Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet79/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   75   76   77   78   79   80   81   82   ...   289
Basatın doğuluşu: Basat Daş Oğuz bəyi, Aruzun kiçik oğlu, Qıyan Selciyin qardaşıdır. Onu dastandan – adına bağlı “Basat Dəpəgözi öldürdügi boy”dan Təpəgözü öldürən yenilməz qəhrəman kimi tanıyırıq.
Dastandan: “...Bir gün Oğuz otururkən üstinə yağı gəldi. Dün içində ürkdi, köçdi. Qaçub gedər­kən Aruz Qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. Oğuz genə əyyamla gəlüb, yurdına qondı. Oğuz xanın ilqıçısı gəlüb xəbər gətürdi”.
Basatın doğuluşu-yaranışı əcdad funksiyası ilə bağlıdır. Hər şeydən əvvəl boyun strukturu, məz­munu onun qədimliyini sübut edir. Başqa yandan buradakı inanclar – türkün ruhən bağlı olduğu tapı­nış məqamlarını işarələyir.
Təpəgöz Basatdan kimliyini soruşarkən Basat ona cavabına diqqət edək:
...Anam adın sorar olsan – Qaba Ağac! Atam adın deirsən – Qağan Aslan! Mənim adım sorarsan, – Aruz oğlı Basatdır, – dedi (13, 132).
Burada Basatın soyunu Ağacla və Aslanla bağlaması əcdaddan soraq verməsidir: Basatın yara­dı­lışını şərtləndirən əcdadın izləri bizə tam aydın olur. Mifologiyada, o cümlədən türk mifolo­giyasında ağac çox geniş yayılmış, mürəkkəb semantikaya malik obrazdır. Türk mifologiyasında ağacın kultlaş­dırılması çox dərin köklərə malik inanclara bağlıdır. Ağacla bağlı bütün bu mifik təsəvvür, inanc, obraz və funksiyalar Azərbaycan əfsanələrində də izlərini saxlamışdır. Bunların hamısı bu və başqa şə­kil­də yaradılış mifinə bağlanır. R.Əliyev yazır ki, Azərbaycan əfsanələrində: ağac doğur; ağac doğulur (oddan); ağac ilk yaradıcı rolunda çıxış edir; ağac qoruyur; ağac şahidlik edir; qız ağaca, gülə, bə­növşəyə çevrilir; saç ağaca dönür (saçın günəş və ağacla əlaqəsi); ilan kol olur; oddan ağac doğulur; daraq ağaca çevrilir; ağac və su bir-biri ilə əlaqəli kultlardır; ağaclar səcdə edir; ağaclar pir funk­si­yasını daşıyır; ağac inisiasiya ilə bağlıdır və s. (9, 94).
Türk yaradılış mifinin böyük bir qolu heyvanlar aləminin yaradılması ilə bağlıdır. Digər mi­fologiyalarda olduğu kimi, türk mifologiyasında da heyvan ipostası – şəkli, başlanğıcı çox qə­dim­dir. Bu, ümumiyyətlə, heyvanların mifologiyadakı yeri və rolu ilə bağlıdır. R.Əlizadə yazır ki, xalqımızın mifik düşüncə çağında pərəstiş etdiyi bütün canlı və cansız kultlar onun vahid mifoloji düşüncə təsəvvürlər sisteminə – kosmoloji dünya modelinə daxil idi. Bu cəhətdən canlı təbiət kultları ilə bağlı inamlar xüsusilə əcdad kultları ilə qırılmaz şəkildə bağlıdır (10, 75).
Mifin öz dünya modeli var. Bu model üç qatdan: göy, yerüstü və yeraltı dünyalardan ibarətdir. Hər dünyanı işarələndirən, həmin dünyanın simvolu, obrazı, modeli kimi çıxış edən heyvanlar var. İnsanlar ilk əcdadı ən əvvəl heyvan görkəmində təsəvvür etmişlər. Bu heyvan əcdad daha sonra insan görkəmi qazanmışdır. Buradan görünür ki, mifologiyada əvvəlcə zoomorfizm hakim olmuş, antro­pomorfizm onun inkişafı kimi meydana gəlmişdir. Burada hətta bir faktı göstərmək də yerinə düşər ki, “Oğuznamə”nin uyğur versiyasında oğuzların ilk əcdadı Oğuz kağan öküz şəklində rəsm olunmuşdur (20, 15, 22).
Deməli, yaradılış mifologemi ilə bağlı “Kitabi-Dədə Qorqud”da nəzərdən keçirdiyimiz məqamlar öz izlərini bu və ya başqa şəkildə folkorumuzun bu və ya başqa janrlarında qoruyub saxlayır. C.Bəy­dilinin yazdığı kimi “Mifoloji çağ türk düşüncəsində Boz qurd, işıq, dağ və ağac kimi rəmzi görüntülər vardı ki... Mifoloji motivləri daha çox qoruyub saxlayan arxaik Türk dastanları həmin düşüncənin izlərini yaşadır... KDQ-də Oğuzun Tanrı ilə bağlılığını qoruyub saxlayan tək varlıq kimi belə bir ilahi körpü timsalı bir də “kölgəlicə qaba ağac”dır (5, 316-318).
Seyfəddin Rzasoyun tədqiqatında “Gözdən doğulma” mifologemi ayrıca olaraq diqqəti çəkir. O, bu məsələ ilə bağlı ilk dəfə fikir söyləməklə Oğuz mifinin türk yaddaşında keçib gəldiyi inkişaf yolunu özünəməxsus şəkildə əsaslandırır: “Oğuz mifinin struktur dinamikasının ilkin və əsas ele­ment­lərindən olan "gözdən doğulma" mifologemi Oğuz mifində işarələnmiş kosmosun funksionallığını şərtləndirən struktur mexanizmi və onun işinin özü olmaqla sonradan Oğuz eposuna da transformasiya olunmuşdur” (19, 135).
“Oğuznamə"nin (Oğuz eposunun) uyğur versiyasında gözdən doğulma motivi ilə bağlı belə bir məqama rast gəlinir: “Kenə künlərdən bir kün Ay kağannun gözü yarıb bodadı, erkək oğul toğurdı. (Günlərdə bir gün Ay kağanın gözü parladı, erkək oğul doğdu). Burada Oğuz Kağanın anası Ay Ka­ğa­nın gözündən doğulması motivi diqqəti çəkir” (17, 10).
“Oğuznamə”nin F.Bayat nəşrində bu məqam belə təsvir olunur: ...kenə künlərdən bir kün ay kağan nunq gözü yarıb butadı erkək oğul toğurdı... (Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu) (2, 110, 124).
S.Rzasoy Oğuz Kağanın doğulması mifologemində Ay Kağan-Oğuz Kağan binar (ikili) münasi­bətlərində Ay-Günəş, Gecə-Gündüz kosmik aktları kodlaşdığını bildirir. Ay Kağan gecədir, onun gözü isə gecəyə dalmış, batmış, yaxud onun tərəfindən udulmuş (fərqli paradiqmalar mövcuddur) Günəş, yaxud gündüzü bildirir. Oğuz Kağan Ay Kağanın gözündən, başqa sözlə, onun gözü olaraq doğulur (19, 138).
“Gözdən doğulma mifologemi” ilə bağlı "Kitabi-Dədə Qorqud" eposundakı məqamlara gəlincə, “Səkkizinci boyda Basat Təpəgözün tək gözünü çıxararaq onu öldürür və azad olur. Burada biz gözdən doğulma invariantının epikləşmiş paradiqması ilə üzbəüzük. Basat, Təpəgöz və onun tək gözü Oğuz kosmoqoniyasında onun astral-kosmik elementləridir. Bu, eposda açıq şəkildə qorunub qalıb” (19, 137).
S.Rzasoyun təhlillərindən çıxan elmi nəticə maraqlıdır. O, əski türk düşüncəsində təbiətdən gələn düşüncənin inanc səviyyəsinin izlərini dastanda axtarfır, maraqlı paralellər aparır. Alim bu qənaətə gəlir ki, kosmosu təmsil edən Basatın Oğuz kosmik dünya modelindəki yeri kosmik zirvə – Günəşin zenit vəziyyətində durduğu məqamdır. Bu halda, Təpəgözün yeri ona tərs proyeksiyada dayanan xaosdadır. Basat Günəşi, gündüzü, Təpəgöz gecəni simvollaşdırır. Təpəgözün gözü onun bir gecə olaraq udduğu Günəşdir. Basat onun gözünü çıxarmaqla Günəşi azad edir (19, 138-139).
Bəs gözdən doğulmanın izləri özünü konkret şəkildə necə göstərir? S.Rzasoy bu məqamı gün­dü­zün gecəni əvəz etməsi, Günəşin doğulması proyeksiyasında təhlilə cəlb edir. “Basat-Günəş”, “Təpə­göz-Gecə” paralellərində Kosmos-Xaos qarşıdurmasının bütün izləri aydınca görünür. Alim, gecənin düşməsi ilə Təpəgöz-Gecə tərəfindən Basat-Günəşin udulmasına diqqət çəkir. Basatın Təpə­gözün ma­ğa­rasında həbsi xaosu simvollaşdıran Təpəgözün qarnında olması deməkdir. Basat onu öl­dürməklə azad olur. Gündüz gecəyə qalib gəlir, Günəş azad olur. Basatı epik qəhrəman, Oğuz Kağanın para­diqması kimi nəzərdən keçirən alim bu qənaətini “Günəşi udmuş Təpəgözün gözünü çıxarması” ilə əsaslandırır. Bu göz Günəşdir və Basat onu azad edir (19, 139).

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   75   76   77   78   79   80   81   82   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish