Азярбайъан кооперасийа университетинин дярсликляри


firmanın davranışı haqqında



Download 5,45 Mb.
Pdf ko'rish
bet73/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   276
Bog'liq
Azf-266611

firmanın
davranışı haqqında
nəzəriyyədir. Bu nəzəriyyənin tərəfdarları 
iddia edirlər ki, firmanın bir deyil (mənfəəti mak, satışı mak, 
həcmi mak), çoxlu məqsədi var, burada müxtəlif mənafelər 
qarşılaşırlar. Bu müxtəlif mənafelərə: idarəedənləri, səhmdar- 
ları, muzdlu işçiləri, dövləti və.s göstərmək olar. Bu müxtəlif 
mənafelər bir-birilə toqquşur. Bu toqquşma sosial gərginliyə 
çevrilməmək üçün, firmanın ali idarə orqanı bu müxtəlif 
mənafeləri firmanın ümumi strateji mənafeyinə uzlaşdırmağı 
bacarmalıdır. Ali rəhbərlik buna nail olarsa firma öz 


221 
fəaliyyətini normal davam etdirə bilər. Ali rəhbərlik bu 
mənafeləri uzlaşdırmaq üçün, onlar arasında kompromis 
razılaşmasının əldə edilməsinə diqqət yetirməlidir. Firmanın 
davranış nəzəriyyəsində xarici mühitə də xüsusi fikir verilir. 
Buraya firmanı əhatə edən iqtisadi, siyasi, ekoloji, sosial şərait 
və s. aid edilir. 
§ 4.Təkmil və qeyri-təkmil rəqabət şəraitində 
firmanın davranışı 
 
Firmanın davranışı, onun strategiyası və taktikası 
seçiminə bazar quruluşu və ya xüsusi bazar vəziyyəti təsir 
göstərir. Firmanın davranışı isə öz növbəsində onun 
fəaliyyətinin göstəriciləri: qiymət, mənfəət, səmərəlilik ilə 
bilavsitə bağlıdır. Firmanın davranışı və nəticəliliyi həmin 
sahənin fəaliyyətinə, o da öz növbəsində bütövlükdə milli 
iqtisadiyyata təsir edir. 
Öyrəndiyimiz kimi, bazarın əsas elementləri olan rəqabət 
və inhisarın nisbətlərindən aslı olaraq, bazarın təkmil və qeyri-
təkmil modelləri vardır. Bu modellər şəraitində firmanın 
davranışı da müxtəlif olur. 
Bütün digər modellər kimi, xalis rəqabətli bazar modeli 
də xalis mücərrədlikdir (abstraksiyadır). Bu modeldə sahə 
bazarında bir-birindən aslı olmayan çoxlu istehsalçı və 
istehlakçı firmalar olur; onların hər birinin tələb və təklif 
səviyyəsi sahə ilə müqayisədə çox cüzidir; ona görə də 
qiymətin səviyyəsinə təsir edə bilmir; sahəyə giriş və çıxış 
sərbəstdir və s. 
Real həyatda isə belə quruluşlu, yəni xalis rəqabətli bazar 
çətin ki, mövcud olsun, ya da yuxarıda göstərilən şərtlərin çoxu 
gözlənilmir. Belə ki, sahəyə daxil olmağa və biznes qurmağa 
müəyyən bürokratik və ya iqtisadi məhdudiyyətlər həmişə 
mövcuddur; sahədə çoxsaylı satıcı olduğu halda, bazar 


222 
hökmranlığına malik olan və qiymətləri diktə edən üstün 
firmalar da həmişə mövcuddur və s. Bütün bunlarla bərabər, 
rəqabət qabiliyyətli firmanın davranışını başa düşmək üçün bu 
şərtilikləri nəzərə almaq lazımdır. 
Təkmil rəqabət şəraitində firmanın davranışını təhlil 
etmək üçün daha bir şərtliyi, firmanın məqsədini də nəzərə 
almaq lazımdır. İqtisadi nəzəriyyədə mövcud olan müxtəlif 
məktəblərin, cərəyanların nümayəndələrinin (klassiklər, 
marksistlər, yeni klassiklər və.s) çoxu firmanın əsas məqsədi 
məsələsində yekdildirlər. Onların çoxunun fikrincə, firmanın 
əsas məqsədi mənfəəti maksimumlaşdırmaqdır. 
Ən ümumi şəkildə məcmu mənfəət (TP-total profit) 
məcmu satış pulu ilə məcmu xərclər arsındakı fərq kimi 
müəyyənləşdirilir və bunu aşağdakı kimi göstərmək olar: 
n m 
TP=TR-TC=∑
P1Q1
-∑
W1 X1 
i = 1
Burada - n-istehsal olunan məhsulların miqdarı; 
m-tətbiq olunan istehsal amillərinin miqdarı; 
p- i əmtəsinin qiyməti; 
q- istehsal olunmuş i- əmtəəsinin miqdarı; 
w- i-istehsal amilinin qiyməti; 
x- istifadə olunmuş i-istehsal amilinin miqdarı. 
Demək olar ki, firma mənfəətini istehsal amilləri vasitəsi 
və yaradılmış son hədd məhsulunun qiyməti, həmin istehsal 
amilinin qiymətinə bərabər olduqda maksimallaşdırır. 
Təkmil rəqabət şəraitində firmanın məhsuluna olan tələb 
üfüqi xətdir. Çünki o qiymət alandır, istehsal etdiyi hər şeyi 
cari bazar qiymətlərinə sata bilər. Belə ki, cari bazar qiymətinə 
satmaq mümkündürsə, ucuz satmağın mənası yoxdur. Baha da 
satmaq mümkün deyildir, çünki bu halda firmanın məhsuluna 
tələb sıfıra düşər. Ona görə ki, məhsulu bazar qiymətinə təklif 


223 
edən çoxlu sayda firmalar mövcuddur. Buna görə də rəqabət 
qabiliyyətli firmanın məhsuluna tələb üfüqi xətdir.(Şəkil 1) 

P D 
O 1Q 
Şəkil 12.1 Rəqabət qabliyyətli firmanın məhsuluna tələb 
əyrisi. 
Təkmil rəqabət şəraitində rəqabət qabiliyyəti firma
məhsulununun hər vahidini carı bazar qiymətinə satmaqla PQ 
həcmində məcmu satış pulu (məcmu gəlir) və orta satış pulu 
(orta gəlir) əldə edir. Onun əldə etdiyi məcmu gəliri 
koordinatların başlanğıcından keçən düz xətdir. (Şəkil 2) 

TR 
O Q 
Şəkil 12.2 Rəqabət qabliyyətli firmanın ümumi gəliri 
(satış pulu) əyrisi. 


224 
Orta gəlirin qrafik təsviri isə o, firmanın məhsuluna orta 
tələb əyrisi ilə tam üst-üstə düşür, çünki hər bir məhsulun 
satışından orta gəlir cari bazar qiymətinə bərabərdir. 
Daha bir məhsul vahidinin satılması nəticəsində firmanın 
məcmu gəliri müəyyən vahid qədər (məhsul vahidinin qiyməti 
qədər) artacaq ki, bu da son hədd gəliri adlanır. 

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   69   70   71   72   73   74   75   76   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish