Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet73/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   69   70   71   72   73   74   75   76   ...   289
Ключевые слова: Салман Мумтаз, Книга Деде Коркута, литературa, фольклор, рукопис, личный архив
Bəxtiyar Tuncay
AMEA Folklor İnstitutu
e-mail: bextiyar.tuncay@yahoo.com
QILINCA AND İÇMƏK GƏLƏNƏYİNİN QAFQAZ ALBANİYASINDAKI İZLƏRİ
Özət
«Kitabi-Dədə Qorqud»un üç boyunda kişinin bu və ya digər səbəbdən qadınla bir yastığa baş qoymayacağını bildirməsi üçün qılınca and içməsi və bunun təsdiqi kimi qılıncı qadınla öz arasına qoyması kimi çox qədim bir adət əks olunmuşdur. Arxeoloji qazıntılar zamanı qədim Qəbələdən tapılan bir məzar eyni adətin Qafqaz Albaniyasında da yayğın olduğunu söyləməyə əsas verir.
E.ə. II-III əsrlərə aid edilən həmin məzarda üz-üzə dəfn olunmuş kişi və qadın skeletləri aşkar edilib. Qadınla kişinin arasına uzunluğu 65 sm olan qılınc yerləşdirilib.
Açar sözlər: and, qılınc, nakam məhəbbət, bakirə, kult.
Məlum olduğu kimi, qədim türklərdə kişinin bu və ya digər səbəbdən qadınla bir yastığa baş qoymayacağını bildirməsi üçün qılınca and içməsi və bunun təsdiqi kimi qılıncı qadınla öz arasına qoyması kimi çox qədim bir adət olmuşdur. Həmin adətin izlərinə «Kitabi-Dədə Qorqud»un üç boyunda rast gəlinməkdədir. Məsələn, “Uşun qoca oğlı Səgrək boyu”nda qız Səgrəyə deyir: “Qılıcın geydir, yigit, murad ver, murad al, sarılalım!” (D-2609) cavab olaraq Səgrək “Mərə qavat qızı, mən qılıcıma doğranayım, oxuma sancılayım! Oğlum doğmasun, doğarsa, on yaşına varmasun, ağamın yüzin görməyincə, ölmiş isə, qanın almayınca bu gərdəgə girərsəm!” (D-26010) – andıyla qıza cavab verir. Qılıncla bağlı anda “Qanlı qoca oğlı Qanturalı boyu”nda da rast gəlinir. Ata-anasının üzünü görməyincə Selcanla bir yastığa baş qoymayacağını bildirmək üçün Qanturalı qılınca and içir. Belə bir andiçmə şəklinə “Qam Börənin oğlı Bamsı Beyrək boyu”nda da rast gəlinir. Beyrəyin qazamatdan qurtarmasına kafirin qızı yardımçı olur. Bunun müqabilində Beyrək qızı Oğuza aparacağına and içir. Üçüncü boyda qılınc altından keçməklə sadiqlik andı içmə də vardır. Yalançı oğlu Yalancıq Beyrəyin qılıncının altından keçməklə ona sadiq olacağına and içir (1). 
Qılıncla bağlı bu kimi adət və ənənələrin Qafqaz Albaniyasında da mövcud olduğunu söyləyə bilərik. Məsələ bundadır ki, 2013-cü ildə Qədim Qəbələ şəhərinin Səlbir ərazisinin II qatının konservasiyası zamanı yer səthindən son dərinlikdə eni 120, uzunluğu 230 və dərinliyi 75 sm olan qoşa dəfinli qəbir aşkar edilmişdir. Qəbirdə üz-üzə olmaqla, böyürləri üstə, yarıbükülü vəziyyətdə dəfn olunmuş kişi və qadın skeletlərinə rast gəlinmişdir. Kişinin qadını qucaqlayan şəkildə dəfn edildiyi qəbrin II-III əsrə aid olduğu bildirilir. Dövrün bütün məzarlarında olduğu kimi, bu məzara da çox sayda qab-qacaq qoyulmuşdur. Eyni zamanda qadının kəlləsinin arxasında tunc bilərzik və dişşəkilli bəzək əşyasına rast gəlinmişdir. Abidənin ən maraqlı cəhəti isə odur ki, qadınla kişinin arasına uzunluğu 65 sm olan dəmir qılınc yerləşdirilmişdir. Elə bu fakt da mərhumların həyatdan nakam getmiş iki sevgili olduğunu, dəfn olunanların türk olduqlarını sübut edir (2). Yəni ortada qılıncın yerləşdirilməsi onların nigahda olmadıqlarını, bir yastığa baş qoymadıqlarını, bir-birlərini sevdiklərini bu üzdən də birlikdə dəfn olunduqlarını göstərir. Görünür, kişinin döyüşdə həlak olmasından sonra buna dözməyən qadın özünü öldürmüş və onları birlikdə basdırmağa qərar verilmişlər (2).
Haqqında söhbət açdığımız məzarda qılıncın simvolik məna daşıdığını, qəbirdə yatan qadının bakirə olduğu göstərmək üçün qəbrə qoyulduğunu görməkdəyik. Bu isə, Qafqaz Albaniyasında kökü minilliklərin dərinliklərinə qədər uzanan qədim bir ənənənin – müxtəlif əşyalarla müəyyən fikrin çatdırılması ənənəsinin davam etməkdə olduğunu göstərir.
Elm aləmində müxtəlif əşyalarla müəyyən fikrin çatdırılması əşya yazısı kimi səciyyələndirilir və bu metod yazının fonetik yazıya qədərki mərhələlərindən ən birincisi hesab edilir. Sonrakı mərhələlərin isə piktoqrafik və ideoqrafik yazılar olduğu qəbul edilib. Azərbaycanda piktoqrafiya və ideoqrafiya mərhələlərindən öncə əşya yazısının mövcud olduğunu sübut edən dəlillərin izlərinə Azərbaycan folklorunda, ilk növbədə də nağıllarımızda rast gəlinir. Bu baxımdan Daşdəmirin nağılı deyilənlərə ən gözəl misaldır:
“...Qadın çadrasının altından bir boşqab çıxarıb Daşdəmirin qabağına qoydu. Daşdəmir baxıb gördü ki, boşqabda bir nar, bir top iynə, bir qayçı var, bir vərəq kağız var, bir tikə ət var, bir də bıçaq var.
Qadın dedi:
- Əgər Mirzə Möhsündən öyrəndiklərin yadından çıx­ma­yıbsa, bu şeylərdə gərək çətinlik çəkməyəsən.
Daşdəmir heç bir söz demədi. Bıçağı götürüb əti tikə-tikə doğradı. Qayçını götürüb kağızı kəsik-kəsik elədi, sonra iynə­ləri bircə-bircə nara sancıb boşqaba qoydu. Qadın güldü, dedi:
- Afərin! Ancaq de görüm bununla nə demək istəyirsən?
Daşdəmir dedi:
- Xanım, mən başa düşdüm ki, sən mənə gizli bir sirr de­mək istəyirsən, ancaq qorxursan. Mən bununla demək istə­yi­rəm ki, əgər mənim bədənimi bu ət par­çası kimi parçalasalar, bu kağız kimi tikə-tikə doğrasalar, bu nar kimi oxla dol­dur­salar, yenə də bu sirri heç kəsə açmaram. Qorxma, danış!
Bunu deyəndə qadın üzünü açdı. Daşdəmir baxdı ki, Mirzə Möhsünün qızı Nardandı.
Daşdəmir soruşdu:
- Bu nə haldı, atan haradadı?
Nardan dedi:
- Dayan! Elə bunun üçün gəlmişəm. Daşdəmir, o gün ki, atam saraya, padşahın yanına getdi, daha geri qayıtmadı. Bu günə qədər də başına nə gəldiyini bilmirəm. Ancaq elə haman gün bizim qonşumuz mənə bir şey gətirdi ki, atan bazarda məni gördü, bu şeyləri alıb verdi ki, sənə çatdıram.
Mən şübhələndim ki, atamın başına bir iş gəlib. Odur ki, daha o evdə qalmayıb, gecə ilə köçdüm. Atamın göndərdiyi şeylərdən üçünü başa düşürəm, ikisini başa düşə bilmirəm. Səni buna görə axtarırdım ki, mənə kömək eyləyəsən.
- Atanın göndərdiyi şeylər nədi?
- Atam bir armud, bir gavalı, bir əl dəyirmanı, bir parça dəmir, bir dənə də daş göndərib. Əl dəyirmanı ovdandır. Daşla dəmir də sənsən. Amma armudla gavalını başa düşə bilmirəm.
O, çadrasının altından bir armud və gavalı çıxarıb oğlana verir.
Daşdəmir meyvələrə baxır, gülür və deyir:
- Sən düz tapıbsan. Daş, dəmir, əl dəyirmanı sən dediyin kimidi. Ancaq mən bu meyvələri də tapdım.
Nardan soruşur:
- Nədi?
Daşdəmir armudu qıza göstərib deyir:
- Nardan, bu armudun adı Abbasbəyi armududur. Bu gavalıya da bağbanlar “Vəzir Alı” deyirlər. Atan demək istəyir ki, Daşdəmirin xaraba dəyirmanda başına gələn iş padşahın qoşun böyüyü Abbas bəylə, bir də vəzirlə əlaqədardır” (4).
Herodotun fars şahı Daranın iskitlər ölkəsinə hücumu zamanı iskit türklərinin ona göndərdikləri əşya yazısı barədə verdiyi məlumat da çox maraqlıdır:
“İskit xanları vəziyyəti belə görüb Daraya qasidlə quş, siçan, qurbağa və beş ədəd ox göndərdilər. Farslar qasiddən bunların mənasını soruşdular, fəqət qasid ona yalnız bu şeyləri çatdırmaq və dərhal geri dönmək əmr edildiyini söylədi və dedi ki, əgər ağlınız varsa, onların mənasını özünüz başa düşərsiniz. Bunu eşidən farslar məsləhətə toplandılar. Dara belə düşündü ki, iskitlər bununla ona boyun əyməyə hazır olduqlarını bildirmək istəmişlər. Lakin Qobriy bu fikrə qarşı çıxdı və dedi ki, iskitlərin bununla söyləmək istədikləri budur: Əgər siz – farslar quş olub göyə qalxmasanız, siçan olub yerin altına girməsəniz və ya da qurbağa olub bataqlığın dərinliklərinə enməsəniz, geri qayıda bilməyəcək, bizim oxlarımızdan məhv olacaqsınız” (3, 101).
İohannes Fridrixin sözlərinə görə, ideoqrafik yazı əşya yazısının bazasında, yazıda istifadə olunan əşyaların şəklinin çəkilməyə başlaması ilə ortaya çıxmışdır və bu yazılardan birincisindən ikincisinə keçidin nə zaman baş verdiyini, eləcə də onlar arasında sərhədi müəyyən etmək çətindir. Fəqət “Daşdəmirin nağılı”ndakı bir epizod bunun tədricən baş verdiyini və bir müddət əşya yazısı elementləri ilə ideoqrafik yazı elementlərinin birlikdə işlədildiyini söyləməyə əsas verir:
“Daşdəmiri məclisə apardılar. Padşah çevrəni ona göstərib cavab istədi. Daşdəmir əlinə bir ağac alıb, çevrəni ortadan iki yerə boldü. Düşmən tərəf işi belə görəndə gətirib çevrənin bir tərəfində bir ox qoydular. Daşdəmir də padşahın qılıncını götürüb ikinci tərəfə qoydu. Belə olanda düşmən tərəf çevrənin içinə bir ovuc darı tökdü. Daşdəmir tez əmr elədi, bir xoruz tutub gətirdilər. Xoruz bütün darını dənlədi. Düşmən tərəf heç nə deməyib, yola düzəldi.
Bu danışıqsız sual-cavaba hamı məəttəl qalmışdı.
Padşah soruşdu:
- Daşdəmir, mən heç nə başa düşmədim. De görüm, onlar nə soruşdu, sən nə cavab verdin?
Daşdəmir dedi:
- Padşah sağ olsun, o çevrəni ki onlar çəkmişlər, demək istəyirdilər ki, bütün dünya gərək bizim ola. Mən də arada xətt çəkib dedim ki, bizim bu dünyada öz yerimiz var, heç kəsi ora qoymarıq. Sonra onlar oraya ox qoydular ki, əgər belə olsa, biz dava eləyəcəyik. Mən də sənin qılıncını çəkib onların qabağına qoydum ki, biz sizdən qorxmuruq. Sonra onlar çevrəyə darı tökdülər ki, bizim qoşunumuzun sayı-hesabı yoxdu. Mən də bütün darını bir xoruza dənlətdim ki, bizdə də belə oğlanlar var. Ona görə də durub getdilər” (4).
Nağılın bu epizodunda hər iki yazı növünün elementi birlikdə çıxış edir. Belə ki, düşmənlərin yerdə çəkdikləri çevrə və Daşdəmirin çəkdiyi xətt ideoqrafik, tərəflərin istifadə etdikləri ox, qılınc, darı və xoruz isə əşya yazısının elementləridir (3, 101).
Əgər alban qəbrindəki qılınc bakirəliyi simvolizə edirsə, «Daşdəmirin nağılı»nda onun artıq oxla yanaşı müharibə anlamında işlədildiyini müşahidə edirik və bu onun funksiyasını daha dürüst ifadə edir.
Məlum olduğu kimi, qədim türklərdə bir çox kultlarla yanaşı, qılınc kultu da olmuşdur. Bu haqda qədim yunan və Roma müəllifləri geniş məlumat verir. Sözügedən müəlliflərin əsərlərindən belə aydın olur ki, Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş iskit və sarmatlar qılıncı savaş tanrısının simvolu hesab etmiş və ona tapınmışlar (5).
Qılıncın Tunc dövründə yarandığını qeyd edən və bu məntiqdən çıxış edərək qılınc kultunun Tunc və Dəmir dövrləri arasında, yəni təqribən e.ə. I minillikdə ortaya çıxa biləcəyini söyləyən S. Kondıbay yazır ki, «Kuyın batır», «Jartı Testik», «Yerkemaydar», «Kedəydinq uş balası», «Nauşa xan», «Akbilek kız-Turğın bala», «Alaman men Jolaman», «Jas balanınq saparı» kimi qazax nağıllarında müxtəlif qılınc növlərindən söz açılır (5). Önəmli bir qismi qazaxların «böyük jüz» adlanan boyunun alban soyundan toplanmış həmin nağıllarda qılınc kultunun izlərinə də rast gəlinir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   69   70   71   72   73   74   75   76   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish