Азярбайъан кооперасийа университетинин дярсликляри



Download 5,45 Mb.
Pdf ko'rish
bet74/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   276
Bog'liq
Azf-266611

Son hədd 
gəliri
əlavə əmtəə vahidinin satışından əldə olunan gəlirdir. 
Beləliklə, təkmil rəqabət şəraitində son hədd gəliri orta gəlirə 
və məhsulun qiymətinə bərabərdir. Bu zaman firmanın son 
hədd və orta gəliri onun məhsuluna olan tələb əyrisi ilə üst-üstə 
düşür.(Şəkil 12.3) 

D=MR=AR 

O 1Q 
Şəkil 12.3 Rəqabət qabliyyətli firmanın son hədd və orta 
gəliri və onun məhsuluna tələb əyrisi. 
Təkmil rəqabət şəraitində qısa müddətli dövrdə firmanın 
təklifi yalnız onun istehsal xərcləri ilə müəyyənləşir. Buna görə 
də firmanın təklif əyrisi onun son hədd xərcləri əyrsi ilə üst-
üstə düşür. Çünkü, istehsal həcmi artdıqca, daha bir məhsulun 
istehsalının son hədd xərcləri də artır (azalan son hədd çıxışı 
qanununa görə). Bu şəraitdə firmanın təklif əyrisi yüksələn 
səciyyəlidir: (Şəkil 12.4) 


225 

MC=S 
O Q 
Şəkil 12.4. Rəqabət qabliyyətli firmanın təklif əyrisi. 
Təkmil rəqabət şəraitində firmanın davranışının təhlili 
zamanı diqqət yetirilən şərtiliklərdən biri də istehsalçının 
özünü 
səmərəli 
(rasional) 
aparmasıdır. 
İstehsalçı 
davranışının səmərəliliyi daha bir məhsul vahidi istehsalının 
verdiyi son hədd gəliri (uduşu) həmin əlavə vahidi 
istehsalının son hədd məsrəflərindən çox olduqda əldə edilir. 
Məhsulun son hədd gəliri ilə son hədd xərləri arasındakı 
müsbət fərq fiirmanın son hədd gəlirini təşkil edir. 
Başqa sözlə, firma istehsal həcmini onun son hədd 
gəliri və son hədd xərcləri ilə bərabərləşənə qədər davam 
etdirəcəkdir. MR=MC olduğu halda, istehsalçı öz gəlirinə 
daha heç nə əlavə edə bilməyəcək, çünkü gəlirinin həcmi 
maksi- muma çatmış olur. Əgər, istehsalı yenə davam 
etdirmiş olarsa, onda son hədd gəliri son hədd xərclərindən 
az olur, gəlir isə aşağı düşməyə başlayır. 


226 
P MC=S 
Pe 
D=MR=AR 

Qe O 
Şəkil 12.5. Qısamüddətli dövrdə rəqabət qabliyyətli 
firmanın tarazlığı. 
Deməli MR=MC gəlirinin maksimallaşdırılması şərtidir. 
MR və MC əyrilərinin kəsişmə nöqtəsi firmanın müvazinət 
nöqtəsidir (şəkildə E nöqtəsi). Firmanın müvazinəti gəlirin 
maksimuma çatdığı P

müvazinət qiyməti və Q

müvazinət 
istehsal həcmi ilə səciyyələnir. (şəkil 5) 
Təkmil rəqabət şəraitində rəqabətə davamlı firmaların 
davranışı cəmiyyətdə Allokativ səmərəliliyə səbəb olur. P=MC, 
yəni bir tərəfdən əmtəənin (xidmətin) qiyməti onun son hədd 
xərcləri qiymətindən çox olmur. Bu cəmiyyətin resurslarının 
ictimai təlabatın ödənilməsini maksimallaşdıra bilmək üçün 
lazım olan qaydada bölüşdürülməsi deməkdir. Təkmil rəqabət 
şəraitində istənilən əmtəə məcmusu deyil, məcmu tələbin 
quruluşuna, yəni istehlaka üstünlükverimlərinə müvafiq 
quruluşda istehsal edir. Digər tərəfdən təkmil rəqabət şəraitində 
istənilən əmtəənin (xidmətin) qiyməti nemətin istehlakçı üçün 
son hədd faydalılığının göstəricisi kimi çıxış edir. Məhsulun 
faydalılığını qiymətlə ifadə olunandan az qiymətləndirməyən 
istehlakçılar onu almağa hazırdırlar. Başqa sözlə desək, hər bir 


227 
əmtəə onun son faydalılığının bazar qiyməti ilə bərabərləşdiyi 
nöqtəyə qədər alınacaq və bu zaman istehlakçı da alınan 
faydalılığı (həzzi) maksimallaşdıracaqdır. 
Qeyri-təkmil (inhisarçı, oliqopolik, inhisar) rəqabət 
şəraitində firmanın davranışı təkmil rəqabətdə olduğundan 
fərqlidir. Məsələn, inhisaçı rəqabət qabiliyyətli firmaların 
məhsuluna olan tələb əyrisi, təkmil rəqabətli firmaların 
əyrisindən daha az elastik, lakin inhisar tələb əyrisindən daha 
çox elastik olur. 
Qısamüddətli dövrdə inhisarçı rəqabətli firmanın 
davranışı, əsasən, inhisar davranışına bənzəyir. Bu zaman 
firmanın son hədd gəliri qiymətə bərabər deyil, çünkü firmanın 
qiymət üzərində müəyyən nəzarəti var. Belə ki, firma məhsula 
olan tələbatını itirmədən onun qiymətini artıra bilir. Firma öz 
məhsulunu daha çox satmaq üçün məhsulun qiymətini aşağı 
salır ki, bu halda firmanın son hədd gəliri əyrisi, tələb 
əyrisindən aşağıda yerləşir. İnhisarçı rəqabət şəraitində firma 
istehsal həcminin və qiymətin elə kombinasiyasını seçir ki, 
onun əldə etmiş olduğu gəlir maksimum həddə olur. Firmanın 
MC = MR əyrilərinin kəsişməsi ilə tarazlıq nöqtəsi
müəyyən 
edilir. MC = MR şərti gəlirin maksimuma çatması şərtidir. 
Qeyri-təkmil rəqabət şəraitində rəqabət qabiliyyətli firma 
istehsalı bir qədər kəsirli edir və qiyməti artırır. Qiymət son 
hədd xərclərindən yüksək (P>MC) olduğundan, cəmiyyətdə 
allokativ səmərəliliyə nail olunmur. Qiymətin yüksək olması 
nəticəsində firmanın məhsuluna tələb azaldığı üçün firma zərər 
çəkəcəkdir. Əgər bu zaman firmanın tarazlıq qiyməti orta 
dəyişən xərcləri ödəyərsə, firma fəaliyyətini davam etdirir. 
MC=MR olan həcmdə məhsul istehsal edərək itkiləri 
minimuma endirir. Əgər tələb çox aşağıdırsa və tarazılıq 
qiyməti orta dəyişən xərcləri ödəmirsə, firma istehsalını 
dayandırır. Uzunmüddətli dövrdə isə rəqabət qabiliyyətli 
firmanın inhisarcı rəqabət bazarında davranışı, inhisar 
modelində olduğundan fərqlidir. Belə ki, sahəyə daxil olmaq 


228 
üçün maneələr olmadığından, daha doğrusu, az olduğundan 
yeni firmalar bu sahədə öz istehsallarını təşkil edir. Buna görə 
də əvvəlki firmaların hər birinin məhsuluna olan tələb azalır və 
son hədd gəliri əyrisi daha az meylli olur. Əyrilərin bu dönüşü 
yalnız tələb əyrisi orta xərclər əyrisinə toxunana qədər davam 
edir. Bu toxunma nöqtəsində iqtisadi mənfəət yox olur. Buna 
görə də sahəyə yeni firma və kapital axını da dayanır. Bu 
şəraitdə sahənin bütün firmaları yalnız normal mənfəət əldə 
edəcəklər. Çünkü tarazlıq qiyməti orta xərclər səviyyəsində 
sabitləşir. "E" nöqtəsi inhisarçı, qeyri-təkmil rəqabət şəraitində 
uzunmüddətli dövrdə tarazlıq nöqtəsi olur.

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   70   71   72   73   74   75   76   77   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish