239
kimi bir şəxs deyil, bir neçəsi çıxış edərsə hər biri fəaliyyətin
konkret sahəsi üzrə (satış, təchizat, maliyyə, reklam)
ixtisas-
laşır və bu sahənin fəaliyyəti ilə bağlı qərarlar qəbul edirlər.
Sahibkarlıq fəaliyyətinin əsas məsələləri üzrə səmərəli
qərarların qəbul edilməsi üçün qərar qəbul edənin özü bir sıra
şəxsi keyfiyyətlərə malik olmalıdır. Bu şəxsi keyfiyyətlərə
aşağıdakılar aiddir:
sahibkarlıq fəaliyyəti üçün tələb olunan ümumi bilik;
müasir iqtisadi təfəkkür;
işguzar mədəniyyət;
iqtisadi vəziyyəti onerativ təhlil etmək və öz imkanlarını
düzgün qiymətləndirə bilmək bacarığı və s.
İqtisadi fəaliyyətin əsas məsələləri üzrə qərarların qəbul
edilməsi əsasən iki formada həyata keçirilir: ənənəvi
olaraq
qərarlar sahibkarlıq subyekti tərəfindən təkbaşına və ya digər
vəzifəlilər tərəfindən qəbul edilir və yuxarıdan aşağıya doğ-
ru
tabelilik
принсипиня
uyğun olaraq yönəldilir və icra
edilirlər. Bəzi ölkələrdə (Yaponiya, Cənubi Koreya və s.) isə
XX əsrin 70-80-ci illərindən başlayaraq qərarların qəbul
edilməsində aşağı pillələrin də fəal iştirakı nəzərdə tutulur.
Aşağıdakıların fəal iştirakı ilə razılaşdırılmış qərarların qəbulu
daha yaxşı nəticələrin əldə edilməsinə səbəb olur.
Sahibkarlıq subyeklərinin mühüm vəzifələrindən biri də
ağıllı risk
etməkdir. Belə ki, sahibkarlıq
subyekti iqtisadi
fəaliyyətlə əlaqədar müxtəlif vəzifələri yerinə yetirmək üçün
öz vəsaiti, vaxtı və işgüzar aləmdəki nüfuzu ilə risk edir.
Sahibkarlıq fəaliyyəti hər zaman qeyri-müəyyənlikə, risklə
bağlıdır. Sahibkarlıq riski sığortalanan və sığortalanmayan
risklərə ayrılır. Sığortalanan risklər dedikdə yanğın, daşınma
zamanı məhsulun xarab olması, firma rəhbərlərinin və ya
aparıcı mütəxəsislərin ölümü və ya xəstələnməsi və s. nəzərdə
tutulur. Bu kimi risklərdən irəli gələn zərəri ödəmələr üçün
onlar sığortalanırlar.
240
Sığortalanmayan risklər isə əsasən aşağıdakı hadisələrlə
əlaqədə olur:
alıcıların zövqündəki dəyişikliklər;
rəqiblərin fəaliyyətindəki dəyişikliklər;
iqtisadi resursların qeyri-səmərəli bölgüsü və qiymətlərin
dəyişilməsi;
siyasi şəraitin dəyişilməsi, münaqişələr, təbii və
ekoloji
fəlakətlər və s.
Bu risklərdən isə sığortalanmaq mümkün deyildir.
Risklərlə əlaqədar sahibkara dəyən zərərin üç səviyyəsi
fərqləndirilir: a) aparılan riskli əməliyyat nəticəsində
sahibkar
mənfəət əldə etmir. Atalar demişkən ―aldım qoz, satdım qoz
mənə qaldı xışıltısı‖, b) aparılan riskli əməliyyat çəkilən
xərcləri ödəmir, zərər sahibkarın öz hesabına ödənilir. Belə hal
adətən təsadüfi ola bilər. c) aparılan iqtisadi fəaliyyət sahibkarı
müflisləşdirir. Belə halın baş verməməsi üçün sahibkar ağıllı
risk etməyi bacarmalıdır. H.Fordun dediyi kimi ―işinizdə daha
çox ağıla üstünlük verin-ağıla və bir daha ağıla‖ .
Sahibkarliq subyekləri tərəfindən bu və digər vəzifələrin
həyata keçirilməsi sahibkarliq mühiti şəraitində baş verir.
Do'stlaringiz bilan baham: