partmaqdan ötrü bir oyundu, vəssəlam. Heç qız da
Seva xanımın qızı deyilmiş. Sadə adamlardan pul
qopartmaqdan ötrü tez-tez belə oyun oynayarmışlar.
Xəyalənisə bir də heç zaman görmədim.
41
4
POXLUDƏRƏDƏ ÖPÜŞMƏ
Rövşənin əhvalatı
Bəri başdan deyim, mənim heç vaxt heç bir qa
-
dınla yaxınlığım olmayıb. Həyatımda yalnız bir
dəfə bir qızı öpmüşəm, istəsəniz bunun necə oldu
-
ğunu sizə danışa bilərəm...
Günlərin bir günü avtobusla evə qayıdırdım...
Qoy lap əvvəldən danışım. O vaxta qədər bir neçə
sevgilim olmuşdu, artıq sevgi məsələlərində özümü
çox təcrübəli bilirdim. Yaşıdlarımdan fərqli olaraq
qızlara cəsarətlə yaxınlaşa bilir, onlarla saymazya
-
na davranıb ürəklərini asanlıqla ovlayırdım. Qızları
özümə aşiq etmək və yarı yolda buraxaraq başqa
birisinə getməyə pis baxmırdım. Özüm də hiss
etmədən onlara qarşı çox amansız olurdum. Bil
-
mirəm uşaqlığımın hansı döngəsində başım hansı
daşa çırpılmışdısa, sınmış ürəkləri seyr etməkdən
42
böyük zövq alırdım, axan göz yaşları və sızlayan
könüllər öz mənasız varlığımı təsdiq etmənin ye
-
ganə vasitəsinə çevrilmişdi.
Əfsanəylə qarşılaşdığımız o günə qədər arxam
-
da bütöv bir uçulmuş arzular şəhəri buraxmışdım,
bunun belə olmalı olub-olmadığına dair özümə
heç bir sual vermirdim. İndi, müharibəyə gəldiyim
gündən bəri bütün sevgilərimi yadıma salıb əzab
içində qıvrılıram, hər biri üçün ağlayıb allahdan
bağışlanmağımı diləyirəm. Axıtdığım göz yaşlarını
hər gecə geri ödəyirəm. Cəzalı olduğumu bilirəm,
qardaşlar, peşimançılıq məni yandırıb yaxır.
Məni buraya, bu ölüm düşərgəsinə gətirən də
Əfsanənin ahları oldu, bilirəm. Onunla cəmi bircə
dəfə öpüşdük. Əgər indi ölüb getsəm, o bircəcik
öpüş mənim həyatdan qazanıb o biri dünyaya apa
-
racağım yeganə sərmayəm olacaq. O öpüş anını əs
-
gərliyə gəldiyim gündən bəri hər gecə xatırlayıram.
1 il əvvəl Ağdərə cəbhəsindəki döyüşlər zamanı
yaralanıb qospitala düşəndə ölümün lap bir addım
-
lığındaydım. Mənə inanın, bəlkə də həyatımda o
öpüş hadisəsi olmasaydı ölümə təslim olacaqdım.
Ancaq Əfsanəni xatırlayıb o bircə anlıq təması ağrı
və əzab dolu gecələr və gündüzlər boyunca uzat
-
mışdım, həyatımdakı o tək bir anın çətiri altında
gizlənərək özümü fəlakətlərdən qoruya bilmişdim.
Onunla ilk tanışlığım... 4 nömrəli marşrut av
-
tobusunda... Heç bilmirəm necə danışım bunları...
Təsəvvür edin, avtobusda ayaq üstdə durmuşam,
43
qarşımda fırfıra kimi fırlanan, tez-tez dönüb mənə
baxan bir qız dayanıb. Tanıyırmış kimi üzündə tə
-
bəssüm var. Lap yaxın dayanmışıq, aramızda bir
qarış məsafə ola ya da olmaya. Uzun boylu qaraya
-
nız. Avtobusdan enən adamlara yol verərkən bir an
biri-birimizə toxunuruq. Toxunmaq da deyil, qızın
bütün relyefini üzərimdə hiss edirəm, saçları alov
kimi üzümü yalayır. Sanki avtobus harasa çırpı
-
lır, az qala müvazinətimi itirib yıxılacam. Ətrafda
neçə-neçə göz bizə dikilib, amma heç nəyin fərqin
-
də deyilik, çox rahat şəkildə qızın qolundan tutub
onu yıxılmağa qoymuram. Bəlkə də bir saniyədən
sonra gözəgörünməz maqnit cazibəsiylə biri-bi
-
rimizə birləşəcəyik. Ancaq bu belə olmur, ağlımı
başıma toplayıram, qızın qolunu buraxıram, eyni
anda biri-birimizdən aralanırıq. Qız avtobusdan
enir, mən də onun ardınca. Bizim məhəllədən ke
-
çir. Yoxsa qonşuyuq, xəbərim yox. Ancaq, bu yeriş
də nədir belə? Yolun gah sağına gah soluna keçirik.
İkimiz də sərxoş olmuşuq.
Bir dəfə əsgər dostlarımla birlikdə ermənilərin
boşalmış Xramort kəndində bir evin anbarından
300 şüşə çaxır tapmışdıq. Hərbi hissəyə gətirib
günlərcə keyfini çəkdik bu çaxırların. Bundan
əvvəl içdiklərimə bənzəmirdi bunlar. Həyatımda
ilk dəfəydi içkidən ləzzət ala bilirdim. Əsgər yol
-
daşlarım da etiraf edirdilər belə içkini heç zaman
içmədiklərini... Küçədə səkkiz yazaraq yanaşı ad
-
dımladığımız o günün sərxoşluğu bundan on qat
44
daha güclüydü. Elə bir sərxoşluq ki, məhəlləmiz
-
dəki insanları fərq edə bilməmişəm, küçə mənə
bom-boş görünüb.
Əvvəllər də sevdiyim qızlar olub, buna bənzər
hisslər yaşamışam. Ancaq bir qızın bədənindəki
elektriklə bu şəkildə çarpılmamışam. Bunun adı
sevgi deyildi əlbəttə, özümə də tanış olmayan hey
-
vani hisslərim oyanmışdı birdən-birə, bu enerjiy
-
lə nə edəcəyimi bilmirdim. Beləcə günün günorta
çağı ağlımı itirərək qızın arxasınca düşmüşdüm.
O zamana qədər qız bədəninin təmasını cəmi
bircə dəfə yaşamışdım. Orta məktəbin 9-cu sinfin
-
də oxuyan zamanlarda olmuşdu bu hadisə. Mək
-
təbdə karnaval vardı. Deyəsən yeni il bayramıydı.
Rus və Azərbaycan bölməsinin uşaqları sıra ilə
düzülərək göstərilən proqramı izləyirdilər. 10-cu
siniflər ön sırada, 9-cular arxa sırada yerləşmiş
-
di. Təşkilati işə nəzarət edən Allahverdi müəllim
tez-tez meydanı genişlətməkdən ötrü əlində çu
-
buq tamaşaçıları geri çəkilməyə məcbur edirdi.
10-cu sinifdə oxuyan qızlardan biri hər dəfə geri
çəkilərkən arxasıyla mənə toxunurdu. Bu, ilk dəfə
tanış olduğum qeyri-adi bir hiss idi. Belə bir yum
-
şaqlıq ağılasığmaz idi. Müəllim hər dəfə əlində
çubuq uşaqları geri itələyərkən bu hal təkrar olu
-
nurdu. Bizim durduğumuz məkan qaranlıq idi. Qı
-
zın üzünü də görə bilmirdim. Ortada göstərilən ta
-
maşanın da fərqində deyildim. Çünki, bu qeyri-adi
zövq ağlımı başımdan uçurtmuşdu. Diqqətim
45
müəllimdəydi, o nə zaman uşaqları geri itələyə
-
cək? Növbəti dalğa gəlirdi və mən öz hədəfimdən
bir santimetr də olsun yayınmırdım. Ən qəribəsi o
idi ki, qarşımdakı, kim olduğunu bilmədiyim qı
-
zın da xoşuna gəlmişdi bu oyun. Artıq müəllim
üstümüzə gəlməyəndə də biz biri-birimizə toxu
-
nurduq, yanımızda başqa uşaqlar olmasa yəqin
ki heç aralanmazdıq da. İşin içində utancaqlıq da
vardı. Günahkar kimi başımı aşağı dikmişdim, qı
-
zın üzünü görməkdən yayınmağa çalışırdım. Bu
hiss tamamən başqa bir hiss idi. Elə, sevgi qədər
insanın ağlını başından alırdı, onun qədər maqnit
gücünə sahib idi, ancaq sevginin özü deyildi.
Elə o aylarda dəlicəsinə aşiq olduğum Gülyaza
heç dırnağımın ucuyla da toxunmamışdım, ancaq
təkcə adını dodaqlarım arasında pıçıldamaq qəlbi
-
mi həyəcanla döyündürürdü, gecələr onun xəya
-
lıyla sərxoş olur, gözəl bədənini gözlərim önündə
canlandıraraq kəfləmə atırdım. Ancaq Gülzarla
macəramız qısa oldu; birdən birə məni sevdiyi
-
ni və ölənə qədər sevəcəyini etiraf etdi, halbuki
onun əlçatmaz olmasını, bir xəyal kimi qalması
-
nı istəyirdim. Açıq-saçıq sevgiyə hazır deyildim,
adət-ənənənin ağır olduğu rayon yerində bu açıq
sevgini nə edəcəkdim, onu hara qoyacaqdım. Hər
şey gizli olmalıydı, sevgimiz açığa çıxmamalıydı.
Bilmirəm nəyə görəsə Gülyaza olan sevgim bir
-
dən-birə çox dərin nifrətə çevrildi, artıq onu gör
-
məyə gözüm yox idi. Bəlkə də məni rədd etsəydi
46
eşqim daha da alovlanacaqdı. Ancaq yeniyetmə
yaşlarındakı bütün sevgilər kimi qarşılıq gördüyü
andaca buxarlanıb yox olmuşdu.
Əfsanəylə küçə boyu yolun gah sağına gah solu
-
na keçərək sərxoş addımlarla getməyə davam edi
-
rik. Bizim məhəlləni keçib getdik, evimiz arxada
qaldı. Küçənin sonunda sol tərəfə burulub daş pil
-
ləkənlərlə üzüyuxarı addımlamağa başladı. Bura
-
dan dəmiryolu keçirdi, dəmir yolunun o biri tərəfi
Poxludərə adlandırdığımız qəsəbəydi. Şəhər qurta
-
rır, kənd başlanırdı.
Uşaqlıqdan Poxludərə qəsəbəsi yaddaşımda
təzək yanığının qoxusuyla qalmışdı. Mal heyvana
milçək dəyməsin deyə insanlar qurudulmuş mal
təsəyini yandırardılar. Bu qoxu mənim xoşuma
gəlirdi, harda olursa-olsun, burnuma dəysə özümü
doğma mühitimdə hiss edirdim. May ayının sonla
-
rıydı, istilər düşməyə başlamışdı.
Küçə boyu rabitəsiz sözlər danışmışdıq, ayrılan
-
dan sonra təkcə bunu xatırlayırdım; adı Əfsanəydi,
10-cu sinifdə oxuyurdu. Başqa heç nə. Dəmiryolu
-
na çatanda, “burdan bu tərəfə gəlmə”, dedi, “kənd
-
də tanış-biliş görər, söz çıxar”. Əfsanəni özümdən
qabağa buraxıram, ancaq yenə də dalınca getməyə
davam edirəm, evlərinin harada olduğunu öyrən
-
mək istəyirəm. Məhəllə qapılarında açıq havada
kölgələnən kişilərin, qadınların önündən keçirəm,
maraqla dolu baxışları üzərimdə hiss edirəm, eyni
zamanda oğrun-oğrun Əfsanəyə göz qoyuram.
47
Uzun boyu var, qıvrılaraq yeriyir, az qala on yer
-
dən sınacaq. Göy rəngli bir darvazadan içəri girir.
Gözümlə bu qapını işarətləyirəm. Yaxınlaşıb üs
-
tündəki nömrəyə də baxıram: 43. Son anda qapı
-
dan girərkən dönüb geriyə baxır. Neft mədənləri
-
nin arasında tikilmiş bu evlərin kənarlarında çoxlu
mazut gölməçələri var. Gölməçələrdən birinin kə
-
narında uşaqlar toplaşıb çığır-bağır salaraq oyun
oynayırlar. Onların qeyri-adi, həyəcan dolu çığır
-
tıları diqqətimi cəlb edir, yaxınlaşıb oyunlarına
baxıram. Havalar o qədər də istiləşmədiyinə görə
gölməçədəki mazut hələ uşaqların ağırlığını saxla
-
yacaq qədər qatıdır. İçərilərindən ən cəsarətlisi irəli
çıxıb mazutun üzəriylə qaçaraq qarşı tərəfə keçir,
qışqırıq səsləri aləmi bürüyür. Sonra təkrar geri qa
-
yıdır, bu zaman riskə girən uşağın özü də var səsiy
-
lə bağırır. Görünür bu oyun həqiqətən qorxuludur.
Sonra ikinci uşaq cəsarətlənir, yenə qışqırıq səsləri
havaya yüksəlir. Mazut gölməçəsinin sərtləşmiş üz
təbəqəsi onların ayaqlarının altında ləngər vurur,
dalğalanır, ancaq uşaqlara heç bir şey olmur. Çə
-
kilərinin az olması və sürətlə qaçmaları onları xilas
edir. Dayanıb onlara tamaşa edirəm, aradabir qan
-
rılıb Əfsanəgilin darvazasına baxıram. Hava qaran
-
lıqlaşır və mən evə qayıdıram.
Sonrakı günlərdə yolumu Əfsanəgilin küçəsin
-
dən salmağa başladım. Qarşısıalınmaz bir istəklə
bu qızı görmək istəyirdim, deyəsən vurulmuşdum
ona. Dəmiryolundan keçib əvvəlcə düz gedir, son
-
48
ra sol tərəfə dönürdüm. Yolun sağ tərəfi evlər, sol
tərəfi isə zibilxana idi. Yandırılmış tullantılardan
qalxan tüstü burumları buranın hərzamankı mən
-
zərəsi idi. Öküz gözlərini qırmızı parçaya tutan
kimi, mən də, heç nəyi vecimə almadan, gözümü
göy qapıya tutub gedirdim.
Bir neçə gün belə keçdi. Əfsanə görünmürdü.
Artıq məktəblər bağlanmışdı deyə dərs saatların
-
da evdən çıxacağına ümid bəsləmək anlamsız idi.
Məhəllədə dayanıb evdən nə zaman çıxacağını
gözləmək də xatalıydı.
Bir gün yenə mazut gölməçəsi dadıma çatdı. Əf
-
sanəylə rastlaşmaq ümidiylə kəndə girəndə mazut
gölünün ətrafında bir dəstə adamın hay-həşir saldı
-
ğını gördüm. Bu səfər qışqırışanlar uşaqlar deyil,
yaşlı adamlardı. Hadisə yerinə yaxınlaşanda hər
şey aydın oldu, mazut bataqlığına bir inək düşmüş
-
dü. Daha əvvəllər də belə bir hadisə görmüşdüm.
Adətən mal-qara mazutun bərkimiş səthi üzərində
dayanıb kövşək atarkən iti dırnaqları hissolunma
-
dan bu böyük saqqız kütləsinin içərisinə dalmağa
başlayır, bir neçə dəqiqədən sonra artıq ayaqları
-
nı yerdən qopara bilmirlər. Əgər sahibləri xəbər
tutmasa tamamən batıb məhv olurlar. Çox vaxt
yoldan keçənlər hay salıb buna imkan verməzlər.
İndi də belə olmuşdu. Kimsə inəyin batmaqda ol
-
duğunu görmüş, hay-haray salmış, sahibinə xəbər
vermişdilər. Çoxlu adam toplaşıb inəyin qırdan
çıxarılmasına tamaşa edirdi, mən də onlara qoşul
-
49
dum. İki nəfər yarımçılpaq vəziyyətdə, gölməçəyə
atılmış enli taxtaların üzərində dayanaraq inəyi
dartışdırır, başqa iki nəfər də onlara yardım edir,
kənardan iplə çəkişdirirdi. İnəyin yanında olanlar
boğaza qədər mazuta bulaşmışdılar, kənardakıların
da qolları, əyin-başları bu cəhənnəm boyasından
öz nəsibini almışdı. Ən təhlükəlisi, inək artıq ya
-
rımcan olmuş, gözləri çevrilməyə başlamışdı. Əv
-
vəlcə kəsik-kəsik səslər çıxarırdı, indi artıq nəfəs
alması belə çətinləşmişdi. Nəhayət, inək qurtarıldı,
sevinc qışqırıqları ətrafa yayıldı. Ancaq bununla iş
bitməmişdi, çünki heyvan ölümcül idi. Əlli-ayaqlı
adamlar benzinlə bu yapışqan maddəni yuyub inə
-
yin bədənini təmizləməyə çalışırdılar. Tezliklə əli
bıçaqlı bir adam peyda olub bu günahsız canlının
üzünü qibləyə tərəf çöndərdi, çox keçmədən, qara
mazut gölməçəsinin yanında al-qırmızı kiçik bir
qan gölməçəsi də yarandı.
Bütün bunları seyr edə-edə mənim bir gözüm
göy rəngli qapıdaydı. İstəyimə çatmışdım, Əfsanə
anası, kiçik bacılarıyla birlikdə qapıda görünmüş
-
dü. Məni gördüyündən əmin idim. Adamlar da
-
ğılışmağa başladı. Artıq hava qaralırdı, qaranlığı
üzümə pərdə tutub düz onların qarşısından keç
-
dim. Bir qədər keçdikdən sonra geri qayıdacaqdım.
Küçə işıqlandırılmamışdı. Evlərdən gələn zəif işıq
-
lar ətrafa dumanlı bir aydınlıq gətirirdi. Yarım saat
sonra geri qayıdanda Əfsanəgilin qapısı boş idi.
Ətrafda kimsə yox idi. Yaxınlaşıb darvazadan içəri
50
boylanmaq istədim. Qəflətən qapı açıldı, qorxudan
az qala ödüm qopacaqdı. Sən demə Əfsanə qapının
arxasında dayanıb mənim geri qayıdacağımı göz
-
ləyirmiş. Adlayıb içəri keçdim. Dəhşətli həyəcan
içərisindəydi. Kəsik-kəsik sözlər danışır, nə üçün
gəldiyimi soruşur, tez çıxıb getməyimi istəyirdi.
Artıq kainatın yazılmamış qanunları işə düşmüşdü,
maqnit kimi biri-birimizə yapışmışdıq, heç vaxt
görmədiyim bir işi necə də məharətlə görürdüm:
belini qucaqlayıb boynundan öpdüm, saçlarının
qoxusuyla nəfəs aldım, dodaqlarımız birləşdi. Ağ
-
lasığmaz bir həzz idi bu, az qala ayaqlarım yerdən
qopacaq kimi gəldi mənə. Əfsanə həyəcanla evə
sarı boylanır, kiminsə gələcəyindən, bizi görəcə
-
yindən qorxurdu. Cəmi bir an çəkdi öpüşməyimiz:
“Artıq get, nolar, sonra yenə görüşərik” deyir, qol
-
larımdan çıxmaq istəyirdi. Qaranlıq bir yerdəydik,
bizi kimsə görə bilməzdi. Ev tərəf işıqlıydı, gələn
biri olsaydı o bizi görmədən biz onu görəcəkdik...
Bu zaman heç gözləmədiyimiz bir hadisə oldu. Ha
-
sarın üzərindən bir baş görünüb yox oldu, bizi gör
-
müşdülər. Əfsanə dəhşətlə içini çəkib qollarımdan
çıxdı, evə sarı götürüldü, heç bir söz demədən.
Qaranlıq küçəyə çıxıb getməyə başladım. Küçə
-
nin başına çatdım, sağa dönüb dəmiryoluna tərəf
yönəldim. Yolun bu hissəsi tamamən zülmət idi.
Arxamca ayaq səsləri eşitdim. Addımlarımı yeyin
-
lətdim. Ancaq artıq gec idi. Böyrümə dəyən yum
-
ruq zərbəsindən nəfəsim kəsildi, yerə çökməkdən
51
özümü güclə saxladım. Dörd-beş nəfərin əhatəsin
-
dəydim, qaranlıqda üzlərini görə bilmirdim, amma
bir an bıçaq parıltısını sezdim. Dəstə başçısıyla ara
-
mızda belə bir dialoq oldu:
- Bu qızı sevirsən?
- Hə, sevirəm.
- Əvvəllər görüşmüsən?
- Yox, birinci dəfədir.
- Yalan danışma!
- Vallah, düz sözümdür.
- Bilmirsən bunun istəyəni var?
- Yox, bilmirəm.
- Sən məni tanımırsan, ancaq mən səni tanıyıram.
Atana hörmətim var. Ona görə sənə dəymirəm. An
-
caq bir də səni bu tərəflərdə görsəm özündən küs.
- Yaxşı, - dedim.
- İndi gedə bilərsən, - dedi. Mən də sözəbaxan
məktəbli kimi yoluma düzəlib onlardan aralandım.
Əfsanənin bu hadisədən xəbəri olmadı. Artıq
üzümü o tərəflərə tutmadım. Nəyə görəsə onu çox
asanlıqla unutdum. Bir il sonra cəbhəyə yollanan
-
da təsadüfən onu komissarlığın həyətində gördüm.
Bura nə üçün gəlmişdi bilmirəm. Çox kədərliydi,
sözü varmış kimi görünürdü, ancaq adamların ara
-
sında cəsarət edib yaxınlaşa bilmədi... Bilmirəm,
onu bir daha görmək mənə qismət olacaqmı?
53
5
YOL AZMIŞ IKI NƏFƏR
Do'stlaringiz bilan baham: |