Sərdarın hekayəti
Onunla yeni il karnavalında tanış olmuşdum,
işlədiyim Bünyad Sərdarov adına maşınqayırma
zavodunda. Burada yeməkxana bayramsayağı
bəzədilmişdi. Qabaqcıl gənc fəhlələr seçilərək
dəvət edilmişdilər. Eşitmişdim, internat məktəbin
yuxarı sinif qızları bizimlə görüşə gələcəkdi. Biz
fəhlələr sırayla düzülmüş masalarda oturub qar
-
şımızdakı boş yerlərdə kimin oturacağını maraq
-
la gözləyirdik. Qəfəsdəki meymunlar kimi sağa
sola döyükürdük. Bəxtimizə kim çıxacaqdı, bir an
öncə bilmək istəyirdik.
Hər zaman olduğu kimi bu səfər də bəxtim gə
-
tirmədi. Buxalterimiz Roza gəlib düz qarşımda
oturdu. Sağ-sol gənc qızlarla qaynaşır, mənim də
80
qismətimə bu çıxdı. Lənət sənə kor şeytan. Bəlkə
də belə olması yaxşıydı, çox utancaq idim, rəqs
eləməyi bacarmırdım. Elə bu da bəhanə olar mənə,
deyə düşündüm. Ancaq sonra necə oldusa Roza
başqa masaya keçdi, vodka məclisində gərək öz
tay-tuşunla oturasan, yerinə keçdiyi qızı da bizim
masamıza oturtdu. İndi hər kəsin parası vardı, bu
qız da mənim qismətimə düşmüşdü. Adı Svetla
-
na idi. Azərbaycanlı qızlarda da Svetlana adı olur.
Arıq-tarıq bir qızdı. Gözlərinin altı kölgə salmışdı.
Sanki işıq və kölgələrdən yaranmış bir varlıqdı.
- Neçənci sinifdə oxuyursan?
- Bu il 10-u bitirəcəm.
- Məktəbi qurtarıb nə edəcəksən?
- Bilmirəm... Bəs sən, nə iş görürsən.
- Fəhləyəm. Raskladuşka düzəldirik.
Nədənsə dodaqları qaçdı, üzünə təbəssüm qon
-
du. Belə-belə danışmağa başladıq. Bir neçə dəfə
rəqs partiyalarını buraxdıq. Onu rəqsə dəvət etməyə
cəsarətim çatmadı. Aparıcı, indi isə damalar kava
-
lerləri rəqsə dəvət edir deyəndə, Sveta üzümə baxıb
gülümsədi, başının xəfif işarəsiylə məni dəvət etdi.
Bu ana qədər bir qədəh şampan içmiş, nəşələnmiş
-
dim. Oynadıq, danışdıq, güldük. Svetlana da əməl
-
li başlı açılmışdı, qəh-qəhə çəkib gülürdü. Sonra
mən onu bir neçə dəfə rəqsə durğuzdum. Oyna
-
yır, atılıb-düşürdük, bir saatın içində artıq hər şeyi
danışıb qurtardıq, indisə sadəcə gülürdük. Şərab,
sevgi, yoxsa gənclik – başımıza vurmuşdu. İşıqlar
81
sönəndə isə qəribə bir şey oldu. Svetlana cinsiyyət
nahiyəsini ehtirasla mənə yapışdırdı. Sanki elektrik
kəsilən kimi maqnit işə düşmüşdü, işıqlar yanan
andaca avtomatik olaraq aralandıq. Ancaq, bu ki
-
çik hadisə elə bil Svetanın sirrini açdı. Birdən-birə
məsafələr yox oldu. Sveta artıq mənim olmuşdu,
özünü mənə təslim etmişdi. Heç vaxt yaşamadığım
bir sevinc idi bu.
Ayrılarkən ona yaşadığım yataqxananın telefo
-
nunu verdim. Ondan da mənə bir telefon nömrəsi
verməsini istədim, ancaq razı olmadı. Hər halda İn
-
ternatdan taparam deyə, çox da israr etmədim.
O görüşdən günlər keçdi, Svetlana zəng etmədi.
Səbrim tükənirdi, gecə-gendüz onu düşünürdüm,
deyəsən aşiq olmuşdum. Svetlana bilinməz bir
güclə məni özünə çəkirdi. Necə olursa olsun, onu
tapmalıydım. Sorğu bürosundan onun yaşadığı in
-
ternatın nömrəsini öyrəndim, zəng etdim, eşitdi
-
yim cavaba çox sarsıldım. Artıq Svetlana burada
yaşamır, İnternatdan ayrılıb, dedilər. Beynim heç
zaman olmamış bir gərginliklə işləyirdi, onu tap
-
maqdan ötrü yollar arayırdım. Zavod komsomol
komitəsinin sədri Fizuli müəllimdən soruşa bilər
-
dim, Yeni il karnavalını o təşkil etmişdi. Ancaq
əvvəlcədən bilirdim ki deməyəcək, sözümün yerə
düşməsini istəmirdim.
Yataqxanaya gəldiyim ilk günlərdə Fizuliylə
eyni otaqda qalırdım. Çox təkəbbürlü birisiydi.
Özünü oxumuş adam kimi göstərirdi, gec saatla
-
82
radək kitab oxuyurdu. Mənsə, işim ağır olduğuna
görə çox yorulurdum, otaqdakı işığın yanılı qal
-
ması sinirlərimə toxunurdu, uyuya bilmirdim. Bir
müddət buna dözdüm, amma günlərin bir günü
dillənməli oldum, işığı söndürməsini xahiş etdim.
Sözümə məhəl qoymadan oxumağa davam edirdi.
İkinci xahişimi də eşitməyəndə yataqdan qalxıb
onun ayaq ucunda olan elektrik düyməsini basdım.
Yerimə girəndən sonra təkrar işığı yandırdı. Ara
-
mızda beləcə səssiz mübarizə gedirdi. Bu səfər,
eləmədim tənbəllik, yemək masasının üstünə çıxıb
lampanı açdım, açıq pəncərədən qolum getdikcə
həyətə fırlatdım. Beləliklə Fizuli müəllimin üzə
-
rində 1:0 qələbə qazandım. Elə o vaxtdan məndən
yanıqlıydı. Hə, yadıma düşmüşkən bir şey də danı
-
şım. Komsomol katibi olduğu üçün tez-tez xaricə
gedərdi bu adam. Bizim əlimizə düşməyən çox
-
lu rəngli jurnalları vardı tumbuçkasında. Bir dəfə
otaqda olmayanda fürsətdən istifadə edib kitabla
-
rını eşələməyə başladım. Hamısı rusca kitablardı.
Kitabların lap arxasında, gözlə görünməyəcək yer
-
də bir albom sataşdı gözümə. Götürüb vərəqlədim
və heyrətdən donub qaldım. Bu günə qədər çılpaq
qız şəkilləri görmüşdüm, ancaq beləsini yox. Al
-
bom başdan-ayağa pornoqrafik şəkillərdən ibarət
-
di. Qadın vajinaları açıq şəkildə, son dərəcə key
-
fiyyətli rəngli fotolarda əks olunmuşdu. Bu albomu
görəndən sonra Fizuli müəllimə olan nifrətim hör
-
mətə çevrilmişdi.
83
Nə başınızı ağrıdım, Karnavalı təşkil edən, Svet
-
lananı və başqa məktəbliləri oraya çağıran Fizuli
müəllim idi. Bütün düşüncələrim sonunda gəlib bu
adamın üzərində dayanırdı. Sirrimi açıb ona söy
-
ləmək və yardım etməsini xahiş etmək istəyirdim,
ancaq çox götür-qoydan sonra bundan vaz keçirdim.
Artıq Svetlananı unutmaq üzrəydim, günlərin
bir günü zəng çaldı. Mərtəbələrdəki mikrafonlar
-
dan növbətçi Əjdər dayının nəşəxor səsi eşidildi:
"76-cı otaqdan Səradr, telefona gəl!" Quş kimi uça
-
raq gəldim. Ürəyimə damdı, bu Svetlana olacaq.
Özüydü ki vardı.
Həmin gün bulvarda görüşdük. Hər zaman bul
-
varda qol-boyun olan sevgililərə həsədlə baxardım.
Bu gün artıq mən özüm də onlardan biriydim. Sev
-
gilimlə görüşdük, elə ilk andaca öpüşməyə başladıq.
Nəyə görəsə bütün məsafələri keçmişdik, heç bir söz
danışmadan biri-birimizə sarılır, doymaq bilmədən
öpüşürdük. Uşaq anasının döşündən ayrılmayan
kimi, mən də Svetlananın dodaqlarından ayrıla bil
-
mirdim. Yaşam qaynağım bu doyumsuz dodaqlardı.
Özü haqqında çoxlu yalanlar uydururdu Svet
-
lana, atasından, anasından, bacı və qardaşlarından
danışırdı. Atasının yüksək vəzifəli bir dövlət qul
-
luqçusu olduğunu deyirdi. Əlbəttə, bu yalan deyil
-
di, atası yüksək rütbəli milis işçisiydi. Ancaq, onları
atmışdı. Anasını başqa bir kişi saxlayırdı. Svetlana
analı-atalı yetimdi. Tezliklə öyrəndim, Svetlana 4
nömrəli vərəm dispanserində yatırdı.
84
Ancaq, ona olan sevgim heç bir maneə tanı
-
mırdı. Özü haqqında mənə danışdığı bu gerçəklər
mənə adi görünürdü, o qədər də dəhşətə gəlmirdim.
Əksinə onu daha artıq sevirdim, Svetlanayla birlik
-
də olmaq istəyirdim.
Artıq dispanserin yolunu tanımışdım. Metronun
Avrora stansiyasından çıxıb xəstəxanaya tərəf şü
-
tüdüyüm günlər qışın zalov-zalovuna düşmüşdü.
Qar, boran, çovğun, acı Bakı küləyi sanki yolumu
kəsib mənə deyirdi; getmə ora, burax bu sevda
-
nın daşını. Ancaq mən heç nəyə məhəl qoymadan,
bəzən işimi buraxaraq, bəzən də həyatımı riskə ata
-
raq Svetlananın arxasınca qaçırdım. Dünyada mə
-
nim tək təsəlli qaynağımdı o, mənim üçün Tanrının
ayırdığı bir damlacıq nektardı, ona tərəf uçurdum,
uçacaqdım, nə olursa olsun.
Bir gün şiddətli leysana düşdüm, bütün bədə
-
nim curumbur su oldu. Gec saat olduğuna görə
dispanserin qapıları bağlanmışdı. Pəncərəni dö
-
yüb xəstələrdən birinə Svetlananı çağırmasını xa
-
hiş etdim. Bir az sonra Svetlana qaçaraq gəldi, əy
-
nində nazik xəstəxana xalatı vardı. İsti yatağından
qalxıb gəlmişdi. Besedkada, yağışın tutmadığı bir
yerdə dayandıq. Üşütdü, tit-tir əsməyə başaldı.
Qucaqlayıb özümə nə qədər sıxsam da titrəməsi
-
ni kəsə bilmirdim. Əksinə daha da bərk titrəyirdi.
Dişləri biri-birinə dəyib çaq-çaq çaqqıldayırdı.
Yalvardım, qayıdıb getməsini istədim, ancaq get
-
mədi, titrətmə içində dayanıb durdu, çənəsi əsə-
85
əsə danışırdı: "Yaxşı ki sən varsan, mənim Sərda
-
rım" deyirdi.
Hələ 17 yaşı tamam olmamışdı. Ancaq böyüklər
kimi düşünürdü. Gələcəyimizi qururdu, övladları
-
mıza ad qoyurdu. Zavodda 150 manat maaş aldı
-
ğımı ona deyəndə, "hər ay yüz manatını xərclərik,
qalan 50 manata da bir ay sən özünə bir şey alarsan,
o biri ay mən" deyirdi. Evlənmək sözü mənə gül
-
məli görünürdü. Yəqin elə belə də olmalıdır deyə
düşünürdüm. Ancaq bir qorxu vardı canımda, sanki
böyük, fəlakətli bir oyunun içinə girmişdim, irəli
-
də nələr olacağını bilmirdim. Get-gedə Svetlananın
xəstəliyi haqqında biliklərim artdıqca daha da təla
-
şa düşürdüm. Xəstəliyin mənə də keçəcəyi vecimə
deyildi. Ancaq Svetlananın danışdıqları insanın
qanını dondururdu. Mənə məlum olmayan çoxlu
dərman adı bilirdi, qan qusan xəstələrdən danışırdı.
Ağ ciyərinə qaz vurulmasından, bunun ciyərində iz
buraxmasından söz açırdı. Məndən, əgər uşaq doğa
bilməzsə onu atıb-atmayacağımı soruşurdu.
Sevgi varsa var, yoxsa yoxdur. İnsanın ona ad qoy
-
masıyla ya da özünü məcbur etməsiylə deyil. Sevgi
heç bir borc hissi tanımır. Bir insanın kölgəsinə belə
baxaraq onun səni sevib-sevmədiyini bilmək müm
-
kündür. Soyuq aylarda Svetlananın sevgisiylə alışıb
yanırdım, havalar istiləşməyə başlayanda isə mən
əksinə, soyumağa başladım. Svetlana evə yazılmış
-
dı, Sabunçu tərəflərdə, Raboçiy Posyolok deyilən bir
yerdə gecəqondu evləri vardı. Burada tək-tənha ya
-
86
şayırdı. Svetlana məni avtobus dayanacağında qar
-
şıladı, ilk dəfə onun evinə yollanacaqdım. Məhəllə
aralıqlarından keçdikcə qarşıma çıxan ən yaraşıqlı
evlərdən birinin onun olacağını düşündükcə axırda
gəlib tayı-bərabəri olmayan miskin bir mənzərəylə
qarşılaşdım. Gəlişimin səbəbi vardı. Bu gün Novruz
bayramıydı. Maaşımızı vermişdilər, çoxlu bayram
şirniyyatı, Svetlanaya hədiyyə almışdım. Bayram ol
-
duğuna görə Sveta internatdan balaca qardaşını - Əli
-
ni də gətirmişdi. Üzü çapıqlarla dolu 10 yaşlarında bir
uşaqdı. Süfrə hazırladıq. Qızcığaz özü də bir şeylər
almışdı, stolun üstünü əlindən gəldiyi qədər gözəlcə
bəzəmişdi. Hər şey hazır idi, uşağı süfrəyə çağıranda
qəribə bir şey oldu: bir anda süfrədəki yeməklərdən
qaparaq ağzına doldurdu, ovurdları şişdi, barmağıyla
üstündən basaraq bir-iki dəfə çeynəyib uddu və süfrə
-
dən çəkildi. Svetlana uşağın bu hərəkətindən çox
utandı, internatdakı müəllimləri söyüb-yamanlamağa
başladı. Bu hadisə internatdakı mənzərəni çox aydın
şəkildə göstərirdi. Süfrəyə oturan uşaqlar əlli tərpənib
bir şey qapmasalar demək ki ac qalardılar. Svetlana
qardaşını öpdü, oxşadı, ağladı. İmkanı olan kimi uşa
-
ğı internatdan çıxaracağına söz verdi.
- Sərdar, sən etiraz eləmirsən Əli də bizimlə
qalsın?
Yalandan başımı yellətdim. Heç bilmirdim nə de
-
yim. Özümə görə arzularım vardı, gələcək haqqında
başqa şeylər düşünürdüm. Hələlik başqa bir evim
yoxdu, belə bir daxmada yaşamağısa qüruruma sı
-
87
ğışdıra bilməzdim. Ancaq avaragor şüuraltım öz-öz
-
lüyündə başqa hesablar aparırdı: bu daxma Svetla
-
nayla sevişmək üçün çox əlverişliydi. Əlini internata
aparmalıydıq, birlikdə yola düşdük, iki saat sonra
evə qayıdanda artıq hava qaralmışdı. İlk görüşdə ol
-
duğu kimi, sanki hər şeyi öncədən danışıb qərarlaş
-
mış kimi, otağa girər-girməz soyunub paltarlarımızı
bir tərəfə atdıq. Sanki elə belə də olmalı idi - Svet
-
lanayla birlikdə olanda bu cümləni tez-tez işlədir
-
dik. Açığı, ilk günlər cinsi yaxınlıqdan heç bir zövq
almırdım. Belə götürəndə maraqlıydı, ancaq həzz
adlı bir şey yoxdu. Svetlananın vajinası qup-qu
-
ruydu, çox çətin, ağrılı, xoşagəlməyən bir proses
idi bu. Yalnız 4-5 gün sonra əsl həzzi hiss etməyə
başladım. Üstəlik prezervativdən istifadə etməliy
-
dim. Xarici prezervativlər bahalıydı, sovet istehsalı
olanlarsa keyfiyyətsizdi, tez cırılırdı. Aptekə gedib
prezervativ almağa utanırdıq, satıcılar məzəmmətlə
baxırdı. Qiyməti 10 qəpikdi. Bir dəfə də qadın məs
-
ləhətxanasına yollandıq. Svetlana uşağa qaldığından
şübhələnirdi. "Jenskaya Konsultasiya" - klinikanın
qapısında yazılmışdı. Həkim erməni bir qadındı.
Svetlananı yoxladı, qorxulu heç bir şey yoxdur, dedi.
Zəhmət haqqı olaraq 5 manat pul verdim. Gülümsü
-
nüb, azərbaycan dilində, şirin bir ləhcəylə:
- Toy nə zaman olacaq? - dedi. Mən də rusca
cavab verdim:
- Skoro budet.
Gülərüz, xoşsifət bir qadındı.
88
Ancaq, Svetlanayla yaşamağımın başqa təh
-
lükələri də vardı. Anasını aşna kimi saxlayan Meh
-
di adlı bir qədeşdi. Altında 06 marka Jiqulisi vardı.
Svetanın deməsinə görə, Mehdi hər an gəlib çıxa
bilərdi və bu hər ikimiz üçün ölüm demək olardı.
Günlərin bir günü elə belə də oldu. Gecə Svetanın
yanında qalmışdım, səhər erkəndən geyinib evdən
çıxanda birdən Mehdi gəldi. Yaxşı ki evin içində
deyil, həyətin ortasındaydım. Zəhmli, əzazil bir
adamdı. Sorğu-sual başlandı: kimsən, nəçisən və
mənim həyətimdə nə işin var? Mən də dərsini əz
-
bərləmiş məktəbli kimi, bütün suallara doğru-dü
-
rüst cavab verdim. İlişəcək bir məqam yox idi. Ya
-
taqda deyil, həyətin ortasındaydım, hətta o içəriyə
girəndə ayaqqabımı geyinmiş, iplərini də bağlayıb
qurtarmışdım. Sağollaşıb küçə qapısına yönəldim,
getmədim, demək olar ki aradan əkildim. 21 yaşın
-
da cavan oğlan üçün, razılaşarsınız, böyük sınaqdı.
Svetlanadan bir az da sındım. Ondan uzaqlaşmağın
zamanı gəlmişdir, deyə düşünürdüm.
Məndən əvvəl kiminləsə görüşməsi haqqında
böyük şübhələrim vardı. Ustalıqla öpüşürdü, minet
götürməyin nə olduğunu bilirdi, hansı prezervati
-
vin yaxşı olduğundan başı çıxırdı, sevişərkən də o
qədər təcrübəsiz görünmürdü. Hər dəfə qəsəbənin
avtobus dayanacağında marşrut taksi sürücüləri
cavan oğlanlar onu görəndə siqnal verirdilər, qızıl
dişlərini parıldadıb gülürdülər.
Bütün bunlar məni Svetlanadan soyutdu. Özümə
başqa bir sevgili axtarmağa başladım.
89
8
FILM KIMI HƏYAT
Do'stlaringiz bilan baham: |