İnformasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkası. Təkamül və transaksiya nəzəriyyələri
1. F. Listin məhsuldar qüvvələr nəzəriyyəsi
2. Y. Şumpeterin sahibkar-novator nəzəriyyəsi
3. Q. Bekkerin insan kapitalı nəzəriyyəsi
4. M. Spenserin siqnallar nəzəriyyəsi
5. Е. Дйуркэеймин органик щямряйлийи
6. Р. Коuzун фирма нязяриййяси
7. Ж. Стиглерин информасийа ахтарышы нязяриййяси
1. F. Listin məhsuldar qüvvələr nəzəriyyəsi
Fridrix List (1789-1846)- siyasi iqtisadın alman tarixi məktəbinin nümayəndəsidir. “siyasi iqtisadın milli sistemi” kitabı 1841-ci ildə çap edilmişdir.
Listə görə zənginliyin yaradılmasi qabiliyyəti zənginliyin özündən son dərəcə vacibdir və o nəinki qazanılanlara sahib olmanı və onun artımını təmin edir, həm də itirilənləri əvəzləyir. Əgər insan zənginliyə, başqa sözlə mübadilə dəyərinə sahib olmuş, lakin istehlak etdiyindən daha çox miqdarda dəyərli əşyalar istehsal etmək qabiliyyətinə sahib deyildirsə, o belə olduqda kasıblaşacaqdır. Digər tərəfdən insan kasıb ola bilər, lakin o, istehlak etdiyindən daha çox miqdarda dəyər istehsal etmək bacarığına malik olarsa, bu zaman o zənginləşə bilər. Bu ayrı- ayrı xüsusi şəxslərdən daha çox butövlükdə millətlərə tətbiq edilə bilər. List millətin nemətlər istehsal etmək bacarığını məhsuldar qüvvələr adlandırmışdır.
Məhsuldar qüvvələrin həcminə təsir göstərən amillər içərisində cəmiyyət üzvlərinin tərbiyə olunduğu və fəaliyyət göstərdiyi sosial mühit xüsusi əhəmiyyətə malikdir. Burada elm və incəsənətin çiçəklənməsi, əxlaq və əqli inkişafin dövlət tərəfindən mükafatlandırılması, şəxsi və əmlak təhlükəsizliyi, azadlıq və təhsildə nəsildən nəslə əhalinin uğurlarının təmin edilməsi üçün millətin kifayət qədər qüdrətli olmasi vacibdir. Listin fikrincə Adam Smit bu qüvvəllərin mahiyyətini çox az dərk edirdi. Belə ki, o heç yerdə məhkəmə və müdiriyyəti idarə edənlərin, elm və təhsili inkişaf etdirənlərin, incəsənət və digər sahələrdə çalışanların əqli əməyinin məhsuldarlığının əhəmiyyətini qəbul etməmişdir. Əgər o “qüvvələr” ideyasına diqqət yetirmiş olsaydı, bu zaman dəyər nəzəriyyəsi vasitəsi ilə iqtisadi hadisələrin izah edilməsinə üstünlük verməklə yanaşı müstəqil məhsuldar qüvvələr nəzəriyyəsini irəli sürməyin zəruriliyinə də diqqət yetirmiş olardı. Smit həqiqi yoldan o dərəcədə yayınmışdir ki, əxlaqi qüvvələri sırf maddi münasibətlərlə izah etməyə başlamışdır. Klassik siyasi iqtisadın anlaşılmazlıqları, ziddiyyətlərin səbəbi məhz bunda idi. Gəncliyin tərbiyəsinə, ədliyyə işlərinə və hakimiyyətə ölkənin müdafiəsinə və s. sərf edilən hər gün kəşflərin, ixtiraların, yaxşılaşdırılmaların, təkmilləşdirilmələrin və bizə qədər yaşamış insanların cəhdlərinin toplanmış yığınının nəticələrindən ibarətdir. Bütün bunlar yaşayan bəşəriyyətin əqli kapitalını yaradır və ayrılıqda hər bir millətin məhsuldarlığı, onun keçmiş nəsillərdən qalmış bu mirası nə dərəcədə mənimsəmə bacarığı və onu özünün əldə etdikləri ilə artırmaq qabiliyyəti müəyyən olunur. Klassik məktəb yalnız fiziki əməyi məhsuldar qüvvə hesab etməklə yalnışlığa yol vermişdir. Bu məktəbə görə öz xəstəsinin həyatını xilas edən həkim məhsuldar olanlar sinfinə aid edilmir. Lakin buraya əczaçı oğlan aid edilsədə onun hazırladığı mübadilə dəyərləri yaxud həblər yalnız bir neçə dəqiqə mövcud olur, sonra isə tamamilə məhv edilir. Göstərilən ziddiyyət məhsuldar qüvvələr nəzəriyyəsi baxımından həll edilə bilər. Donuzları parçalayanlar, balalaykalar və həblər hazırlayanlar əlbətdə məhsuldardırlar, lakin gəncləri tərbiyə edənlər və yaşlı insanların müəllimləri, musiqiçilər, həkimlər, hakimlər, və inzibatçılar müqayisəyə gəlməz, daha yüksək dərəcədə məhsuldardır. Birincilər mubadilə dəyərlərini istehsal edir, lakin ikincilər məhsuldar güvvələri yaradırlar, sonunculardan biri sonrakı nəsli istehsala hazırlayır, digərləri mənəviyyatı inkişaf etdirir, üçüncüsü insanın mənəviyyat ucalıq və yüksəklik gətirir, dördüncüsü öz müştərilərinin məhsuldar güvvələrini xilas edir, beşincisi hüquqi vəziyyəti təmin edir, altıncısı ictimai durumu nəhayət yeddincisi öz bacarığı və zövqü ilə mübadilə dəyərləri istehsalına səbəb olur.
Millətin rifahi sərvətin, başqa sözlə mübadilə dəyərlərinin miqdarı ilə deyil məhsuldar qüvvələrin inkişaf dərəcəsi ilə şərtlənir. Millət maddi sərvətini qurban verməli və bu məhrumiyyətləri əqli və sosial güc əldə edilməsinə keçirməlidir. O indiki qazanclarını qurban verməlidir ki, özünə gələcək faydanı təmin edə bilsin.
Do'stlaringiz bilan baham: |