Savaş günlərində eşq hekayələri Qarabağ Dekameronu



Download 474,66 Kb.
Pdf ko'rish
bet4/11
Sana22.01.2022
Hajmi474,66 Kb.
#401418
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
on bir gece

Kamilin hekayəti
Nə az, nə çox, düz 5 il keçib. Hər şey dünən ol
-
muş kimi gəlir indi. Yəqin ona görə ki, çox sarsın
-
tılı günlər idi o günlər. 
Uşaqlıq  dostum,  sonradan  tələbəlik  yoldaşım 
Firişlə  (Firudin)  başımıza  olmazın  oyunlar  gəldi. 
Nələr  olduğunu  indi  danışacam.  Bu  gicbəsər  ge
-
dənin üzündən onsuz da başım hər zaman bəlalar 
çəkib,  ta  beləsi  də  yox.  1986-cı  ilin  iyun  ayının 
5-ydi, - bu tarix beynimə əbədi həkk olunub, - üç 
yoldaş, üçümüz də Gəncəli, Pərviz, mən və Firiş, 
imtahanları verib qurtarmışdıq, axşam qatarıyla ra
-
yona yollanacaqdıq. O zamana qədər qalıb şəhər
-
də avaralanmağa qərar verdik. İyunun 5-i olsa da 
hava sərindi. Pərviz təklif edirdi, bir neçə gün daha 


32
şəhərdə qalaq, dənizə girək, sonra rayona yollana
-
rıq,  hər  ikimiz  buna  etiraz  etdik,  çünki  pulumuz 
qalmamışdı. 
Sabir bağından üzüaşağı enəndə, gözünə döndü
-
yüm Firiş qarşıdan gələn iki qıza söz atdı. Qızlar 
gülərək cavab verdilər, sonra Firiş nəsə dedi. Əs
-
lində Pərvizlə başımız elmi bir mübahisəyə qarış
-
mışdı.  Hadisənin  necə  baş  verməsindən  o  qədər 
də  xəbərimiz  olmadı.  Pərviz Adəm  və  Həvva  rə
-
vayətinin uydurma olduğunu isbat etməyə çalışırdı, 
bizə gəlib çatan ən qədim informasiyanın yaşının 
10 min ildən artıq olmadığını, Homo Sapiensin ya
-
şının 70 min il olduğunu və s. dəlil gətirir, Adəm 
əhvalatının  mifik  təsəvvürlərdən  qaynaqlandığını 
isbat  etməyə  çalışırdı.  Mənsə  bunun  əksini  iddia 
edirdim, Tanrı istəsə informasiyanı hazır şəkildə də 
çatdıra bilər deyirdim. Öz baxışlarımızda o qədər 
israrlıydıq  ki,  əsəbdən  yanaqlarımız  pörtmuş,  az 
qala  biri-birimizi  yumruqlamaq  həddinə  gəlmiş
-
dik. Bu tərəfdən də Firiş beynimizi xarab eləyirdi. 
Artıq aralanıb kənarda qızlarla söhbət edirdi. Biz 
yenə mübahisəmizə davam etdik, Firişin bir dəqiqə 
sonra qızlardan qopub gələcəyini gözlədik. Ancaq 
söhbət  çox  uzandı,  Firiş  bir  əlini  ağaca  söykəyib 
qızlarla mırt vururdu. Nəhayət əsəbiliklə onu çağır
-
mağa başladıq. Firiş yanımıza gəldi, qızları bişirdi
-
yini söylədi. Doğrusu, elə də gözəl qızlar deyildi. 
Biri  bir  az  yaşca  böyük  olan  qız  uzunboyluydu, 
mənə görə əsla cazibədar deyildi, ancaq qısa boy
-


33
lu olan qızda gözəllik adına bir şeylər vardı, bir az 
da uşaq təsiri bağışlayırdı. Ancaq nə olursa olsun, 
onlara qoşulmaq fikrimiz yoxdu. Şəhəri dolaşıb ra
-
yona qayıtmalıydıq. Firiş gah bizim yanımıza gəlir, 
gah qızların yanına gedir, həm onları həm də bizi 
razı salmağa çalışırdı. Axırda Pərviz cana doyaraq 
sağollaşıb  bizdən  ayrıldı,  hətta  ona  lağ  da  etdik, 
ana  uşağı  dedik,  ancaq  Pərviz  də  haqlıydı,  zatən 
qızlar iki nəfərdi, üçüncü adam artıqdı. Firiş, mən, 
qızlarla bərabər qaldıq. Yadımdadır, Firiş arxadan 
Pərvizə çatıb ondan 10 manat pul aldı. Bu bizim 
eyş-işrətə xərcləyəcəyimiz son pulumuz idi. 5 ma
-
natını taksiyə verib plyaja yollandıq.
Hava  küləkliydi. Amma  buna  baxmayaraq  də
-
nizə  girənlər  vardı.  Sezon  açılmışdı,  cəmi  bir-iki 
günə günəş doğacaq, millət dənizə axışacaqdı. Bu 
günsə, şəhərdən fərqli olaraq suyun kənarı insanı 
üşüdürdü. Köpüklü dalğalar biri-birinin ardınca sa
-
hilə çırpılır, sanki özüylə soyuq gətirirdi. Firiş süni 
şəkildə ortalığı şənləndirirdi. Qızlardan boyca uzun 
olan, adı Gülşəndi, zarafatcıldı, qısa boylu olansa, 
adı Xəyaləydi, heç dinib-danışmırdı. Aradabir rə
-
fiqəsinə  acıqlanır,  gəl  gedək,  bizim  burda  nə  işi
-
miz var, deyirdi. Hər ikisi ayaqqabılarını soyundu, 
jiletlərini çıxardıb neylon torbaya, onu da qumun 
üstünə, ayaqqabılarının yanına qoydular. Suya gir
-
məyi heç düşünmədik də. 
Mənim payıma Xəyalə düşmüşdü, ancaq, şən
-
lənmək bir yana qalsın, onunla heç danışa da bil
-


34
mirdim. Bu cür tanışlıq mənə çox süni görünürdü. 
Birlikdə yellənçəyə getdik. Yanaşı oturub fırlanma
-
ğa başladıq. Sürət artdıqca qışqırıb əlimdən tutdu, 
mən də ona bərk-bərk sarıldım. Yelləncək aramız
-
dakı utancaqlıq pərdəsini qaldırdı, hər ikimiz san
-
ki  sərxoş  olmuşduq,  ayaq  üstə  güclə  dayanırdıq. 
Aşağı  enib  dostlarımızın  yanına  qayıtdıq,  ancaq 
paltarları  qumun  üstündə  qalmış,  özlərisə  harasa 
getmişdilər.  Əncir  ağaclarının  olduğu  qumsallı
-
ğa  tərəfə  baxdıq.  Qəlbimdə  dəhşətli  bir  həyəcan 
vardı. Nitqim batmış kimiydi. Qızın əlindən tutub 
əncirliyə tərəf yönəldim. Kiçik təpəciklər insanla
-
rı  görünməz  edəndə  Xəyaləni  qucaqlayıb  qumun 
üstünə yıxdım. Bilmirəm, hansı bir duyğusa məni 
bu qızla sevişməkdən çəkindirirdi, cəmi 18 yaşım 
vardı, ilk dəfə oynadığım bu oyundan geri çəkil
-
mək də istəmirdim. Xəyalə müqavimət göstərirdi, 
ancaq bu müqaviməti qırmaq çox asan idi, yox de
-
yirdi, buna baxmayaraq dəlicəsinə öpüşürdü, üzü
-
mü yalayıb tamamən tüpürcəyə bulaşdırmışdı. İlk 
dəfəydi qadın döşünə toxunurdum, həyatda belə bir 
yumşaqlığın olduğunu heç vaxt təsəvvür etməmiş
-
dim. Uşaq anasının döşünü tapan kimi, artıq şüur
-
suz  bir  instinktlə  dodaqlarımla  bu  misilsiz  həzz 
mənbəyinə qapanmışdım.  Eyni zamanda bir qorxu 
və günah hissi vardı içimdə, təbiətin çağırışına tam 
təslim  ola  bilmirdim,  qızın  dodaqlarını,  döşlərini 
əmdikcə  əmirdim,  ancaq  qurşaqdan  aşağı  soyun
-
durmağa və özüm də soyunmağa cəsarət etmirdim. 


35
Eləcə,  yaxası  açıq  köynəyindən  bayıra  pırtlamış 
döşlərini əlləyir, öpür, dodaqlarını, boynunu yala
-
yırdım. Qız hər şeyi unudub ürəkdən qopan səslər 
çıxarır,  var  gücüylə  qasığını  mənə  sıxırdı.  Yox, 
yalan danışmayacam, onu soyundurmağa cəsarət 
edə bilmədim. Əlimlə belə, yasaq bölgəyə toxun
-
madım.  Bilmirəm  nəyə  görə  belə  etdim.  Ancaq 
içimdəki,  eşqdən  daha  güclü  bir  hiss  bu  addımı 
atmaqdan məni tutub saxladı. Bəlkə də bu qorxu 
hissiydi,  sonradan  bunu  düşündüm,  qorxu  hissi, 
insanın  özünü  qoruma  instinkti  sevgi  hissindən 
və  ya  nəsil  artırma  instinktindən  daha  güclü  idi 
mənə  görə.  Ola  bilsin,  başqalarında  sevgi  hissi 
qorxu hissini üstələyərdi, ancaq məndə əksinəydi. 
Buna baxmayaraq, bu cür sevişmək də ləzzətliy
-
di, çılğınlığın son həddinə vardıq və bir anda hər 
ikimiz boşaldıq. Balağım çəpəl oldu, elə bil şal
-
varıma  işəmişdim.  Xoşbəxtlik  duyğusu  gəlmədi 
bu sevişmədən, qızın üzünə baxmaq istəmirdim, 
bir an sonra ondan uzaqlaşmaq, aramızda olanları 
yaddaş qəbiristanlığında gömmək istəyirdim. 
Avtobusda şəhərə gəlincəyə qədər, demək olar 
ki susdum, yol yoldaşlarımın zarafatlarına könül
-
süz  cavablar  verdim,  mısmırığımı  sallayıb  otur
-
dum.  Firiş  həvəslə  qızların  adresini,  telefonlarını 
alırdı, gələcəkdə görüşməklə bağlı vədlər verirdi, 
arada Gülşən mənə söz atırdı, qızla olmağın mənə 
düşmədiyini deyirdi. Dodaqucu qımışsam da onun 
bu atmacasına cavab vermək istəmədim. 


36
Bu  hadisəni  mümkün  qədər  tez  unutmaqdan 
ötrü, Gəncəyə qayıdandan sonrakı günlərdə Firiş
-
dən uzaq qaçdım, normalda hər gün görüşdüyümüz 
halda  bir  neçə  gün  gözünə  görünmədim.  Ancaq, 
təqribən on gün sonra Firiş qorxulu xəbərlə üstümə 
gəldi: "Poxun üstü açılıb" dedi. Ayaq üstə ölmüş
-
dü, sifəti meyit rəngi almışdı. Gülşənin ata-anası, 
böyük qardaşı durub Bakıdan Gəncəyə gəlmişdilər. 
Soraqlaşıb Firişgilin evini tapmışdılar. Xəbəri eşi
-
dən kimi sancılandım, qarnıma ağrı doldu. Güclə 
ayaq üstə dura bilirdim. Dəhşətli fəlakət hissi hər 
ikimizi sarsıtmışdı. Bakıdan gələnlər ikinci suç or
-
tağını görmək istəyirdilər. Getmək istəmirdim, an
-
caq Firiş üzünü bozartdı, gəlməlisən dedi. 
Firişgilə yollandıq. Qonaqlar həyətdə, üzüm çar
-
dağının altındakı kölgəlikdə oturmuşdular. Suyum 
süzülə-süzülə salamlaşdım. Çox qəribədir ki, qadın 
məni gülər üzlə qarşıladı. Adı Seva xanım idi: 
- Həə, ikinci qəhrəman sənsən? Adın nədir?
- Kamil...
- Tanış ol, bu da mənim oğlum Şamildir, polisdə 
işləyir.
Hər şey aydındı, bizi həbs edəcəkdilər. Bundan 
başqa ağlımıza bir şey gəlmirdi.
Ancaq, bir az sonra Şamil cibindən pul çıxardıb, 
mehribanlıqla:
- Qərdeşimsən, mənə bir Malbro al gətir - deyən
-
də, bir az toxtadım, ürəyim yerinə gəldi. Pis adama 
oxşamırdı.  Sonra  onunla  küçə  qapısında  dayanıb 


37
siqaret çəkdik. Malbro hələm-hələm ələ düşməzdi. 
Dalba-dal ikisini çəkdim. Ancaq ürəyim soyuma
-
mışdı, yenə çəkmək istəyirdim, istəməyə utandım. 
Kölgəlikdəki  masaya  yaxınlaşdıq.  Artıq,  süfrəyə 
yeməklər  gəlirdi.  Qonaqlar  heç  nə  olmamış  kimi 
deyib-gülür,  tamamilə  başqa  mövzulardan  söhbət 
edirdilər. Firişin ata-anası artıq söhbəti bilirdi, buna 
görə də qonaqlarla çox ehtiyatla davranırdılar. Ya
-
zıq ata-ana neyləsin, oturduqları yerdə zibilə düş
-
müşdülər.  Xoşluqla  bu  biabırçılığın  altından  çıx
-
maq istəyirdilər. Bakılı qadın: 
-  Əvvəlcə  Firudin  balamızın  toyunu  edərik, 
sonra da sənin - deyəndə, əvvəlcə heç nə anlama
-
dım.  Ancaq  sonrakı  söhbətlərdən  hər  şey  mənə 
aydın  oldu.  Qızların  namusuna  toxunmuşduq, 
indi gərək onlarla evlənəydik.  Get-gedə başımıza 
gələn bu müsibətin tam mənzərəsini təsəvvürümdə 
canlandıra bilirdim. Xəyaləylə evlənə bilməzdim, 
belə bir qızla yaşaya bilməzdim, həm də hələ 18 
yaşım tamam olmamışdı, evlənmək haqqında heç 
düşünmürdüm. Qadın sanki ürəyimdən keçənləri 
oxuyurmuş kimi:
- Gənclikdə olur da belə şeylər. Buna deyirlər 
qismət. Alnına nə yazılıbsa odur.
Hələ  bizim  evdə  də  məsələdən  xəbər  tutsalar 
nə  olacaqdı,  düşündükcə  beynim  çatlayırdı.  Ev
-
lənməkdən  boyun  qaçıraramsa  məni  nə  gözlədi
-
yini dumanlı da olsa təsəvvür edirdim. Həbsxana. 
Amma neçə il iş verərdilər, bilmirdim. Yox, buna 


38
yol vermək olmazdı. Bir də axı, mən nəyə görə na
-
rahat olurdum, qıza heç bir şey eləməmişdim. An
-
caq, polis, məhkəmə söhbətləri məni qorxudurdu. 
Firişi söyməkdən yorulmurdum, bu zibili başımıza 
açan oydu.
Qonaqlar yola düşüb getdilər. Ondan sonrakı bir 
neçə ayımız təlaş və təşviş içində keçdi. Bütün yay 
tətilimiz  zəhrimara  döndü.  Həftədə  bir,  iki  həftə
-
də bir Firişgilin həyətində qonaqlıqdı. Seva xanım 
özünü  əsl  quda  kimi  aparırdı,  bəzən  günlərlə  qa
-
lırdı, gələndə bacısını, başqa qohum əqrəbalarını, 
hətta  rəfiqələrini  də  gətirirdi.  Məzahir  əmi,  Bəsti 
xala  –  Firişin  ata-anası  özlərini  sakit  aparır,  vax
-
tı  uzadaraq  bu  xatanı  sovuşdurmağa  çalışırdılar. 
Dəqiq bilmirəm, deyəsən söhbəti pulla bağlamağa 
çalışırdılar. Seva xanım nə qədərsə pul istəmişdi, 
Məzahir əmi də buna razılaşmışdı. Söhbət məndən 
yan keçmişdi. Bizim evdə məsələdən xəbər tutma
-
mışdılar. İndi rəhmətə getmiş o zəhmətkeş insan, 
Məzahir  əmi  çox  mərd  adamdı.  Mənimlə  kəlmə 
kəsib heç bu məsələni ağartmadı, insanlıq göstərib 
bizim ailəmizi bu işə qarışdırmadı. 
Üstündən iki il keçəndən sonra əsl həqiqət mənə 
aydın oldu. Təsadüfən Pasaj bazarında Şamilə rast 
gəldim. Ordan-burdan söhbət etdik. Dilucu da olsa 
Seva  xanımı  soruşdum,  yadına  sala  bilmədi,  Seva 
xanım kimdi, dedi. Sonra birdən yadına düşdü, həə, 
o qəhbəni deyirsən, dedi. Sən demə nə Şamil onun 
oğluymuş, nə də yanında gələn kişi əriymiş. Pul qo
-


39
Download 474,66 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish