9.9. SADƏLƏŞDİRİLMİŞ VERGİ
Sadələşdirilmiş verginin ödəyiciləri
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 125 000 manat və ondan az olan şəxslər sadə-ləşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim etməklə seçdikləri metodu təqvim ilinin sonunadək tətbiq etməlidirlər.
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər (o cümlədən taksi ilə) sadələş-dirilmiş verginin ödəyiciləridir.
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər:
-
aksizli mallar istehsal edən şəxslər;
-
kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
-
qeyri-dövlət pensiya fondları;
-
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
-
mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri bir milyon manat-dan artıq olanlar.
Vergitutma obyekti
-
Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlə-rə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatin, habelə satışdan-kənar gəlirlərin həcmi;
-
Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sər-nişin və yük daşımalarını həyata keçirən şəxslərin mülkiyyətində və ya istifa-dəsində olan avtomobil nəqliyyatı vasitələri.
Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.
Sadələşdirilmiş verginin dərəcəsi
Sadələşdirilmiş vergi, bu verginin ödəyicilərinin (avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla) malların təq-dim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır:
Bakı şəhərində – 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan MR-da - 2 faiz.
Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər şəhər və rayon-larında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş dərəcələri o halda tətbiq edilir ki, bu vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan MR-da vergi uço-tuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödə-yiciləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcələri ilə ödəyirlər.
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda ən yüksək vergi dərəcəsi tətbiq edilir.
Sadələşdirilmiş verginin məbləği daşınmanın həyata keçirildiyi ərazidən asılı olaraq yuxarıdakı cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və hə-min rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) əmsal tətbiq edilmir.
Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi
Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsər istisna olmaqla) müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır.117
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Sadələşdirilmiş verginin ödəyiciləri (avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsər istisna olmaqla) hesabat dövründən sonrakı ayın 20-dək ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.
Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələş-dirilsmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – yuxarıdakı cədvəldə göstərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanır və dövlət büdcəsinə ödənilir. Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədini təqdim et-məklə növbəti ay və ya aylar üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alır.
Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliy-yat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxs-lər məsuliyyət daşıyır.
Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir.10
Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımala-rından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.
Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özü-nə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün hec bir haqq ödənilmədən “Xüsusi fərqlənmə nişanı” alınır. Bu nişanı almış vergi ödəyiciləri avto-mobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.
Avtomobil nəqliyyatı vasitələrilə daşımaları həyata keçirən vergi ödəyiciləri bu fəaliyyətdən başqa digər fəaliyyətlə məşğul olurlarsa, əldə olunan gəlir və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və bu fəaliyyət növü üzrə zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir.
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla) avtomobil nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” alınmır.
Maliyyə sanksiyaları, cərimə və faizlər
Sadələşdirilmiş vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması halla-rına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aşağıda göstərilən maliy-yə sanksiyaları və faizlər tətbiq edilə bilər:
-
sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haq-qında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
-
aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim et-məyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məblə-ğində;
-
verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məb-ləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmış-dırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (ka-meral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında;
-
nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, o cümlədən alıcıya çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının veril-məməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:
-
il ərzində belə hallara birinci dəfə yol verildikdə – 400 manat;
-
il ərzində belə hallara ikinci dəfə yol verildikdə – 800 manat;
-
il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə – 1200 manat məbləğində;
-
sərvətlərin və ya pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlə-dilməsi və ya uçota alınmamasına görə:
-
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məb-ləğinin 1000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında;
-
il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alın-mamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faiz miqdarında;
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onla-rın gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgö-türənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
-
sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesablanır.
İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanun pozuntusuna yol vermiş sadələşdirilmiş vergi ödəyicilərinə qarşı aşağıdakı cəza tədbirləri görülə bilər:
-
valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda;
-
valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə inzibati xəta-nın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinə-dək miqdarda;
-
avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəy-yən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər - inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək miqdarında;
-
hüquqi şəxslər - inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək miqdarında;
-
aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına və ya satış məqsədi üçün saxlanılmasına görə aksiz markası olmayan mallar müsadirə edilməklə
-
fiziki şəxslər – 35 manatdan 40 manatadək;
-
vəzifəli şəxlər – 80 manatdan 90 manatadək;
-
hüquqi şəxslər – 200 manatdan 300 manatadək;
-
saxta aksiz markalarını əldə etmə və ya satmağa görə 1000 manatdan 2000 ma-natadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azaldıqdan məhrum etmə;
-
aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satma, satış məqsədi ilə saxlama əmlakı müsadirə olunmaqla 1000 manatdan 3000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə;
-
eyni əməllər külli miqdarda, yəni 2200 manatdan yuxarı olan məbləğdə, təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əmla-kı müsadirə olunmaqla 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cə-zalandırılır.
Avtonəqliyyat xidmətini həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi
Sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu şəxslərin mülkiy-yətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunur.
Sadələşdirilmiş verginin dərəcəsi
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən olunur:
Daşınma növü
|
Ölçü vahidi
|
Verginin aylıq məbləği (manatla)
|
Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə:
- 13-dək
- 13-dən 31-dək
- 31 və ondan yuxarı
|
1 oturacaq yeri
|
- 1,8 manat
- 21,6 manat + 13-cü yerdən başlayaraq hər oturacaq yerinə görə 0,5 manat
- 30,6 manat + 31-ci yerdən başlayaraq hər oturacaq yerinə görə 0,3 manat
|
Taksi ilə sərnişin daşınması
|
1 ədəd nəqliyyat vasitəsi
|
9 manat
|
Yük daşınması
|
1 ton yük götürmə qabiliyyəti
|
1 manat
|
Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçiril-diyi ərazidən asılı olaraq yuxarıdakı cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri ara-sında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhər-lərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şə-həri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna ol-maqla) əmsal tətbiq edilmir.
Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şə-hadətnaməsinə əsasən müəyyən edilir.
Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərə-findən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yer-lərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək müm-kün olmadıqda, sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.
Sadələşdirilmiş verginin hesablanması qaydası və ödəmə müddəti
Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadə-ləşdirilmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – yuxarıdakı cədvəldə gös-tərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşıma-nın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla he-sablanır və dövlət büdcəsinə ödənilir. Məsələn: oturacaqlarının sayı 17 ədəd olan mikroavtobusunuzla Bakı şəhərində sərnişin daşınmasını həyata keçirirsiniz. Bu zaman sizin ödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq:
Oturacaqların sayı 17 ədəd olduğundan (13-dən 31-dək) sadələşdirilmiş vergi-nin aylıq məbləği 21,6+5x0,5=24,1 manat olacaq və Sizin fəaliyyətiniz Bakı şəhərində həyata keçirildiyindən, ödəyəcəyiniz sadələşdirilmiş verginin aylıq məbləği 24,1x2=48,2 manat olacaqdır.
Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək ərizə ilə birlikdə sadə-ləşdirilmiş verginin tam məbləğdə ödənilməsini təsdiq edən bank ödəniş sənədini Nəqliyyat Nazirliyinə təqdim etməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» alır.
Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişa-nının seriya və nömrəsi aydın göstərilməlidir. «Fərqlənmə nişanı» vergi ödəyicisi-nin ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir.
Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliy-yat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edil-dikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyır.
Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir.
Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımala-rından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.
Vergi ödəyicilərinin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş ver-giyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün heç bir haqq ödənilmədən «Xüsusi fərqlənmə nişanı» alınır. «Xüsusi fərqlənmə nişanı» vergi ödəyicisinin müraciə-tindən sonra beş iş günü ərzində Nəqliyyat Nazirliyi tərəfindən verilir. Bu nişanı almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.
Vergi ödəyicisi işçi heyətini və özünə məxsus yükləri daşımaq üçün yeni avtonəqliyyat vasitəsi aldıqda, bu nəqliyyat vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra beş gün ərzində Nəqliyyat Nazirliyinə bu barədə müəyyən edilmiş formada məlumat təqdim edir.
«Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı» aşağıdakı məlumatları özündə əks etdirir:
-
vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı;
-
vergi ödəyicisinin VÖEN-i;
-
nişanın qüvvədə olma müddəti;
-
avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;
-
avtonəqliyyat vasitələrində oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti;
-
daşımanın həyata keçirildiyi ərazi;
-
ödənilmiş verginin məbləği.
Avtomobil nəqliyyatı vasitələrilə daşımaları həyata keçirən vergi ödəyiciləri bu fəaliyyətdən başqa digər fəaliyyətlə məşğul olurlarsa, əldə olunan gəlir və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və bu fəaliyyət növü üzrə mən-fəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilat-larının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Ban-kının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçı-ların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlik-lərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün "Fərqlənmə nişanı" və ya "Xüsusi fərqlənmə nişanı" alınmır. Belə avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtonəqliyyat vasitələri barədə Nəqliyyat Nazirliyinə məlumat verirlər.
"Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Do'stlaringiz bilan baham: |