QAYNAQLAR
-
And. «Kitabi-Dədə Qorqud» Ensiklopediyası (http://dede.musigi-dunya. az/a/and.html).
-
Tuncay B. 1800-1900 yaşlı qəbələli türk «Leyli və Məcnun». «Olaylar» qəzeti, 19.08.2015.
-
Tuncay B. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiyyati (şifahi və yazili ədəbi nümunələr əsasında), Bakı, Elm və təhsil, 2015, 288 səh.
-
Daşdəmirin nağılı (http://www.nagillar.az/article/a-231.html).
-
Кондыбай C. Мифология предказахов. Книга четвертая. Восьмой раздел (http://www.otuken.kz/index.php/skpubl/313).
Bekhtiyar Tuncay
TRACKS IN CAUCASIAN ALBANIA COME OF TO VOW TO THE SWORD
Summary
In three branches of “ Kitabi Dede Korkut” has been reflected the man’s swearing to sword in order to notify not sleeping with the woman because of this or another reason and as an evidence of it putting the sword between the woman and his own. During archaeological excavations a grave found in old Gabala also notifies the same habit being in Caucasian Albania. In this grave has been discovered skeletons of a man and a woman buried face to face related to II-III centuries BC. A sword in length of 65 cm has been placed between a man and a woman.
Key words: oath, sword, ill-fated love, virgin, cult.
Cəmilə Çiçək (İsbəndiyarova)
AMEA Folklor İnstitutunun doktorantı
e-mail: c.cicek@mail.ru
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDAKI MƏHƏBBƏT MOTİVLƏRİ İLƏ
XX ƏSR AZƏRBAYCAN MƏHƏBBƏT DASTANLARININ MÜQAYİSƏLİ TƏHLİLİ
Özət
Məqalədə “Kitabi-Dədə Qorqud” dastanlarındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili aparılır. “Dədə Qorqud”un məhəbbət motivləri paralelində müasir məhəbbət dastanları öyrənilir. Xalqımızın lap qədim çağlardan formalaşmağa başlamış dastanyaratma ənənəsinin günümüzdə də davam etməkdə olduğuna dair misallar göstərilir. İndiyəqədərki alim və tədqiqatçıların sözügedən mövzuda söylədikləri dəyərli fikir və mülahizələrdən sitatlar gətirilərək şərh olunur. Vurğulanır ki, ümumiyyətlə, dastanyaratma ənənəsi qədim ümumtürk mədəniyyətinin, bədii təfəkkürünün ayrılmaz tərkib hissəsidir. Bütövlükdə türk xalqlarının ən qədim tarixinə, həmin tarixi dönəmlərdəki yaşam tərzinə, birgə yaratdıqları mədəniyyət nümunələrinə, bədii düşüncəsinə, qarşılıqlı münasibətinə, apardıqları mübarizə və münaqişələrə ətraflı nəzər yetirmək məqsədəuyğun sayılmışdır. “Kitabi-Dədə Qorqud”aqədərki ümumtürk dastanlarına nəzər yetirilərək, adıçəkilən dastanın bir sıra özünəməxsus məziyyətləri təhlil olunur. Ayrı-ayrı boylar üzərində (“Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu” və s.) məxsusi dayanılır. Boylardakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının bir çoxunun oxşar və fərqli məqamları diqqət mərkəzinə gətirilir. Xalqımızın ən qədim zamanlardan üzü bəri dastanyaratma ənənəsində varislik əlaqəsinin günümüzəcən tam qırılmaması, bir sıra yeni dövr məhəbbət dastanlarında “Dədə Qorqud” boylarının izlərinə rast gəlinməsi təqdir olunur. “Aşıq Alının Türkiyə səfəri” dastanı ilə “Bayburanın oğlu Bamsı Beyrək boyu” arasındakı oxşarlıqlar və fərqli cəhətlər müqayisə olunur. “Dədə Qorqud” boyları ilə XX əsr Azərbaycan məhəbbət dastanlarını bir-birinə yaxınlaşdıran, sıx bağlarla bağlayan ən əlamətdar cəhətlərdən biri kimi onların hər ikisindəki sevginin real, həyati sevgi olduğu qənaətinə gəlinir. Orta əsrlərin klassik eşq dastanlarında rast gəlinən bir sıra sufi-irfani dəyərlərə “Kitabi-Dədə Qorqud”da seyrək rast gəlinsə, çox az təsadüf olunsa da, boylarda da bir sıra romantik, fantastikliyə yaxın çalarların müşahidə edilməsi nəzərdən qaçırılmır, tutarlı dəlillərlə şərhə çəkilir.
Do'stlaringiz bilan baham: |