Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet75/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   71   72   73   74   75   76   77   78   ...   289
Açar sözlər: Dastan, Dədə Qorqud, müasir, məhəbbət, klassik, türk, oğuz, Beyrək, Domrul, Banıçiçək, Alı.
Xalqımızın dastanyaratma ənənəsi lap qədim çağlardan formalaşmağa başlamış və günümüzəcən davam etməkdədir. Bu ənənə qədim ümumtürk mədəniyyətinin, bədii təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi öyrənilməli, araşdırılmalı olduğu üçün öncə bütövlükdə türk xalqlarının ən qədim tarixinə, həmin tarixi dönəmlərdəki yaşam tərzinə, birgə yaratdıqları mədəniyyət nümunələrinə, bədii düşüncəsinə, qarşılıqlı münasibətinə, apardıqları mübarizə və mücadilələrə ətraflı nəzər yetirməyi məqsədəuyğun sayı­rıq. Bu baxımdan m.ə. IV-II minilliklərdə tarix səhnəsində mövcud olmuş Mesopotamiya (İkiçaya­rası), Cənubi Azərbaycan ərazisində, Urmiya gölünün cənubunda yerləşən digər şəhər-dövlətlərin tarixi, qarşı­lıqlı münasibət zəmnində bar verən olaylar, nəhayət, bütün bu tarixi reallıqlar əsasında növbəti nəsillər tərəfindən yaradılmış epik mədəniyyət nümunələri böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, bu dövrlərdə yaranan qədim oğuznamələrdə əsasən türkün dövlətçilik, qəhrəmanlıq, mübarizə, savaş tarixindən bəhs olunur. Bundan daha əvvəl yaranan Aratta-Şumer dastan ənənəsinə məxsus nümunələrdə isə əsas aparıcı obrazlar qədim şumerlərin tapındığı tanrılardır. Bu nümunələr türkün bədii təfəkkürünün, düşüncə və təxəyyülünün hələ lap çox-çox qədimlərdən inkişaf edib formalaşmağa başladığından xəbər verir.
Ümumiyyətlə, tarixən türk xalqlarında bədii təfəkkür, romantik təxəyyül çox güclü olmuşdur. Dastan, eləcə də xalq ədəbiyyatının digər janrlarında saysız-hesabsız dəyərli nümunələr yaratmağa meylli olan əksər türk xalqları çağdaş zamanımızda da əski xüsusiyyətlərinə sadiqdir desək, yanılma­rıq. Daha doğrusu, neçə-neçə minillikdən bəri şifahi şəkildə yaranaraq yaddaşlarda yaşayan, nəsildən-nəslə ötürülən dastanları, oğuznamələri türklər öz talelərində, həyatlarında, mübarizə və fəaliyyət­lə­rin­də bir tarix olaraq yaşamışlar. Daha sonralar bu yaşananlar dastanlara, oğuznamələrə çevrilib xalq ədə­biyyatı inciləri sıralarında yer almışdır. Odur ki, bunlar bədii təfəkkür məhsulu olmaqla yanaşı, eyni zamanda türkün qədim ortaq tarixinin araşdırılması, öyrənilməsi işinə yaxından yardımçı ola bilə­cək zəngin qaynaqlardır. Professor Qara Namazov bu xüsusda yazır: “Bu baxımdan həm qədim Azər­bay­can torpaqlarında yaranan dövlətlərdə, həm də ümumiyyətlə, qədim türk dövlətlərində xalq ədəbiy­ya­tının, xüsusən dastanların araşdırılmasına böyük ehtiyac duyulur. Belə ki, “Türklər dastan yaz­ma­dılar, dastan yaratdılar” məşhur kəlamında deyildiyi kimi, qədim türk xalqlarının, eləcə də Azər­baycan xal­qının öz torpaqlarında yaranan dövlətlərin quruculuğu haqqında minillərdən bəri yaşayan das­tanların öyrənilməsi problemi həm tarixə yenidən dönüş, həm də soykökümüzə qayıdış ba­xı­mından xüsusi əhəmiyyət kəsb edir. Axı “Kitabi-Dədə Qorqud”dan daha öncə qədim Azərbaycan tor­paq­ların­da təşək­kül tapan dövlətlərin, eləcə də Azərbaycan türklərinin ortaq olduğu ilkin türk dövlətlərinin quru­cu­lu­ğunu özündə yaşadan dastan nümunələri türk xalqlarının bədii təfəkkü­rünün bi­zim eradan əvvəlki minilliklərdən süzülüb gəldiyindən xəbər verir” [Namazov, 2000: 41].
Qeyd edək ki, qədim Şumer dastanlarında işlənən bir sıra söz və ifadələrin, əsatirlərin, mifik anlamların xeyli sonralar formalaşan oğuznamələrdə, eləcə də “Kitabi-Dədə Qorqud” boylarında, o cümlədən ozan-aşıq sənətində izləri, bir çox əlamətləri qalmışdır. Buna misal olaraq “Kitabi-Dədə Qorqud” və miladdan öncəki bəzi türk dastanlarında təsadüf edilən bir neçə oxşar məqamı diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik. Məsələn, “Bilqamıs” dastanının qəhrəmanı Bilqamıs da, Dədə Qorqud da hər şeyi bilirlər. Keçmiş haqqında çox dolğun informasiyaya malikdirlər və hətta gələcəkdən xəbər vermək iqtidarına malikdirlər. Onlar öz müdriklikləri ilə böyük hörmət, nüfuz qazanırlar. Nəhayət, hər ikisi eyni formada əbədi yaşamaq arzusuna düşür.
Bundan əlavə, “Bilqamıs” dastanında Enkidu ilə Bilqamısın sidr meşəsinə gedib birlikdə Humbabanı öldürmələri Dədə Qorquddakı Basatın Təpəgözü öldürməsi səhnəsini yada salır.
Yaxud “Oğuz Xaqan” dastanında Ay xanın Oğuzu qeyri-adi doğuluşla doğması, doğulmuş oğla­nın anasının döşündən yalnız ağız südünü əmərək, çiy ət, şərab istəməsi, qırx günə böyüməsi, göydən düşən göy işığın içində gözəl qız görüb vurulması və dərhal onu alması “Dədə Qorqud”da rast gəl­diyimiz Sarı çobanın pəri qızı qəfil görüb vurulması və ondan qeyri-adi Təpəgözü dünyaya gətirməsi səhnəsi ilə səsləşir. “Bir gün Oğuz Tanrıya üz tutduğu zaman göydən yerə göy işıq düşür. İşığın içərisində bir qız görünür. Qız elə gözəldi ki, gülsə Göy Tanrı da gülərmiş, ağlasa Göy Tanrı ağlarmış. Oğuz o qızı görcək vuruldu və aldı” [Türkün qızıl kitabı, 1992: 61].
“Kitabi-Dədə Qorqud” dastanında da Sarı çoban qanad-qanada uçan pəri qızlardan birini tutur və bir ildən sonra ondan qeyri-adi bir oğlan dünyaya gəlir: “Uzun Binar dönməklə məşhur bir binar vardı. Ol bi­na­ra pərilər qonmuşdu. Nagahandan qoyun ürkdü. Çoban erkəcə qaqdı, iləri vardı. Gördü kim, pəri qızları qa­nad-qanada bağlamışlar, uçarlar. Çoban kəpənəyini üzlərinə atdı, pəri qızının birini tutdu, təmə edib, dər­hal çima elədi. Qoyun ürkməyə başladı. Çoban qoyunun önünə səyirdi. Pəri qızı qanad vurub uçdu, aydır:
– Çoban, il tamam olcaq məndə əmanətin var, gəl al, – dedi.–Amma oğuzun başına zaval gətirdin! – dedi” [Azərbaycan ədəbiyyatı inciləri, 1987: 124-125].
Beləliklə, bir ildən sonra qeyri-adi doğuluşla Təpəgöz doğulur, qeyri-adi şəkildə böyüyür və Pəri qızın dediyi kimi, doğrudan da, oğuzların baş bəlasına çevrilir.
Miladdan da hələ minillər öncəki qədim ümumortaq türk dastanlarından gələn qeyri-adi doğuluş məsələsi, təbii ki, “Kitabi-Dədə Qorqud”da da bitmir. Müəyyən fərqlənmələrlə sonrakı dövrlərdə, xü­su­sən orta əsrlərdə geniş yayılmış məhəbbət dastanlarımızda qeyri-adi doğuluş səhnələrinə daha sıx rast gəlirik. Bütün bunlar bir daha onu göstərir ki, lap qədim çağlardan, neçə-neçə minillərdən üzü bəri yaranan ümumtürk, eləcə də türk-Azərbaycan dastanları arasındakı varislik əlaqəsi heç vaxt tam qırıl­ma­mış, bu və digər formalarda daim nəzərə çarpmış və çarpmaqdadır. Lakin burada bir sıra kəskin fərq­­­lənmələr, istiqamət dəyişmələri müşahidə olunur ki, bunlar da dövrün, zamanın tələbləri kimi mey­­dana çıxmışdır. Məsələn, qədim oğuznamələrdə, eləcə də “Kitabi-Dədə Qorqud”da qeyri-adi do­ğu­­­luşla doğulub böyümüş övlad gücü-qüvvəsi, rəşadəti, qeyri-adi qoçaqlığı, göstərdiyi qəhrə­man­lıq­lar­la diqqəti cəlb edirsə, məhəbbət dastanlarında onlar fitri istedadları, sevgiləri, sədaqətləri, eşqə dü­çar olmaları ilə fərqlənir.
“Kitabi-Dədə Qorqud” e. ə. III minilliyin sonlarından eramızın VI-VII əsrlərin qədər davam edən ta­ri­xi dönəmdə qədim Azərbaycan xalqının – oğuz türklərinin bahadırlıq ənənələrini, hərbi demok­ra­ti­yaya əsaslanan qəbilə və tayfa ittifaqlarının mübarizələrini, yaşam tərzini, mifoloji dünyaduyumunu, ictimai-siyasi varlığını bədii-poetik şəkildə əks etdirən tarixi – ensiklopedik salnamədir. “Kitabi-Dədə Qorqud” eposu ən qədim çağlarda Azərbaycan xalqına (oğuz türklərinə – C.Ç.) aid bir çox adət-ənə­nə­ləri özündə qorumuşdur. Xalqın həyatında mühüm rol oynamış ayrı-ayrı mövsüm və mərasimlər, ayinlər, habelə etnoqrafik, psixoloji əlamətlərin rəngarəng izləri boylarda poetik-bədii ümumi­ləş­dir­mələr yolu ilə əks etdirilmişdir. Tükənməz söz sərvəti olan bu abidə el ədəbiyyatının ovsun, alqış, qarğış, and, dua, sınama–yozum, atalar sözü və s. kimi qədim janrlarına aid nümunələrlə də zəngindir” [Abbasov, 1987: 8-9].
Qeyd etdiyimiz kimi, “Kitabi-Dədə Qorqud” xalqımızın bahadırlıq tarixindən, mübarizələrindən, adət-ənənələrindən bəhs edən qəhrəmanlıq dastanıdır. Lakin digər qəhrəmanlıq dastanlarında olduğu kimi, burada da bir sıra məhəbbət motivləri diqqəti cəlb edir. Boylarda həyatı, şücaətləri, savaşlarda göstərdiyi qeyri-adi qəhrəmanlıqları təsvir olunan, öyülən personajların sevgisindən, sədaqətindən, istəklisinə qovuşmaq yolunda fədakarlıqlarından da yeri gəldikcə bəhs olunur. “Dədə Qorqud” boylarında butaalma, eşqə düçar olaraq yalnız butasına qovuşmaq yolunda çaba göstərmək, ilahi eşqin şərbətini yuxuda nuş edərək, ayılınca röyada görüb aşiq olduğu sevgilisini, butasını axtarmaq üçün səfərə çıxmaq kimi sufi-islami ənənələrə rast gəlinməsə də, saf sevgi, həyati sevgi, sədaqət, etibar, ailə müqəddəsliyi uca tutulur. Burada təsvir olunan bir sıra adət-ənənələr, mövsüm və mərasimlər və s. qeyd edildiyi kimi, “Kitabi-Dədə Qorqud”un İslamdan çox-çox əvvəllərə aid olduğunu göstərir. Hətta, bəzi məqamlarda dastanın yaranma tarixini yanlış olaraq VI-VII əsrlərə aid edən İ.Abbasov sonra özü özünü təkzib edərək, bu barədə yazır: “Boylardakı poetik parçalar belə bir qənaət doğurmuşdur ki, bu incilər xalq şeirinin ümumi axarı zəminində yaranmışdır. Burada alınma sözlər, demək olar ki, yox dərəcəsindədir. Bu qəbil söz və ifadələr dastanlara ancaq İslamiyyətdən sonra, bu dinin təsiri nəticəsində daxil edilmişdir” [Abbasov, 1987: 9-10].
Qeyd edək ki, “Dədə Qorqud”dakı məhəbbət motivləri orta əsrlərin sufi-irfani məzmunlu eşq dastanlarından daha çox XX əsr Azərbaycan məhəbbət dastanları ilə səsləşir. Boylarda evlənmək yaşına çatan cəsur igidlərə buta verilmir. Onlar, sadəcə, ən gözəl, ən nəcib (həm də cəsur!) hesab etdikləri qızla, ona bir könüldən min könülə vurulub, aşiq olaraq, evlənmək, ailə qurmaq qərarına gəlirlər. Yalnız bundan sonra qarşıya çıxan maneələrli dəf etmək, sədaqət imtahanları, real, həyati sevgi yolunda sınaqlar başlayır. Boylarda qızlar da eşq dastanlarındakı kimi fiziki cəhətdən passiv deyillər. Onlar da at minir, qılınc çalır, ox atır, ov ovlayır, quş quşlayır, savaşır, güləşirlər və s. Diqqəti xüsusi cəlb edən məqamlardan biri budur ki, sözügedən dastanda qızlar onlara qalib gələ bilməyən, özlərindən daha güclü olmayan igidlə könül bağlayıb, ailə qurmazlar. Məsələn, “Bayburanın oğlu Bamsı Beyrək boyu”ndan bir səhnəyə diqqət edək: “...Mən Banıçiçəyin dadısıyam. Gəl indi səninlə ova çıxalım. Əgər sənin atın mənim atımı keçsə, onun (Banıçiçəyin – C.Ç.) atını dəxi keçərsən. Həm səninlə ox atalım, məni keçərsən, onu dəxi keçərsən və həm səninlə güləşəlim, məni basarsan, onu dəxi basarsan, – dedi.
Beyrək ayıtdı:

  • Yaxşı, indi atlanın” [Kitabi-Dədə Qorqud, 1999: 44].

Göstərilən nümunədən aydın olduğu kimi, Beyrək Banıçiçəyi görmək istəyir. Qız qarşısında olsa da, özünü tanıtmayıb, oğlanın gücünü-şücaətini sınağa çəkir. Bu da türk xarakterinin, türk düşüncə tərzinin və adət-ənənəsinin təzahürüdür. Tunc dövründən – anaxaqanlıq öz yerini ataxaqanlığa ötürəndən, obrazlı desək, Ay xan (başçı ana) öz xaqanlığını Oğuz kağana (oğlana) təhvil verəndən (“Oğuz kağan” dastanı, e.ə. IV-III minilliklər) bugünəcən türk ailəsinin başçısı – ər daha güclü, cəsur, ailəni, yurdu, sərvəti qorumağa qadir hesab edilib, qadir olub və olmalıdır. Əgər o, bu etimada layiq olmasa, sevgilisi onu bəyənməz, taleyini, gələcəyini etibar edə bilməz.
Onu da qeyd edək ki, boylardan göründüyü kimi, türklükdə güclülük, qorxmazlıq, cəsarət həm də mərdlik, sədaqət, ədalət, xeyirxahlıq anlamı daşıyır. Türk-oğuz düşüncə tərzinə görə, qadın nə qədər güclü, cəsur, qoçaq olsa belə, oğlan qızdan, kişi qadından daha üstün olmalı, qətiyyən basılmamalıdır. Əks halda bu, rüsvayçılığa bərabərdir. Əslində, fizioloji cəhətdən də kişi qadından daha güclüdür, cəsarətlidir. Tunc dövründə ictimai əmək bölgüsü nəticəsində heyvandarlığın əkinçilikdən ayrılması ilə paralel anaxaqanlığın öz yerini ata xaqanlığa verməsinin kökündə də kişinin fizioloji baxımdan qadından daha güclü, cəsur, ailəni, yurdu, ocağı qorumağa qadir olması dayanırdı. Oğuzlarda hər hansı kişinin bu etimadı doğrultmayıb, qadına basılması qəbuledilməz idi. Odur ki, sınaq meydanında Beyrək də at sürməkdə, ox atmaqda, güləşməkdə üstünlüyünü nümayiş etdirərək, sınaq meydanından üzüağ çıxır. Bu məqamda bayaqdan özünü tanıtmayan qız sirrini açaraq deyir:

  • “İgid, Baybecanın qızı Banıçiçək mənəm, – dedi.

Beyrək üç öpdü, bir dişlədi. – “Düyün qanlı olsun, xan qızı! – deyib barmağından qızıl üzüyü çıxarıb, qızın barmağına keçirdi”.
“Kitabi-Dədə Qorqud” bütövlükdə qəhrəmanlıq dastanı olduğu üçün boylarda təsvir olunan sevgi macəraları da mahiyyət etibarilə sırf qəhrəmanlığa, gücə, qüvvətə, igidliyə dayanır. Lakin burada bir cəhəti də diqqətdən kənarda qoymaq olmaz. Bu, beşikkərtmə – göbəkkəsmə məsələsidir. Fikrimizcə, ola bilsin, bu cür çalarlar dastana sonradan İslamiyyətin təsiri nəticəsində sirayət etmişdir. Varlı-karlı, sərvəti aşıb-daşan bəy, xan atanın övladının olmaması, onun bunu özünə dərd etməsi, Tanrı dərgahına əl açıb dualar qılaraq övlad istəməsi, başqa bir sonsuz atanınsa eyni vaxtda qız övladı üçün dua etməsi, nəzir-niyaz paylamaq, borcluları borcundan azad etmək, acları doyurmaq və s. kimi məsələlər, çox güman ki, sonralar boyları bir sıra İslami dəyərlərlə uzlaşdırmaq cəhdləri kimi meydana çıxmışdır. Bu cür səhnələr eynilə sufi-irfani məzmunlu eşq dastanlarındakı süjet başlanğıclarını xatırladır. Yenə “Bayburanın oğlu Bamsı Beyrək boyu”na diqqət edək: “Baybura bəy dedi:
– Xan Qazan! Necə ağlamayım, necə sızlamayım? Oğuldan dayağım yox, qardaşdan sayılmağım! Allah-taala mənə qarğayıbdır... Bəylər, tacım-taxtım üçün ağlayıram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə qalmayacaq, – dedi” [Kitabi-Dədə Qorqud, 1999: 39].
Beləliklə, Oğuz bəylərinin ona rəhmi gəlir. Qalın Oğuz bəyləri “üz göyə tutub” dua eləyirlər. Bu zaman Baybecan bəy də övladsızlığından gileylənib, Tanrının ona da bir qız övlad verməsi üçün dua etmələrini diləyir. Bəylər hər ikisi üçün dua edirlər və nəhayət, dilədikləri kimi, Bayburanın oğlu, Baybecanın qızı dünyaya gəlir. Dua edərkən onlar övladlarını beşikkərtmə də eləyirlər. Amma burada, məşhur “Əsli-Kərəm” dastanındakından fərqli olaraq, valideyinlər hər ikisi əhdinə sadiq qalır, qızın qardaşı Dəli Qarcarı da müdrik el ağsaqqalı Dədə Qorqud ram eləyib, ipə-sapa yatırır. Problemlər tamam başqa istiqamətə yönəlir. Nəhayət, uzun illər keçsə də, sevgililər bir-birinə qovuşa bilirlər.
“Kitabi-Dədə Qorqud” boylarında diqqətçəkən əsas məqamlardan biri də qadına münasibət məsə­ləsidir. Sufi-irfani eşq dastanlarından fərqli olaraq, boylarda sevgili kimi (elə ana, bacı kimi də) qız, qadın daim uca tutulur, kişi ilə bərabərhüquqludur, fəaldır, aktivdir, sədaqətli və cəsurdur, fədakardır, mərd­dir. O, sevgilisi, əri uğrunda canından keçməyə hər an hazırdır. Ən əsası, bir sevgili, yaxud həyat yoldaşı ola­raq dastanda qızın, qadının vəfası, sədaqəti, cəsarəti, fədakarlığı, gizlində qalıb öz içində boğulmur, göz önün­də parlayır, sınaq meydanına atılır. Fikrimizcə, “Kitabi-Dədə Qorqud” boylarında qadının bu cür ak­ti­vliyi, əhəmiyyətli mövqeyə malik olması dastanın yaranma tarixinin tunc dövrünə – e.ə. IV-II minil­liklərə aid olmasını təsdiqləyən amillərdəndir. Belə ki, həmin çağda anaxaqanlıq öz yerini ataxaqanlığa vermiş olsa da, hələ kişinin hakimiyyəti bərqərarolma prosesi keçirdi, qadınlar üzərində tam mütləqləş­məmişdi. Odur ki, qəbilədə hələ qadınlar kifayət qədər fəal idilər. Əgər bir sıra tədqiqatçıların iddia etdiyi kimi, dastan VII əsrə – İslam dövrünə aid olsaydı, boylarda qadına bu qədər əhəmiyyətli mövqe qazan­maq, aktivlik imkanı verilməzdi. Yeri gəlmişkən, qeyd edək ki, “Kitabi-Dədə Qorqud”da İslamla bağlı, əlaqəli nə varsa, hamısı əsərə sonrakı ifaçılar tərəfindən daxil edilmiş əlavələr, artırmalar, uyğunlaş­dır­malardır ki, bunun da müxtəlif səbəbləri var. Bunlara tədqiqatçı Xəliyyəddin Xəlilli ayrı-ayrılıqda geniş iza­hatla aydınlıq gətirərək, yazır: “Kitabi-Dədə Qorqud” dastanının e.ə. III minilliyin sonu II minillikdə yaranmasını sübut etmişik” [Xəlilli, 2015: 130]. Demək, boylardakı qadınlar müsəlmanlıqdan minillər öncəki qəbilə-tayfa dövrünün mərd, cə­sur qadınlarıdır. Onların fədakarlıqları, ərinə sədaqəti, sevgisi ilkin­liyi ilə seçilir. Və bu, həm də fik­ri­mizcə, yeni formalaşmağa başlayan ailə institutunun təbliğatı xarakteri daşıyır. Misal olaraq “Du­xa Qoca oğlu Dəli Domrulun boyu”ndan bir səhnəyə diqqət edək. Belə ki, Oğuz igidlərindən Dəli Dom­rul Əzrayılla qarşılaşır, güc gələ bilmir, nəhayət, Əzraıyıl onun canını alası olur. Tanrıya yalvarır, Tan­rı rəhm edir. Lakin əvəzində canından keçməyə, yerinə ölməyə könüllü hazır olan bir insan gərə­kir. Dəli Domrul ən doğma adamları bildiyi atasına və anasına ərk eləyib, əvəzinə onlardan birinin öz canı­nı Əzrayıla təhvil vermələri üçün yalvarır. Qoca ata və ananın heç biri övlad üçün canlarından keç­məyə cəsarət etmir. Ümidi üzülən Dəli Domrul həyat yoldaşı ilə son dəfə vidalaşıb halallaşmağa gəlir.
Beləliklə, yad qızı hesab etdiyi qadını məsələdən xəbər tutunca Dəli Domrulun əvəzinə ölməyə hazır olduğunu bildirir. O, yoldaşına qıymır, yenidən Tanrıya dua eləyir. Duaları Allah-taalaya xoş gəlir. Əzrayıla əmr edir ki, onlara toxunmasın, gedib Dəli Domrulun qoca ata-anasının canını alsın. Tanrı bu istəkli sevgililərin isə hərəsinə 140 il ömür verir.
Yenə “Bayburanın oğlu Bamsı Beyrək boyu”nda Banıçiçəyin öz göbəkkərtmə nişanlısının yolunu 16 il gözləməsi, sevgilisinin uzun ayrılıqdan sonra sağ-salamat gəlib çıxdığını bilərkən toyunu təxirə salması kimi ibrətamiz səhnələr də “Dədə Qorqud” boylarında məhəbbət motivlərinin ötəri xarakter daşımadığını, xeyli əhəmiyyətli rol oynadığını göstərir.
Lakin XX əsr Azərbaycan məhəbbət dastanlarında məsələ bir qədər başqa cürdür. “Dədə Qorqud”dakı məhəbbət motivləri ilə yeni yaranan məhəbbət dastanlarımızı tutuşdursaq, bir sıra oxşar və fərqli cəhətləri aydın görə bilərik. Hər iki şifahi ədəbiyyat nümunəsindəki sevgilər, eşq dastanlarından fərqli olaraq, real, həyati sevgidir. Burada, klassik məhəbbət dastanlarımızda olduğu kimi, qızla oğlan bir-birini yuxuda görüb, aşiq olmurlar. Onlara ilahi qüvvə tərəfindən buta verilib, eşq şərbəti də içirilmir. Qız və oğlan real həyatda qarşılaşır, bir-birini “göz açıban görür, könül verib, sevirlər”. Bəzi hallarda isə oğlan könlü istədiyi, yəni onun tələblərinə uyğun gələ biləcək qızı eldə-obada – İç və Daş Oğuzda tapa bilmir. Onu axtarmaq üçün uzaq, təhlükəli səfərlərə çıxmalı olur. Sınaqlar, imtahanlar, çətinliklər, sevgiyə qovuşmaq yolunda mübarizələr, əzab-əziyyətlər yalnız bundan sonra başlayır.
Amma burada yenə incə bir məqama diqqət yetirmək gərəkir. Belə ki, “Dədə Qorqud” boylarında təsvir olunan qəhrəman – aşiq obrazlarının mübarizələri, şücaətləri, Tanrıya sığınıb, güvənmək nəti­cə­sində sınaqlardan sağ-salamat çıxaraq, qalib gəlmələri sufi-irfani eşq dastanlarının aşiq qəh­rə­man­la­rına nisbətən nə qədər real, inandırıcı, həyatidirsə, müasir məhəbbət dastanı qəhrəmanları ilə mü­qayisədə bir o qədər romantikdir, fantastik xarakter daşıyır. Misal olaraq yenə “Bayburanın oğlu Bamsı Beyrək boyu”na nəzər salaq. 16 il əsirlikdə qalandan sonra Banıçiçəyin toyu günü Beyrəyin gəlib özünü yetirməsi, məhz həmin ərəfədə, necə deyərlər, sevgilisinin başqasına ərə verilməsindən vaxtında xəbər tutması, lazım olduğu anda düşmən qızının onu əsirlikdən xilas etmək fikrinə düşməsi, ehtiyac duyulan anda yolda ozana rast gəlməsi kimi səhnələr boyları bir qədər həyatilikdən aralayıb, mücərrədliyə, fantastikliyə sarı meyilləndirir desək, yanılmarıq. Çünki real həyatda belə “təsadüflər” çox vaxt xoşbəxtliyə deyil, faciələrə yol açır. Düzdür, orta əsrlərin klassik məhəbbət dastanlarında olduğu kimi, Beyrəyin də Ağası dadına yetişib, onu Aşıq Qəriblər, Tufarqanlı Abbaslar sayaq, necə deyərlər, dünyanın “bu başından o başına” bir anın içində – gözünü yumub-açınca çatdırmır. Lakin tam reallıqla səsləşməyən məqamlara burada da rast gəlinir.
Bir əsas cəhəti diqqətdə saxlamaq vacibdir ki, boylarda hər şey – sevgi də, ailə də, sədaqət də ilk növbədə qəhrəmanlığa xidmət edir. Oğuz igidlərinin mərdliyini, gücünü, sücaətini daha qabarıq nəzərə çatdırmaq məqsədi daşıyır. Buradakı qəhrəmanın gücü, igidliyi ilə bağlı şişirtmələr əsərin maraq­lı­lı­ğını, təsir gücünü artırmaq üçündür.
XX əsr Azərbaycan məhəbbət dastanlarınınsa əksəriyyətində qəhrəmanın sevgisi, sevgilisinə qovuşmaq yolundakı əziyyətləri, keçdiyi sınaqlar, imtahanlar daha həyatidir, reallıqla daha çox səsləşir, uyğun gəlir. Fəqət elə müasir dastanlar var ki, onlarda da real həyatla tam səsləşməyən romantik məqamlara təsadüf olunur. Məsələn, “Aşıq Alının Türkiyə səfəri” dastan-rəvayətində Aşıq Alı qürbət eldən neçə il sonra vətəninə qayıdır və məlum olur ki, sevgilisi Bəsti xanımın toyudur: “İmirzə kişi qapıyı açdı. Aşıx Alıyı bağrına basdı. İmirzə kişi dedi:
− Öyü, xaravanın qızı, Alı gəldi.
Anası yetişif oğlunu ayaxdan-başa duz kimi yaladı:
− Anan ölsün. Anan öləydi, səni görmüyəydi. Bəsti xanımı ayrı adama veriblər. Bu saat toy çalınır” [Aşıq Alı, 2006: 177]. Beləliklə, Aşıq Alı gecə ilə həmin toya özünü çatdırır. Orada elə çalıb-oxuyur ki, toy təxirə salınır. Bu cür səhnələrə olduqca az təsadüf olunsa da, müasir dastanlarda klassik ənənənin təsiri, davamı olaraq rast gəlinir. Bu ənənənin kökünün “Dədə Qorqud” layına qədər gedib çıxması bir daha qədim abidənin sırf Azərbaycan xalqına məxsusluğunu sübuta yetirir.
Yeri gəlmişkən qeyd edək ki, XX əsr Azərbaycan məhəbbət dastanlarının bir çoxu bədii-poetik cəhətdən orta əsrlərin klassik eşq dastanları ilə müqayisədə nə qədər zəif, sönük təsir bağışlasa da, bu əsərlərdə “Kitabi-Dədə Qorqud” boylarının izləri qalmaqda, hiss olunmaqdadır. Sevginin həyatiliyi, hadisələrin reallıqla səsləşməsi, vətənə, yurda, xalqa, el-obaya sevgi, xidmət, ictimai-milli məsələlərdə aktivlik, şəxsi deyil, ümumi mənafeyi daha ön planda görmək və s. müasir dastanlarımızı “Dədə Qorqud” boyları ilə uzlaşdırır, bir-birinə bağlayır.
Bu dastanlardan xüsusilə Aşıq Alının, Dədə Ələsgərin, Aşıq Şəmşirin adları ilə bağlı olan nümunələr həm “Dədə Qorqud”la səsləşmək baxımından, həm bədii-poetik cəhətdən daha mükəmməl, daha yüksək dəyərləndirilməyə layiq olanlardır desək, yanılmarıq.
“Kitabi-Dədə Qorqud” boylarında diqqətçəkən əlavə bir neçə məqamı da XX əsr Azərbaycan məhəb­bət dastanları ilə müqayisə etməyi məqsədəuyğun bilirik. Qeyd edildiyi kimi, müasir dastanlara, eləcə də klassik eşq dastanlarına nisbətən boylarda qadının mərtəbəsi daha ucadır, o, ictimai və hərbi məsələlərdə da­­ha fəaldır, gözəçarpandır. Həm də burada qıza, qadına məhəbbət təkcə sevgili kimi ünvanlanmaqla məh­dudlaşmır. O, ilk növbədə, həyatın başlanığıcı – ana kimi, bacı kimi də, necə deyərlər, bir könüldən min kö­nülə sevilir, əzizlənir, müqəddəs və uca tutulur. Təsadüfi deyil ki, Beyrək əsirlikdən qayıdırkən öncə bir-bir ba­cıları ilə qarşılaşdırılır, onların dialoqları verilir. Bu səhnələr, bir növ, epizodiklikdən çıxmış, aktuallıq kəsb edən məqamlar kimi təqdim edilir. Yaxud, “Dirsə xan oğlu Buğac boyu”nda Dirsə xanın arvadının fəal­lığını, fədakarlığını, ərinə sədaqətini, ən dəhşətli günahını belə ağlasığmaz genişürəkliliklə bağışlaya bilməsini, oğluna sonsuz sevgisini, oğlunun onun bir sözünü iki etməməsini misal göstərmək olar. Bu boyda atası tərəfindən oxla kürəyindən vurulmuş oğlunu Qazlıq dağında yaralı halda tapan ana onun yarasını, əfsanəvi Xızır İlyasın buyurduğu kimi, dağ çiçəyi və öz südü ilə sağaldır və sonra bir gün Dirsə xanın ətrafındakı 40 “igidin” xəyanətkarlığı nəticəsində dustaq olduğunu bilərkən oğluna üz tutub deyir:
“– Görürsən nələr oldu, ay oğul? Sərt qayalar tərpənmədən yer ayrıldı, eldə yağı (düşmən) yox ikən sənin atanın üstünə gəldilər. O qırx namərd atanı tutdular, əllərini arxasında bağladılar, boynuna sicim saldılar, kafirlər elinə apardılar. Oğul, yerindən qalx, qırx igidinlə birlikdə gedin, atanı o qırx namərdin əlindən xilas edin. Gedin, oğul! Atan sənə qıydı, sən atana qıyma!” [Kitabi-Dədə Qorqud, 1999: 20]. Göründüyü kimi, bu ibrətamiz səhnə qadın sevgisinin ən yüksək təntənəsini ifadə eləyir. Həm də Dirsə xanın arvadının boyda olduqca fəal təsvir olunması qədim oğuznaməni istər klassik, istərsə də müasir məhəbbət dastanlarından xeyli fərqləndirir.
Sözügedən boyda yuxuda Xızır İlyasın gəlib xeyirxahlıq missiyasını yerinə yetirməsi, övladsızlıq mə­sələsi, nəzir-niyazla doğulma səhnələri isə, fikrimizcə, bu cür inancların köklərinin İslamdan çox-çox qə­dimlərə gedib çıxdığından xəbər verir: “Oğlan yerə yıxıldıqda boz atlı, yaşıl donlu Xızır İlyas onun ya­nında hazır oldu, əli ilə üç dəfə yarasını sığadı, − Oğlan, qorxma, bu yaradan sənə ölüm yoxdur, − dedi. − Dağ çiçəyi ilə ana südü sənin yarana məlhəmdir, − söyləyib, yox oldu” [Kitabi-Dədə Qorqud, 1999: 18].
Müasir dastanlarda təsadüf olunmayan, ya da çox az rast gəlinən bir sıra digər dəyərləri, inanc və adətləri də göstərmək olar ki, onlar “Kitabi-Dədə Qorqud” boylarını XX əsr məhəbbət dastanlarından daha çox klassik eşq dastanları ilə uzlaşdırır. Onların ən önəmlilərindən biri çoxarvadlılıq məsələsidir. İlk baxışdan bizə elə görünə bilər ki, çoxarvadlılıq yalnız islami dəyərlər sisteminə aiddir. Lakin ən uzaq tarixi keçmişlərə diqqətlə səyahət etsək, görərik ki, bu adət eyni zamanda əski türk mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. İslam dininə də buradan adlamışdır. Tarixi “Kitabi-Dədə Qorqud”dan daha qədim olan “Oğuz Xaqan” dastanında da bu ənənə mövcuddur. Oğuz əvvəl göydən düşən işığın içindəki qızla evlənib, Gün, Ay, Ulduz adlı övladlar dünyaya gətirəndən sonra, yenidən su içindəki ağacın koğu­şun­da gördüyü qızı da alır və ondan Göy, Dağ, Dənir adlı övladlar dünyaya gətirir. Digər tərəfdənsə, türk kişisinin daim at belində səfərlərdə, vuruşlarda, istilalarda olması, fizioloji baxımdan yüksək tempe­ra­mentliliyi, təbiətcə daha çox qadına meyilliliyi milli mənlik şüurunun oyanması zamanında mövcud olan çoxarvadlılıq ənənəsinin sonrakı dövrlərdə də qorunub-saxlanmasını labüd emişdir. Yeri gəlmişkən qeyd edək ki, çağdaş zamanımızda belə Azərbaycan türk­lərində qadının ərinin başqa qadınla ona xəyanət et­mə­sinə, evlənməsinə normal yanaşma psixologiyası qalmaqda, davam etməkdədir.
İslam dininin özündən əvvəlki mədəniyyətlərin təkmilləşdirilib yeni konsepsiya halına gətirilmiş məcmusu olduğunu nəzərə alsaq, çoxarvadlılığın “Kitabi-Dədə Qorqud” dastanlarına İslam dinindən deyil, İslama əski türk mədəniyyətindən daxil olduğu qənaətinə gələ bilərik. Digər tərəfdənsə, “Dədə Qorqud”da rast gəldiyimiz çoxarvadlılıq səhnələri qətiyyən əsərə sonradan daxil olmuş çalarlar, necə deyərlər, yamaq xarakteri daşımır, boyların “canından-qanından” rişələnir, süjetin özəyindən qay­naq­lanır. “Bayburanın oğlu Bamsı Beyrək boyu”na diqqət etsək, buna əmin olarıq: “Məgər kafir bəyinün bir bikr qızı vardı (Beyrəyi sevər idi). Hər gün Beyrəyi görməyə gəlirdi. Ol gün yenə görməyə gəldi. Baxdı, gördü Beyrək səxt olmuş.
Qız aydır:
− Neçin səxtsən, xanım yigit?! Gəldiyimcə səni şən görərdim. Gülərdin, oynardın. Şimdi noldun? − dedi.
Beyrək aydır:
− Necə səxt olmayayım? On altı ildir ki, (sənin) babanın dustağıyam. Ataya, anaya, qovuma, qardaşa həsrətəm və həm bir qara gözlü yavuqlum vardı. Yalançı oğlu Yalıncıq derlər bir kişi vardı. Varmış yalan söyləmiş. Məni öldü demiş. Qız ona varar olmuş, − dedi.
Böylə degəc qız Beyrəyi aşıqlamışdı, aydır:
− Əgər səni hasardan aşağı orğanla sallandıracaq olursam, babana, anana sağlıqla varacaq olursan, məni bunda (n) gəlib halallığa (qəbul edib) alırmısan? – dedi.
Beyrək and içdi:
− Qılıncıma doğranayım! Oxuma sancılayım! Yer kimi kərtiləyim! Torpaq kimi sovrulayım! Sağlıqla varacaq olursam Oğuza, gəlib səni halallığa almaz isəm, − dedi” [Azərbaycan ədəbiyyatı inciləri, 1987: 68]
Düzdü, boyun sonunda artıq sağ-salamat gəlib Oğuza çıxmış, yavuqlusunu başqasına getməkdən xilas etmiş Beyrək və Oğuz igidləri atlanıb kafirlərə hücum edirlər, onları məğlub eləyib, qələbə çalırlar, lakin Beyrəyin andına sadiq qalıb, kafir qızını alması səhnəsi verilmir. Fəqət məntiqlə dü­şü­nəndə boy qəhrəmanının andını pozması, verdiyi sözü tutmaması mümkünsüz olur. Demək, boyda yeri görünən həmin səhnə sonradan təhrifə, ixtisara məruz qalmışdır. Bu fikrin ağlabatanlığını həmin boyun sonunda verilən aşağıdakı bircə cümlə də təsdiq edir: “Quşun ala qatını, qumaşın arusunu, qızın göyçəyini, doq­quz­lama çırxab çuxa xanlar xanı Bayındır xana pənc-yek çıxardılar” [Azərbaycan ədəbiyyatı inciləri, 1987: 80]. Göründüyü kimi, hücum zamanı girov götürülmüş düşmən qızlarından da əslində ailəli, yaşlı-başlı bir qoca olan Bayındır xana sovqat ayrılır. Unutmaq olmaz ki, insanın süni keyfiyyətləri üzərində qurulmuş sovet hakimiyyəti, kommunist ideologiyası millətlərin milli mənlik şüurunu məhv etməklə bir sıra adət-ənənələrlə yanaşı, çoxarvadlılığa da qadağa qoymuşdu. Odur ki, sözügedən boyun sonundakı Beyrəyin andına sadiq qalaraq kafir qızını ikinci arvad olaraq alması səhnəsinin də siyasi ideologiya tərə­findən təcavüzə məruz qalması heç bir şübhə doğurmur. Lakin müasir məhəbbət dastanlarımızda çoxar­vadlılıq məqbul sayılmır. Məqsədi, məramı yalnız öz sevgilisinə qovuşmaq olan aşiq obrazları (“Şəmşir və Sənubər”də Şəmşir, “Tarlaçı qız”da Həsən Pərvanə, “Aşıq Alının Türkiyə səfəri”ndə Alı və b.) qarşı­larına çıxan, hətta onlara vu­rulub eşq elan eləyən qızlara, necə deyərlər, heç gözlərinin ucu ilə də baxmır­lar. Fikrimizi əsaslandırmaq üçün bir daha “Aşıq Alının Türkiyə səfəri”ndən nümunəyə diqqət yetirək. Dastanda Əsmər xanım adlı bir dünya gözəli deyişmədə onu məğlub edən Alıya bərk vurulur. “Məni də alıb öz elinə-obana apar”, − deyə yalvarır. Lakin “Aşıq Alı baxıf gördü ki, Əsmər xanımın fikri ayrıdı. Öz-özünə fikirrəşdi ki, bu nə qədər gö­zəl olsa da, mənim öz istəklim, öz elim, öz ovam var. Camahat mana nə de­­yər? Hamı dədəmin goruna söyməzmi?!” [Aşıq Alı, 2006: 172]. De­mək, XIX-XX əsrlərdən xiristianlığın təsiri nəticəsində oğuz nəslindən olan Azərbaycan türkcəsində də çoxarvadlılıq eyib sayılmağa, qınaq ob­yektinə çevrilməyə başlayır. “Kitabi-Dədə Qorqud”da, eləcə də digər orta əsrlərdə yaranan qəh­rə­man­lıq və eşq dastanlarımızda isə bu mə­sə­ləyə belə bir qınağın mövcudluğu hiss olunmur.
“Kitabi-Dədə Qorqud” boylarının bir sıra özünəməxsusluqları ilə yanaşı, bu qədim oğuznamədə tərbi­yəvi əhəmiyyətli ailə-əxlaq məsələ­lə­ri, ibrətamiz səhnələr diqqəti xüsusilə cəlb edir. Məsələn, igid bəy oğ­lu­nun evlənmək üçün qız seçməsi, həmin qızda hansı keyfiyyət və ba­ca­rıqları arzulaması, daha doğrusu, bun­ları bir tələb kimi irəli sürməsi olduqca ibrətamizdir, maraq doğurur və eyni zamanda istər klassik eşq, istərsə də müasir məhəbbət dastanlarından fərqlənir. Ümumiyyətlə, “Dədə Qorqud” boylarında kişidən də, qadın­dan da eyni keyfiyyətlər tələb olunur. Türkün yaşam tərzinə uyğun gəlməyən tənbəllik, çox yatmaq, sübh tez­dən durub atlanmamaq, əl-üzünü yumamaq, qonşuları gəzib-dolanmaq, çox danışmaq və bu kimi digər mən­fi cəhətlər oğuz igidinin evlənəcəyi qızda qətiyyən olmamalıdır. Qadın ərindən qabaq yuxudan durub əl-üzü­nü yumalı, çay-çörək hazırlamalı, xırda-para vacib ev işlərini əri yuxudan oyanınca görüb qurtarmalı, at­lanmağa hazır olmalıdır. Qoçaqlıqda, cə­sur­luqda, qılınc çalmaqda, ox atmaqda, at çapmaqda, baş kəsməkdə, savaşmaqda ərinə uyğun gəlməlidir. “Qanlı qoca oğlu Qanturalı boyu”na nəzər salsaq, bunları aydın görərik.
Belə ki, Qanturalı evlənəcəyi qızda arzuladığı ən başlıca keyfiyyətləri aşağıdakı kimi sadalayır:
− “Baba, mən yerimdən durmadan ol durmuş ola. Mən qaraqoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola” [Azərbaycan ədəbiyyatı inciləri, 1987: 104].
Göründüyü kimi, burada gözəllik, incəlik, zəriflik arxa planda dayanır. Qoyulan əsas tələblər qoçaqlıq, çeviklik, mərdlik, cəsurluqdur. Hətta sevginin özü belə ilkin mərhələdə ön plana çıxmır. Sadəcə, qəti bir əminlik var ki, tələb olunan keyfiyyətləri özündə cəmləşdirmiş istənilən qızın çirkin, xoşa gəlməyən olması mümkün deyil. O, hökmən xarici görünüşcə də gözəl olur və igid onu tapınca şəksiz-şübhəsiz vurulur, sevir, aşiq olur.
Sözügedən boyda igidin qızı axtarıb tapmaq üçün uzaq səfərə çıxması, ellər-ölkələr dolaşması, onu almaq üçün qoyulan şərtləri yerinə yetirib həyatını təhlükəyə ataraq sınaqlardan keçməsi, bir növ, klassik eşq dastanlarının buta almış aşıq qəhrəmanlarının başlarına gələnləri xatırladır. Lakin ikincilərdən fərqli ola­raq birincilərin güvəndikləri, tapındıqları yeganə fövqəltəbii qüvvə, güc mənbəyi uca Tanrıdır. Oğuz igid­ləri dara düşəndə onların dadına Ağaları (hər hansısa islam müqəddəsi) ça­ta­raq, həyatlarını, necə deyər­lər, özlərinə əziyyət vermədən “asan üsul”la xilas etmirlər. “Kitabi-Dədə Qorqud” boylarının qəhrəmanları sevgi, daha doğrusu, ən yaxşı qız almaq uğrundakı imta­hanlardan, ən çətin sınaqlardan yalnız özləri Tan­rı­nın onlara verdiyi cəsarət, igidlik, bacarıq, qoçaqlıq, çeviklik, güc nəticəsində sağ-salamat, alnıaçıq çıxa bi­lir və həmişə də vüsala çatır, arzuladıqları qızı alırlar. Daha burada nakam sevgi-filan yoxdur. Çünki türkün təbiətində acizlik mövcud deyil. Türk Uca Tanrının köməyi ilə nəyi istəsə, əldə etməyi bacarır. Lakin klassik eşq dastanlarında olduğu kimi, son dövrlərdə yaranan XX əsr Azərbaycan məhəbbət dastanlarında da nakam sevgilərə rast gəlirik. “Ələsgərlə Səhnəbanı”, “Əyyub və Sənəm” kimi müasir dastanları buna misal göstərə bilərik. Məsə­lən, “Əyyub və Sənəm”in sonluğuna nəzər salsaq, görərik ki, buradakı hadisələr “Kitabi-Dədə Qor­qud” boylarındakı hadisələrdən daha çox real həyatla səsləşir. Sevgidə problem də sırf həyatla səsləşir. Həyatda isə hər şey həmişə arzulanan sonluqla nəticələnmir. Düzdü, burada Əyyub Sənəmi nə yuxuda görür, buta alıb, səfərə çıxır, nə də sevgisi yolunda ağır imtahanlardan, çətin sınaqlardan keç­mək, əzablara, işgəncələrə məruz qalmaq zorundadır, sadəcə, valideynləri qızlarının istəyinə məhəl qoy­ma­dan oğlanı bəyənmirlər. Elçilər qapıdan əliboş qayıdırlar. Valideynlər münasib bildikləri başqa oğlana xə­bər göndərirlər ki, təcili qızı qaçırsınlar. Əyyub bu bəd xəbəri eşidəndə özünü itirir. Donub qalır. Yerindən tərpənə bilmir. Oğuz igidliyi, qeyri-adi, fantastik şücaət Əyyubda, eləcə də digər müasir məhəbbət dastanı qəhrəmanlarında mövcud deyil. Odur ki, ona həkim çağırırlar. Qaçırılan “Sənəmin ağzını isə oğlanın dostu əli ilə tutmuşdu. Maşın sürətlə hərəkət edir, qız vurnuxur, qurtulmaq üçün çabalayırdı...
...Maşın Araz çayının yaxın sahili ilə gedirdi. Sənəm qızın (oğlanın bacısının − C.Ç.) qulağına nəsə pıçıldadı. Heydərin bacısı maşını saxlatdırdı. Sənəmlə maşından düşdülər. Sənəm qıza astadan nəsə deyib, kolların arxasına keçdi...
Xeyli vaxt keçdi, Sənəm gəlmədi. Qız qaçıranlar darıxdı. Heydər bacısına dedi:
− Bacı, bəlkə utanır, get gətir.
Qız kolluğa keçib Sənəmin özünü yox, paltarını görərək qışqırdı:
− Tez gəlin, Sənəm özünü çaya atıb.
Qız qaçıranlar sahil boyu ora-bura vurnuxur, Araz qıjıltı ilə axırdı. Hava işıqlanmaq üzrə idi. Sə­nəm məhəbbəti yolunda özünü Araz çayına atıb həlak eləmişdi” [Əyyub və Sənəm dastanı, 2015: 224].
Müasir dastanların real həyat detalları ilə daha zənginliyi, buradakı sevgilərin, sevgi sonluqlarının həyatiliyi həm də dövrün, zamanın tələbi kimi meydana çıxır. Yəni müasir insanların – dinləyici audi­toriyasının zəngin informasiyaya malik olması onların qeyri-adi şişirtmələrə, fantastik macəralara heyrətlənmək qabiliyyətini olduqca aşağı salmışdır. Odur ki, çağdaş dastan yaradıcısından daha yüksək sənətkarlıq məharəti tələb olunur. Orta əsrlərin, “Dədə Qorqud” zamanı insanlarının hey­rət­lən­mək qabiliyyəti yüksək olduğundan o dövrdə bir sıra qeyri-adi şişirtmələrə tələbat olmuşdur.
Son olaraq onu demək vacibdir ki, “Kitabi-Dədə Qorqud” boyları özündən əvvəlki qədim oğuz­namələrdən gələn bir sıra ənənələri özündə qoruyub saxladığı kimi, XX əsr Azərbaycan məhəbbət dastanları da orta əsrlərin klassik eşq dastanlarının müasir tipli davamı, xələfləri olmaqla yanaşı, öz bətnlərində “Dədə Qorqud” boylarından gəlmə bəzi uyğunluq çalarları daşıyır. Qədim ozan sənəti ilə aşıq sənətinin sırf bir-birinin davamı olmamasına baxmayaraq, birincinin ikinciyə xeyli təsiri olduğunu nəzərə alsaq, “Kitabi-Dədə Qorqud” dastanının bir sıra boylarındakı məhəbbət motivləri ilə müasir məhəbbət dastanlarımızdakı bəzi uyğunluqların da mövcudluğuna heç bir şəkk-şübhəmiz qalmaz.
Sonuç. Məqalədə “Kitabi-Dədə Qorqud” dastanındakı bir sıra məhəbbət motivləri ilə XX əsrdə yaranan məhəbbət dastanlarının müqayisəli təhlili aparılaraq, bir sıra oxşar və fərqli çəhətlər diqqət mərkəzinə çəkilir. Yeni dastanlarla Dədə Qorquddakı məhəbbət motivləri arasında bir sıra ümumi xarakter uyğunluqları, varislik əlaqəsində bir sıra elementlər araşdırılır. Məqalədə klassik eşq das­tanlarımızla müqayisədə XX əsr məhəbbət dastanlarımızın reyal həyati sevgiyə söykənmək, dini-mistik anlayışlardan xeyli yan ötmək və s. baxımdan “Kitabi-Dədə Qorqud” dastanındakı bir sıra məhəbbət motivləri ilə daha çox səsləşməsi qənaətinə gəlinir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   71   72   73   74   75   76   77   78   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish