Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


VERGİ NƏZARƏTİ VƏ VERGİDƏN YAYINMA HALLARINA QARŞI DÖVLƏT TƏDBİRLƏRİ



Download 2,29 Mb.
bet45/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

8.15. VERGİ NƏZARƏTİ VƏ VERGİDƏN YAYINMA HALLARINA QARŞI DÖVLƏT TƏDBİRLƏRİ


Vergi nəzarəti və onun formalarına aşağıdakılar daxildir:

- Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir;

- Vergi nəzarətini nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiy-yəti orqanları həyata keçirirlər;

- Vergi nəzarəti vergi və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səla-hiyyətləri hədlərində qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir;

- Vergi oqranları nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uço-tunu aparmaqla, uçot və hesabat mə’lumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan bina-lara baxış keçirməklə və digər formalarda həyata keçirirlər.

Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət problemi aktual problem olmaqla həm hüquqşunaslar, həm də iqtisadçılar tərəfindən tədqiq edilir. Hüquqi məsuliyyət vergi qanunvericiliyinin pozulması hallarını aradan qaldırmağa, vergi münasibətləri subyektlərinin vergi qanunlarına riayət etmələrini stimullaşdır-mağa yönəldilmişdir.

Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət aşağıdakı hallar-da baş verir:


  • vergi sahəsində pozuntulara cavab olaraq dövlət tərəfindən tədbirlər görüldükdə;

  • dövlətin təsir tədbirləri qanunla müəyyən edildikdə;

  • hüquq normativ aktlarının pozulduğu şəraitdə.

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin aşağıdakı xüsusiyyət-lərini qeyd etmək olar:

Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət müxtəlif hüquq normalarının pozulması ilə əlaqədardır. Bunlar büdcəyə bu və ya digər ödəmələrin düzgün və vaxtında edilməməsi ilə bağlıdır;

Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət obyektləri kimi vergi ödəyiciləri, vergilərin ödənilməsində iştirak edən şəxslər (burada vergi müfət-tişləri, vergi köçürmələri ilə məşğul olan banklar və digər təşkilatlar nəzərdə tutu-lur), uyğun vergi orqanları və onların rəhbərləri, bir sözlə, həm hüquqi, həm də fizi-ki şəxslər çıxış edir;

Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar əsasən əm-lak xarakterli olur. Lakin bəzi hallarda bu, cinayət (yəni iqtisadi cinayət) məsuliy-yəti ilə də nəticələnə bilər;

Vergi qanunvericiliyini pozan şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə dövlət vergi orqanları, qanunla qəbul edildiyi şəraitdə gömrük orqanları cəlb edirlər. Əgər lazım olarsa, məsuliyyətə cəlb etmə məhkəmə xarakterli də ola bilər.

Yuxarıda deyilənləri və Azərbaycan Respublikası vergi qanunvericiliyinin əsasnaməsini nəzərə alaraq, vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət növlərini göstərmək olar:

Vergi qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət;

Vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyəti;

Vergi qanunvericiliyinin pozulmasına görə maddi və inzibati məsuliyyət.

Vergi qanunvericiliyinin pozulmasına görə şəxslərin inzibati cinayət və maddi məsuliyyətini nəzərə alan Azərbaycan Respublikasının aşağıdakı qanunverici akt sistemi mövcuddur:



Azərbaycan Respublikasının Cinayət Kodeksi

Azərbaycan Respublikasının inzibati hüquq pozuntuları haqqında Kodeks;

“Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının qanunu;

Dövlət vergi orqanları işçilərinin inzibati məsuliyyətinin əsasnaməsi;



Azərbaycan Respublikasının Gömrük Kodeksi

“Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 4 - cü maddəsinin 2-ci bəndinə uyğun olaraq vergi orqanları vergi ödəmə obyektləri-nin uçotunu dəqiq və vaxtında aparmalıdır. Bu zaman vergi ödəyiciləri haqqında məlumat Dövlət Reyestrinə daxil edilir. Müəssisə qeydiyyatdan keçdikdən sonra 15 gün müddətində yerləşdiyi ərazidə vergi müfəttişliyində uçota dayanmalıdır. Əgər müəssisə dövlət vergi orqanlarına göstərilən müddət ərzində məlumat vermirsə və uçota dayanmırsa, onda vergi müfəttişliyinin rəisi bu müəssisənin bütün əməliy-yatlarını dayandıra bilər (“Dövlət Vergi Xidməti haqqında” qanunun 5-ci maddəsi). Bu zaman müəssisə rəhbərləri Azərbaycan Respublikası inzibati hüquq pozuntuları haqqında Kodeksin 162-ci maddəsinə uyğun olaraq inzibati mə-suliyyətə cəlb edilə bilər. Əgər müəssisə nə dövlət qeydiyyatından keçməyib, nə də vergi orqanlarında uçota dayanmayıbsa, onda vergi müfəttişliyi müəssisənin qeydiyyatdan keçmədiyi dövrdə əldə etdiyi gəlirin tutulması ilə bağlı məhkəməyə müraciət edərək iddia qaldıra bilər (“Dövlət Vergi Xidməti haqqında” qanunun 5-ci maddəsinin 11-ci bəndi).

Əgər müəssisə öz fəaliyyəti haqqında məlumatı düzgün verməyibsə və mən-fəətini ya gizlətməyə, ya da azaltmağa çalışıbsa, onda buna görə müəssisə rəhbəri “Dövlət Vergi Xidməti haqqında” qanunun 6-cı maddəsinin 1 və 2-ci bəndlərində göstərildiyi kimi məsuliyyət daşıyır və o, rəsmi xəbardarlıq alır, gizlədilən, ya da azaldılan mənfəət məbləğində cərimə edilir. Belə hal bir il ərzində təkrarlanarsa, onda cərimənin məbləği gizlədilən (azaldılan) məbləğdən 3 dəfə, iki il ərzində tək-rarlanarsa, onda iki dəfə çox olur.

Ümumiyyətlə, bütün vergidən yayınma hallarının qarşısını almaq üçün vergi orqanları nəzarət xarakteri daşıyan bir sıra tədbirlər həyata keçirirlər ki, bunlara da aşağıdakıları aid etmək olar:



  • vergi və digər xidmətlərlə bağlı sənədlərin həmin müəssisə və təşkilatlara dövlət qiymət intizamının yerinə yetirilməsinin yoxlanılması;

  • yoxlama zamanı qarşıya çıxan suallar üzrə lazımi məlumat və arayışların tələb edilməsi;

  • vergi qanunvericiliyinin pozulmasını aşkar etdikdə sənədləşdirilmiş təftiş (yox-lama) aparılması;

  • müəssisələrin, təşkilatların və vətəndaşların (sahibkarlıq fəaliyyəti ilə məşğul olan) istehsal, anbar, ticarət və digər sahələrinin yoxlanılması;

  • vergi ödəyicisinin maliyyə - təsərrüfat fəaliyyəti haqqında lazımli məlumatları (vergi köçürmələri, hesabda yerləşən məbləğ və s.) onların müştərisi sayılan bank və digər maliyyə - kredit idarələrindən tələb etmək;

  • vergi ödəyiciləri tərəfindən mühasibat hesabatları və balanslarının vergi hesab-laşmaları, deklarasiya və büdcəyə ödəmələrlə bağlı digər sənədlərin tələb edil-məsi, onların dəqiq olmasının yoxlanılması və vaxtında verilməsinə nəzarət.

İnkişaf etmiş ölkələrdə gəlir vergi sistemləri

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət vergi tənzimlənməsi sisteminin bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşdırılmasını zəruri edir. Bununla əlaqədar respublikada vergiyə cəlb etmənin müasir konsepsiyasının elmi əsaslan-dırılması, vergi siyasətinin həyata keçirilməsi mexanizminin və vergitutma siste-minin təkmilləşdirilməsinin nəzəri-metodoloji prinsiplərinin yaradılması və s. va-cibdir.

İnkişaf etmiş ölkələrin vergi sistemi müxtəlif iqtisadi, siyasi və sosial şərtlərin təsiri altında yaranmışdır. Vergilərin yığılmasına, onların strukturasına, vergi tutul-ma metodları və vergi stavkasına, vergi sistemində müxtəlif idarələrin səlahiy-yətinə, vergi bazası, verginin tətbiqi sahələri və vergi güzəştlərinə görə vergi sis-temləri biri-birindən fərqlidir.

Vergi sistemlərinə xas olan ümumi cəhətləri isə belə müəyyənləşdirmək olar:



  • Dövlətin vergi gəlirlərinin artırılması yollarının axtarışı;

  • Vergi sisteminin, vergilərin bərabərliyi, ədalətliliyi və səmərəliliyi haqqında hamı tərəfindən qəbul edilmiş iqtisadi - nəzəri prinsip əsasında qurulması.

İnkişaf etmiş ölkələrdə verginin aşağıdakı əsas formaları vardır:

  • Fiziki şəxslərdən gəlir vergisi;

  • Hüquqi şəxslərdən gəlir vegisi;

  • Dövriyyə və sosial sığorta fondlarına üzvlük haqqından vergi;

  • İstehlakdan alınan xüsusi vergilər;

  • Varidata görə (əmlak vergisi, vərəsəliyə və bağışlanan əmlaka görə) vergi.

Bilindiyi kimi vergi, tarixi sürəcdə bütün topluluqların və dövlətlərin məcburi maliyyə qaynağı anlamında ən cox baş vurduqları və toplayarkən də bir o qədər problemlə qarşı - qarşıya qaldıqları ən əsas dövlət gəlir qaynağıdır. Günümüzün müasir ölkələri gəliri oxşar şəkildə izah edərək, vergini də eyni və ya bənzər sistemlərlə ödəmə yoluna getməkdədirlər. Beləliklə, ölkələrin vergi sistemləri bu anlamda bir-birinə çox yaxındır.

Bəzi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın müxtəlif gəlirlərdən alınan vergilər-dən asılı olması nisbi xarakter daşıyır və keçicidir.

1975-ci ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan ölkələrin çoxunda gəlir vergisinin və sosial sığorta fondlarına üzvlük haqlarının istehlak vergilərinə nisbətən artması tendensiyası ilə müşahidə olundu.

Əksər ölkələrdə istehlak vergilərinin payı aksiz vergilərinin payına bərabərdir. 80-ci illərdə ısə istehlak vergilərinin payı artmış, aksiz vergilərinin payı mütəmadi azalmışdır.

Sonrakı illərdə bütün ölkələrdə gəlir vergilərinin və sosial sığorta fondlarına üzvlük haqlarının artması müşahidə olunmaqdadır.


Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish