıxıb, bu gün sarışın bir
rus qızyla gecəni bir yataqda keçirmişdim.
107
Qızın adı Dərya idi, daha doğrusu, hamı ona
Dərya deyirdi, ancaq milliyyəti rus idi. Özlərinin
dediyinə görə Moskvadakı hansısa bir qəzetdən
gəlmişdilər, Oleq adlı bir oğlanla birlikdə, cəbhə
bölgəsindən material hazırlamaq üçün göndəril
-
mişdilər. Döyüşən hər iki tərəfin əsgərləriylə gö
-
rüşüb onlardan müsahibə götürəcəkmişlər. Ancaq
bizimkilər onları əsir almışdı.
Mənim də daxil olduğum tabor həmin günlərdə
Pircamal və Naxçivanik kəndlərinin alınması əmə
-
liyyatlarında iştirak edirdik. Yüksəklikdə yerləşən
bu iki kənd ermənilərin əlindəydi və oradan Ağdam
şəhərinə aramsız artilleriya zərbələri endirilirdi.
Məqəsdimiz bu yüksəklikləri düşmənin əlindən al
-
maqdı. Taborumuz nə qədər təcrübəsiz olsa da ve
-
rilən tapşırığı uğurla yerinə yetirmişdik, səhərdən
başlamış axşama qədər sürən amansız döyüş nəti
-
cəsində hər iki kəndi ermənilərdən təmizləyə bil
-
mişdik. Bu əməlliyyatın uğurlu keçməsinin səbəbi
taktikanın düzgün seçilməsindəydi. Düşmən əsas
qüvvəsini Naxçivanikin müdafiəsinə yönəltmişdi,
ancaq biz onların arxasına keçərək ilk növbədə Pir
-
camal istiqamətində hərəkət etmişdik.
Düşmən tərəfdən 3 nəfər əsir götürülmüşdü.
Bunlardan biri qadındı, moskvalı jurnalistlər ol
-
duqlarını söyləyirdi. Kişilərdən biri sarışındı, rusa
bənzəyirdi, o birininsə qalın qaşları və əyri bur
-
nu erməni olduğuna şübhə yeri qoymurdu. Qız öz
ana dilində bağırır, neytral jurnalistlər olduqlarını,
108
onları sərbəst buraxmağımızı tələb edirdi. Ancaq,
müharibənin qaydaları amansızdı, komandirlər
xəbər tutuncayadək ruslar az qala linç ediləcək
-
di. Qız, biz erməni deyilik, rusuq, deyib bağırır
-
dı, jurnalist vəsiqəsini çıxardıb hamıya göstərirdi.
Ancaq bizimkilər buna məhəl qoymurdu, ermə
-
nilərlə eyni cəbhədə ələ keçirilənlər erməni ol
-
masalar da, bizim düşmənlərimizdi. Onlarla eyni
"uazik"də ələ keçirilmiş Vahan adlı erməni yerin
-
dəcə güllələndi. Bundan sonra hər iki jurnalist su
-
sub başlarına nə gətiriləcəyini gözləməyə başladı.
Tezliklə leytenant Cabbarov hadisə yerinə gəldi,
rusların Ağdama aparılmasını əmr etdi. Yoldaş
-
larımızdan ayrıldıq, ələ keçirdiyimiz UAZ maşı
-
nında, məndən başqa iki əsgərlə birlikdə əsirləri
Ağdama doğru aparmağa başladıq. Qrupa mən
rəhbərlik edirdim.
Hava qaranlıqdı, yolu görmədən irəliləyirdik.
Qadın yanımda oturmuşdu, birdən-birə nəşələn
-
miş, deyib-gülməyə başlamışdı. Səsində qəribə bir
cingilti vardı. Cəbhədə olduğum bu neçə ay ərzində
qadın səsi eşitməmişdim, onun danışığı mənə xoş
gəlirdi, üstəlik, qalın gödəkçəmin üzərindən, sağ
tərəfimdə onun istiliyini hiss edirdim, bu mənə son
iki günün yuxusuzluğunu unutdururdu.
Ağdama çatmamış yolda maşınımızın benzini
qurtardı. Boşalmış evlərin birində gecələməyi qəra
-
ra aldıq. Dəryanı Oleqdən ayırdıq. Onsuz da qorx
-
muş olan qızcığaz bu səfər lap uçunmağa başladı,
109
Oleqi öldürməyə apardığımızı düşündü. Rusca bil
-
məsəm də, bildiyim bir neçə sözlə belə bir niyyəti
-
mizin olmadığını ona başa salmağa çalışdım.
Mən Dərya ilə evin ikinci mərtəbəsində, digər
əsgərlərsə birinci mərtəbədə gecələyəcəkdik. Dər
-
ya hər çıqqıltıya səksənir, tez-tez Oleqi soruşurdu,
gah ağlayır, gah gülür, haldan-hala düşürdü. Nə
istəsəniz edərəm, təki Oleqə toxunmayın, deyirdi.
Qızın nəzərində biz insanlıq nə olduğunu bilməyən
vəhşilərdik. Bildiyim bir neçə kəlməylə, mühari
-
bənin yaxşı bir şey olmadığını və bizim müharibə
istəmədiyimizi ona başa salmaq istəyirdim. Dərya
dediklərimi başa düşürdü, ancaq buna inanmaq
istəmirdi, ya da inana bilmirdi...
(Əlyazma burada sona çatır)
110
Do'stlaringiz bilan baham: |