IV BÖLÜM
XƏBƏRLƏR VƏ GÜNLÜK OLAY PROQRAMLARI ÜÇÜN MƏZMUN YARATMA /
REDAKTƏ VƏ MONTAJ
37
CANLI VERİLİŞİN YENİDƏN EFİRƏ VERİLMƏSİ ÜÇÜN:
ƏVVƏLCƏDƏN YAZILAN VERİLİŞ VƏ MÜSAHİBƏLƏRİN
MONTAJI ZAMANI
▪ Ola bilər ki, canlı efir zamanı müsahiblərdən kimsə
hansısa təhqir, ittiham işlətsin. Birbaşa veriliş
olduğundan, bu keçərli olsa da, yenidən işlədildikdə
həmin hissələr montajla ya silinməli, ya da üstü
başqa səslə örtülməlidir
▪ Lazımsız boşluqlar, təkrarlar silinməlidir. Məsələn,
müsahibin efirə qoşulmasında bəzən problem
yaranır, aparıcı “alo, alo” deyərək problemin aradan
qalxmasını gözləyir. Canlılıq yoxdursa, bunlar
əbəsdir, effektsizdir.
▪ Əsas fikirləri ixtisar etmək və ya silmək olmaz. Bu
dinləyicidə inamsızlıq və sual yarada bilər – axı niyə
bu arqument silindi?
▪ Canlı yazı yenidən efirə verildikdə bu mütləq
verilişarası bildirilməlidir, yoxsa anlaşılmazlıq olar.
Məsələn, canlı efirə qoşulan qonaq deyir: “Bəli,
hazırda mən atışmanı görürəm, güllələr evimin
şüşələrini sındırdı və atışma davam edir”. Verilişin
efirə təkrar getməsiylə bağlı qeyd verilməsə, bu
dinləyicidə səhv təəssürat yaradar, elə bilər ki,
hadisə bu dəqiqə baş verir.
▪ Material qısaldılır, boşluqlar, təkrarlar silinir.
Əksər hallarda, müzakirələr, müsahibələr verilişin
sürəkliliyindən (lazım olan müddətdən) bir az artıq
yazılır. Bu dolğun məlumatlar toplamağa, həm də
seçim etməyə imkan verir.
▪ Mövzudan yayınma halları varsa, həmin hissələr
bütünlüklə çıxarılır.
▪ Təbiilik qorunur. Yəni insanlar robot kimi hər şeyi
sərrast danışa bilməzlər ki? Hardasa səhv olursa,
səhvini düzəldirsə, vaxt imkan verirsə bunu
saxlamaq da olar. Aparıcının suallarını vermə tərzi,
söhbətə olduğu kimi saxlanmalıdır.
▪ Tez-tez zamanla səsləşməyən sözlər olacaq ki,
montajda onlarla diqqətli olmaq gərəkdir. Məsələn,
bu gün, dünən, sabah, indi, bir neçə saatdan sonra
kimi sözlər veriliş bir gündən və ya bir neçə saatdan
sonra efirə yenidən verilərsə, dinləyicidə suallar
doğura bilər. Bu kimi sözləri montaj etmək mümkün
deyilsə, o zaman dinləyiciyə verilişin yeni olmadığını
bildirmək lazımdır. Ya da orijinal verilişin nə zaman
efirə getdiyini də arada xatırlatmaq olar.
▪ Material çox əhəmiyyətlidirsə, onun nə vaxt yenidən
efirə gedəcəyini anons etmək yaxşı ideyadır. Bu
dinləyiciyə də yardımçı olar ki, radioya köklənmə
vaxtını bilsin.
▪ Hansısa sualı, ifadəni yenidən yazmaq qərarına
gəlmisənsə, qətiyyən sözləri və səs tonunu dəyişmə!
Səsin olay məkanında yazılıbsa, sualı eyni yerdə
təkrar yaza bilərsən.
▪ Müsahibədə hansısa sualların yerini dəyişmək, ya
da sualı sonradan dəyişərək yazmaq qeyri-etikdir,
yolverilməzdir. Təhrif olunma riski var.
▪ Müsahibənin hansısa hissəsi sənə uzun və mənasız
gələrsə, onu ixtisar etmək istərsənsə, tələsmə!
Əvvəlcə özün müsahibəyə bir daha qulaq as. Qəti
qərar vermək üçün həmin hissəni redaktoruna, ya da
hövsələli iş yoldaşına dinlət.
IV BÖLÜM
XƏBƏRLƏR VƏ GÜNLÜK OLAY PROQRAMLARI ÜÇÜN MƏZMUN YARATMA
CANLI VERİLİŞİN YENİDƏN EFİRƏ VERİLMƏSİ
ƏVVƏLCƏDƏN YAZILAN VERİLİŞ VƏ MÜSAHİBƏLƏRİN MONTAJI ZAMANI
Do'stlaringiz bilan baham: |