Азярбайъан кооперасийа университетинин дярсликляри



Download 5,45 Mb.
Pdf ko'rish
bet82/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   276
Bog'liq
Azf-266611

Sahibkarlıq mühiti
dedikdə işgüzar fəaliyyətin həyata 
keçirilməsinə təsir göstərən şərait və amillərin məcmusu 
nəzərdə tutulur. Bunlara iqtisadi mühit, texnoloji mühit, təbii-
coğrafi mühit, siyasi şərait və s. aiddir. Bu və digər amillər 
sahibkarlıq fəaliyyəti üçün əlverişli və ya qeyri-əlverişli şərait 
yaradır. 
Sahibkarlıq fəaliyyəti üçün əlverişli iqtisadi mühitin 
formalaşdırılmasında aşağıdakı amillər də mühüm rol oynayir: 
sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazasının 
yaradılması, sahibkarlığa dövlət himayəsi, firmaların 
(müəssisələrin) yaradılmasına, fəaliyyətin genişlənməsinə 
imkan verən vergi, kredit, gömrük siyasətinin yeridiləsi, dövlət 
və xüsusi bölmə tərəfindən sahibkarlığın inkişafına


241 
yönəldilən vəsaitin artırılması, sahibkarlıq infrastrukturunun 
formalaşması və onun səmərəli fəaliyyəti üçün şəraitin 
yaradılması və s. Sahibkarlıq infrastrukturu dedikdə inno-
vasiya mərkəzlərinin, lizinq firmalarının yaradılması, sahib- 
karların hazırlanması və ixtisasartırma məktəblərinin, kursların 
və s. olması nəzərdə tutulur. 
§3. Azərbaycanda sahibkarlığın formalaşması 
Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycanda 
həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri 
də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişaf etdiril- 
məsidir. Bu məqsədlə dövlət mülkiyyətinin özəlləşdirilməsi və 
iqtisadiyyatın liberallaşdırılması ilə yanaşı ―Sahibkarlıq 
fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu ― da 
qəbul edilmişdir. Bu qanunda sahibkarlığın mahiyyəti, 
prinsipləri, sahibkarlıq subyeklərinin hüquq və vəzifələri, 
sahibkarlığın dövlət tərəfindən müdafiə və təqdir olumasının 
forma və üsulları, sahibkarlığın dövlət orqanları ilə qarşılıqlı 
münasibətləri və s. müəyyən edilmişdir. Qanunda göstərilir ki, 
sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, 
habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə etmək 
məqsədilə özlərinin cavabdehliyi və ya əmlak məsuliyyəti ilə, 
yaxud digər hüquqi və ya fiziki şəxslərin adından
qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin
bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər 
göstərilməsi formasında həyata keçirdikləri müstəqil 
təşəbbüskarlıq fəaliyyətidir. 
Qanun mülkiyyətin bütün formalarının bərabərliyi 
prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət 
sahələri seçilməsi və iqtisadi qərarlar qəbul ediməsi əsasında 
iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün 
şərait yaradılmasına yönəldilmişdir. 


242 
Qanunun birinci bölməsində sahibkarlıq fəaliyyəti, 
sahibkarlıq haqqında qanunvericilik, sahibkarlığın subyekləri və 
sahibkarlıq hüdudlarının hüquqi nizamlanması məsələləri 
açıqlanır. Qanunun ikinci bölməsində sahibkarın hüquq və 
vəzifələri, üçüncü bölməsində isə sahibkarlığın dövlət 
tənzimlənmsi məsələləri nəzərdən keçirilir. 
Qanunun dördüncü bölməsində isə sahibkarlıq fəaliyyətinin 
dayandırılması və ona xitam verilməsi məsələ- lərindən bəhs 
olunur. Qanunda göstərilir ki, sahibkarlıq fəaliyyətinin 
dayandırılması haqqında qərarı adətən sahibkarın özü qəbul edə 
bilər. Dövlət orqanları, o cümlədən antiinhisar fəaliyyəti, vergi, 
ekologiya, sanitariya, memarlıq, texniki təhlükəsizlik, yanğından 
qorunma məsələləri üzrə səlahiyyətli orqanlar isə sahibkarlıq 
fəaliyyətinin dayadırılması haqqında təqdimat vermək hüququna
malikdirlər. Mübahisələr yalnız məhkəmə yolu ilə həll edilirlər. 
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə qərarı da 
sahibkarın özü tərəfindən və ya məhkəmə tərəfindən qəbul edilir. 
Bu qanunla yanaşı, sahibkarlığın hüquqi bazasını 
möhkəmlətmək üçün çoxlu miqdarda qanun və normativ hüquqi 
sənəd qəbul edilmişdir. Bunlara dövlət mülkiyyətinin 
özəlləşdirilməsi, kiçik və orta sahibkarlığa dövlət yardım
regionların sosial-iqtisadi inkişaf proqramları və s. göstərmək 
olar. Sahibkarlığa kömək məqsədilə ―Sahibkarlığa Kömək Milli 
Fondu‖da yaradılmışdır. Sahibkarlığa kömək məqsədi ilə
informasiya mərkəzləri, lizinq firmaları və sairələr də yara- 
dılmışdır. Özəlləşdirmənin həyata keçirilməsi nəticəsində 40 
mindən çox kiçik müəssisə və obyekt, 1600-ə yaxın iri obyekt 
özəl mülkiyyətə çevrilmişdir. Bunun nəticəsində ÜDM-da özəl 
bölmənin payı 2008-ci ildə 84,5% təşkil etmişdir. Kənd təsərrüfatı 
və digər sahələrdə özəl bölmənin payı daha yüksəkdir


Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   78   79   80   81   82   83   84   85   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish