Savaş günlərində eşq hekayələri Qarabağ Dekameronu



Download 474,66 Kb.
Pdf ko'rish
bet10/11
Sana22.01.2022
Hajmi474,66 Kb.
#401418
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
on bir gece

Qaraşın hekayəti
İlk və son sevgilim Səidə olub. Lənkəranda 34 
nömrəli məktəbdə, eyni sinifdə oxuyurduq onunla. 
Sinif  yoldaşlarımızla  qeyri-adi  mehribançılığımız 
vardı. Əbədi olaraq biri-birimizə sadiq qalacağımı
-
za and içmişdik. Qızlı-oğlanlı günümüzü bir yerdə 
keçirir, dənizə, meşəyə, dağa, bağa gedirdik. Gənc
-
lik  romantikasını  tam  dolğunluğuyla  yaşayırdıq. 
Hər kəs özünə sevgili seçəndə, mən də gözucu Səi
-
dəyə baxmış, bəlkə bu da mənim sevgilim olsun, 
demişdim  ürəyimdə.  Axşam  dostum  Nəcəfxana 
sirrimi açdım, əslində ondan məsləhət almaq istə
-
yirdim, necə bilir, görəsən düzgün seçim etmişdim, 
yoxsa yox? And içdi ki, aramızda qalacaq. Ancaq 


96
üstündən heç bir gün keçmədi, bütün məktəb bunu 
bildi.  Nəcəfxan  öz  sevgilisinə,  Gülüşə,  Gülüş  də 
rəfiqələrinə  danışıb.  Sinifə  girəndə  hamının  bi
-
ri-birinə  baxıb  pıqqıldadığını  gördüm.  Beləliklə, 
Səidə  boynumda  qaldı.  Hamıya  dostluq,  sədaqət, 
sözübütövlük dərsi verən mən idim, geri addım ata 
bilməzdim. Ancaq nə cür sevgiliydik bilmirəm, elə 
öncələr necəydiksə indi də elə qalmışdıq. Səidə az 
danışan,  hər  şeyə  gülən  gombul  bir  qızdı.  Sanki 
rəsmi nişanlım olmuşdu, sevgili elan edilməyimizi 
qəbul eləmişdi.
Artıq hər kəsin sevgilisi vardı, mənim də. Nə
-
cəfxan hər gün yeni təlimatlarla gəlirdi: “Məktəb
-
dən  çıxanda  qızı  evlərinə  qədər  ötürməlisən”,  “8 
martda qıza hədiyyə almalısan”, “ona sevgi mək
-
tubları  yazmalısan”.  Bəzən  də  məni  divara  dirə
-
yirdi: “Nə təhər kişisən, hələ qızı bir dəfə də öp
-
məmisən?”.  Yalandan,  canımı  qurtarmaqdan  ötrü 
deyirdim, öpmüşəm. 
Artıq mənim də sevgilim vardı. Sinif yoldaşla
-
rımızla bir yerə gedəndə Səidə də dinməzcə gəlib 
yanımda durardı. Sevgililiyimiz də bundan o yana 
keçməzdi. Adətən ad günlərini ad günü olan dostu
-
muzun evində keçirərdik. O zamanlar bu bir adət 
şəklini almışdı. Bir gün də Səidənin ad gününə top
-
laşdıq.  Lenin  küçəsindəki  ikimərtəbəli  evlərində 
böyük süfrə açmışdılar. Səidənin ata-anası canfə
-
şanlıqla hər şeyi hazır etmişdi. Və ən qəribəsi, necə 
oldusa  mən  də  Səidəylə  yanaşı  oturmalı  oldum. 


97
Sanki  bizim  nişan  mərasimimiz  idi.  Hətta  qızın 
anası üzümdən öpdü. Nə üçün başqa oğlanların de
-
yil, təkcə mənim üzümdən öpdüyünün fərqinə belə 
varmadım. Sanki hər şey dilsiz bir müqaviləylə ra
-
zılaşdırılmış, həll olunmuşdu. Nə gizlədim, bütün 
bunlar xoşuma gəlirdi. Səidə pis qız deyildi, bir az 
boyu balacaydı, ancaq mehribandı, üzündən təbəs
-
süm əksik olmazdı. 
Yedik-içdik, zarafatlaşdıq. Süfrədə vodka, kon
-
yak, şampan şərabı vardı. Qızlar içki içməyə utanır
-
dılar, oğlanların da yarısı cəsarət etmirdi içməyə. O 
gün ilk dəfə "şampanski" içdim. Fərqli bir içkiydi. 
Əvvəllər vodka içmişdim, ancaq "şampanski" kimi 
qanımı  coşdurmamışdı.  Birdən-birə  nəşələndim, 
məclisi  ələ  aldım,  çoxlu  anekdot  danışıb  hamını 
güldürdüm. Və həmin gün ilk dəfə Səidəni öpdüm. 
Necə öpdüyümü danışım.
Tualetə  çıxmaq  istəyəndə  Səidə  mənə  yolu 
göstərdi. İkinci mərtəbədən aşağıya endik, evin 
arxa tərəfinə keçdik, tualet qarajın və mal damı
-
nın arxasındaydı. İşimi görüb qayıdanda baxdım 
ki  Səidə  hələ  də  dayanıb  məni  gözləyir.  Mart 
ayıydı,  hava  soyuq,  mənsə  sərxoşdum.  Heç  bir 
səbəb  olmadan  qollarımı  qaldırıb  onu  qucaqla
-
dım  və  dodaqlarından  öpdüm.  Heç  bir  qarşılıq 
vermədi.  Baxışlarında  məzəmmət  də  yoxdu. 
Sanki bu mənim etməli olduğum bir işdi və Səi
-
də  də  buna  çoxdan  hazır  idi,  inanılmaz  bir  so
-
yuqqanlıqla qarşıladı. 


98
Ertəsi gün Səidə elə həmin Səidəydi. Davranış
-
larında  əvvəllərdə  olduğundan  fərqli  bir  şey  yox 
idi. Yenə gülümsəyirdi, ancaq dodaqlarında öpüş
-
lərimin izini görə bilmirdim, məndən fərqli olaraq, 
Səidənin həyatında yeni bir mərhələ başlamamış
-
dı. Sonralar evli olduğumuz zamanlarda da Səidə 
halını-tövrünü dəyişmədi. Qəlbinin çox dərinliklə
-
rində, özünə də açmadığı bir qutunun içində məni 
sevirdi,  bəlkə  də  sevirdi,  yox,  həqiqətən  sevirdi, 
ancaq bunu üzə çıxartmırdı. Bax belə bir qızdı o.
Məktəbdə  oxuduğumuz  sonuncu  il  həyatımın 
ən xoşbəxt iliydi. Təkcə mən yox, bütün uşaqlar 
xoşbəxt idi. Gələcəklə bağlı ülvi arzularımız var
-
dı. Tezliklə bu arzulara qovuşacağımızı sanırdıq. 
Ancaq,  məktəbi  bitirəndən  sonra  qara  səhifələr 
başladı, biri-birini əvəz etdi, hələ də davam edir. 
Artıq son səhifəyə gəldim. Burdan sağ çıxacağı
-
ma da ümid etmirəm. 
Bizim  sinif  məktəbimizin  tarixində  ən  yadda 
qalan sinif olub. Bunu müəllimlərimiz də deyir
-
di.  Oxumağa,  öyrənməyə  marağımız  sonsuz  idi. 
Oxuyan uşaqların sayının çox olması sinifin ümu
-
mi səviyyəsinə təsir etmişdi, hər kəs bilik yarış
-
masına  girmişdi.  Dostluq  münasibətlərimiz  də 
bənzərsizdi. Dostluq haqqında çoxlu fantaziyalar 
qurmuşduq.  Əsas  ideoloq  da  mən  idim.  Sədaqət 
anlayışına özümdən tərif vermişdim, demək olar 
ki,  yeni  nəzəriyyə  yaratmışdım.  Elə  nəzəriyyəm 
öz başımda çatladı.


99
Orta məktəbi bitirən kimi hərə bir tərəfə yollan
-
dı. Ən yaxın dostlarımdan Məhərrəm matros mək
-
təbinə girdi, bir ildən sonra uzaq məsafələrə üzən 
gəmidə işə düzəldi, bir daha üzünü görə bilmədim. 
Nəcəfxan  sənədlərini  universitetin  filologiya  fa
-
kültəsinə verdi, ancaq müsabiqədən keçə bilmədi. 
Rayonda  qalıb  quşçuluq  fabrikində  işə  düzəldi. 
Orta məktəb qrupumuzdan cəmi 3 nəfər ali mək
-
təbə qəbul olundu, onlardan da biri mən idim. Pe
-
daqoji Universitetin tarix fakültəsini qazanmışdım, 
sevincimin  həddi-hüdudu  yox  idi. Ancaq  tezliklə 
sevincim yasa döndü. Mənə kömək edəcək heç kim
-
səm yox idi. Maddi sıxıntı elə ilk günlərdən özünü 
göstərməyə başladı. Şəhər həyatına alışmamışdım, 
sözün əsl mənasında aclıq çəkirdim. Axşamlar iş
-
ləməyə başladım. "Əzizbəyov" metrosu tərəflərdə 
bir  mağazaya  qarovulçu  düzəldim.  Səhərə  qədər 
yuxusuz  qalmalıydım.  Heç  vaxt  görmədiyim  çə
-
tin günlərim başlamışdı. Yaxınlıqdakı bataqlıqdan 
uçub  gələn  yüzlərlə  ağcaqanad  üçün  hazır  yem 
idim. Yorğun və bitkin halımla dərslərə davam edə 
bilmirdim.  Kirayədə  qaldığım  evdə  də  şərait  yox 
idi.  Əslində  ev  deyil,  yarımqaranlıq  rütubətli  bir 
zirzəmiydi.  Bakıya  imtahana  gələndə  Nəcəfxanla 
birlikdə tutmuşduq buranı. Yataqxanaya düzəlmək 
üçün rüşvət istəmişdilər, pulumuz olmamışdı. 
Ancaq ən çətin günlər arxadaydı. Günlərin bir 
günü  kirayədə  qaldığım  evin  qapısı  döyüldü.  Bir 
azdan işə yollanacaqdım, dərsdən gəlib yatmışdım. 


100
Noyabr ayıydı, hava heç olmayacaq qədər soyuqdu. 
Gözlərimi ovuşdura-ovuşdura qapını açdım. Mənə 
elə gəldi ki, bir az əvvəl gördüyüm yuxunun da
-
vamını görürəm. Təkrar gözümü ovxaladım. Yox, 
bu yuxu deyildi, gerçəkliyin özüydü ki vardı. Sinif 
yoldaşlarım Nacəfxan, Sadiq və Mahir qapının ağ
-
zında dayanmışdılar, yanlarında da Səidə. Nə qə
-
dər çaşqın olsam da özümü topladım, gülümsədim, 
onları  içəri  dəvət  etdim.  Bir  az  sonra,  məni  yasa 
qərq edən xəbəri açıqladılar. Bəs, Səidəni başqa bir 
oğlana  nişanlamaq  istəyirmişlər,  dostlarım  buna 
yol  vermək  istəməyib,  qızı  xilas  ediblər,  mənim 
üçün qaçırdıb Bakıya gətiriblər. Bununla mənə, öz 
sevimli  dostlarına  sədaqətlərini  sübuta  yetiriblər. 
Belə şey ola bilməz, qızı qaytarın geriyə, mən hələ 
oxumalıyam, filan desəm də, bu mümkün olan şey 
deyildi.  Qaçırılan  qızın  geri  qaytarılması  bir  qız 
üçün  rüsvayçılıq  və  ölüm  deməkdi.  Bunları  başa 
düşürdüm, ancaq, axı mənim gələcək haqqında ar
-
zularım hamısı məhv olub gedirdi, hələ 18 yaşım 
vardı, ailə həyatına hazır deyildim, qoca anamdan 
və bacılarımdan başqa bir kimsəm yox idi, onlar bu 
işə nə deyərdilər. Sözün qısası, düşündükcə ağlım 
başımdan çıxırdı, nə edəcəyimi bilmirdim. Mənim 
üçün böyük fəlakətdi bu.
Dostlarım getdi, Səidəylə yalnız qaldım. Üzüm 
gülmürdü, ona tərəfə baxmaq belə istəmirdim. Bu 
qıza qarşı olmayan sevgim indi də nifrətə çevril
-
mişdi. Onu nə cür başımdan rədd edəcəyimi düşü
-


101
nürdüm. Zəhərləmək, itələyib maşın altına salmaq 
belə ağlımdan keçirdi. Ən yaxşısı suda boğmaq idi. 
Bundan ötrü yayın gəlməsini gözləyəcəkdim, bir
-
likdə dənizə gedəcəkdik və onu suyun dərin yerinə 
aparıb boğacaqdım. Bu cür fikirlərlə özümü sakit
-
ləşdirirdim. Bişirdiyi yeməklərə əlimi də vurmur
-
dum. Yatağımız ayrıydı. Yanımda gənc, gözəl bir 
qızın olması məndə heç bir ehtiras hissi oyatmırdı. 
Yadıma  gəlir,  düz  yeni  il  gecəsi  möhkəm 
xəstələndim.  Qızdırmadan  alışıb  yanırdım.  Ev 
soyuqdu,  yemək  bişirmək  üçün  bir  dənə  balaca 
pletkamız  vardı,  onun  da  spiralı  tez-tez  qırılırdı. 
Əməlli-başlı  soyuqdan  donurdum  və  qızdırmanın 
şiddətindən sayıqlamağa başlamışdım. Yalnız onda 
Səidənin ağladığını gördüm. Məni necə sevdiyini 
hiss  elədim.  Canımı  qızdırmaqdan  ötrü  ilk  dəfə 
mənimlə  eyni  yorğanın  altına  girdi.  Biri-birimizə 
sarılıb hər ikimiz hönkürərək ağladıq. Yalnız bu ha
-
disədən sonra ər-arvad həyatımız başladı. Bal ayı
-
mızın zinə iyi verən bu daxmada keçəcəyini təsəv
-
vür etməzdim. Səidəylə yatmaq talesiz və nəsibsiz 
bir insan olmağımla barışmaq demək idi.  
Toysuz,  kəbinsiz,  beləcə  yaşamağa  başladıq 
Səidəylə.  Ancaq  bizim  bu  bədbəxt  evliliyimiz 
çox uzun sürmədi. Gör nə qədər vaxt keçib, indi 
danmağın bir adı yoxdur. Bütün günahlar mənim 
özümdə oldu...
Bədbəxtliyimin  bütün  səbəblərini  Səidədə  gö
-
rürdüm. Qarşımda təkcə bir vəzifə vardı, necə olur
-


102
sa-olsun  ondan  qurtulmaq.  Bax,  bu  düşüncələrlə 
gözlərim sağda-solda xoşbəxtlik arayırdı. Axtaran 
tapar  deyiblər,  mən  də  erməni  qızı  Larisanı  tap
-
dım. Universiteti buraxıb Dərin Özüllər zavodun
-
da  işə  düzəlmişdim.  Larisa  mən  işlədiyim  sexdə 
krançıydı. Necə olmuşdusa krana yük taxanda bar
-
maqlarım  qarmağın  arasında  qalıb  sıxılmışdı,  ya 
mən  əlimi  gec  çəkmişdim,  ya  da  Larisa  qaldırıcı 
düyməni tez basmışdı. Bir həftə əli sarıqlı gəzdim, 
Larisa peşimançılıqla nə edəcəyini bilmir, az qala 
məni duz kimi yalayırdı. Beləcə dostlaşdıq, bir gün 
evlərinə getdim. Sən demə tək yaşayırmış. İki-üç 
yaşlarında  bir  qızı  vardı.  Məndən  ən  azı  10  yaş 
böyükdü Larisa. Ancaq Səidənin tayı deyildi. Çox 
mehriban,  şirindilli  və  nəşəliydi.  Larisayla  tanış 
olandan  sonra  başa  düşdüm  ki  sevginin  hisslərlə 
bağlılığı çox azdır, bu daha çox praktik hadisədir. 
Qarşılıqlı biri-birini sığallamaq, oxşamaq,  öpmək 
və yalamaqdır. Larisadan doya bilmirdim. Səidəylə 
hər gün yalnız bir dəfə sevişdiyim halda, Larisayla 
ara vermədən, saatlarca, sabahlara qədər sevişirdik. 
Hə,  bəzən  evə  getməyib  Larisanın  yanında  qalır
-
dım. Başqa bir qadınla bərabər olduğumu Səidədən 
gizlətmirdim,  onu  küsdürmək,  özümdən  iyrəndir
-
mək və beləliklə yaxamdan qopartmaq istəyirdim. 
Açıq-aşkar ona, sevişməyi bacarmırsan deyirdim. 
Özü də etiraf edirdi ki, bacarmır. Məndən nə istədi
-
yimi soruşurdu, mənim üçün hər şeyi etməyə hazır 
idi. Ancaq Larisa ilə müqayisədə Səidə çox maraq
-


103
sızdı. Bütün hərəkətlərimlə onun bir heç olduğunu 
sübut etmək, özünə başa salmaq istəyirdim. Səbrlə 
bütün şıltaqlarıma dözür, acıqlı sözlərimi zarafata 
salırdı. Getməyə yeri yoxdu, aciz və çarəsizdi. Mən 
də onun bu durumu başına qaxınc etmişdim...
Hər şeyin belə faciə ilə sona çatacağını ağlıma 
da gətirmirdim. Bir gün işdən evə gələndə Səidə
-
ni ipdən asılmış gördüm. Hamiləydi, bu gün-sabah 
doğacaqdı. Ancaq onu cana doydurdum. Ölümünə 
bais oldum. Bu hadisədən sonra çox peşiman ol
-
dum.  Məni  sevən,  yolumda  canını  verməyə  belə 
hazır  olan  bir  insana  qarşı  necə  böyük  haqsızlıq 
etmişdim.  Bunları  yalnız  Səidəni  itirəndən  sonra 
anladım. Ancaq, sonrakı peşimanlıq fayda verməz 
deyiblər... 
Cəbhəyə könüllü gəlmişəm. Yaşamağın mənim 
üçün heç bir mənası yoxdur...  
  


104


105
10
ÇƏTINI ÖLƏNƏCƏNDI...

Download 474,66 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish