Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


XI FƏSİL MALİYYƏ VƏ PUL KREDİT SİYASƏTİ



Download 2,29 Mb.
bet56/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   53   54   55   56   57   58   59   60   61

XI FƏSİL

MALİYYƏ VƏ PUL KREDİT SİYASƏTİ




11.1. PUL-KREDİT SİYASƏTİ, MAHİYYƏTİ VƏ DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNDƏ ONUN ROLU


Pul-kredit siyasəti – istehsalın həcminin, məşğulluğun və qiymətlərin səviyyə-sini sabit saxlamaq üçün pul təklifindəki müxtəlifliklərdən ibarətdir. Daha konkret olaraq belə demək olar ki, pul-kredit siyasəti enmə zamanı xərclərin çoxalması üçün pul təklifini çoxaldır, inflyasiya zamanı isə əksinə olaraq pul təklifini azaldır.

Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti, əsasən, iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki müxtə-lifliklərdən ibarətdir.

Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimul-laşdırılmasına və pul emissiyasına (kredit ekspansiyası), ya da kredit verilməsinin məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Böhran dövründə Mərkəzi Bank kredit verilməsinin artırılması və faiz dərəcəsinin azaldılması ilə konyunktu-ranı canlandırmağa çalışır. Əksinə, yüksəliş dövründə isə qiymətlər qalxdığına və iqtisadiyyatda disproporsiyalar artdığına görə Mərkəzi Bank kreditin verilməsini azaldır.

İqtisadiyyatın idarə edilməsi üçün pul-kredit siyasətinin aşağıdakı metodları var:

1. Ümumi;

2. Selektiv

Pul-kredit siyasətinin ümumi metodları 3 yerə bölünür:

1. Açıq bazarda aparılan əməliyyatlar:

Kəsir bazarda aparılan əməliyyatlar – pul təklifi nəzarətinin ən başlıca vasitə-lərindən biridir. Kəsir bazarda aparılan əməliyyatlar dedikdə federal ehtiyat bank-ları tərəfindən aksiyaların və hökumət öhdəliklərinin alınması və satışı başa düşülür.

2. Ehtiyat normalarının dəyişilməsi:

Ehtiyat normalarının dəyişilməsi bank sisteminin pul yaratma qabiliyyətinə 2 cür təsir edir.


  • əlavə ehtiyatların ölçüsünə təsir göstərir;

  • pul multiplikatorunun ölçüsünü dəyişdirir.

Ehtiyat normalarının dəyişməsi – güclü potensiala malik olan üsul olsa da ondan çox az hallarda istifadə edilir.

3. Uçot normasının dəyişilməsi:

Uçot normasının dəyişilməsi – mərkəzi banklar möhkəm maliyyə vəziyyəti olan, lakin əlavə pula ehtiyacı olan kommersiya banklarına borc verirlər. Kommer-siya bankları borc götürərkən Federal ehtiyat banklarına hökumətin qiymətli kağızları ilə qarantiya olunmuş borc öhdəlikləri verirlər. Kommersiya bankları fiziki və hüquqi şəxslərdən öz verdikləri borclara görə faiz aldıqları kimi Federal Ehtiyat bankları da kommersiya banklarından öz verdikləri borclara görə faiz alırlar. Faizin belə tərifi «uçot norması» adlanır.

Təsəvvür edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə toqquşub. Bu zaman pul təklifini artırmaq üçün kommersiya banklarının ehtiyat normalarını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti hansı qərarları qəbul etməlidir? Hansı siyasi fəaliyyətlər pul ehtiyatlarının artırılmasına gətirib çıxaracaq?

1. Federal ehtiyat bankları bazarda qiymətli kağızları almalıdır. Bu öhdəliklərin alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq.

2. Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehti-yatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın.

3. “Uçot norması” azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını çoxaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın.

Bu fəaliyyətlər toplusu “ucuz pullar” siyasəti adlanır. Onun əsas məqsədi kre-diti ucuz və asan etməkdir. Bu da birgə xərclərin və məşğulluğun həcmini qaldırır.

İndi isə təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır. Bəs bu necə edilir?

1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları satmalıdır ki, ehtiyat normaları azalsın.

2. Ehtiyat normalarının artırılması avtomatik olaraq kommersiya banklarını əlavə ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır.

3. Uçot normasının artırılması bankların federal bankdan borc götürməyə olan marağını azaldır.

Bu cür yönəltmə isə “bahalı pullar siyasəti” adlanır. Bu siyasətin əsas məqsədi inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün pul təklifini məhdud-laşdırmaqdır.

Keynesin pul-kredit sisteminin şərhinə diqqət yetirək:



«Ucuz pullar» siyasəti

«Baha pullar» siyasəti

Problem: işsizlik və depressiya

Problem: inflyasiya

FES öhdəliklərini alır, ehtiyat

və uçot normasını aşağı salır.



FES obliqasiyaları satır, ehtiyat və uçot normasını çoxaldır.

Pul təklifi çoxalır.

Pul təklifi azalır.

Faiz dərəcəsi çoxalır.

Faiz dərəcəsi azalır.

İnvestisiya xərcləri çoxalır.

İnvestisiya xərcləri azalır.

Real XMM artır.

İnflyasiya azalır.

Selektiv metodlara isə aşağıdakılar daxildir:

  • Kreditin ayrı-ayrı növləri üzərində nəzarət;

  • Bank əməliyyatlarının likvidlik və riskliliyinə nəzarət.

Pul-kredit siyasəti hər şeydən əvvəl investisiya xərclərinə bununla da isteh-salın və qiymətlərin səviyyəsinə təsir göstərir.

Bildiyimiz kimi, pul, pul-kredit sisteminin tərkibinə daxil olan əsas elementlər-dən biridir. Bir az da pulun əhəmiyyəti, funksiyaları haqqında danışaq.



11.11.1. Pul istehsal olunan əmtəələrin dəyərinin və xidmətlərinin ifadə olunması formasıdır.

Bazar iqtisadiyyatı mexanizmini başa düşmək üçün əsas olaraq pulun rolunu başa düşmək lazımdır. Boş yerə pulu bazarın dili adlandırmırlar. Real informasiya əsasən, pul ödənişləri haqqında hesabatdan, müxtəlif əmtəə və xidmətlərin qiymətlərindən ibarətdir. Pulun aşağıdakı funksiyaları var:



  • Tədavül vasitəsi;

  • Dəyər ölçüsü;

  • Yığım vasitəsi;

  • Tədiyə vasitəsi.

Bəzi iqtisadçılar pulun 5-ci funksiyasını dünya pulu funksiyasını da bura daxil edirlər.

1. Pulun tədavül vasitəsi funksiyası

Pul əmtəə və xidmətlərin qiymətlərinin əvəzi kimi işlənilərsə, o, tədavül vasitəsi sayılır. Beləliklə, pul o vaxt tədavül vasitəsi sayılır ki, əmtəələrin alınması və xidmətlərin göstərilməsi və həmçinin borcların ödənilməsi üçün işlədilsin.

Pulun tədavül vasitəsi funksiyası ticarətin barter formasından yaxa qurtarmağa imkan verir. Barter – bir əmtəənin (xidmət növünün) pulun köməyi olmadan digəri ilə dəyişdirilməsinə deyilir. Məsələn: barter prosesi ona gətirir ki, alma alıb, kələm satmaq istəyən adam satış aktı ilə alış aktını birləşdirməyə məcbur olur. O, alma satan və kələm almaq istəyən bir adam tapmalıdır.

Pulun tədavül vasitəsi funksiyası satış aktını alış aktından ayırır.

ABŞ-da tədavül vasitəsi funksiyasını kağız pullar, qəpiklər və çek depozitləri oynayır. Azərbaycanda bu rolu əsasən kağız pullar oynayır.

Pula olan tələb, əsasən, edilən bazarlıqların həcmindən, əmək haqqının verilmə tezliyindən, kreditə pul götürmə imkanından, əmtəələrin qiymətlərindən və s. asılıdır. Məs: alınan əmtəələrin və göstərilən xidmətlərin sayı nə qədər çox olarsa, həmin adama maliyyə əməliyyatları keçirmək üçün o qədər çox pul miqdarı lazımdır.

Alınan əmtəə və göstərilən xidmətlərin sayı ticarətin inkişafından və ixtisas-laşmadan asılıdır. Özünütəminetmə (təbii) təsərrüfat aparan ailələr ticarətdə demək olar ki, iştirak etmirlər və buna görə də onların tədavül vasitələrinə ehtiyacları yoxdur. Əvvəllər ailələrin çoxu fermer təsərrüfatı ilə məşğul olarkən tədavül vasitələrinə olan tələbat çox aşağı idi. Ticarət və sənaye inkişaf etdikcə, pula olan tələbat çoxaldı. Müasir iqtisadi şəraitdə insanlar adətən öz maaşlarını pul şəklində alırlar və sonradan özlərinə lazım olan əmtəələri əldə edirlər.

Barter mexanizminin pulu tədavül vasitəsi kimi istifadə edən mexanizminə çevrilməsi həmçinin tədavül xərclərini azaldır. Belə ki, barter mexanizmində daha çox vaxt və güc tələb olunur.



Pulun tədavül vasitəsi kimi qəbul olunması

Əlbəttə ki, tədavül vasitəsi funksiyasını yaxşı icra edən pullar hər kəs tərəfin-dən qəbul olunacaq. Geniş yayılma sahəsi olan pullar öz sahibinə vacib üstünlük olan alıcılıq qabiliyyəti bəxş edir. Puldan istifadə alınan əmtəələrin sayını, növünü və keyfiyyətini seçməyə, vaxt və yer seçimini etməyə imkan verir. Əgər hər hansı bir tədavül vasitəsi uzun zaman ərzində istifadə edilərsə, onda onun qəbul olunması stabilləşir. Pulun qəbul olunma şərtləri əhalinin ondan istifadə etmək arzusundan və razılığından ibarətdir.



2. Pulun dəyər ölçüsü funksiyası

Pulun bu funksiyası əmtəələrin dəyərinin ölçülməsi üçün istifadə edilir.

Dəyər ölçüsü – əmtəələrin və xidmətlərin dəyərinin ölçülməsi və müqayisə olunması üçün istifadə edilən pul vahididir. ABŞ-da dəyər ölçüsü dollar, İngiltərə-də funt-sterlinq, Azərbaycanda isə manatdır.

Pul dəyər ölçüsü kimi eynicinslidir, bu da aparılan əməliyyatların hesablanması üçün çox vacib şərtdir. İnsanlar müxtəlif əmtəələrin qiymətlərini manatla və ya dollarla ifadə edərək onları asanlıqla müqayisə edə bilərlər.

Əgər hər hansı bir iqtisadi sistemin dəyər ölçüsü yoxdursa, onda bu halda biz onların qiymətini manatla və ya dollarla ifadə etmək əvəzinə, gərək bütün əmtəə və xidmətlərin mübadilə proporsiyalarını hesablayaq. Məsələn: hər hansı bir iqtisadi sistemdə 5000 müxtəlif əmtəə və xidmət növü varsa, onda gərək bütün mümkün əmtəə və xidmətlərin uyğunlaşdırılması üçün 12497500 sayda mübadilə növündən istifadə edilsin.

Pul islahatları və dəyər ölçüsü

İstənilən ölkənin hökuməti əvvəl qoyduğu qiymətlər miqdarını dəyişə bilər. Belə dəyişilmə pul islahatı adlanır. Pul islahatı – bir dəyər ölçüsündən digərinə keçiddir və bu keçid ümumi pul məbləğinin azaldılması ilə müşayiət olunur.

Hiper (ifrat) inflyasiya olan ölkələrdə pul islahatı milli valyutaya olan inamı artırır, çünki hökumət pul islahatı keçirərkən əhalini inflyasiya proqramını dayan-dıracağı haqda xəbərdar edir. Hiper inflyasiyada pul qiymətdən o qədər düşür ki, artıq öz funksiyasını yerinə yetirə bilmir və barter mexanizmindən istifadə olunur.

3. Pul yığım vasitəsi kimi

Yığım vasitəsi - əmtəələrin satışı və xidmətlərin göstərilməsindən sonra əldə olunan elə aktivə deyilir ki, gələcəkdə öz nominal alıcılıq qabiliyyətini saxlaya bilsin.

Pulun üçüncü funksiyası – yığım vasitəsi kimi çıxış edə bilməsidir. Əlbəttə, istənilən aktiv yığım vasitəsi kimi çıxış edə bilər. İnsanlar öz var-dövlətlərini qiymətli daşlar, incəsənət əsərləri, evlər, aksiya və öhdəliklər şəklində saxlaya bilərlər. Ancaq pul bu funksiyanı yerinə yetirmək üçün daha uyğundur, çünki ona likvidlik xüsusiyyəti xasdır.

Likvidlik – aktivlərin ödəniş forması kimi çıxış edə və öz nominal dəyərini saxlaya bilməsidir.

Pul bu xüsusiyyətlərə malikdir. O tədavül vasitəsi kimi çıxış edə bilir və dəyər ölçüsü funksiyası olduğuna görə qiymət miqyası səviyyəsində öz nominal dəyərini itirmir. Digər aktivlərdə bu xüsusiyyət az və ya çox miqdarda var, ancaq pulda olduğu kimi onlar tam likvidliyə malik deyillər. Məsələn: hökumətin qısamüddətli qiymətli kağızları və veksellər adətən yüksək likvidli sayılırlar. Çünki bu kağız-ların bazar qiymətləri, demək olar ki, günbəgün heç dəyişmir və istənilən an maliy-yə fondlarında satıla bilərlər. Bu zaman sövdələşmə xərcləri çox az miqdarda olacaq.

Aksiya və uzunmüddətli öhdəliklər (müxtəlif özəl firmalar tərəfindən buraxı-lan) hökumət kağızlarına nisbətən daha az likvidliyə malikdir. Bu aktivlərin qiy-məti müəyyən vaxt ərzində tez-tez dəyişir və onların satılması və alınması zamanı çıxan xərclər çox olur. Bu aktivlər orta səviyyəli likvidliyə malikdirlər.

Mülk (ev, ferma, mağaza və s.) çox az likvidliyə malikdirlər. Onların qiyməti çox dəyişkəndir. Evə və ya torpaq sahəsinə alıcı tapmaq bir neçə ay vaxt tələb edə bilər və bu əməliyyatlar üçün alınan xərclər ( maklerlərə verilən pul, reklam, hüqu-qi rəsmiləşdirmə) çox böyükdür.

Pulun likvidlik xüsusiyyəti onu qısa müddətə saxlamaq üçün ideal yığım vasitəsi edir. Ancaq pulun nöqsanı odur ki, sahibi az likvidli aktivlər saxlamaq əvə-zinə pulu saxlamağa üstünlük verərsə, onda o az likvidli aktivlərin gətirdiyi gəlir-lərdən əl çəkməlidir. Düzdür, elə bank hesabları var ki, pulu ora qoyduqda gəlir götürmək mümkün olur. Ancaq bu gəlir korporasiyanın obliqasiyalarından gələn gəlirdən, aksiyalara verilən dividentlərdən və ya firma və mağazaların əldə etdikləri gəlirlərdən çox aşağıdır.

İnflyasiya dövründə pul, yığım vasitəsi kimi öz cəlbediciliyini itirir. Əgər gün-dəlik dollara, pesoya və ya manata daha az əmtəə almaq mümkün olarsa, insanlar pulu daha az müddətə saxlamaq istəyəcəklər. Məlumdur ki, hiperinflyasiya döv-ründə işçilər əmək haqqını aylıq yox, gündəlik tələb edirlər ki, pullarını sabahkı gün qiymətlər qalxana qədər xərcləyə bilsinlər.

O ölkədə ki hiperinflyasiya hökm sürür, orada yerli valyuta yığım vasitəsi kimi istifadə olunmur. İnsanlar yerli valyutanı qazandıqdan sonra onu dollara və ya hər hansı bir digər valyutaya dəyişirlər. Bundan sonra onlara müəyyən əmtəə və ya xidmət növü lazım olduqda, dolları öz yerli valyutalarına çevirirlər.



4. Pulun tədiyə vasitəsi funksiyası

Əmtəə istehsalının və tədavülünün inkişafı ilə əlaqədar olaraq əmtəələrin kre-ditə satılması zərurəti yarandı. Pulun tədiyə funksiyası rolunu – əmtəələrin kreditə satılması təşkil edir.

Əmtəələr kreditə satılarkən pul əmtəə tədavülündə fəaliyyət göstərir. Lakin pul tədiyə vasitəsi kimi əmtəə tədavülündən kənarda –əmək haqları və maliyyə öhdə-likləri verilən zaman fəaliyyət göstərir.

Pulun tədiyə vasitəsi funksiyasından kredit pullar – veksellər, banknotlar, çek-lər törəyir. Kağız pullar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir.

I – Kağız pullar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər.

II – Kağız pulları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir.



Pul kütləsinin həcminin hesablanması.

Pul aqreqatı

İqtisadi sistemdə dövr edən pulun kəmiyyətinin hesablanması real məhsul istehsalının həcminə, qiymətlərin səviyyəsinə, məşğulluğa və başqa iqtisadi dəyi-şənlərə təsir göstərə bilər. Ancaq bu məsələ o qədər də asan deyil. Məsələ ondadır ki, müasir iqtisadiyyatda müxtəlif aktivlər müəyyən dərəcədə pulun bütün funksi-yalarını yerinə yetirə bilirlər. Ona görə də biz pul və digər aktivlər arasında sərhəd çəkə bilmərik. Bu bölmədə biz pul aqreqatlarını nəzərdən keçirəcəyik.

Pul aqreqatı – pulun alternativi kimi çıxış edən istənilən spesifik aktivlər qru-puna deyilir.

Pul aqreqatı dar şəkildə - pul tədavül vasitəsi kimi

ABŞ-ın timsalında iqtisadiyyatda müxtəlif pul aqreqatlarının payına baxaq.

1999-cu il üçün ABŞ-da M1 və M2 parametrlərinə baxaq. (milyard dollar)

Nağd pullar 232

Transaksion əmanətlər 563

Tələb olunana qədər qoyulan əmanətlər 277

Digər çek depozitləri 285

Ümumi M 795

Pul bazarının ümumi fondları 318

Pul bazarının depozit hesabları 485

Əmanət kassaları 410

Təcili əmanətlər 1143

Birgünlük borcgötürmə haqqında razılaşmalar 64

Avroyla və s.-lə ifadə olunmuş birgünlük istiqrazlar 17

Ümumi M 3232

Nağd pul – kağız və metal pullar

Transaksion əmanətlər – depozitlər çek və ya elektron pul köçürmənin köməyi ilə keçirilən əməliyyatlar nəticəsində bir hesabdan başqa bir hesaba keçirilən ödənişlər.

M1 parametri – nağd pul və transaksion əmanətlər daxildir.

Tələb olunana qədər qoyulan əmanətlər – faizlə gəlir gətirməyən əmanətlər. Sahibləri yalnız çek və elektron köçürmələrdən istifadə edə bilər.



Digər çek depozitləri – faizlə gəlir gətirən əmanətlər

Transaksional əmanətlər həm kommersiya bankları, həm də əmanət saxlayan institutlar tərəfindən qəbul olunur. Birlikdə onlar depozit institutları adlanır.



Daha geniş pul aqreqatı pul yığım vasitəsi kimi

Bu pul aqreqatı pulun likvidlik xüsusiyyətinə əsaslanır. Bu aqreqat növünə bir neçə aktiv daxil edilib. Bu aktivlərin nominal dəyəri var və ödəniş üçün nağd pul və ya transaksional depozitlərə çevrilə bilər. Ancaq bir çox hallarda bu aktivlər bir şəxsin balansından digərinə köçürülə bilməz (elektron köçürmə və ya çek vasitəsilə).

Bu aqreqata aşağıdakılar daxildir:

Pul bazarının ümumi fondları: Müstəqil maliyyə vasitəçiləri əhaliyə firmanın aksiyalarını satırlar və əldə edilən gəlirə qiymətli kağızlar alırlar. Bu kağızlardan gələn gəlir, demək olar ki, bütövlükdə aksiya sahiblərinə keçir. Alınan kağızların qiyməti həmişə sabit olduğuna görə firma qarantiya verə bilər ki, bir payın qiyməti həmişə sabit olacaq (=1$). Bu fondlar öz auksionerlərinə çekdən və elektron köçürmələrdən istifadə etməyə imkan verir. Ancaq təcrübədə bu fondlardan transaksional depozitlərə nisbətən daha az istifadə olunur.

Pul bazarının depozit hesabları: depozit institutlarında qoyulan xüsusi əma-nətlər.

Əmanət kassaları: Depozit institutlarında gəlir gətirən əmanətlər. Buradan əmanət cəriməsiz olaraq istənilən an sahibi tərəfindən götürülə bilər. Ancaq bu əmanətlər sahiblərinə çekdən istifadə etməyə imkan vermir. Son illərdə yaradılan bank avtomatları bu depozit vəsaitlərinə olan girişin yolunu xeyli asanlaşdırıb. Bu da onların likvidliyini xeyli artırıb.

Təcili əmanətlər: Depozit institutlarında gəlir gətirən əmanətlər. Ancaq bura-dan vəsaitləri cəriməsiz yalnız əvvəlcədən müəyyən olunmuş vaxt qurtardıqdan sonra götürmək olar. Əslində cərimələr çox da elə böyük deyil və bu da təcili əmanətlərin likvidliyini artırır.

Birgünlük borcgötürmə haqqında razılaşmalar: Qısamüddətli likvidli aktiv-lər. Hüquqi və ya fiziki şəxslər qiymətli kağızları maliyyə müəssisələrindən o şərtlə alırlar ki, sonrakı gün onu əvvəlcədən razılaşdırılmış qiymətə yenidən firmaya satsınlar. Alış və satış qiymətlərindəki fərq pul kütləsini istifadə etməyə görə verilən faiz ödənişilə ekvivalentdir. Bu aktivlər, adətən firmalar tərəfindən istifadə olunur.

Avroyla və s.-lə ifadə olunmuş birgünlük istiqrazlar: ABŞ-dan kənarda yerlə-şən depozit institutlarının dollar fondlarında keçirilən əməliyyatlar üçün istifadə olunur. Dövlətlərarası biznesdə istifadə olunur.

Nağd və transaksion depozitlərlə bir yerdə bu aktivlər M2 parametrini təşkil edir. Cədvəldən göründüyü kimi, M2 parametri M1 parametrindən həcmə görə 4 dəfə böyükdür.

Bu aktivlərdən başqa, daha az likvidli aktivlər var. Məs: depozit sertifikatları – böyük həcmli əmanət sertifikatlarına deyilir. Bu sertifikatların bir dənəsi 10000 $ və daha yüksək qiymətə satılır. Əsas alıcıları isə iri firma və kooperasiyalardır.

Birgünlük razılaşmalardan, avro və dollarda ifadə olunmuş istiqrazlardan başqa təcili razılıqlar və istiqrazlar var. Onların istifadə olunma müddəti bir neçə ay olur.

M2 parametri, depozit sertifikatları, təcili razılaşmalar və istiqrazlar, müxtəlif institutlara aid olan pul bazarlarının fondları M3 aqreqatını təşkil edir.

Bu pul aqreqatlarından hansı daha yaxşıdır?

Əgər aktivlərin ölçülməsi sabit həcm kimi götürülərsə, onda M1 parametrini götürmək olar. M1 parametrinin pulun ənənəvi təyini ilə oxşarlığı onu uzun illər boyu əsas pul aqreqatı edir.

1980-ci ildə aparılan siyasi və iqtisadi müxtəlifliklər M2 üçün digər elementlərdən asılılığın çoxalmasına, M1 üçün isə azalmasına gətirib çıxartdı.

Tədavülə daxil olan pulun miqdarının müəyyən bir həddi olmalıdır. Bu miqdar qiymət səviyyəsinin pul kütləsindən asılılıq formulu ilə müəyyən olunur.

11.1.2. kredit və kredit sisteminin xüsusiyyətləri

– qaytarılmaq və faiz ödənilmək şərti ilə pul və ya əmtəə formasında verilən borca deyilir. Kredit iqtisadiyyatda spesifik rol oynayır; o nəinki istehsalın fasiləsiz hərəkətini təmin edir, həmçinin onu daha da sürətləndirir. Kredit tədavül xərclərinin azalmasına kömək edir.

Kreditin aşağıdakı funksiyaları var:

A) Pul vəsaitlərinin mərkəzləşməsi və təmərküzləşməsinin sürətlənməsi;

B) Pul vəsaitlərinin yenidən bölgüsü;

C) Kredit alətlərinin və əməliyyatlarının yaradılması;

D) Məcmu pul dövriyyəsinin həcminə nəzarət olunması.

Kreditin əsas prinsipləri:

- Təcililik;

- Əvəzlilik;

- Qaytarılma.

Müasir dövrdə kreditin aşağıdakı formaları var:

Dövlət krediti zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir;

Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında ve-rilən kreditdir;

Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təchizatçılar tərəfin-dən alıcılara verilən kredit növüdür;

İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir;

İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir;

Kommunal krediti – kommunal təsərrüfatın və mənzil tikintisinin ehtiyacları üçün verilən kreditdir.

Kənd təsərrüfatı krediti – kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.

Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.

Kredit siyasəti müəyyən iqtisadi və siyasi məqsədlərə çatmaq üçün Mərkəzi Bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər sistemidir. Onun əsas məqsədi kreditin və pul tədavülünün vəziyyətinə təsir etməklə təsərrüfat konyunkturasını tənzimləməkdir.

Biz gördük ki, pul-kredit siyasətində banklar əsas yerlərdən birini tutur. Müasir bankların əcdadları olan ilk banklar Florensiya və Venesiyada (1587-ci ildə) yara-nıb. Onların əsas iş prinsipləri müxtəlif ölkə və şəhərlərin valyutalarını dəyiş-dirmək olub. Sonradan bu prinsip əsasında Amsterdam (1609) və Hamburqda (1618) daha da inkişaf etmiş banklar yaranıb. Və bu banklar da müasir bankların əsasını qoyub.



11.1.3. Bank sistemi və onun xüsusiyyətləri

– pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditor-lardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Banklarla yanaşı, bazar sistemində pulun yerdəyişməsində brokerlər, di-lerlər, investisiya fondları, sığorta şirkətləri və s. iştirak edir. Ancaq banklarla onla-rın 2 əsas fərqli cəhətləri var.

Banklar üçün borc öhdəliklərinin ikili mübadiləsi xarakterikdir. Banklar öz borc öhdəliklərini (depozitləri, əmanət sertifikatlarını və s.) yayırlar, bunun əsasın-da gələn gəlirləri digərlərinin buraxdıqları qiymətli kağız və borc öhdəliklərinə qoyurlar. Bununla da onlar maliyyə bazarında öz borc öhdəliklərini buraxmayan broker və dilerlərdən fərqlənirlər.

Banklar hüquqi və fiziki şəxslər qarşısında öz üzərlərinə fiksasiya olunmuş borc üzrə şərtsiz öhdəliklər götürürlər. İnvestisiya fondları və sığorta şirkətləri öz vəsaitlərini aksiyalarını satmaqla qazanırlar. Banklar üçün fiksasiya olunmuş borc-lar çox risklidir, bazar konyunkturasından asılı olmayaraq, banklar pulu vaxtında ödəməlidirlər. İnvestisiya fondları isə aktiv və passivlərin qiymətinin dəyişilməsi ilə əlaqədar olan bütün riski öz auksionerləri ilə bölüşdürür.

Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir.

Bank sistemi 3 əsas qrupdan ibarətdir:

- Mərkəzi Bank;

- Kommersiya bankları;

- İxtisaslaşmış maliyyə-kredit institutları.

Mərkəzi Bank bank sisteminin əsasını təşkil edir. O, makroiqtisadi tənzim-lənmənin ən əsas alətlərindən biridir. Mərkəzi Banka olan tələb feodalizmdən kapi-talizmə keçidin ərəfəsində, əmtəə-pul münasibətləri yaranmağa başladığı zaman yaranıb. İlk Mərkəzi Bank olan «İsveç Risbank» 1668-ci ildə yaranıb. XX əsrdə Mərkəzi Bankların rolu artıq çox böyümüşdü və 1920-ci ildə Brüsseldə keçirilən Ümumdünya Maliyyə konfransında qərara aldılar ki, hər bir ölkənin Mərkəzi Bankı olmalıdır.

Mərkəzi bank özündə həm adi kommersiya bankının xarakterlərini, həm də dövlət hakimiyyətinin xüsusiyyətlərini daşıyır. Mərkəzi Bank emissiya (dövriyyəyə nağd pullar buraxmaq), dövlətin valyuta-qızıl ehtiyatlarının toplanıb-saxlanılması, kommersiya banklarının kreditləşməsi, kredit institutlarının fəaliyyətinə nəzarət göstərməklə məşğul olur.

Mərkəzi Bankların dövlətdən asılılıq dərəcəsi müxtəlifdir – maksimal dərəcədə müstəqil olan Almaniya Federal Bankından, dövlətdən tamamilə asılı olan Fransa Bankınadək.

Kommersiya banklarının Mərkəzi Bankdan əsas fərqi ondadır ki, onların əsas məqsədləri gəlir əldə etməkdir. Kommersiya banklarının əməliyyatlarını 3 əsas qrupa bölmək olar:

Passiv – vəsaitlərin cəlb olunması;

Aktiv – kredit verilməsi və vəsaitlərin yerləşdirilməsi;

Kommersiya vasitəçilik əməliyyatları.

Bank sisteminin III elementi, müəyyən təsərrüfat sahələrinin kreditləşməsi ilə məşğul olan ixtisaslaşmış maliyyə-kredit institutlarıdır. Onlara investisiya bankları, əmanət idarələri, təqaüd fondları, sığorta və investisiya şirkətləri daxildir.


Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   53   54   55   56   57   58   59   60   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish