Азярбайъан кооперасийа университетинин дярсликляри


§ 5. İnhisarçı rəqabət qabiliyyətli firmanın



Download 5,45 Mb.
Pdf ko'rish
bet75/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   276
Bog'liq
Azf-266611

§ 5. İnhisarçı rəqabət qabiliyyətli firmanın 
xərclərinin minimallaşdırılması 
Ümumiyyətlə qeyd olunmalıdır ki, inhisarçı rəqabət 
şəraitində nə allokativ, nə də istehsalın səmərələliyi əldə edilir. 
Çünkü, bir tərəfdən, qiymət uzunmüddətli orta xərclərin ən 
aşağı səviyyəsinə bərabər deyil, digər tərəfdən, təkmil 
rəqabətdə olduğu kimi, qiymət son hədd xərclərinə bərabər 
(P=MC) deyil. 
Qeyri-təkmil rəqabətin bir forması olan oliqopoliya 
şəraitində firmanın davranışında müəyyən xarakterik cəhətlər 
gözə çarpır. Əvvəla oliqopoliya rəqabəti bir çox göstəricilərinə 
görə xalis inhisarı xatırladır. Belə ki, oliqopoliya məhsuluna 
olan tələb əyrisi inhisardakı tələb əyrisinə çox oxşayır. Bu 
oliqopoliyanın iki həlledici xüsusiyyəti: sahəyə daxil olmaq 
üçün maneələrin olması; sahədə fəaliyyət göstərən firmaların 
bir-birindən qarşılıqlı asılıqları ilə əlaqədardır. Firmaların sayı 
az (2-5) olduğundan, birinin davranışı rəqib firmalarda 
müxtəlif reaksiyalar yarada bilər. Buna görə də oliqopolist 
firma özünün bazardakı davranışını təkcə özünün marağına, 
bazarın vəziyyətinə görə deyil, həm də rəqiblərinin cavab 
reaksiyalarının proqnozunun nəticələrinə uyğun qurmalıdır. 


229 
Digər tərəfdən, oliqopolik rəqabət şəraitində mövcud olan az 
sayda firmalar öz aralarında müştərək strategiya və taktika 
haqqında sözləşə, hər bir tərəfdaş üçün əlverişli olan qiymətləri 
müəyyən edə və sahə təklifinin optimal ölçüsünü, hər bir 
iştirakçının sahə istehsalındakı payını müəyyənləşdirib bazarı 
öz aralarında bölə bilərlər. Bu məqsədlə firmalar arasında açıq 
və gizli sövdələşmələr aparılır. 
Müasir mərhələdə gizli sövdələşmələr üstünlük kəsb edir. 
C.Helbreyt və P.Samuelson öz əsərlərində dəfələrlə qeyd 
edirlər ki, müasir dövrdə oliqopolik firmaların açıq 
sövdələşmələrə ehtiyacı yoxdur. Onlar işlərin vəziyyətini, 
potensial imkanları, bir-birinin məqsəd və maraqlarını o qədər 
yaxşı bilirlər ki, görüşmədən, telefonla danışmadan hamı üçün 
eyni dərəcədə sərfəli olan strategiya işləyib hazırlaya bilirlər. 
Qeyri-təkmil rəqabətin inhisar formasında, bazarda 
müəyyən bir firma bütün əmtəə təklifini təşkil etdiyindən o, 
qiymət qoyan hesab olunur. Bu firma əmtəəsinə olan tələbi 
itirmədən qiyməti artıra bilər. Bununla belə firmanın öz
məhsuluna istədiyi qədər yüksək qiymət təyin etmək 
iqtidarında olduğunu düşünmək də düzgün deyildir. Belə ki, 
firma özünün qiymət siyasətində əhalinin alıcılıq qabiliyyətini,
tədiyyə qabiliyyətli tələbi nəzərə almalıdır. 
İnhisar rəqabətli bazarda digər firmaların oraya girişi 
bağlı olur. Bu bağlılıq həm inzibati-hüquqi, həm də iqtisadi 
metodlarla əldə olunur. Məsələn, müəyyən bir məhsul 
istehsalını və ya texnologiyanı tətbiq etməyə müstəsna hüquq 
verən patentin əldə edilməsi, müəyyən məhsul istehsalının 
yalnız bir firmaya icazə verən dövlət lisenziyasının olması, 
nadir xammal resursuna malik olma və s. 
Digər firmalar kimi, inhisarçı firma da son hədd gəliri son 
hədd xərclərindən az oluncaya qədər istehsalı davam etdirir. 
MR və MC əyrilərinin kəsişmə nöqtəsi firmanın müvazinət 
nöqtəsidir. MR və MC arasındakı müsbət fərq firmanın son 


230 
hədd gəlirini təşkil edir. Nə qədər ki MR>MC məcmu gəlir 
artacaq, əksinə olduqda isə məcmu gəlir azalır. Mənfəətin 
maksimallaşdırılması şərti isə MR=MC-dir. 
İnhisarçı firma üçün son hədd gəliri qiymətdən aşağı 
olduğundan müvazinət nöqtəsində son hədd xərcləri qiymətdən 
aşağıdır - MC
şərtinə əməl olunmur, yəni, cəmiyyətdə resurslar ən səmərəli 
və optimal qaydada bölüşdürülməmiş qalır. 
Qısamüddətli dövrdə firmanın müvazinət nöqtəsi istehsal 
həcminin və müvazinətli qiyməti müəyyənləşdirir. 
Şəkil 12. 6. İnhisarçı firmanın müvazinəti. 
Burada gəliri maksimallaşdıran istehsal həcmi Q
E
ilə işarə 
olunmuşdur. Müvazinətli qiymətə gəldikdə isə o, tələb 
imkanlarından çıxış edərək firma tərəfindən müəyyən- 
ləşəcəkdir. Tələb əyrisi bazarda təklif edilən həmin həcmdə 
məhsula görə istehlakçının hansı qiyməti ödəməyə hazır 
olduğunu göstərir. Firmanın P
E
–dən aşağı qiymət müəyyən- 
ləşdirməsi mənasızdır, çünkü istehlakçı daha çox pul verməyə 


231 
hazırdır. Firma P
E
-dən yuxarı qiymət təyin edə bilməz, çünkü 
daha yüksək qiymətə bazar bu qədər əmtəəni qəbul etməz. 
Deməli, P
E
qiyməti inhisarcının mənfəətini maksimallaşdıran 
müvazinət qiyməti olacaqdır. 
Uzunmüddətli dövrdə də firma iqtisadi mənfəət əldə 
edəcək, çünkü sahəyə kapitalın gəlməsi qarşısında müəyyən 
sədlər vardır. İnhisarın özü isə istehsal həcmini artırıb-
azaltmayacaq, çünkü bu halda onun mənfəəti azala bilər. Bu 
səbəbdən də uzunmüddətli dövrdə də firma iqtisadi mənfəət 
əldə edəcək, onun məhsulunun müvazinət qiyməti isə 
uzunmüddətli orta xərclərin ən aşağı nöqtəsinə enməyəcək. 
İnhisar zamanı P>LRAC minimum olacaqdır. 

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   71   72   73   74   75   76   77   78   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish