Nadir Fondun inciləri



Download 21,92 Kb.
Sana21.03.2017
Hajmi21,92 Kb.
#5003
Nadir Fondun inciləri

MEK Nadir kitab fondu 1998-ci ildə yaranıb. Nadir kitab fondu incilərlə zəngin bir fonddur: qədim kitablar, tərtibati ilə, məzmunu ilə seçilən kitablar və ölçülərinə görə (ən iri, ən kiçik) və s.

Hal-hazırda Nadir fondda 15037 nüsxə ədəbiyyat qorunub saxlanılır. Bunlardan 759 nüsxə XX əsrin 30-cu illərindən nəşr olunmuş Azərbaycan dilində ədəbiyyatdır, 8759 nüsxə rus dilində olan kitablardır. Xarici ədəbiyyat Nadir fondda 981 nüsxə ədəbiyyatla təmsil olunub, kitablar əsasən ingilis, alman, fransız, ispan, italyan, latın dillərindədir.

Fondun nəşr tarixinə görə, ölçülərinə görə inciləri sayılan xarici ədəbiyyata aid olan kitablardır. Bunlardan nəşr tarixinə görə ən qədim kitab - 1508-ci ildə qədim latın dilində nəşr olunmuş “Aristotelin iqtisadiyyatına dair Leonardo Aretininin fikirləri” adında ədbiyyatdır. Müəllifi – Leonardo Bruni (Aretini – Aretiyadan olduğunu göstərir) – Florensiya Respublikasının kantsleri olmuşdur. Əslində Aristotelin iqtisadiyyata aid belə bir əsəri yoxdur. Müəllif əsəri populyarlaşdırmaq üçün Aristotelin əsəri kimi təqdim etmişdir. Əsərin müəllifi III əsr eramizdan əvvəl Yunanistanda yaşayan naməlum alimdir. Yunan dilindən latına Leonardo Bruni tərəfindən tərcümə edilmişdir. Kitab cəmiyyətin müxtəlif sahələrində insanlar arasında olan münasibətdən, etik normalardan və mənəviyyatdan bəhs edir. Bu kitabdan başqa fondumuzda XVI əsrdə nəşr olunmuş 17 kitab mövcuddur.

Nadir fondun həcmcə ən iri kitabı (54x64 sm) – Edwart Stebbinq. The Holy Carpet of the Mosque at Ardebıl. – London, 1893. Bu əsər ingilis dilindədir, Ərdəbil məscidində müqqədəs xalçalar haqqındadır. Ən balaca kitab (3,5x4,5 sm) – Belarus şairi Yanka Kupalanın şeirlər məcmuəsidir.

Fondda tərtibati ilə xüsusi olaraq seçilən ədəbiyyat firüzə qaşlarla bəzədilmiş Ebers G. Aegypten: İm Bild und Wort. – Stutgart; Leipzig, 1879 kitabıdır. Burada əsər Napoleon Bonopartın “Misir ekspedisiyası” adı altında Misirə daxil olması ilə bağlıdır. Müəllif? misirşünas–alim Misirin əsas tarixi hadisələrini, adət-ənənələrini, Şərqin qədim Universitetlərindən biri olan Əl-Əzhər İslam Universiteti haqqında geniş məlumat verib.

Növbəti nadir fondun incilərindən biri - vərəqləri ovulub tökülməkdən qorumaq ücün kənarları qızıl suyuna salınmış kitabdır: Stieler Karl. İtalien – Eine Wanderung von den Alpen bis zum Aetna. Sduttqart, 1880. Kitab müəllifin səfəri zamanı gördüklərindən, yəni Florensiya, Roma, Neapol, və başqa şəhərlərin əsrarəngiz gözəlliklərin bəhsindən, şəhər sakinlərinin həyat tərzindən bəhs edir. Müəllif antik şəhərlər olan Pompey, Kolizey, Ponteon və digər tarixi abidələrdən də yan keçməyib.

Azərbaycan fondunun incilərindən aşağıdakıları qeyd etmək olar. Xalqımızın mədəniyyətini, mənəviyyatını əks etdirən maddi mədəniyyət abidələri haqqında ədəbiyyatdır. Azərbaycan böyük milli-mədəni sərvətlərə, zəngin mədəni irsə malik bir xalqdır. Mədəniyyət abidələrimiz neçə-neçə nəslin təcrübəsinin, bu nəsillərin maddi və mənəvi fəaliyyətinin nəticəsidir.

Orta əsrlər Azərbaycan incəsənətinin ən parlaq səhifələrindən olan orta əsr miniatür boyakarlığı nəinki orta əsr müsəlman sivilizasiyasını, hətta bütün dünya incəsənətini misilsiz dərəcədə zənginləşdirmişdir. Azərbaycan miniatür sənəti özünəməxsus orijinallığı, zənginliyi və rəngarəngliyi ilə seçilir. Bunu əyani şəkildə biz 1980-cı ildə nəşr olunmuş.K.Kərimovun “Azərbaycan miniatürləri” kitabında görürük (N-369) . Kitab illustrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvələrində Əbdülmömin Məhəmməd Əl-Xoyinin “Vərqa və Gülşa” əlyazmasına şəkdiyi miniatürlərin (Topqapı muzeyi, Stambul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir Azərbaycan miniatür sənətinin Təbriz miniatür məktəbini xüsusilə qeyd etmək lazımdır. Həsənzadə C. Təbrizin solmayan boyaları. – Bakı, 2001.

Hər xalqın mədəniyyət tarixində elə bir sənət sahəsi var ki, orada onun zəngin mənəvi aləmi əks olunmuş, xarakteri, intellekti, dünyagörüşü, estetikası və həyat fəlsəfəsi xas olan köklü xüsusiyyətlər təcəssümünü tapmışdır. Azərbaycan xalqı ücün belə sənət növü xalçaçılıqdır. Xalçaçılıq sənəti mahiyətcə humanist və məişətdə istifadəsinə görə çoxfunksiyalı sənətdir. Xalça insan ücün rahatlıq, səliqə yaradır, mənzilə hərarət gətirir, interyeri canlandırır, estetik zövq mənbəyi olur. R.Tağıyeva . Azərbaycan xalçası. Baki, 1999.

Nadir fondda müxtəlif kolleksiyalar qorunub saxlanılır. Bunlardan tanınmış numizmat-alim Y.A.Paxomovun şəxsi kitab kolleksiyası - 4188 nüsxə; Tarix Muzeyinin kolleksiyası - 2500 ədəbiyyat; miniatür nəşrlər kolleksiyası - 640 nüsxə; 643 ədəddən ibarət marka kolleksiyasıdır.

Nadir fondun ən iri kitab kolleksiyası - görkəmli tarixçi, numizmat-alim, arxeoloq, tarix elmləri doktoru, əməkdar elm xadimi Yevgeni Aleksandroviç Paxomovun şəxsi kitab kolleksiyasının xüsusi yeri var.

Burada Azərbaycan numiznatikasına aid ilk kitablardan olan “Azərbaycan tarixi muzeyinin sikkə kolleksiyası” (1928), “Azərbaycanın sikkələri” (1959), ayrıca nəşr olunmuş Sabirabadda (1926), Çaykənddə (1935), Bərdədə (1940), Maştağada (1952) aşkar olunmuş sikkələr haqqında elmi əsərlər kolleksiyanın incilərindən sayıla bilər. Öz əsərlərində alim sikkələrin tapılmasını Azərbaycanın tarixi hadisələri və o dövrün sosial-iqtisadi tarixi ilə əlaqələndirirdi. Buna bariz nümünə Qafqaz Albaniyasının, Azərbaycanın orta əsr şəhərlərinin ( Bərdə, Naxçıvan, Mingəçevir, Orənqala) sikkələri haqqında məqalələrdir.Bundan başqa “Sasanilərin sikkə nişanları” (1945), “1929-cu il Gəncə xəzinəsi və Qafqazda ərəb ticarətinin dönüşü”(1935), “XII və XII əsrin əvvəlində Azərbaycanın sikkə dövriyyəsi” (1957), “ XV əsrdə Azərbaycanda sikkə işi” (1943) və s.elmi işlərini nümünə göstərmək olar.

Kolleksiyanın incilərindən Qafqazın tarixini əks etdirən əsərlərini xüsusi qeyd etmək lazımdır “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nun bəzi cildləri, “Qafqaz kəndlilərinin iqtisadi məişətini öyrənmək üçün materiallar”, Butkovun P.Q. “Qafqazin yeni tarixi üçün materiallar” kimi çoxcildli əsərləri ilə bərabər, müxtəlif illərə aid “Qafqaz təqvimləri”, “Qafqaz məcmuələri”, “Dağıstan məcmuələri”, “Rusiyanın Qafqazda sahibləndiyi torpaqlara baxış”, “Qafqaz dağlıları haqqinda məlumatlar məcmuəsi”, “ Qafqaz haqqında statistik məlumatlar məcmuəsi”. Qafqaz müharibələrini, Qafqazın fəth olunması haqqında ədəbiyyatı kolleksiyanın incilərindəndir: Pottonun “ Müxtəlif oçerk, epizod, əfsanə və tərcümeyihallarda Qafqaz müharibələri”, “Fəth olunmuş Qafqaz” Qafqaz uğrunda qəhrəman döyüşlər haqqında” 5 kitab, “Qafqaz müharibələrinin xronikası”. Həmçinin müxtəlif səyyahların Qafqaz haqqında müşahidələri, fikirləri, Məsələn M.A.Polievktov “Qafqazda XII-XVIII əsrlərdə olmuş avropa səyyahları” (1935), İ.Berezinin “Dağıstan və Qafqaz üzrə səyahət (1850), M.Vladıkinın “Qafqaza səyahət üzrə bələdçi və həmsöhbət” (1885) “Marko Polonun kitabı”. Xüsusilə Azərbaycanın neft tarixinə aid “Nobel qardaşlarının neft emalı üzrə cəmiyyətin iyirmi illiyi (1879-1904)” (1904) mənbəni xüsusilə qeyd etmək lazımdır. Tarix elmlərin nadir sahələri sayılan geraldika və sfraqistikaya aid kitablar kolleksiyanın incilərindən sayıla bilər “Bizans möhürlərinin təsviri”, “Rus geraldikası” (1915)

Miniatür nəşrlər kolleksiyasında da tərtibatına görə maraqlı kitablar vardır. Estetik cəhətdən kitablara nəzər saldıqda görürük ki, bu kitablar müxtəlif materiallardan hazırlanmışdır. Məsələn, Nekrasov. Şeirlər, Yaroslavl,1971 - Nekrasovun 150 illik yubileyi münasibətilə nəşr olunmuş bu kitabın üz qabığı taxtadan hazırlanmışdır, burada müəllif Rusiya əhalisinin bütün təbəqələrinin əhval-ruhiyyəsini, sosial vəziyyətini əks etdirir. Ermak. – Novosibirsk, 1980 - kitabın üz qabığı qeyri-adi materialdan hazırlanıb, yəni dəmirdən istifadə olunub. Əsər 400 il bundan əvvəl Sibirdə ilk məskan salanlara həsr olunmuş miniatür nəşrdir. E.Qriqo, N. Markov, A.Mixaylova. Янтарный сказ. – Kalininqrad, 1981 kitabının üz qabığı parçadan hazırlanmışdır. ormada nəşr olunmuş Məhəmməd Füzuli. Lirika. – Bakı: Yazıçı,1981-ci il, dahi şairimizin rus dilində miniatür nəşri bu cür formatda kolleksiyanın incilərindən sayıla bilər.

2016-ci ildə Nadir fonda Tarix Muzeyinin kitab kolleksiyası daxil olunmuşdur 4598 kitab göndərilmişdir. Kitabların tərkibi həm dil, həm də mövzu baxımından müxtəliflik təşkil edir. Rus dilində olan kitablar-1355 kitab var ondan 508-si elektron kataloqda işlənir; alman dilində olan kitablar-837; fransız dilində olan kitablar-955; ingilis dilində olan kitablar-184; latın dilində olan kitablar-4; italiyan dilində olan kitablar-2; yunan dilində olan kitablar-1; polyak dilində olan kitablar-2; Şərq dillərində olan kitablar- 332 kitab gəlib onlardan 80-ni elektron kataloqda işlənib; Azərbaycan dilində olan kitablar- 1; əski erməni dilində olan kitablar-881 nüsxə. Kitablar nəşr tarixinə görə 1600-1960-70-ci illəri əhatə edir.Kolleksiyanın ən qədim kitabı 1600-cü ilə aid latın dilində kitabdır.

Tarix Muzeyinin kitab kolleksiyasından iki nümunə göstərmək olar. Kolleksiyanın ən qədim kitabı 1600-cü ilə aid olan latın dilində kitabdır. Kitab müxtəlif müəlliflərin tarixi mənbələri və yerin dəqiq təsviri ilə bağlı fikirlər verilmişdir. İkinci nümunə isə Şota Rustaveli “Pələng dərisi geyinmiş pəhləvan” 1938-ci il. Əsərdə gürcü yazıçısı isə Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yaşamış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış “Şan qızı dastanı” təşkil edir. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda- Ərəbistan, Hindistan, Qulunşaro və Qacetiyada baş verir.

Fondda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur. Bu məlumat xarakterli ədəbiyyat oxucuların tez-tez müraciət etdiyi fondun ən qiymətli hissələrindəndir. Rus dilində XIX əsrdə Brokqauz Efron tərəfindən nəşr olunmuş Ensiklopedik lüğət (82 cild), XIX əsrdə nəşr olunan Ensiklopedik lüğət “Qranat”(44 cild), 1875-ci il nəşri ingilis dilində “Britanika” (31 cild), 1946-ci il nəşri “Britanika” (20 cild), 1944- ci il nəşri Amerikan ensiklopediyası (28 cild), Londonda nəşr olunmuş “Yeni universal ensiklopediya” (14 cild), 1994-ci ildə nəşr olunmuş “Dünya kitabı” ensiklopediyasıdır (22 cild). Alman dilində 1977-ci ildə nəşr olunmuş 15 cildlə Nadir fondda təmsil olunmuş “Mayerin yeni lüğəti” universal ensiklopediyadır. Fransız dilində isə “P.Larousse”, “Qrand ensiklopedi”, “Universales” ensiklopediyaları nadir fondun rəflərini bəzəyir.

Pope A.U. A survey of Persian Art : From prehistoric times to the present. – Tokio : Meiji-Shobo.

Bu, İran incəsənətinə aid məcmuədir. Fondumuzda cəmi 10 tomu vardır. Kitabda erkən islam dövründən fars memarlığının tarixi, məscid, minarə və digər memarlıq abidələri, Sasanilər, Teymurilər, Səfəvilər dövründə tikililər, eləcə də keramika üzərində bəzəklər və dulusçuluq sənətindən bəhs olunur. Burada xüsusi ecazkarlığa malik olan Şərq miniatürləri də oxucu diqqətini cəlb edir.



500 ən qiymətli XIX əsrin sonunda nəşr olunmuş kitablar xüsusi mühafizə rejimində, yəni turşusuz kartondan düzəldilmiş mikroiqlimli konteynerlərdə qorunub saxlanılır. Nadir Fondun elektron kataloqu yaradılır, nadir nüsxələrin rəqəmsalaşdırılması uğurla həyata keçirilir, bir qismi MRY Milli Rəqəmsal yaddaşa salınır və beləliklə nadir kitabların elektron kitabxanası oxucuların tez bir zamanda istifadəsinə veriləcək.
Download 21,92 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish