Yadda saxla:
Hər mövzunun
iki və bəzən daha
çox tərəfi var;
yəni sosial, yeni
mediadan aldığın
informasiyanı,
fotonu, videonu
verilişdə verməzdən
əvvəl düşün.
Özəlliklə, canlı
verilişdə. Əmin
olmadığın, ya şübhə
etdiyin məqam
varsa, o materialı
yayımlamaqdan
vaz keç. Çünki
bəzən yayılan
informasiyanın
o biri yönündən
baxanda mənzərə
tamam başqa ola
bilər. Uzaqbaşı,
qısa xəbər verib
“müxbirlərimiz
dəqiqiləşdirəcək”,
“bu xəbəri filan
yerdə paylaşırlar”
kimi ifadələrlə
nisbətən
sığortalanmaq olar.
Ən əsası, şərhlərdə
özün anlamadığını
birbaşa efirə
oxuma!
Diffamasiya.
Kimlərəsə
şər atılırsa,
dəqiqləşdirilməli,
ittihamla bağlı qarşı
tərəfin də fikri yer
almalıdır. Bəzən
elə canlı veriliş
gedərkən məsələdə
maraqlı bütün
tərəflər tapılır,
onlar studiyaya
telefonla bağlanır,
öz fikirlərini
bildirirlər. Əgər belə
imkan yoxdursa,
həssas məsələlərdə
adlardan, özəlliklə,
azyaşlıların adlarını
qeyd etməkdən
qaçmaq lazımdır.
RADİO ÜÇÜN YAZMAQ
Radio üçün yazmaq desək də, amma bu da dinləyiciyə
səs kimi çatır. Axı radio yalnız səslərə bağlıdır. Odur
ki, biz qulaq üçün yazmağı öyrənməliyik. Radio
üçün yazmağı öyrənməyin ən yaxşı yolu yaza-yaza
öyrənməkdir. Bu elə vərdişdir ki, səhv etdikcə,
üzərində işlədikcə, yiyələnirsən. İkinci əsas texnika
yazdığını bərkdən oxumaqdır. Bu imkan verəcək ki,
dinləyici üçün uyğun olmayan sözə, ifadəyə düzəliş
edəsən.
Yazını doğru yazma yolları:
▪ KİSS (ing. Keep İt Short and Simple – yığcam və
sadə ol ). Buna radionun qızıl qaydası da demək
olar. Çünki radio boşboğazlığı və qəlizliyi sevmir.
Axı dinləyicinin səsə yenidən qulaq asmaq imkanı
yoxdur.
▪ Cümlə uzundursa, onu iki yerə böl: ya iki qısa cümlə
et, ya da “və”, “ancaq”, “amma” bağlayıcıları ilə fikri
ikiyə ayır.
▪ “Nə zaman”, “harada”, “hansı” ilə başlayan tabeli
mürəkkəb cümlələrdən qaç.
▪ Radio mətnində danışıq dilindən istifadə et, yəni
dostunla danışır kimi yaz. Düşün ki, məsələn, uzaq
bir kənddə yaşlı bir nənə səni eşidib anlayacaqmı?
▪ Mürəkkəb sözlərdən istifadə etmə: onlarla nitqin
daha təsirli və ya ağıllı görünə bilər, amma dinləyici
anlamayacaqsa, onların heç bir xeyiri yoxdur. Termin
istifadə edirsənsə, açılışını söylə.
▪ Yazdığını həmişə hündürdən oxu, başqa bir nəfər
də oxusa, lap əla: onlar və ya sən yazılanları
anlamadınızsa, yazılanı rahatlıqla oxumaq mümkün
deyilsə, rahat oxunulana və eşidilərkən yaxşı
səslənənə kimi yenidən yaz və düzəlişlər et.
Necə yazaq, nədən başlayaq?
Yaxşı ssenarinin kökü yaxşı plandır. Əgər səs yığımında
qarışıqlıq varsa, mətnin yazılması da çətinləşəcək. Plan
reportyor üçün gedəcəyi yolu cızmaq kimidir. Fokusun
müəyyənləşməsi, konkretlik deməkdir. Bunları həll
etmisənsə, o zaman mətnində nələrin necə yer
alacağını artıq bilirsən.
Mətn yazmaq üçün bir neçə addım:
Radio üçün yazmaq, qeyd olunduğu kimi, oxucu
üçün deyil, dinləyici üçün yazmaqdır. Radio dinləyici
mətninizi bir dəfə eşidir və eşitdiyi anda onu
anlamalıdır. Qəzet oxucusu başa düşmədiyi cümləni
qayıdıb iki-üç dəfə oxuyursa, bilmədiyi sözü lüğətdən
baxıb öyrənirsə, dinləyicinin radiodan eşitdiyi
informasiyanı yenidən dinləmək imkanı yoxdur.
Üstəlik, qəzet oxucusunun informasiyanın qavrayışını
özünə uyğunlaşdırmaq imkanı var. Bəziləri asta-asta
oxuyur, bəzilərinə isə mətni sadəcə nəzərdən keçirmək
yetir. Radioda isə dinləyicilərin informasiyanı dinləmə
sürətini informasiyanı oxuyan müəyyən edir.
Do'stlaringiz bilan baham: |