Азярбайъан кооперасийа университетинин дярсликляри



Download 5,45 Mb.
Pdf ko'rish
bet77/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   276
Bog'liq
Azf-266611

sahibkarlıq 
fəaliyyətidir

Sahibkarlıq fəaliyyəti
dedikdə, fayda (mənfəət) əldə 
etmək məqsədilə öz riski əsasında müstəqil, sistematik olaraq 
məhsul istehsal etmək, xidmət göstərmək və ticarətlə məşğul 
olmaq fəaliyyətidir. ĺqtisadi ədəbiyyatda sahibkar, sahibkarlıq 
fəaliyyəti ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür. 
ĺngilis iqtisadçısı R.Kantilyona (1680-1734) görə, feoda- 
lizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinə və müxtəlif 
növlü muzdurlara, yeni iqtisadi sistemdə, kapitalizmdə 
mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən 
qiymətə alaraq, bazarda özünə hələ də məlum olmayan 
qiymətə satmağa çalışan (deməli risk edən) yeni insanlar qrupu 
əlavə olunmuşdur. O, bu insanları sahibkar adlandırır. 
Kantilyonun fikrincə, sahibkarlıq xüsusi növ iqtisadi vəzifə 
olub müxtəlif növ bazarlarda əmtəələrə olan tələblə təklif 
arasında uyğunluq yaratmağa çalışır. 
A.Smit (1723-1790) isə sahibkarı öz istehsalını 
planlaşdıran və təşkil edən, onun nəticələri üzərində müstəqil 
sərəncam verən, mənfəət götürmək məqsədilə kommersiya ilə 
bağlı hər hansı bir ideyanı reallaşdırmaq üçün risk edən 
mülkiyyətçi kimi səciyyələndirirdi. 
Fransız iqtisadçısı J.B.Sey (1767- 1832) də sahibkarı risk 
etməsinə baxmayaraq, mənfəət götürmək məqsədilə hər hansı 
bir məhsul istehsal edən şəxs kimi qələmə almışdı. O, 
sahibkarlıq mənfəətini təmin edən iqtisadi mühiti-bazar 
mühitini ətraflı tədqiq etmişdir. Onun fikrincə, sahibkar 
mənfəəti əldə etmək üçün sahibkarın yerinə yetirdiyi vəzifələr 
yaradıcı xarakter daşıyır. 
Sahibkarlıq fəaliyyəti haqqında alman iqtisadçısı 
V.Zombartın (1863-1944) fikirləri müəyyən qədər fərqlənir. O, 
sahibkarlıq fəaliyyəti qarşısında duran məqsədi iki yerə: əsas 
və asılı məqsədlərə bölmüşdür. Onun fikrincə sahibkarlıq 


234 
fəaliyyətinin əsas məqsədi daim inkişaf etmək, çiçəklənmək, 
genişlənməkdir. Bu məqsədə çatmaq üçün sahibkar risk
etməyə hazır olmalı, inadkarlıq və inam göstərməli, ümumi 
mənafe naminə bir çox insanları işə cəlb etməyi bacarmalıdır. 
Zobmarta görə, mənfəət əldə etmək sahibkarın ikinci dərəcəli, 
asılı məqsədidir. Bəs, görəsən mənfəət əldə etməsə, sahibkar 
necə inkişaf edə, çiçəklənə bilər? 
Avstriya iqtisadçısı J.Sumpeterin (1883- 1950) sahib- 
karlıq haqqında fikirləri də maraqlıdır. O, sahibkarı hər şeydən 
əvvəl yenilikçi adlandırır. Onun fikrincə sahibkar olmaq 
digərlərinin edə bilmədiklərini etmək, yenilik tapmaq
köhnəliyə qarşı çıxmaq, ağıllı risk etmək 
демякдир
. Sumpeter 
yazır ki, sahibkarlıq fəaliyyətinin subyekti kimi, həm
mülkiyyətçinin özü, həm də firmanın, bankın, səhmdar 
cəmiyyətin idarəedicisi (direktoru, meneceri və.s) çıxış edə 
bilər. 
Dahi nəzəriyyəçi N.Marks (1818-1883) sahibkarla 
mülkiyyət sahibi olan kapitalisti bir-birindən ayırmamıs, onları 
eyniləşdirmişdir. Buna görə də marksist iqtisadi nəzəriyyədə
sahibkarlıq ayrıca iqtisadi kateqoriya kimi tədqiq olun- 
mamışdır. 
A. Marşal, C.M.Keyns və başqaları da sahibkarlığı, 
sahibkarlıq fəaliyyətini bu və ya digər dərəcədə tədqiq etmişlər. 
Müasir dövrdə sahibkarlıq fəaliyyəti dedikdə, təsərrüfat 
subyektlərinin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsə-
dilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti əsasında, 
qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin 
bütün növləri üzrə həyata keçirdikləri təşəbbüskarlıq fəaliyyəti
nəzərdə tutulur. 
Sahibkarlıq fəaliyyəti mürəkkəb iqtisadi məzmuna 
malikdir. Bir tərəfdən o, iqtisadi kateqoriya olmaqla bazar 
subyektləri arasındakı çoxsahəli iqtisadi münasibətləri (məhsul 
və xidmətlərin istehsalı, mübadiləsi, bölgüsü və.s) özündə əks 


235 
etdirir. Digər tərəfdən sahibkarlıq səmərəli təsərrüfatçılıq 
tipidir. Belə ki, sahibkar daha çox mənfəət əldə etmək üçün 
elmi-texniki tərəqqinin yeniliklərindən, mütərəqqi əmək 
üsullarından və sairədən istifadə edərək özünün iqtisadi 
fəaliyyətini daha səmərəli həyata keçirməyə çalışır. Üçüncü 
tərəfdən sahibkarlıq mütərəqqi iqtisadi təfəkkürdür. Belə ki, 
mütərəqqi iqtisadi təfəkkürlü sahibkar dövrün tələbatına uyğun 
məhsul və xidmətlər istehsal edir, daha mütərəqqi üsullarla 
xidmət göstərir, ictimai həyatın müxtəlif sahələrində ciddi 
qənaət rejiminə riayət edir, ətraf mühitin qorunmasına çalışır 
və.s. 
Sahibkarlıq fəaliyyətinin zəruri şərti iqtisadi azadlığın
olmasıdır. 

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   73   74   75   76   77   78   79   80   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish