Istehsal xərcləri kateqoriyası



Download 14,01 Kb.
Sana20.01.2022
Hajmi14,01 Kb.
#392660
Bog'liq
iqtisadi anlayışlar və baxışlar


istehsal xərcləri kateqoriyası

Qiymətin müəyyən edilməsində əsas rolu istehsal xərcləri amili oynayır.İstehsal xərcləri dedikdə məhsulun istehsalı üçün zəruri olan iqtisadi ehtiyatların əldə edilməsinə sərf olunan pulun miqarını ifadə edən iqtisadi kateqoriya başa düşülür. Bu kateqoriya çox böyük əhəmiyyətə malik bir kateqoriya olub bir çox iqtisadi məktəblər tərəfindən tətqiq edilmişdir. Adam Smitin fikrini əsas götürən ingiltərə iqtisadları C.Mill və R.Torrens istehsal xərclərini yığılmış əmək məsrəfləri adlandırmışlar. Onlar istehsal xərclərini əmtəənin daxili dəyəri hesab edirdilər.faydalılıq dərəcəsi nəzərdə tutulur.Neoklassik məktəbininnümayəndəsi olan A.Marşal istehsal xərcləri kateqoriyası üzərində işləmişdir. O, bu kateqoriyanı fəhlələrin əziyyətinin və kapitalistlərin imtinasının cəm xərcləri kimi qələmə almışdır.Neoklassiklərdən fərqli olaraq marksist məktəb istehsal xərclərini əmək-dəyər nəzəriyyəsinə əsaslanaraq, bu kateqoriyanı əmtəə istehsalına sərf olunmuş əməyin məcmusu adlandırmışdır.Qərb iqtisadçıları isə XX əsrdə istehsalın inkişafında baş verən dəyişikliklərlə əlaqədar olaraq, istehsal xərclərinin digər iqtisadi məktəblərinkindən fərqlənən konsepsiyasını hazırlamışlar. Bu konsepsiyaya əsasən, müasir dövrdə istehsal xərclərinin böyük bir hissəsini qeyri-istehsalda çalışan işçilərin əmək məsrəfləri təşkil edir. Başqa sözlə desək, elmi-tədqiqat işləri, idarəetmə, reklam kimi işlərə daha çox pul xərclənilir.Bütün bu qeyd olunanları əsas götürərək belə bir qənaətə gəlmək olar ki, istehsal xərcləri hər hansı bir müəssisənin əmtəə (məhsul) istehsalı üçün zəruri olan bütün xərclərin cəmindən ibarət olan bir iqtisadi kateqoriyadır. Yəni istehsal xərcləri hər hansı bir firmanın binasının istismarına, dəzgahların alınmasına və quraşdırılmasına, işçilərin əmək haqqına, tələb olunan xammala, onun daşınması üçün lazım olan yanacağa, dəzgahların iş zamanı işlətdiyi enerjiyə və başqa proseslərinicrası üçün tələb olunan məsrəflərin cəmidir. Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ünsürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edilən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.


Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar arasında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin hamısının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klassik burjua siyasi iqtisadının nümayəndələri A. Smit və D. Rikardo istehsal xərcləri haqqında öz mülahizələrini bildirir və onu istehsal qiyməti ilə eyniləşdirirlər. J. B. Seyin fikrincə istehsal xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N. Senior istehsal xərclərinin izahının subyektiv variantını irəli sürmüşdür. Onun fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi istehlakdan imtina etmələrinin nəticəsidir.

K. Marksa görə əmtəələrin istehsalı üzrə cəmiyyətin və müəssisələrin istehsal xərclərini bir-birindən fərqlən-dirmək lazımdır. Məhsulların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri cəmiyyətin istehsal xərclərini əmələ gətirir. A. Marşall istehsal xərclərinin obyektiv və subyektiv variant-larını birləşdirməyə cəhd göstərmişdir. O, belə hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziyyəti» və sahibkarların «imtinasının» cəmidir. Müasir dövrdə Qərb ölkələrin-də istehsal xərclərini həm mahiyyət, həm də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiyasından fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclə-rinin əsas hissəsi istehsalda bilavasitə çalışan işçilərin əmək haqqından ibarət idisə, hazırda onun tərkibində qeyri-istehsal işçilərinin əməyi, marketinq, idarəetmə, reklam və s. əlaqədar xərclər çoxluq təşkil edir.

Kempbell R. Makkonnell və Stenli L. Bryunun «Ekonomiks» kitabında istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclərinə mülkiyyətçiyə məxsus olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici) xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal mənfəətdir».

Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndə-lərinin fikrincə, hər bir məhsulun istehsalına müəyyən miq-darda iqtisadi ehtiyatlar və ya istehsal amilləri (əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər forması alır və istehsal xərclərini əmələ gətirir.



Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 1) Kənar və daxili xərclər; 2) Alternativ xərclər; 3) Sabit, dəyişən və ümumi xərclər; 4) Orta və son hədd xərcləri.
Download 14,01 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish