Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Download 15,48 Kb.
Sana03.05.2023
Hajmi15,48 Kb.
#934246
Bog'liq
is 10


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec

SƏRBƏST İŞ № . 10
İxtisas : Mühasibat uçotu
Fənn :Mühasibat uçotu
Kurs : 2
Qrup : 280
Mövzu: Mühasibat uçotunun metedoloji əsasları
Tələbə : Bayramov Yusif
Müəllim : Dadaşova Esmira




Bakı – 2023.
Mühasibat uçоtu – təsərrüfat subyеktlərinin bütün maliyyə-təsərrüfat fəaliyyətinin pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat yazılışlarında ikili yazılış üsulu ilə qaydaya salınması sistеmini özündə əks еtdirir. Mühasibat uçotu-müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri haqqında məlumatların natural göstəricilər əsasında, pul şəklində toplanmasının qeydiyyatının və ümumləşdirilməsinin nizamlanmış sistemidir. Mühasibat uçotunun əsas prinsipləri aşağıdakılardır:

* mühasibat uçotunun fasiləsizliyi - müəssisənin yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunmasıdır;

* mühasibat uçotu hesablarının tətbiqi - əmlak və öhdəliyin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatları, gəlir və xərc, mənfəət və zərər kimi bütün göstəricilərin mühasibat hesablarında ikili yazılış üsulu ilə düzgün əks etdirilməsidir;

*təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı - müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçotu siyasətində kommersiya sirri kimi qorunub saxlanmasıdır;

*təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı - müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman mənfəət və zərərin uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin - ehtiyatlılığın təmin edilməsidir;

Ümumi halda maliyyə uçotu müəssisə fəaliyyətinə nəzarət və verginin hesablanması üçün dövlətə lazımdır, həmçinin investorlar üçün vahid informasiya sahəsinin yaradılması üçün lazımdır. Buna görə hər hansı dövlət maliyyə uçotunun metodologiyasını qaydaya salır və hesabatın hazırlanmasına nəzarət edir.

Mühasibat uçotunun metodoloji əsaslarını bu sahəni tənzimləyən normativ sənədlər təşkil edir. Mühasibat uçotunun metodoloji əsaslarını əks etdirən normativ sənədləri iki hissəyə ayırmaq olar:

I - mühasibat uçotunun metodoloji əsaslarını təyin edən və bu sahəni tənzimləyən əsas sənəd olan "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunu.


II-"Mühasibat uçotu haqqında" qanunu daha da konkretləşdirən Mühasibat uçotunun milli, beynəlxalq, büdcə təkilatları üzrə və qeyri-hökumət təşkilatları üzrə standartları və digər normativ aktları. Sənədlərdə bu normativ aktların metodologiyasına əməl olunması məcburi xarakter daşıyır. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunu mühasibat uçotunun metodoloji əsaslarını ümumi olaraq müəyyən edir, mühasibat uçotu standartları digər normativ aktlar isə mühasibat uçotunun ayrı-ayrı konkret sahələri üzrə metodoloji əsasları təyin edir.


Mühasibat uçotunun metodiki əsaslarını Azərbaycan Respublikasının Maliyya Nazirliyi, Vergilar Nazirliyi, Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər müvafiq orqanlarını tosdiq etdiyi təlimat, qayda və göstərişlər müəyyən edilir ki, onlar da mühasibat uçotunu tənzimləyən normativ aktlardan fərqli olaraq məsləhət xarakteri daşıyır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu. Bakı, 2004
2.Azərbaycanın Milli Mühasibat uçotu standartları. Bakı, 2008
3.Beynəlxalq Maliyyə hesabatı standartları. Bakı, 2003.
4.Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi. Qərar № Q-02 «09» fevral 2012-сi il.
5.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-11 nömrəli 15 aprel 2013-cü il tarixli Qərarı
Download 15,48 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish