Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet69/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   65   66   67   68   69   70   71   72   ...   289
Ключевые слова: эпос, «Книга моего Деда Коркута», тюркские народы, поверья, культ, мифологические мышление
Aytac Abbasova
AMEA Folklor İnstitutunun
Folklor və yazılı ədəbiyyat”
şöbəsinin elmi işçisi
e-mail: folklorgirl@mail.ru
DƏDƏ QORQUD” EPOSUNDA QUYU MOTİVİ
Özət
“Dədə Qorqud” eposunda diqqəti çəkən məkanlardan biri də quyudur. Quyu eposda bir növ cəzalandırma ünsürü kimi işlənsə də, əslində o, “o biri dünya”ya keçmək, yenidən yetkinləşmək, haki­miyyətdə baş verəcək dəyişikliklər üçün zaman qazanmaq rolunu oynayır. Quyu eposda mifik məkan kimi göstərilmişdir.
Açar sözlər: Dədə Qorqud, epos, quyu, məkan, mifik, nağıl, dastan
“Dədə Qorqud” eposunda, eləcə də qədim nağıllarda, dastanlarda tez-tez rastlaşdığımız, qəhrəmanın şəxsiyyəti ilə bilavasitə bağlı olan məkanlar mövcuddur. Bu məkanlar yalnız maddi bir yer olaraq deyil, hətta mifik, arxaik ünsürləri özündə saxlayan bir yer olaraq da var olmaqdadır. “Dədə Qorqud” eposunda da belə məkanlardan biri quyu­dur. Mifik məkan kimi seçilmiş mağara, kaha, qala, quyu və s. real anlamları ilə yanaşı qeyri-real anlamlarda da işlənir. Mağara, kaha, qala motivində qəhrəmanın taleyi bəlli olmur, lakin quyu motivi isə qəhrəmanın başına gələcək hadisələrin mütləq müsbətə doğru həll olacağı xəbərini verir. Burada qeyd etdiyimiz məkanlardan fərqli olaraq mühit dar, dərin və qaranlıqdır.
Quyu eposda bir növ cəzalandırma ünsürü kimi işlənsə də, əslində o, “o biri dünya”ya keçmək, yenidən yetkinləşmək, hakimiyyətdə baş verəcək dəyişikliklər üçün zaman qazanmaq rolunu oynayır. Ümumiyyətlə, quyu yer üzündən yer altın geçiş nöqtəsi kimi mənalarda da işlənilir. Quyuların yeraltı aləmi təmsil etməsi ilə bağlı ən gerçəkci fakt “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi” boyda Salur Qazanın təkurun arvadı ilə danışığında özünü göstərmişdir. Qəhrəmanın quyuda olduğu müddətdə həm yeraltı dünyada baş verən, həm də yerüstü dünyada baş verən hadisələr haqqında eposda geniş təsəvvür yaradılmışdır. Eyni zamanda, qəhrəmanın quyudan çıxması onun sanki yenidən bu dünyaya gəlişi kimi göstərilmişdir.
Eposda quyunun məkan kimi təsviri məsələsinə toxunanda aydınlaşır ki, konkret vaxt və yer aydın, anlaşıqlı olmaqla bərabər, həm də (çox hallarda) mücərrəd və qaranlıqdır. Quyunun sonu bilinməyən qaranlıq bir dünya olması qəhrəmanın həmin məkanda keçirdiyi hisslər və düşüncələrdə öz əksini aydın şəkildə ifadə edir. Bu dünyadan qəhrəman sanki “o bir dünya”ya – quyuya getmiş, orada öz qorxuları, qəbul edə bilmədikləri və düşmanları ilə mübarizə aparır. Üzləşə bilmədiyi, bacarmayacağı işlərdən bu quyu vasitəsi ilə qurtulur. Quyuda həyat eşqi ilə yaşamaq və mübarizə edərək yeni dünyaya gəlmək qəhrəmanın qarşısında sanki məqsəd kimi qoyulur.
Eposda kafirlər tərəfindən dustaq olun Qazan xan quyuya salınır və quyunun ağzına da bir dəyirman daşı qoyulur. “Bir gün təkurun arvadı deyir: “Gedim, Qazanı görüm, necə kişidir ki, bu qədər adamlara zərbə vurubmuş?”. Arvad gəlib zindançıya qapını açdırdı. Çağırıb deyir: “Qazan bəy, halın necədir? Güzaranın yer altında xoşdur, yoxsa yer üzündə? İndi nə yeyirsən, nə içirsən və nəyə minirsən?”. Qazan deyir: “Ölülərinə xörək verdiyin vaxt əllərindən alıram. Həm də ölülərinizin yorğasını minirəm, tənbəllərini yedəkləyirəm”.
Təkurun arvadı deyir: “Qazan bəy, səni dininə and verirəm, yeddi yaşında bir qızcığazım ölmüş­dür, rəhm eylə, ona minmə!”.
Qazan deyir: “Ölülərinizin arasında ondan yorğası yoxdur, elə ona minirəm!”. Arvad deyir: “Vay, sənin əlindən nə yer üzündə dirimiz, nə yer altında ölümüz xilas olurmuş!” (6, 294).
Quyu, eləcə də dar çərçivəli, qapalı məkanlar bəzən insanlara öz daxili aləmində, zehnində düşüncələrə dalmaq və daha aydın fikirləşmək şansı verir. Qazan xan da qadına verdiyi cavabları düşünüb verir və bu cavablar onu quyudan qurtarır. Qazan xanın verdiyi cavablar düşünülmüş olduğu qədər, eyni zamanda komik məzmundadır. Sanki qəhrəman qarşısındakı qadının zəif nöqtəsini bilib, onun quyunu o biri dünya kimi görmə inancından istifadə edir. M.Kazımoğlu qeyd edir ki, O dünyanın bu cür komik mənzərəsi “Dədə Qorqud” eposunda Qazan xanın təkur arvadına söylədikləri əsasında yaradılır. Kafirə əsir düşüb dərin bir quyuya salınan və təkur arvadına kələk gələn Qazan xan bu məqamda mif normaları ilə hərəkət edən yox, mif normalarına gülən bir qəhrəman kimi təqdim olunur. Qazan xan kafirin “ağac tanrısı”na gülməklə kifayətlənmir, həm də kafirin yeraltı dünya barədəki təsəvvürünə – quyunu o dünya saymasına gülür” (5, 140). Göründüyü kimi, Qazan xan kafirin dini-mifolji təsəvvürünü avamlıq əlaməti hesab edir və bu avamlığı istehza hədəfinə çevirir.
Quyda olan qəhrəmanın daxili aləmində baş verən dəyişikliklərlə yanaşı, həmçinin quyunun xaricində də müəyyən dəyişikliklər olur. Quyuda olduğu müddətdə Qazan xanın hakimiyyətində sanki yerdəyişmə olur. Uruz atası Qazan xan kimi döyüşə hazırlaşır. Həmçinin, Qazan xan dustaqlıqdan qurtarmasa, hakimiyyət birbaşa oğlu Uruza keçməlidir. Eposda bu hadisə təsadüfü olmamış, qəhrəman yerüzündə olduğu vaxt hakimiyyətə onun yerinə kiminsə gəlməsi onun şəxsiyyətinə zidd olan bir şey kimi qəbul edilir və o, quyuya – o bir dünyaya gedərkən hakimiyyət dəyişir. Bu epizod qədim türk dastanı “Alpamış” dastanında da qəhrəman Alpamışın yeddi il quyuda dustaq edilməsi və onun yerinə Ultandazın hakimiyyətə gəlməsi epizodunu xatırladır. Eposda oğulun atasını xilas etməsi motivi prof. K.Əliyevin də qeyd etdiyi kimi “Beyrək azad olub yurda dönəndən sonra digər gənc bahadırlar kimi öz atasını xilas edir, yəni barmağının qanı ilə onun gözlərinin sağaldır. Bizcə, tutulan atanın azad olması ilə tutulan gözün açılması, yəni Beyrəyin atasının bir növ yenidən həyata qaytarılması eyni səviy­yədəndir.
Göründüyü kimi, Uruzun da öz atasını xilas etməsi bu silsiləyə daxildir (4, 59)”.
Quyaya düşmək qəhrəmanın gücünü azaltmır, əksinə onu daha güclü edir. Onun quyuda olduğu zamanda isə yeni hadisələr, dəyişikliklər baş verir. Qəhrəman isə daha sonra yetkinləşmiş şəkildə quyudan çıxır. Bir baxımdan qəhrəmanın quyuda olması dastanın sujet xəttinə müəyyən dəyişiklik edir, müxtəlif hadisələrlə zənginləşdirir. Quyu sadəcə işığın deyil gücün əldən alınmasıdır. Qəhrəmanın bir anda içində olduğu hadisələrdən alınıb quyuya həbs edilməsi sanki anidən yer üzündə (kosmosda) qarışıqlığın (xaosun) başlamasına gətirib çıxarır. Qazan xanın yurdunu, elini və qoşununu başsız qoyub quyuda olması Oğuz eli üçün ağır müsibət deməkdir. Elə bu anda xaos başlayır. Lakin bu çox qısa olur və yenidən hadisələr Oğuz elinin xeyrinə doğru irəliləyir. Qazanın oğlu Uruz atasının yerinə sanki hakimiyyəti ələ alır və başına yığdığı qoşunla kafirlərlə üzləşib, atasını xilas edir və beləliklə, Uruz Oğuz elinin igidi kimi öz gücünü, adını təsdiq etmiş olur.
Quyu motiv tək eposda yox, məşhur xalq nağılımız olan “Məlik Məmməd” nağılında da öz əksini tapmışdır. Məlik Məmməd iki qardaşı ilə birlikdə atasının bağından sehrli almaları oğurlayan divin ardınca onun yaşadığı məkana gedir. Bu məkan dərin qaranlıq bir quyudur. Quyunun ağzında isə bir dəyirman daşı var. Həm nağılda, həm də eposda quyunun ağzına qoyulmuş dəyirman daşının özü də mifik anlam daşıyır. Qardaşlar bir-birinin ardınca isti, qızmar quyuya düşməyə çalışır, lakin onlardan təkcə Məlik Məmməd bunu bacarır. Məlik Məmməd quyuda fərqli bir dünya ilə qarşılaşır. Div ilə vuruşub ondan xilas olur və yer üzünə çıxarkən qardaşlarının qısqancılığı nəticəsində yenidən qaranlıq quyuya düşür. Burada qaranlıq dünyadan işıqlı dünaya çıxmaq üçün mübarizəyə başlayır. Zümrüd quşunun balalarını xilas etdikdən sonra o, quş vasitəsilə işıqlı dünyaya çıxır. Məlik Məmməd nağılında da quyu nağıl qəhrəmanını daha güclü edir, onu şər qüvvələrə qarşı mübarizədə güclü olmağa hazırla­yır (3, 234).
Quyu motivi xalq dastanımız olan “Abbas və Gülgəz” dastanında da qarşımıza çıxır. Tufarqanlı Abbası zəhərli quyuya salıb ağzına da bir daş qoyurlar. Lakin Abbas bu quyudan sehrli qüvvələrin köməyi ilə sağ çıxır (2, 124). Ümumiyyətlə, dastanlarımızda aşiqin öz yarına qovuşmasında qarşısına çıxan maneələrdən ən təhlükəlisi və çətini quyudur. Aşiqin getdiyi səfərin başında bir quyuya düşməsi əslində onun daxili aləmin dərinliklərinə, mifik təfəkkürünün qaranlıq bögələrinə girməsini ifadə edir. Burada aşıq bir çox əzablara düçar olub, kədər, iztirab çəkdikdən sonra məqsədinə doğru yenidən irəliləməyə başlayar. Quyu aşiqin mistik bütünləşmə axtarışı içində məqsədinə çatmaq üçün mütləq düşünülməsi gərəkən bir məkan xüsusiyyətinə malik olur.
Quyu motivi təkcə şifahi xalq əbiyyatında deyil, İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərimdə” özünü göstərmişdir. Həzrəti Yusif qardaşları tərəfindən quyuya atılır, sonra isə karvan suçuları tərəfindən quyudan xilas olur.
Məqalədə quyunun “Dədə Qorqud” eposunda yeraltı dünya ilə yerüstü dünya arasında körpü rolunu oynaması, qəhrəmanın yenidən daha güclü formada yerüstü dünyaya qayıtması, quyuda şər qüvvələrlə mübarizə aparması, quyunun hakimiyyətdə dəyişikliklər edilməsində vasitəçi rolunu oynaması və cəzalandırma məkanı kimi istifadə edil­məsi məqamları göstərilmişdir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   65   66   67   68   69   70   71   72   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish