Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet71/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   67   68   69   70   71   72   73   74   ...   289
Açar sözlər: Salman Mümtaz, Kitabi-Dədə Qorqud, ədəbiyyat, folklor, əlyazma, şəxsi arxiv
Türk dünyasının söz sərvəti olan “Kitabi-Dədə Qorqud” eposu əsrlər boyu öz dəyərini, təravətini mühafizə edən, tarixi keçmişimizi poetik, ifadəli, ecazkar bir dillə bizə çatdıran abidədir. Xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə ehtiva edən bu tarixi söz abidəsi elmə məlum olduğu zamandan etibarən bütün dünya alimlərinin nəzərini özünə cəlb etmişdir.
Məlum olduğu kimi, alman şərqşünası F.Dits 1815-ci ildə “Kitabi-Dədə Qorqud”un “Basatın təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək geniş bir müqəddimə ilə nəşr etdirmişdir. Akademik İsa Həbibbəyli yazır: “Fridrix Fon Ditsin Almaniyanın Drezden kitab­xa­nasında saxlanılan “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə bəyan etməsi ümumən şərq­şünaslıq elminə və folklorşünaslığa əvəzsiz xidmətidir. Fridrix Fon Ditsin “Basatın Təpəgözü öl­dürdüyü boy”u alman dilinə tərcümə edərək yayması, dastana dair məqalə yazması qorqud­şü­nas­lığın təməlini təşkil edən mühüm elmi hadisədir”(1). F.Dits ilə başlanan bu tədqiqat sonralar A.Y.Yakubovski, A.Q.Tumanski, K.A.İnos­transev, V.M.Jirmunski, X.H.Koroğlu, M.F.Köprülü, M.Ergin, O.Şaiq və digər alimlər tərəfindən davam etdirilmişdir. Azərbaycanda isə dastanın tədqiqinə daha böyük diqqət yetirilmiş, İ.Musaxanlı, B.Çobanzadə, İ.Hikmət kimi görkəmli alimlər eposun ilk tədqiqatçıları sayılmışdır. Daha sonralar H.Araslı, Ə.Dəmirçizadə, M.H.Təh­masib, Ə.Sultanlı, T.Hacıyev, K.Abdulla, N.Cəfərov və digər ədəbiyyatşünaslar dastanı müxtəlif istiqamətlərdən araşdıraraq dəyərli elmi nəticələr əldə etmişlər.Həmid Araslı ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud”u müasir Azərbaycan dilində, bütöv halda nəşr etdirmişdir.
Dövlətimiz tərəfindən “Kitabi-DədəQorqud”un təhlilinə, tədqiqinə xüsusi diqqət yeti­ril­mişdir. Ümummilli Liderimiz Heydər Əliyevin tapşırığı nəticəsində 1975-ci ildə dastanın motiv­lə­ri əsasında bədii film çəkilmiş, 2000-ci ildə isə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu il isə söz abidəmizin elmə məlum olmasının 200 illik yu­bileyi beynəlxalq səviyyədə qeyd olunur.
Bəllidir ki, “Kitabi-Dədə Qorqud”un elmə məlum olan nüsxələri Drezden, Vatikan və Berlin kitabxanalarında saxlanılmışdır. Eposun bir nüsxəsinin isə klassik Azərbaycan ədəbi irsinin toplayıcısı, dəyərli tədqiqatçı Salman Mümtazın zəngin kitabxanasında – “Kitabxaneyi-Mümtaziyə”də mövcud olması haqqında mülahizələr vardır. Salman Mümtaz irsini ətraflı şəkildə tədqiq edən Ədalət Tahirzadə yazır: “Sonsuz əziyyətlə topladığı əlyazmalardan o, misilsiz kitabxana yaratmışdı. “Kitabi-Dədə Qorqud” eposunun Vatikan və Drezdendəkilərdən sonra üçüncü nüsxəsi, Füzuli “Divan”ının dünyada ən qədim və ən mükəmməl əlyazması, Şah İsmayıl Xətayi “Dəhnamə” və “Nəsihətnamə”sinin elmə bəlli ilk nüsxələri, Azərbaycanın yüzlərcə qüdrətli şairinin əlyazmaları yalnız bu kitabxanadaydı” (2, 8).
1937-ci ilin qanlı repressiyası yorulmaq bilmədən, ağır zəhmət hesabına klassik irsimizin, əlyazmalarımızın, folklor nümunələrimizin toplayıcısı olan Salman Mümtazdan da yan keçməmiş,o, “pantürkist”, “burjua millətçisi” kimi ittiham edilərək uzunmüddətli təqiblərə məruz qalmışdır.Onun həbs edilməsindən öncə evində axtarış aparılmış, kitabxanası, topladığı materialları, həmçinin “Kitabi-Dədə Qorqud”un onda olan nüsxəsi müsadirə edilmişdir. Cəlal Qasımov bu haqda yazır: “1920-ci illərdə M.Mirbağırov, A.Musaxanlı, R.Əfəndizadə, Ə.Abid, İ.Hikmət və S.Mümtaz tərəfindən tədqiqata cəlb olunan “Kitabi-Dədə Qorqud” 1937-ci ilin oktyabrın 9-da S.Mümtazla birlikdə “həbs edildi” və bu nüsxə “əməliyyat əhəmiyyəti kəsb etmədiyinə görə” aktlaşdırılaraq yandırıldı” (3, 14). Tədqiqatçının özü isə uzun sürən işgəncəli prosesdən sonra güllələnmişdir. Bütün bunlara baxmayaq Salman Mümtazın irsinin müəyyən bir hissəsi dövrümüzə qədər gəlib çatmış, tədqiqatçılar bu irs üzərində araşdırmalar aparmışdırlar.
Salman Mümtaz, sözsüz ki, Azərbaycan ədəbiyyatı tarixində misilsiz xidməti ilə mühüm yerə sahib olan ədəbiyyatşünaslardan biridir. Onun ədəbiyyat tariximizin öyrənilməsində, əlyazmaların toplanmasında, folklor xəzinəmizin tədqiq edilməsində böyük rolu vardır. 1883-cü ildə Şəki şəhərində tacir ailəsində dünyaya gələn Salman Məmməd Əmin oğlu Əsgərov kiçik yaşlarında atasını itirdiyinə və ailə qayğıları ilə məşğul olmaq məcburiyyətində qaldığına görə əsaslı təhsil ala bilməmiş, yalnız qısa bir müddət Orta Asiyada Mirzə Əsədullanın məktəbində dərs almışdır. O, qüvvətli hafizəsi və elmə olan böyük həvəsi sayəsində müəllimindən ərəb və fars dillərini öyrənmiş, bunun nəticəsində onda ədəbiyyata, kitabların, əlyazmaların, ağız ədəbiyyatının toplanmasına qarşı həvəs yaranmışdır.
Salman Mümtaz bir ədəbiyyatşünas kimi dövrünün ədəbi mühitindən kənarda qalmamış, “Molla Nəsrəddin”, “İqbal”, “Zənbur”, “Kəlniyyət”, “Tuti” və s. jurnallarda məqalələrlə çıxış etmişdir. “Mol­la Nəsrəddin”in fəaliyyətinin ilk zamanlarında onun fəal yazarına çevrilən, “Xortdanbəy”, “Sər­çə­qu­lu­bəy” və s. imzaları ilə şeir və məqalələr yazan Salman Mümtaz jurnalın Orta Asiyada yayılması, intişar tapması üçün əlindən gələni əsirgəməmişdir. Tədqiqatçının “Molla Nəsrəddin”dəki “Aşqabad xəbərliklərindən” başlıqlı yazısı oxucular tərəfindən maraqla qarşılanmışdır. Onun özünəməxsus üslubu ilə seçilən şeir və felyetonları jurnalın səhifələrini bəzəmişdir. Bu yazılar onun ədəbiyyat tarixinə göstərdiyi əvəzsiz xidmətin məram və məqsədini ortaya çıxarır.
Məlum olduğu kimi, folklorumuzun toplanması kimi əhəmiyyətli və məsuliyyətli məsələdə Salman Mümtazın böyük xidmətləri olmuşdur. O, şifahi xalq ədəbiyyatının toplanmasına dair komissiya yaradaraq ona sədrlik etmişdir. “Mümtaz folkloru tükənməz xəzinə hesab edir, onu qayğı və məhəbbətlə toplayıb nəşr etməyi və öyrənməyi elmi ədəbi fəaliyyətinin başlıca cəhətlərindən biri sayır və ümumiyyətlə, bu yolda çalışanları yeri gəldikcə alqışlayırdı” (4, 69).
O, 1920-ci ildən Azərbaycanın bölgələrinə səfər edərək yaddaşlara həkk olunmuş ağız ədəbiyyatı nümunələrini toplamışdır. “El ədəbiyyatını, şifahi söz sənəti nümunələrini, taleyi qaranlıq zamanın hücrələrində itib-batan görkəmli yazıçı və şairlərin irsini toplamağı özünə tale işi seçmiş Salman Mümtazın bu sahədə gördüyü iş miqyas və sanbalına görə hamıdan fərqlənir” (5, 7). “El şairləri”, “Sarı aşıq” kitabları tədqiqatçının folklor sahəsində ən sanballı əsərlərindəndir. Burada toplanılan nümunələrin böyük əksəriyyəti daha öncə heç bir yerdə nəşr edilməmiş, Salman Mümtazın uzun sürən araşdırmaları sayəsində ağızlardan, natamam, köhnə cünglərdən toplanılmışdır. Folklora dair tədqiqatlar aparan Salman Mümtaz “Azərbaycan bayatılarından yetişən ozan, alim, şair və söz aşıqları” adlı qeydlərində Dədə Qorquddan bəhs edərək onun söz söyləyib dastanlar qoşmaqdan əlavə Azərbaycan dilinə aid bir lüğət ərsəyə gətirdiyini, sonra isə lüğəti bəyənməməsi səbəbi ilə özünü tənqid etdiyini yazmışdır.
Tədqiqatçını ədəbi irsin toplanmasına və ədəbiyyata olan marağı onu “Yaşıl qələm” cəmiyyəti ilə bağlamışdır. Məlum olduğu kimi, “Yaşıl qələm” cümhuriyyət dövründə görkəmli ədib Seyid Hüseynin rəhbərliyi ilə fəaliyyət göstərən, ədəbi prosesə istiqamət verən bir cəmiyyət idi. Salman Mümtaz ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra ədəbiyyat tarixinin dərindən öyrənilməsinə, ədəbiyyatın, ədəbi tənqidin inkişafına səy göstərən bu cəmiyyətə üzv olmuş və ona maddi yardım etmişdir. O, 1923-24-cü illər ərzində “Kommunist” qəzetinin “Xalq ədəbiyyatı həyatdan doğar” adlı ağız ədəbiyyatının top­lanmasına yönəlmiş layihəsində yaxından iştirak etmişdir.
Şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması sahəsində böyük işlər görən tədqiqatçı klassik irsin tədqiqinə də xüsusi diqqət yetirmişdir. Onun “Unudulmuş yarpaqlar” sərlövhəsi altında “Kommunist” və “Ədəbiyyat” qəzetində çap etdirdiyi silsilə məqalələr klassiklərimiz haqqında ətraflı məlumat almağımız üçüm sanballı mənbə hesab edilə bilər.
Dövrünün mətbuatı ilə sıx bağlılıq onun ədəbiyyatın tədqiqinə dair marağını daha da rövnəq­lən­dirmişdir. Bu marağın nəticəsində o, apardığı tədqiqat işlərinin bəhrəsi olan ədəbi-tənqidi yazılarını artıq yalnız kiçik həcmdə jurnal səhifələrində deyil, ayrıca kitabçalar formasında çap etdirməyə başlayır. Ömrünün böyük hissəsini Şərq, xüsusilə Azərbaycan ədəbiyyatının, folklor nümunələrinin, qədim və dəyərli əlyazmaların toplanmasına sərf edən Salman Mümtaz hələ yaşadığı dövrdə elm alə­minə məlum olmayan bir çox ədəbi faktları aşkarlamış, bir neçə yazıçının həyat və yaradıcılığı haqqın­da ilk dəfə məlumat vermiş və əsərlərini ayrıca kitabça şəklində nəşr etdirmişdir.
Salman Mümtaz təkcə dəyərli kitabları, əlyazmaları, folklor nümunələrini toplamaqla kifa­yət­lən­məmiş, onların tədqiqi ilə də dərindən maraqlanmış, əldə etdiyi materialların izah və şərhlərini ver­məyə çalışmışdır. O, 1903-cu ildən başlayaraq ömrünün sonuna qədər ədəbiyyat tariximiz üçün əhəmiyyət daşıyan bir çox yeni faktları aşkarlamış, ədəbi irsimizə dair dəyərli materiallar toplamışdır. Salman Mümtaz gördüyü işin çətinliyi haqqında yazırdı: “Mütəxəssis olmadığım halda, iyirmi beş ildən bəri etdiyim səmimi tətəbböat və tədqiqat sayəsində az-çox müvəffəqiyyətim olmuşdur... Başqa millətlərdə hər hansı mövzularda olursa-olsun, bir kiçik əsər yazmaq həvəsinə düşən müəlliflər üçün minlərcə məxəzlər, qəzetə və jurnallar tapılır. Amma mən yaxşı-yaman qaraladığım bu cızma-qaranı heçdən meydana qoyuram. Məxəzlərim mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazlarından artıq qalmış cırıq-mırıq yarpaqlar və darmadağın cünglər və bəyazlardır. Qaynaq, mənbə-istoçniklərim isə uçuq, yıxıq qəbir daşları ilə səqfi çökmüş məscid tağları olmuşdur.... Odur ki, mən də bu günə kimi toplaya bildiyim əlyazılarını “Azərbaycan ədəbiyyatı” adı ilə hələlik kiçik kitablar şəklində təb və nəşr etməyə qərar verdim”(6,15).
Salman Mümtazın ədəbi və elmi fəaliyyəti alimlərimiz tərəfindən müxtəlif istiqamətlərdən araşdırılmışdır. Ədibin məktubları onun irsini daha ətraflı tədqiq etmək üçün önəmli mənbələrdən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan Salman Müm­tazın arxivindəki məktubların ədəbiyyat tarixi üçün əhəmiyyəti böyükdür. Arxivdə mühafizə olunan məktubların araşdırılması nəticəsində Salman Mümtazın ədəbi əlaqələri, məlumatların, əlyazmaların, kitabların toplanması işinin gedişatı haqqında ətraflı bilgi almaq mümkün olur. Arxivdə mühafizə olunan məktubların əksəriyyəti Salman Mümtazın fəaliyyəti zamanı ədəbi şəxsiyyətlər haqqında məlumat alması, apardığı tədqiqat işinin gedişatı, əlyazmaların toplanması prosesini özündə ehtiva edir. Burada yer alan məktubların çoxu məşhur rus şərqşünaslarına yazıldıqlarına görə rus di­lində, kiril əlifbası ilə, az bir hissəsi isə Azərbaycan dilində ərəb əlifbasında yazılmışdır. Məktub­lar­da bir çox əhəmiyyətli ədəbi faktlar yer almışdır.
Bəlli olduğu kimi, Salman Mümtaz Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və s. kimi sənətkarlar haqqında tədqiqat apararaq ədəbiyya­tımıza böyük töhfələr vermişdir. “Salman Mümtazın məqalələri, kitab­ları və arxivindəki qeydləri onun nə qədər gərgin işlədiyini, geniş əha­təli ədəbi materiallar topladığını çox aydın göstərir. Azərbaycan ədəbiyyatının, demək olar, elə bir dövrü, elə bir sahəsi yoxdur ki, Mümtaz onunla maraqlanmamış olsun... 20-ci illər Azərbaycan ədəbiy­yatşünaslığının qarşısında duran ən vacib problemlərdən biri klassik ədəbiyyatın öyrənilməsi və təbliği idi. Bu dövrdə Mümtazın klassik ədəbiyyata dair yazdığı məqalələri ədəbiyyatşünaslığa, xüsusən ədəbiy­yat tarixinə ən sanballı töhfələr idi” (4, 23). O, 1925-ci ildən etibarən “Kommunist” qəzeti redaksiyasında “Azərbaycan ədəbiyyatı” seriya­sından məqalə və kitabçalarını nəşr etdirməyə başlamışdır. Onun ilk belə əsəri Tiflisdə “Şərq” qəzetinin mətbəəsində çap olunan “Seyid-Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi halı” kitabçasıdır.
Salman Mümtaz məqalələrində və tədqiqatlarında ədəbiyyat tariximizlə bağlı mümkün olduqca geniş məlumat verməyə səy göstərmişdir. Onun ətraflı və mükəmməl tədqiqatlarından biri görkəmli Azərbaycan şairi, dünyaca məşhur Mirzə Şəfi Vazeh haqqında olmuşdur. Bu, həm də Salman Mümtazın yaşadığı dövrdə geniş kütləyə məlum olmayan Mirzə Şəfi Vazeh barəsində ilk tədqiqat, ilk məqalə idi. Elə şairin öz adı ilə “Mirzə Şəfi” adlanan məqalə 1920-ci ildə “Qurtuluş” jurnalında nəşr edilmişdir. Tədqiqatçı burada şairin həyat və yaradıcılığı haqqında məlumat verir, onun gəncliyində sevgilisinə ünvanladığı bir məktubunu təqdim edir.
Bu sahədə tədqiqatını genişləndirən Salman Mümtaz 1926-ci ildə isə “Mirzə Şəfi Vazeh” adlı kiçik bir kitabça nəşr etdirir. O, kitabçaya həm Mirzə Şəfinin əsərlərini daxil edir, həm də şair haqqında tədqiqatçıların fikirlərini müqayisə edərək ətraflı məlumatlar verir: “Cənnətməkan filosof Mirzə Şəfi Vazeh Azərbaycan ədəbiyyatı səltənətinin ən ləyaqətli, möhtəşəm tacdarlarındandır. Böyük filosofumuzun adı Şəfi, atasının adı Sadıq və şeirdə işlətdiyi təxəllüsü Vazehdir... Mərhum Mirzə Şəfi Vazeh Məhsətilər, Əbülülalar, Nizamilər, Kəfailər ərsei-vücudə gətirən Gəncə gəncinei-ədəb və hünərindən yetişmiş, bir dürri-şahvardır”(6,268).
Salman Mümtazın AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindəki məktublarının bir neçəsi onun Mirzə Şəfi Vazehə dair apardığı tədqiqat işinin nəticələri ilə bağlıdır. Məlum olduğu kimi, F.Bodenştedtin Mirzə Şəfinin əsərlərini alman dilinə tərcümə edərək “Mirzə Şəfinin şərqiləri” adı altında nəşr etdirməsi nəticəsində şeirlər qısa bir zaman ərzində Qərbi Avropada geniş yayılmışdır. Bundan sonra rus ədəbiyyatşünaslarının marağına səbəb olan “Şərqilər” rus dilinə tərcümə edilmişdir. Mixail Larionoviç Mixaylov ilk dəfə şeirləri rus dilinə çevirmişdir. O, 1862-ci ildə Mirzə Şəfinin şeirini Peterburqda “Russkaya starina” məcmuəsinin 54-cü sayında nəşr etdirmişdir. Ədəbiyyatşünas, tarixçi, İ.K.Yeniko­lopov Mirzə Şəfi haqqında geniş tədqiqat apararaq “Şair Mirzə Şəfi” adlı kitab yazmışdır.
Salman Mümtazın, rus şərqşünasları, xüsusilə İ.K.Yenikolopovla dostluq münasibətləri, Moskva və Leninqrad arxivləri ilə tanışlığı onun araşdırmalarına müsbət təsir göstərmişdir. Onun arxivindəki məktub­lardan bir neçəsi tarixçi, ədəbiyyatşünas, Tiflis Universitetinin profess­soru İvan Konstantinoviç Yenikolopova ünvanlanmışdır. Bu mək­tubların məzmununu müxtəlif ədəbi məsələlərlə yanaşı, iki ədəbiy­yatşünas arasında olan Mirzə Şəfinin həyat və yaradıcılığı haqqında məlumat və fikir mübadiləsi təşkil edir. Salman Mümtaz 1931-ci il aprelin 6-da Mirzə Şəfinin yaradıcılığı haqqında aparılan tədqiqat işləri barəsində İ.K.Yenikolopova geniş bir məktub yazır, onun araş­dırmalarını təqdir etdiyini söyləyir: “Əziz Vanya! Mən burada gecə-gündüz sənin əsərlərindən danışıram və danı­şa­ca­ğam. Belə bir pul və kağız böhranında sənin əsərlərinin təcili surətdə nəşr edilməsi üçün təkid etmişəm və edəcəyəm... Mən sizin əsərinizi yüksək qiymətləndirir və təqdir edirəm. Buna görə də əsəri hər yerdə və hər tərəfdə tərifləyirəm” (7).
Salman Mümtaz İ.K.Yenikolopova ünvanladığı digər bir mək­tubunda yazır: “Əziz Vanya, sənə məlumdur ki, mən Tiflisdə olarkən evdən teleqram almışdım ki, oğlum möhkəm xəstələnib. Buna görə də mən Gəncədə ancaq iki gün qala bildim. İki gün ərzində hansı işləri bacardım? Birincisi mən o 700 rub­lu almağa müvəffəq oldum, ikincisi isə Seyid Nisə və Molla Abdullanı axtarmağa başladım. Çox təəs­süf ki, heç bir şey müəyyənləşdirə bilmədim.... Molla Yusif və Molla Abdulla haqqında axtarış nə­ti­cə vermədi. Lakin mən tapılmış bəzi sənədlərə inana bilmədim, bəlkə sən bir nəticə çıxara bilərsən” (8).
Bəlli olduğu kimi, Salman Mümtazın tədqiq etdiyi sənətkarlardan biri Molla Abdulla olmuşdur. Salman Mümtaz aşığın irsini toplamaq, şəxsiyyəti haqqında məlumat almaqdan ötrü araşdırmalar aparmış, materialları toplamaq üçün müxtəlif insanlarla ünsiyyətdə olmuş və bu axtarışların nəticələrini həmkarına bildirmişdir. Onun 1927-ci ildə çap olunmuş “Aşıq Abdulla” kitabı xüsusi əhəmiyyət kəsb edir. Türki, mani, varsağı, gəraylı və s. haqqında məlumat verən tədqiqatçı bayatıları xüsusi qeyd edir, Aşıq Abdulla haqqında müəyyən məsələlərə aydınlıq gətirir, onun bayatılarından nümunələr verir.
Salman Mümtaz məktubunun davamında yenidən Mirzə Şəfi Vazehə qayıdaraq yazır: “Sənə Mirzə Şə­fi haqqında vəd etdiyim bəzi sənədləri göndərə bilmədim. Çünki bu sənədlər dəmir seyfdə yerləşir, açar direktordadır, direktor isə Moskvadadır. O, mənə qədər getmişdi və mart ayından əvvəl gəlməyəcək...
Mən sənə poçtla bu günlərdə biri türk digəri isə rus dilində 1929-cu ildə Gəncədə nəşr edilmiş iki kitabça və eyni zamanda, 1929-cu ildə “Maarif və inqilab” jurnalında çap olunmuş məqalə göndərdim. Mən sənə bunlardan başqa 1929-cu ilə türkcə “Kommunist”də çap olunan iki məqalə və 1928-ci ildə Moskvada rus dilində çap olunmuş kiçik kitabça göndərdim. Çox maraqlı məlumatlar almışam” (8).
Salman Mümtaz şair, şərqşünas alim Yuri Nikolayeviç Marr ilə məktublaşmış, ədəbi fikirlərini bölüşmüşdür. Tədqiqatçının şəxsi arxivində Y.N.Marr tərəfindən ona göndərilmiş bir neçə məktub mühafizə olunur. Belə məktublardan biri 3 iyun 1925-ci ildə yazılmışdır. Məktub ədəbi faktların əhə­miy­yəti və zənginliyi baxımın­dan seçilir. Y.Marr məktubunda Salman Mümtazı maraqlandıran mövzular haqqında məlumat topladığını xəbər verir: “Hörmətli Salman Mümtaz Əfəndi, sizə mövzunuz haqqında maraqlı məlumat toplamağa nail olduğumu söyləmək üçün tələsirəm. Sizi maraqlandıran əlyazmalardan yalnız “Töhfeyi-sami” Tehranda şəxsi sahibkarda görülüb. O, bunları nəşr etdirmək istəyir” (9).
Məktubun məzmunundan aydın olur ki, müxtəlif ölkələrin tarix və ədəbiy­ya­tına dair əsaslı tədqiqatların müəllifi, Nizami Gəncəvi və Babək haqqında tədqiqat apar­mış Səid Nəfisinin Salman Mümtaza, onun ədəbi fəaliyyətinə böyük rəğbəti olmuşdur. Səid Nəfisi XVII-XVIII əsr Azərbaycan şairi Məhəmməd Tahir Vəhid Qəzvini haqqında ətraflı məlumat toplamağa nail olmuşdur. Y. Marr bu haqda Salman Mümtaza yazır: “Yerli alimlərdən biri, pərəstişkarınız, sizin əsərlərinizdən heç birini əldə edə bilməyən Ağa Səid Nəfissizin üçün böyük məmnuniyyətlə Mirzə Tahir Qəzvini haqqında bütün məlumatları toplayıb. Sonrakı məktubumda onları sizə çatdıracağam. Dünən Osmanlı və əsasən Azərbaycan şairlərinə qarşı böyük marağı olan gənc Azərbaycan şairlərindən biri ilə tanış olmaqdan məmnun oldum. Onda həmçinin Füzulinin divanının əlyazması, Mir Əlişir Nəvainin nəhəng divanı var. İcazə ver­səydiniz, yazışmalarda sizə qoşulmaqdan çox şad olardım. Onun təqdim etdiyi materialların bəzi parçalarını göndərirəm...” (9)
Salman Mümtazın arxivindəki Azərbaycan dilində, ərəb əlifbası ilə olan mək­­tublardan biri Dərbənddən göndərilmişdir. Məktubun müəllifi Əziz Əfən­di­zadədir. O, Salman Mümtazın ədəbi irsimizi toplamaq üçün ünsiyyət yaratdığı təd­qi­­qatçılardan biri olmuşdur. Məktubun məzmunundan anlaşıldığı kimi, onun müəllifi də əlyazmaların, kitabların toplanması ilə maraqlanan bir kitabşünasdır. Bu məktub özündə bir çox maraqlı məqamları əks etdirir. Əziz Əfəndizadə məktubun əvvəlində Salman Mümtazla etdiyi ədəbi söhbətləri, mübahisələri xatırlayır. Onunla keçirdiyi vaxtı özü üçün ən xoşbəxt, səmərəli zaman hesab edərək məktubunda yazır: “Salami-ehtiram ədibi möhtərəm və mükərrəm Salman Mümtaz əfəndi, üç aprel tarixli səmimi məktubunuzu artıq məmnuniyyətlə aldım, həm səmimiyyətlə oxuyub ziyadəsi ilə mütəşəkkür qaldım...
Mümtaz Əfəndi! Bakı xatirimə gəldikdə dərhal o zaman Bakının “Kommu­nist” caddəsində olan kitabxanada zati-alilərinizin müsa­hibeyi-irfanilərinizdən istifadə etdiyim o uzun qış gecələrini xatırlayıram. Bizim üçün ən məsud, ən işıqlı vaxtlar da o vaxtlar idi. Filhəqiqə türk tarixi ədəbiyyatı ilə bağlı təracimi-əhval ürəfayə dair o səmimi, sədaqətli müsahibələrinizi, həm ali-təlimat ədiba­nə­lə­ri­nizi bihəqq heç bir zaman unutmayacağam. Üdəba, ürəfa, üləma məqamlarında və hər məclisdə ğayət vaseh məlumatınızın tezkar ilə kəsbi-iftixar etməkdəyəm. Çünki mən də bir maarif xadimi, həmdə bir kitabçı olmaq sənətiylə deyə bilərəm: Azəri türkləri tarixi ədəbiyyatının yeganə ruhi-cövhəri və daha doğrusu, saf olan toxumu ancaq və ancaq sizsiniz və bu babdakı bütün yeganə materialları yalnız və yalnız sizin dövlətli kitabxananızda mövcud olar” (10).
Məlum olduğu kimi, Salman Mümtazın ətraflı tədqiq etdiyi şəxsiyyətlərdən biri Azərbaycanın dahi şairi Nizami Gəncəvi olmuşdur. Tədqiqatçı “Şeyx Nizami” adlı məqaləsində Nizami Gəncəvinin yaradıcılığından bəhs edir, onun “Xəmsə”sinə cavab verə bilən bir şairin olmadığını qeyd edir. “O, dərin və sağlam tədqiqat nəticəsində meydana çıxarılan və orta əsr Azərbaycan ədəbiyyatında, eləcə də ictimai fikir tariximizdə yeni bir dövrün başlanğıcını xəbər verən Nizami irsinin öyrənilməsini əla­mətdar hadisə hesab edir, onun tədqiqat obyekti olmasına haqq qazandırır” (11, 28).
Salman Mümtazın həyat və yaradıcılığı üzərində tədqiqat apardığı, irsini topladığı şairlərdən biri Ağa Məsih Şirvani olmuşdur. Ədəbiyyat tariximizdə ilk dəfə olaraq Ağa Məsih Şirvanidən böyük ədəbiyyatşünas, yazıçı Mirzə Fətəli Axundov danışmışdır. Salman Mümtaz isə öz növbəsində Ağa Məsih Şirvaninin həyat və yaradıcılığına dair araşdırma aparmışdır. “Şərq qadını” jurnalının 1924-cü ildə çıxan birinci nömrəsində onun “Ağa Məsih Şirvani” adlı məqaləsi dərc olunmuşdur. Ağa Məsih Şirva­ninin yaradıcılığını qiymətləndirən Salman Mümtaz yazır: “XII əsrdə yaşayan ən fəsahətli, bəlağətli şair­lərimizin biri də Ağa Məsihdir. Ağa Məsih azərbaycanlılar üçün Şiraz mənzələsində olan Şamaxı şəhə­rin­dəndir” (6, 333). Bundan sonra Salman Mümtaz Ağa Məsih Şirvani haqqında kitabça da nəşr etdirmişdir.
Salman Mümtazın apardığı tədqiqatla tanış olan Əziz Əfəndizadə məktubunda Nizami Gən­cə­vi­nin “Xəmsə”sinin və Mirzə Məsihin “Divan”ının onda olması barədə xəbər verir: “Bu halda o kitablar, yəni nəfis və gözəl xətt ilə yazılıb da və mətbu nüsxələri olmayan “Divan Mirzə Məsih” kitabı ilə “Xəmseyi-Nizami”, bir də dəvəgön cildli əski yazma bir kitabı buradadır. Əvvəlki iki nüs­xədən hər biri üçün əllişər manat, dəvəgön cildli kitab üçün də on iki manat qiymət təyin etmişlər. Bu kitabda üç adam arasında müştərəkdir. Əgər məsləhət bilirsəniz, həmən göndərmək müm­kündür” (10).
Aparılan tədqiqatlar Salman Mümtazın şifahi xalq ədəbiyyatının, ədiblərin əsərlərinin nadir əlyazmalarının toplanması sahəsində olan gərgin əməyini sübut edir. Onun məktublarında bu proses ətraflı şəkildə öz əksini tapmışdır. Bu baxımdan Salman Mümtazın epistolyar irsinin tədqiqi olduqca aktualdır.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   67   68   69   70   71   72   73   74   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish