Дядя Горгудун мязар йери щаггында


Etnik fərqlilik baxımından oğuz-kafir münasibətləri



Download 6,67 Mb.
bet117/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   113   114   115   116   117   118   119   120   ...   289
1.2. Etnik fərqlilik baxımından oğuz-kafir münasibətləri
Oğuzlar bir xalq, toplum kimi kimliklərini müəyyənləşdirən psixoloji-əxlaqi, etnik-mədəni fər­ql­i­liyə sahibdirlər. W.E.Conollynin də yerində qeyd etdiyi kimi kimlik mövcud olmaq üçün fərqliliyə ehti­yac hiss edər və özünütəsdiqi ehtiyat altına almaq üçün fərqliliyi başqalaşmaya çevirir. (Connolly, 1995: 92, 93) Ozan nisbi fərqlilikdən deyil, oğuzlarla kafirlər arasındakı mütləq fərqlilikdən danışır. Bunlardan biri inanc fəlsəfəsi ilə bağlıdır. Məsələn, “Bəgil oğlu Əmrənün boyu”nda kafirlər, Əmrənin yücələrdən yücə olan Tanrıya yalvardığını görüb kafir təkurunun da dediyi kimi: “Oğlan alındun-isə Tanrınamı yal­va­rursın, sənün bir Tanrın var isə, mənüm yitmiş iki puthanam var”, (Ergin, 1997: 224) deməklə inanc fər­qini təsdiqləyir. Bu isə kafirlərin yonma ağac tanrılara tapdıqlarını, buna müqabil oğuzların tək Tanrıya sitayiş etdiklərinin konkret ifadə formasıdır. Oğuzlar Tanrıya yücələrdən yücəsən, kimsə bilməz necəsən, körklü Tengri, deyə müraciət edirlər. Kafirlər isə nə savaş öncəsi, nə savaş zamanı, nə də dinc yaşayışlarında sitayiş etdikləri bütləri tərifləməz, ona yalvarmaz, ondan mədəd ummazlar.
İkinci ən böyük fərqlilik kafirlərin başqalaşmasında mühüm rol oynayan yaşayışlarıdır. Burada oğuz bəylər bəyi Salur Qazanın xarakteristik müşahidələri iki mədəniyyəti fərqləndirməyə kifayətdir. Qazan Bəy ilk öncə kafirləri “küçüçük tonuz şölənlü” adlandırır, çünki qalalarda (yəni qapalı mə­kan­da) yaşayan kafirlər donuz saxlayır, verdikləri ziyafətlərdə donuz əti yeyir, qonaqlarına da qızardılmış donuz balası təqdim edirlər. Oğuzlar isə qoyun sürüləri, at ilxıları saxlayırlar və şölənləri “koyundan koç, dəvədən buğra, atdan ayğır kəsməklə, köl kimi kımız yığmaqla, bin yerdə ipək xalı sərməklə” keçi­rilir. Qazana görə kafirlər “bir torba saman döşək” üzərində yatırlar, Oğuzlar isə keçə üzərində, yun dö­şək­lərdə yatırlar. Kafirlər, qala içində daş evlərdə qalırlar, Oğuzlar isə ağban çadırlarda otu­rur­lar.
Fərqliliyin digər tərəfində oğuzların kimliyini formalaşdıran ortaq tarix və ata-babaları olan əcdadların ortaq nöqtəsi vardır ki, bu da özlüyündə mənlik şürunu yaradır. Mənlik şüuru ilk olaraq çoxçeşidlilik içində özünü seçmək, fərqləndirmək anlamına gəlir. Bu, Dədə Qorqud coğrafiyasında məskunlaşmış xalq və etnik qrupların içindən oğuzların seçilməsidir. Bu, eyni zamanda fərqli dini inanclardan İslamiyyəti seçməkdir. Ozan bütün səyi ilə çoxçeşidlilik içində müsəlman oğuz cəmiy­yə­tinə üstünlük verir. Ancaq milli fərqliliklə bərabər bir də fərdi fərqlilik vardır. Kimlik şüurumuz ortaq tarixi təcrübəmizin dəyişən anları və enişli-çıxışlı yollarının zamanla sabitləşməsinin nəticəsi olan xalq anlayışını formalaşdırır. Bu isə üzdə olan fərqliliyin ortaq dəyərlərdə birləşməsi, təkləşməsidir. Ozan da oğuz alplarından hər birinin həm fiziksəl, həm də funksional özəlliklərini qəlibləşmiş epitetlərlə təqdim edir ki, dinləyici fərqliliyin bir bütünlük – kalın oğuz elini yaratdığını görmüş olsun.Məsələn, “Kara dərə ağzında kadir virən, kara buğa dərisindən bişiginün yapuğı olan, acığı tutanda kara taşı kül eyləyən, bıyığın ənsəsində yidi yerdə dügən, ərənlər evrəni, Kazan bigün kartaşı Kara Gönə...;Demür Kapu Dərvəndəki demür kapuyı dəpüp alan, altmış tutam ala göndərinün uçında ər bögürdən Kıyan Səlçük oğlı Dəlü Dundar...; Həmid-ilən Mərdin kalasın dəpüp yıkan dəmür yaylu Kıpçak Məlikə kan kusturan, gəlübən Kazanun kızın ərlik ilə alan, Oğuzun ak sakallu kocaları görəndə ol yigidi tahsin­ləyən, al mahmuzi şalvarlu, atı bahri hotazlu Kara Gönə oğlı Kara Budak...; Dəstursuzça Bayındır Xanun yağısın basan, altmış binkafirə kan kusturan, ağ boz atınun yilisi üzərində kar turduran Gaflet Koca oğlı Şir Şəmsəddin...; Parasarun Bayburd Hisarından parlayup uçan, ap alaca gərdəginə karşu gələn, yidi kızun umudu, kalın Oğuz imrençesi, Kazan bigün ınağı, boz ayğırlu Beyrək...; Çaya baksa çalımlu, çal kara kuş ərdəmlü, kur kurma kuşaklu, kulağı altun küpəlü, kalın Oğuz biglərini bir bir atından yıkıçı Kazılık Koca oğlı Big Yigənək...; altmış ögeç dərisindən kürk eyləsə topuklarını ört­mə­yən, altı ögeç dərisindən külah itsə kulaklarını örtməyən, kolı budı harança, uzun baldırları incə, Ka­zan bigün tayısı at ağızlu Aruz Koca...;kafirləri it ardınna bırağup horlayan, ildən çıkup Aygır Gözlər suyundan at yüzdürən, əlli yidi kalanun kilidin alan, Ağ Məlik Çeşmə kızına nikah idən, Sofı Sandal Məlikə kan kusduran, kırk cübbə bürinüp otuz yidi kala biginün mahbub kızlarını çalup bir bir boynın kuçan yüzində, tudağında öpən, Eylük Koca oğlı Alp Ərən” və s. (Ergin, 1997: 112-113)
Oğuz kimliyi əsasən, etnik və mədəni kimlikdir. Ona görə də meydan savaşlarında oğuz igidlə­ri­nin bir-birinə yardım etməsi, “çal kılıcın ağam Kazan yitdüm” deməsi etnik kimliyin sabitləşmiş za­manında yarana bilərdi. Barış zamanında oğuzların şölənlərdə, toylarda, ovda birlikdə olmaları da biz kateqoriyasına daxil olan kimliyin formalaşdığından xəbər verir. Oğuz eli məhz bu yetkin şüur çağının təsvir və təqdimidir, keçmişin vəsfidir.
Bu hələ hetorogen bir struktura sahib, fərqliliklərdən qurulu bir cəmiyyət modeli olmaqdan uzaq­dır. Oğuz elində fərqlilik ayrılmaya deyil, birləşməyə xidmət edir. Belə ki, ozanın təqdimindən də göründüyü kimi alp ərənlərin hər biri fərqli xarakterə, fərqli sifətlərə sahibdirlər, ancaq bu onların birlikdə yaşamasına mane olmur, əksinə bu fərqlilik kalın Oğuz elini təşkil edir. Oğuznamələrdə həm də oğuzlara qonşu olan başqa xalqlar da vardır. O baxımdan Dədə Qorqud oğuznamələrində bir xalqın digərindən fərqlənməsi və bu fərqin o xalqı özgələşdirməsi (özgə anlamında) normaldır. Hətta post­mo­dernizm düşüncəsinin yeni-yeni qəbul etməyə başladığı bəşəriliyin və bəşəri dəyərlərin rəddinə oğuz­namələrdə rast gəlinməsə də, bəşəri dedikdə ozan elə müsəlman oğuzları nəzərdə tutur. Necə ki, başqa xalqlara hökm etmək, fütuhat ideologiyası da bu düşüncəyə dayanır.
“Dədə Qorqud kitabı”nda yay çəkə bilənlərin torpaq damlarda yaşayanlar üzərində hökmranlıq ideyası çadırlarda yaşayanların qalalarda oturanlara hökm etməsi formasındadır. Oğuz ərənlərinin qalaları dağıtması, kilsələri yıxıb yerində məscid tikmələri azan oxutmaları da bəşəri dəyərləri oğuz dəyərləri kimi başa düşməkdən qaynaqlanır. Buna görədir ki, oğuzların fərqlilik düşüncəsi bəşəriliyin yerinə keçmişdir. Ancaq bu fərqlilik özgələri məhv etmə, yox sayma hesabına deyil, məkana yayılma, çox yer tutma formasındadır. Kafirlərdə isə məkana yayılma yox, fərqli olanları, yəni özgələş­di­ri­lənləri məhv etmə düçüncəsi hakimdir. Bu qo və şahmat oyunu müqayisəsində özünü göstərir. Yapon­ların, koreyalıların, qədim türklərin oynadıqları qo oyunu hindlilərin, farsların oynadığı şahmat oyu­nundan strateji özəlliyinə görə fərqlənir. Oğuzlar qo oyunçusu, kafirlər şahmat oyunçusuna bənzərlər. Necə ki, qo oyununda “taxtaya qoyulan daşlar əsir alınmadıqca oyunun sonuna qədər hərəkət etməz­lər. Bütün daşlar eyni dəyərə sahipdir, ancaq aralarındakı strateji vəziyyət oyunun strukturunu təyin edər. Oyunun sonunda ən çoxyer tutan oyunçu oyunu udmuş olur.
Oyunun əsas məqsədi belə bir bənzətmə ilə izah edilə bilər: İki general bir bölgəninəzarət altına almaq istəyirlər. Bunun üçün ilk öncə gözətçi qüllələri tikirlər və sonra da ordu üçün etibarlı mövqe qurmağa çalışırlar. Qo oyununun əsas məqsədi rəqibi tamamilə yox etmək və ya daşlarını əsir almaq deyil, daha çox rəqibin qarşısında üstün durumda olmaq, öz daşları ilə mümkün olduğu qədər çox yeri nəzarətdə saxlamaqdır” (https://tr.wikipedia.org/wiki/Go). Bir sözlə qonar-köçər oğuzlar kafirlərin hərəkət sahələrini daraltmaqla, onlara nəzarəti gücləndirmiş olurlar. Bu isə strategiyası və döyüş taktikası ilə qonar-köçərliyi G.Deleuzelə F.Guattarinin də dediyi kimi, bir savaş makinası hesab etməyə əsas verir (Deleuze, 1980: 434-525).
Boylarda oğuzların kafirləri məhv etmək üçün planlar qurduğunu, qəfil hücumlar etdiyini gör­mə­məyimizin əsas səbəbi də türklərin qo oyununda olduğu kimi, rəqibi nəzarətdə saxlamaqla təhlükəni uzaqlaşdırmaq, işi qan tökmədən həll etmək düşüncəsinə dayanır. Oğuz cəmiyyəti homogen olsa da, onlar üçün fərqlilik və çoxçeşidlilik birgə yaşayışa əngəl deyildir. O baxımdan “Dədə Qorqud kitabı”n­da homogenlik deyil, heterogenlik və fərqlilik düşüncəsi hakimdir. Təbii ki, bir çox batılı postmodernist düşüncə adamlarının cinsiyyət, irq, etnisite, din fərqliliyi haqqında söylədikləri (Lyotard, 2000; Der­rida, 2001; Foucalt, 1980) “Dədə Qorqud kitabı”nda müsəlman-kafir, oğuz-gürcü, oğuz-abxaz, oğuz-çərkəz, oğuz-trabuzan və s. fərqliliyi kimi başa düşülməməlidir. Belə ki, bu tarixçi və filosofların mə­sələyə modernizmin tənqidi, avropamərkəzçilik mövqeyindən baxmaları ilə əlaqəlidir. Oğuznamələrdə isə fərqlilik ortaçağın düşüncə tərzinə dayanır.
Bunun tam əksinə, homogen olan kafir toplumu digər xalqları ötəkiləşdirməklə hetorogen birgə­ya­şayış düşüncəsini qəbul etmədiklərini göstərmiş olurlar. Kafirlərin sosial davranışlarından, hərəkət və düşüncələrindən görünür ki, onlar özlərindən kənarda qalanları başqalaşdırmağa, xor görməyə, düş­mən bilib məhv etməyə meyillidirlər. Belə ki, kafirlərin qəfil basqınları, oğuzları məhv etmək üçün fürsət gözləmələri də buna görədir. Oğuzlar isə dini fərqdən başqa özləri ilə kafirlər arasında elə bir əsaslı ayrıseçkilik görmürlər. Fərqlilik, oğuzlara görə, əslində, dəyərlərin üzə çıxarılması, başqalarına da doğru yolu göstərməkdən keçir. Qazan xanın “toğrı yolı görür-ikən əgri yoldan gəlməyəyin” xəbər­darlığı da bununla bağlıdır. Ona görə də fərqlilik çoxçeşidlilik kimi başa düşülür və prinsipcə qalan bütün etnik və mədəni kimliklərin birlikdə və dostcasına yaşaması düşüncəsinə dayanır, kimsə kimsə­dən üstün tutulmur (Bauman, 2003:131). “Dədə Qorqud kitabı”nda diqqətlə baxıldıqda çoxçeşidliliyin birgə yaşayış forması oğuzlar tərəfindən deyil, daha çox kafirlər tərəfindən pozulur. Oğuzların məq­sədi mütləq haqqın təntənəsi, mütləq ədalətin təcəssümüdür. Buna əməl olunduğu müddətcə oğuzlar qonşuları olan gürcü­lərə, çərkəzlərə, trapezundlara, abxazlara saldırmır, onları məğlub edib qalalarını dağıtmır, kilisələrini məscidlərə çevirmirlər. Yalnız birlikdə yaşayış təhlükə altına girdikdə, oğuzlar hərəkətə keçir, pozulan nizamı yenidən bərpa etməyə çalışırlar. Oğuzlara görə bu nizam ilahi kosmik ­nizamdır.
Sonuc
Dədə Qorqud oğuznamələri bütün sahələrdə olduğu kimi etnik psixologiya, milli düşüncə, toplum həyatı və s. haqqında biz–onlar mofoloji zidliyi baxımından bilgi verir. Müasir çağda postmo­dernizmin düşüncə tərzində özünə yer alan başqalaşdırma, fərqliləşdirmə kimi oxunan qarşıdurmanın onlar tərəfi kafir adı altında təqdim olunur. Oğuz cəmiyyəti, əslində bizi onlara qarşı qoymur, bizi on­lardan fərqləndirən əsas etnik və psixoloji cəhətləri göstərməklə həyatın fərqliliklərdən ibarət oldu­ğunu, çoxçeşidliliyin inkar olunmazlığını təsdiq edir. Oğuzlar özgələşdirməyə bu aspektdən baxırlar.
Dədə Qorqud oğuznamələrində biz kateqoriyasının, yəni kimliyi­mizin şəkillənməsi, əsasən,­ top­lumsal aidlik duyğumuzda gerçəkləşən bir prosesdir ki, tarixi zaman içində formalaşmış, bugünə qədər dəyişərək, yeniləşərək gəlib çatmışdır.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   113   114   115   116   117   118   119   120   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish