İxtisas: Mexanika mühəndisliyi Müəllim: Məmmədova Esmira



Download 28,43 Kb.
bet1/2
Sana21.05.2023
Hajmi28,43 Kb.
#941906
  1   2
Bog'liq
Laboratoriya isi 2. Termodinamika


Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra: Enerji effektivliyi və yaşıl enerji texnologiyaları
Fakültə: Maşınqayırma və Robototexnika
Laboratoriya işi 2.
Qrup: 582A
İxtisas: Mexanika mühəndisliyi
Müəllim: Məmmədova Esmira
Tələbə: Hüseynov Ayxan
Laboratoriya işi № 2
Buxar təzyiqinin temperaturdan asılılığının təyini.
İşin məqsədi.
Mayelərin doymuş buxar təzyiqinin temperaturdan asılılığının təyin olunmasıdır.
Mayelərdə baş verən buxarəmələgəlmə prosesləri haqqında ümumi məlumat.
Mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su normal atmosfer təzyiqində (P=1.01 bar) 100°C-də qaynadığı halda 200°C-də onun doymuş buxar təzyiqi P=15.55 bar –a qədər qalxır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qarışıqlar əlavə etdikdə qaynama dərhal başlayır. Buradan aydın olur ki, doymuş buxar təzyiqinin qaynama temperaturundan asılılığı sənaye və istehsalat üçün, eləcə də elmi araşdırmalarda ən vacib məsələlərdən biridir. Doymuş buxar təzyiqinin temperaturdan asılılığı, daha konkret desək, temperaturun artması ilə doymuş buxar təzyiqinin artması təcrübə qurğularının köməyi ilə analiz oluna bilər. Bu məqsədlə təqdim olunan qurğuda yüksək dəqiqliklə mayelərin doymuş buxar təzyiqinin temperaturdan asılılığı öyrənilə bilər.
Mayelərin doymuş buxar təzyiqinin temperaturdan asılılığının təyin olunması üçün istifadə olunan laboratoriya qurğusu tam avtomatik çalışır. Qurğu əsasən təcrübənin aparılması və alınmış nəticələrin analizi üçün kompüterdən (7), mayenin qızdırılması üçün izolyasiya olunmuş ölçü yuvasından (1), təzyiq (nisbi) və temperatur ölçmə sistemlərindən (3), ehtiyat təzyiq ventilindən (2) və mayenin bu halda axması sistemindən (4), qızdırcı element (5), sistemə tam avtomatik nəzarət etmək üçün elektron sistemdən ibarətdir.
Mayelərin doymuş buxar təzyiqinin temperaturdan asılılığının təyin olunması üçün istifadə laboratoriya qurğusu ilk olaraq doymuş buxar təzyiqi ölçüləcək maye ilə doldurmaq lazımdır. Ölçü yuvasının tam dolması üçün təxminən 1.7 litr maye lazımdır. Daha sonra qurğunu şəbəkəyə qoşmaq, kompüteri və sonra işçi proqramı işə salmaq lazımdır. Bu halda prosesin başlanğıc halı instalizasiya olunur və proqram təcrübəyə hazır vəziyyətinə gəlir (Şəkil 2). Bu zaman ekranda mayenin təcrübədən əvvəlki temperaturu, nisbi təzyiqi (P=0 bar), hər iki parametrin (temperatur və təzyiq) zamandan asılı dəyişməsi, ölçü temperaturlarını daxil etmək üçün şkala, qurğunu idarə etmək üçün “Start”, “Reset” və “Exit” düymələri əks olunur. Eyni zamanda sonra sistemin başlanğıc parametrləri qeyd olunur.

Şəkil 1. Mayelərin doymuş buxar təzyiqinin temperaturdan asılılığının təyin olunması üçün istifadə olunan laboratoriya qurğusu.




Şəkil 2. Sistemin başlanğıc halına gətirilməsi.


Paralel olaraq kompüter bir daha ölçü yuvasının maye ilə doldurulmasını soruşur və əgər ölçü yuvası həqiqətən doymuş buxar təzyiqinin temperaturdan asılılığının təyin olunacaq maye ilə doldurulubsa “OK” düyməsi basılır. Qurğu ilk olaraq qaynama temperaturuna qədər qızdırılır (Şəkil 3).

Şəkil 3. Qurğu ilk olaraq qaynama temperaturuna qədər qızdırılması.


Eyni zamanda mayenin həcmi artır və artıq maye açıq halda olan ventildən bayıra axıdılır. Qurğu normal atmosfer təzyiqində qaynama temperaturuna çatdıqdan sonra ilk olaraq ventil bağlanır, qaynama temperaturunun stabilləşməsi proses gedir və sistem doymuş buxar təzyiqinin ölçüləcək temperaturlarının şkalada qeyd olunmasını soruşur. Ölçüləcək temperaturlar qeyd olunduqdan sonra bir daha “OK” düyməsi basılır və qurğu ölçməyə başlayır (Şəkil 4).




Şəkil 4. İlk ölçmə temperaturunun yaradılması.


Qurğu ilk ölçmə temperaturuna çatdıqda həmin temperaturun əvvəlcədən müəyyən edilmiş zaman anında stabilləşməsi gedir və stabilləşmədən sonra mayelərin bu temperaturda doymuş buxar təzyiqi ilk ölçmə nöqtəsi kimi avtomatik qeyd olunur və mayenin doymuş buxar təzyiqinin temperaturdan asılılığı qurulmağa başlayır (Şəkil 5).



Şəkil 5. İlk təcrübə temperaturunun ölçülməsi.


Daha sonra avtomatik olaraq növbəti temperaturun alınması üçün qurğu yenidən qızdırılmağa başlayır (Şəkil 6).





Şəkil 6. Növbəti temperaturun alınması üçün qurğunun qızdırılması.


Bu hal ilə əvvəlcədən qeyd olunmuş bütün temperaturlar növbə ilə yaradılır və mayenin doymuş buxar təzyiqinin temperaturdan asılılığı həm xüsusi faylda qeyd olunur, həm də qrafik olaraq ekranda göstərilir (Şəkil 7, 8).





Şəkil 7. Növbəti temperaturun alınması üçün qurğunun qızdırılması.




Şəkil 8. Son temperaturun alınması üçün qurğunun qızdırılması və təcrübənin başa çatması.


Təcrübə başa çatdıqdan sonra “Exit” düyməsini basmaqla təcrübə proqramını bağlamaq lazımdır. Sonda sistemi şəbəkədən açar vasitəsi ilə ayırmaq lazımdır.



Download 28,43 Kb.

Do'stlaringiz bilan baham:
  1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish