Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet121/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   117   118   119   120   121   122   123   124   ...   289
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, epos, xalq təfəkkürü, mifoloji motiv, kult, mağara, yuxu,
Şərq xalqlarının, eyni zamanda türklərin qədim və zəngin tarixi keçmişi var. Bu keçmiş hər bir xal­qın folklorunda, mədəniyyət və ədəbiyyatında yer almışdır. "Kitabi-Dədə Qorqud" boyları, əf­sa­nələr, na­ğıl­lar və s. xalq sənəti nümunələri də Türk xalqlarının qədim ənənələrinin, mifolo­gi­ya­sının araşdırılması üçün qiymətli mənbələrdir. Bu baxımdan biz qədim Türk-Oğuz dastançılıq ənənəsinin məhsulu olan "Də­də Qorqud kitabı"nın özündə mifoloji görüşləri ehtiva edən “Basatın Təpəgözü öldürdüyü boy”undakı ma­ğara kultunu araşdırmağa çalışacağıq. Belə ki, mağara motivi Türk mədəniyyət və inanclarında ol­duq­ca əhəmiyyətli bir yerə malikdir. Çünki mağara insanın özünü yenidən reallaşdırdığı, öz mənini tapdığı, çevrilmə keçirərək həyata yenidən başladığı bir doğum nöqtəsidir. Əvvəlcə bağlı, qaranlıq və dar bir mə­kan olaraq görünən mağara zaman içərisində qəhrəmanın inkişaf prosesi baxımından müsbət, geniş və işıq­lı bir məkana çevrilir. Prof. F.Bayatın da dediyi kimi, “bütün təbii qapalı məkanlar, dağ və ya qaya də­likləri, mağaralar Türk mifoloji sistemində yeni bir həyatın, yeni başlanğıcın işarəsidir” (Bayat, 2007: 36).
Mağara yalnız fiziki mənada düşünüləcək bir məkan deyil, bu məkan adamın ruh halına görə darla­şıb, qaranlıq və bağlı bir hala çevrilə bilər. Mağara yalnız fiziki deyil, ruhi mənada da qaranlıq və qapalı bir məkan olur ki, bu vəziyyətdə qəhrəmanı sıxışdırır, xarici dünyaya qarşı bağlayır və əhatə edir. Ruhun əhatə olunmasına səbəb olan mağara, zindan, quyu, zirzəmi kimi bağlı məkanlar o dünyanı simvollaşdırır.
“Basatın Təpəgözü öldürdüyü boy”da da mağara Basatın özünü qəhrəman olma yolunda yetkinləşdirdiyi məkandır və Basatın şəxsində Oğuz cəmiyyətinin qalibiyyətinə şahidlik edir. Belə ki, Basat xalqın başına bəla olan Təpəgözlə mağarada mübarizə aparır və onu öldürür. Təpəgöz üzük, qılınc və günbəz simvollarını istifadə etməklə Basatı aldatmağa çalışır. Lakin Basat bunların bir hiylə obyekti olduğunu anlayır. Bu dastanda mağara, döyüşün və qalibiyyətin doğum məkanıdır. Basat mağarada sınanır və özünü reallaşdırma imkanı tapır. Qeyd edək ki, mağara türk folklor ənənəsində quyu, meşə, yeraltı dünya və s. kimi həm də xtonik demonların məkanı olaraq düşünülmüşdür. Əleyh­dar güc olan Təpəgöz də mağarada yaşayır; bu istiqamətiylə mağara yalnız müsbət xüsusiyyətlər da­şı­mır, şüuraltının qaranlıq üzünü də təmsil edir. Bu məzmunda Təpəgöz mənfi və qaranlıq xüsu­siy­yətləri əks etdirərək, nizamlı dünyaya qarşı destruktiv mövqe tutur, mağara isə yeraltı dünyaya keçidin simvoludur.
Mağara motivi Türk mədəniyyət tarixində işarələdiyi dəyərlər sistemi ilə subyektiv bir yerə malikdir. İbtidai dövrlərdən günümüzə qədər, insanlıq üçün sığınacaq, qorunma keyfiyyətləri daşıyan mağara bir mif məkanı olaraq da diqqəti çəkir. Mağara fiziki ölçüsü xaricində müqəddəs istiqaməti ilə də insanları qoruyan, onlara sığınacaq olan, daşıdığı gizli məqamlarla yeni bir həyata qapı açan xüsu­siyyətləriylə mədəni bir daşıyıcıdır.
Mağara gerçək və simvolik mənada keçid, bir dönüş nöqtəsi olaraq qəbul edilir. Qəhrəman bu bağlı məkana öz istəyi xaricində girir, buradan ancaq öz iradəsi, ağlı ilə çıxır. Bu səbəblə onun mağa­radan çıxışı özünütəsdiqin isbatıdır. Qəhrəmanın mağaraya girmə və çıxma mərhələsində hadisə yox, daha çox məkan, yəni mağara əhəmiyyətlidir. Mağara olmadan o, çölə atlayıb, özünü yetkinləşdirib yeni bir həyata başlaya bilməz. Mağaraya girmə onun üçün bir imtahandır. Bu imtahanı keçib keçə bilməməsi onun özünə bağlıdır.
“Basatın Təpəgözü öldürdüyü boy”da dəriyə bükülmə ritualı da verilmişdir ki, bu da ölüb o dün­yaya keçmək funksiyasını yerinə yetirir. Basat həm Təpəgözün çəkməsini xəncərlə yarıb oradan çıxır, həm də qoyun dərisinə bürünür və sonda yenə xilas olur. Burada başqa bir nüans da var. O, Təpəgözlə qarşılaşanda onu yuxulu vəziyyətdə görür. Yuxu da məlum olduğu kimi, xaosun işarəsidir. O dünya ölülər məkanıdır. Buna görə də o dünyaya aid obrazlar ölümün simvolu olan yuxulu vəziyyətdə qəh­rə­manla qarşılaşırlar. Qeyd edək ki, xaos insan şüurunda sirli, dərkolunmaz bir gizlinlər dünyasıdır. O, müxtəlif modellər vasitəsilə obrazlaşır. Bu təhtəlşüurun faktı axsaq ayaq, kor, təkgöz, keçəl və s. kimi obrazlarla öz varlığını reallaşdırır. Bu xüsu­siyyətlər mifik personajlara magik güc bəxş edir və onların o dünya ilə əlaqəsini göstərir. Bunu biz Təpəgözün timsalında da görürük.
Mağaralar quruluş etibarilə məzara bənzəyir. Mağaraya girənlər, ancaq mağaradakı işarələri görür və doğru yorumlaya bilirlərsə, mağara öldürən deyil, doğuran bir məkana çevrilir. Araşdır­dı­ğı­mız mətndə də əvvəlcə bağlı, qaranlıq, bürkülü, darıxdırıcı və dar bir məkan olaraq görülən mağara, zaman içərisində qəhrəmanın inkişaf və dəyişmə müd­dəti baxımından müsbət, geniş və işıqlı bir mə­kana çevrilir. Mağara bu baxımdan qəhrəmanın, yəni Basatın inkişafını, yetkinləşməsini təmin edən bir məkandır.
Mifik düşüncəyə görə mağara, Ulu Ana arxetipinin simvolik ifadəsidir, qadınların və uşaqların ha­misi olan Umay kultu ilə bağlıdır. Mağaranın ana bətni ilə ekvivalentliyini də qeyd edirlər. Belə ki, uni­versal bir simvol olan mağaraya girmə, inkişaf və yayılma, ana bətnindəki inkişaf müddətini xa­tır­ladır. Bu simvolik baxış, mağaranın eynilə ana bətni kimi qoruyucu və məhsuldarlıq xüsusiyyəti daşı­dığını göstərir.
Bildiyimiz kimi, mağara mifoloji inamlarla bağlıdır. Sakral aləmlə bu yer dünyası arasında uzanan ke­çid məkanını təmsil edir. Mağara xaotik, qaranlıq aləmiylə struktursuz, amorf məkan kimi mifopoetik dü­şün­cədə o biri dünya, yeraltı ölülər səltənəti ilə assosiasiya olunmuşdur. Prof. C.Bəydili “Türk mifoloji söz­lüyü” kitabında yazır ki, dəmir dağlarda olan mağaralar Altay nağıllarında daha çox yeraltı dünyaya açılan qa­pılar kimi təsvir olunur” (Bəydili, 2003: 235). Ümumiyyətlə, mifologiyada Mağara obrazı izah edilərkən xaos, qarışıqlıq, pis ruhlar, kədər, yenidən mövcudluq, monumental məzarlar kimi anlayışlardan istifadə edi­lir. Odur ki, insanlıq var olduğundan bu yana, mağaralar, əfsanələrə qaynaq olmuş və xaosu təmsil etmişdir.
Tədqiqatçı Ender Usuloğlu yazır ki, “köhnə Norveç dilində mağara sözü "hellir" dir. Bu da ingi­liscə cəhənnəm – "hell" sözünün köhnə bir Skandinaviya mifologiyasında yer alan Qara tanrı "Hel" – Kölgələrin kraliçasının adından törəmə olduğuna bir sübutdur”. Mağaralar ölülər diyarı ilə həyat arasında bir körpü vəzifəsini daşıyır. Ona görə də bəzi mədəniyyətlərdə mağara müqəddəsdir.Türk mifolo­giyasında da mağara yenidən mövcudluq, ölülərin məskəni və bu səbəbdən qutsal bir məkan olaraq görülməkdədir.
Məsələn, araşdırıcılara görə, “mağara adamları” anlamı verən Asəbkəf (Əshabül-kəhf) ocağının adı islamlaşsa da, arxaik inanış cizgilərini qoruya bilmişdir. Xatırladak ki, bu müqəddəs yer Naxçıvan şəhərinin təqribən 12 kilometrliyində İlandağ ilə Nəhəcir dağı arasında təbii mağarada yerləşir. Əf­sa­nəyə görə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada giz­lən­mişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən (309 il) sonra oyatmış, lakin gənclər özlərini yad dünyada görüb, yenidən əbədi yuxuya getmişlər. Ümumiyyətlə, Azərbaycanda çox sayda mağara-pir abidələri var ki, mağara kultu ilə bağlı qədim inancı əks etdirir.
Biz mağara motivi ilə “Baftaçı Şah Abbas”, “Şah oğlu Bəhrəmin nağılı” və s. kimi Azərbaycan xalq nağıllarında da qarşılaşırıq. Digər mətnlərdə olduğu kimi, bunlarda da qəhrəmanların yolu xtonik obrazların məkanı olan mağaradan keçir. Miflərdə göstərilir ki, cırtdanlar da yeraltı mağaralarda yaşayırlar. Balacaboy və çoxbilmiş adamlar haqqında “elə çoxbilmişdir, elə bil yarısı yerin altındadır” deyirlər və bəlkə də, fərqinə də varmırlar ki, bu deyimin mifik kökü var. Cırtdanın mağarada, bir növ yerin altında yaşaması bu deyimin həqiqətinə işıq tutur.
Bundan başqa “Dünya xalqlarının mifləri” ensiklopediyasında yazıldığı kimi, “mağara bəzən evi əvəz etmiş, lakin daha çox gizli sığınacaq, xilas yeri rolunu oynamışdır. Bibliya ənənələrindən məlum­dur ki, israil oğulları, peyğəmbərlər, hökmdarlar dəfələrlə məhz mağa­rada gizlənərək xilas olmuşlar” (Мифы народов мира: Энцик­лопе­дия, 2008, 311). Məhəmməd peyğəmbərə vəhy də məhz Hira dağındakı mağarada gəlmişdir.
Dünya ədəbiyyatı nümunələrində də biz Mağara obrazı ilə tez-tez rastlaşırıq. Qeyd edək ki, məşhur amerikan yazıçısı Mark Tvenin ədəbi qəhrəmanları Tom Soyyer və Bekki Tetçer də mağaraya düşürlər.
Mağaralar qədim insanın ilk yaşayış yerlərindən hesab olunur və insanın yeraltı dünya ilə har­mo­niya­sı­nın sirlərini hifz edir. Mağara, həmçinin, yeni dünyanın doğuluşunu ifadə edir. Ümumiyyətlə, türk mədəniy­yətində mağara ilə əlaqədar iki əhəmiyyətli fakt gözə çarpır. Birincisi, Ata mağarası inan­cı və digəri təbii ki, qurddan törəyiş və mağaranın yenidən doğuşa yardım olması və qoruyucu əcdad ruhu vəzifəsini görməsidir.
Türklərin mənşəyi haqqında əfsanələrin çoxunda göstərilir ki, türklərin ilk atası olan Ay ata bir ma­ğarada dünyaya gəlmişdi. Məsələn, göytürklər də ata mağarasının mövcudluğuna qəti olaraq ina­nır­dılar. Belə ki, göytürk xaqanı ilin müəyyən vaxtlarında dövlətin görkəmli adamlarını və qəbilənin soy­lularını ya­nı­na salaraq bu əcdad mağarasına gedir və orada qurbanlar verərək ehtiram göstərirdi. Göy­türklərin “Törə­yiş” əfsanəsində də dişi qurd uşağı alıb bir mağaranın içinə aparmış və orada artıb çoxalmışlar. Mifoloji dünyagörüşə görə, mağa­ralar yeraltı dünyanı yer üzünə birləşdirən qapılar olduğu üçün mü­qəddəs sayılırdı. Odur ki, bir çox xalqlarda, o cümlədən tobolarda, qırğızlarda, koreyalılarda da mağara kultu olmuşdur.
Beləliklə, sonda belə nəticəyə gəlmək olar ki, mağaraya giriş ədə­bi mətnlərdə tez-tez bir kilid nöq­tə­sidir. Kilidin açılması, atılan düyünlərin həll edilməsi qəhrəmanın mağaradan necə çıxmasına bağlıdır. Biz “Dədə Qorqud kitabı”nda da bunun şahidi oluruq. Prof. K.Əliyevin dediyi kimi, “hə­qi­qətlə mifin qo­vuşuğunda olan Təpəgözə özündə məhz həqiqətlə mifi yanaşı yaşadan obraz – Basat” (Əliyev, 2015: 103) qalib gəlir və bu qalibiyyət həm gerçək, həm də simvolik mənada keçid məkanı olan mağarada baş verir.
Qədim Türk-Oğuz inanclar sisteminin, mifoloji təsəvvürlərinin təzahür tapdığı “Kitabi-Dədə Qorqud” dastanı birbaşa, yaxud dolayısı ilə milli ədəbiyyatımızın, o cümlədən bədii nəsrimizin inki­şa­fına da təsir etmişdir. Odur ki, əsrlər keçməsinə, dövrlər dəyişməsinə baxmayaraq, bu eposdakı də­yərlər həmişə aktual olaraq qalacaq və yeni tədqiqat işlərinin yaradılması üçün əsas verəcək.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   117   118   119   120   121   122   123   124   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish