Resources:
Fromm, E. (1999). Erdem ve Mutluluk (5.Baskı b.). (A. Yörükhan, Çev.) İstanbul: İşbankası Yayınları.
Oskay, Ü. (2010). "Yıkanmak İstemeyen Çocuklar" Olalım (7.Bakı b.). İstanbul: Yapı Kredi Yayınları.
Huxley, A. (1999). Cesur Yeni Dünya. (Ü. Tosun, Çev.) İstanbul: İthaki Yayınları.
Freud, S. (1985). Uygarlık Din ve Toplum. (S. Budak, Çev.) Ankara: Öteki Yayınları.
Canetti, E. (2006). Kitle İktidar. (G. Aygen, Çev.) İstanbul: Ayrıntı Yayınları.
Genç, N. (2005). Köpekleşmenin Tarihi (1.Baskı b.). İstanbul: Cadde Yayınları.
Demirkan, T. (1996). Dünya Hayvan Masalları. (T. Demirkan, Çev.) İstanbul: Yapı Kredi Yayınları.
Vildan Əsgərova
AMEA Folklor İnstitutu
PROF. VALEH HACILAR GÜRCÜSTAN TÜRKLƏRİNİN XALQ
ƏDƏBİYYATININ TƏDQİQATÇISI KİMİ
Проф. Валех Гаджилар как исследователь народной литературы
Грузинских тюрков
Свою научную деятельность профессор Валех Гаджилар (Гаджиев) посвятил изучению народной литературы Грузинских тюрков. Как кандидатская, так и докторская диссертация профессора была посвящена именно этой тематике. (1985 год –канд., 1993-- доктор филологических наук). Его работы в этой области были высоко оценены президентом Грузии и он был награжден в 1998 году орденом Славы.
В докладе рассматривается его деятельность в двух направлениях
1) Валех Гаджилар – исследователь фольклора Грузинских тюрков
2) Валех Гаджилар – собиратель и составитель фольклора Грузинских тюрков
Prof. Valeh Hajilar as researcher of national literature of the
Georgian Turkic peoples
The professor Valeh Hajilar (Hajiyev) devoted the scientific activity to studying of national literature of the Georgian Turkic peoples. Both candidate, and the doctoral dissertation of the professor was devoted to this subject (1985 – the candidate, 1993-Doctor of Philology). Its works in this area were highly appreciated by the president of Georgia and it was awarded the order in 1998.
In the report its activity in two directions are considered:
1) Valeh Hajilar – the researcher of folklore of the Georgian Turkic peoples
2) Valeh Hajilar – the collector and the originator of folklore of the Georgian Turkic peoples
Bəllidir ki, çağdaş Azərbaycan folklorşünaslığının qarşısında duran mühüm vəzifə Azərbaycan folklorunun toplanması, tədqiqi və araşdırılmasıdır. Azərbaycan sərhədləri daxilində folkloru toplayıb tədqiq etmək nə qədər asan və əlverişlidirsə, xarici ölkələrdə yaşayan azərbaycanlıların şifahi xalq ədəbiyyatını toplamaq və öyrənmək ikiqat əziyyət və fədakarlıq tələb edən bir işdir. Başkeçid, Qarayazı, Qaraçöp və Ağbulaq məskənləri ilə tanınan Borçalı mahalı da əsaslı şəkildə öyrənilməyən, şifahi xalq ədəbiyyatı ilə zəngin, mənəvi mədəniyyət baxımından toxunulmayan, “bakirə” ərazilərdən olmuşdur. Prof. İ.Abbaslının qeyd etdiyi kimi, “...bölgənin xalq ədəbiyyatı incilərinin yazıya alınması, toplanması işləri əsasən iki istiqamətdə aparılmışdır. Bir tərəfdən folklorçu mütəxəssislər seyrək də olsa bu bölgəyə ekspedisiya səfərləri keçirib toplama işi ilə məşğul olmuş, özgə yandan isə yerli ziyalılar, el ədəbiyyatı pərəstişkarları birincilərdən fərqlənməyən fədakarlıq nümunəsi göstərmişlər” (1, 3). Belə fədakarlığı boynuna götürən və öhdəsindən layiqincə gələn zəhmətkeş alimlərimizin sırasında xatirəsinə yığışdığımız professor Valeh Hacıların özünəməxsus yeri var.
Valeh Əlipaşa oğlu Hacılar (Hacıyev) 1951-ci il aprel ayının 15-də Borçalının Darvaz kəndində anadan olmuşdur. İmirhəsən məktəbində ilk-ibtidai, Darvaz məktəbində orta, M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968-1973). Elmi və bədii yaradıcılığı ilə tələbəlik illərindən diqqəti çəkən Valeh Hacıların ilk çap olunmuş əsərləri də məhz 60-cı illərin sonu, 70-ci illərin əvvəllərinə təsadüf edir. Azərbaycanda və ondan kənarlarda neçə-neçə elmi konfransın iştirakçısı olmuş, ədəbi əlaqələr və bədii tərcümə sahəsində ümidverici bir gənc mütəxəssis kimi 1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət Pedaqoji İnstitutuna işə göndərilmişdir. Bu məsələdə Valeh Hacılara Rəsul Rza, İmran Qasımov, Qriqori Abaşidze, Revaz Margiani və Gürcüstan SSR-nin Ali Təhsil naziri, akademik Georgi Çibladzenin qayğı və dəstək olmuşlar.
1973-cü ilin sentyabrından A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda elmi əməkdaş, daha sonra Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi kimi fəaliyyətə başlayan V.Hacılar istər ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, istər Borçalı-Qarayazı və Mesxet-Cavaxetin türkdilli folklor örnəklərinin toplanması, tədqiqi və nəşri, istərsə də Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanması, gürcü dilinə tərcüməsi və nəşri məsələlərinin tədqiqi sahəsində olduqca geniş və məhsuldar işlər görmüş, folklorşünaslığımıza əvəzolunmaz töhfələr bəxş etmişdir. Eyni zamanda o, gürcü xalq poeziyasından və gürcü klassik şeirindən Azərbaycan türkcəsinə çoxsaylı əsərlər çevirmiş, çap etdirmiş, Azərbaycanca-gürcücə ikidilli lüğətlərin və danışıq kitabçalarının ilk müəllifi kimi tanınmışdır.
Valeh Hacılar 1984-cü ildə professor Pənah Xəlilovun rəhbərliyi ilə «Azərbaycan dilində şeir qoşan gürcü aşıqları» mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq Azərbaycan SSR Elmlər Akademiyasını Nizami adına Ədəbiyyat İnstitutunda müdafiə etmiş, 1985-ci ildə çalışdığı kafedranın dosenti seçilmişdir. 1989-cu ilin may ayında Tbilisi Dövlət Pedaqoji Universitetinin Böyük Elmi Şurasında Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmiş və 16 il həmin kafedraya rəhbərlik etmişdir. Onu da qeyd edək ki, 65 illik kafedranın tarixində V.Hacılar bu vəzifəyə seçilmiş ilk Azərbaycan türkü olmuşdur.
1993-cü ilin fevral ayında Valeh Hacılar «Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)» mövzusundakı doktorluq dissertasiyasını Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda uğurla müdafiə etmiş, elə həmin ildə müdiri olduğu kafedranın professoru seçilmişdir. O, 2000-ci ilin mayında Gürcüstan Ədəbiyyatşünaslıq Elmləri Akademiyasının gizli səsvermə yolu ilə seçimlərində şərqşünaslıq üzrə akademiyanın həqiqi üzvü seçilmişdir.
Valeh Hacılar, eyni zamanda, Gürcüstanda, Azərbaycanda və Türkiyədə tanınan fəal ictimai xadimdir. O, Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin ilk sədri, Tiflisdə UNESCO xətti ilə nəşr olunan «Milli folklor», «Türkiyə araşdırmaları» elmi jurnallarının redaksiya heyətinin üzvü və Gürcüstan təmsilçisi olmuşdur. 2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Gürcüstan nümayəndə heyətinin rəhbəri kimi Respublika Sarayında çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və Əlaqələndirmə Şurasının idarə heyətinin üzvü seçilmişdir.
Prof. Valeh Hacıların həyatı və çoxşaxəli fəaliyyəti Türkiyə alimlərinin də diqqət mərkəzində olmuş, Atatürk Universitetində Səmra Alyılmaz tərəfindən bu mövzuda doktorluq dissertasiyası yazılıb müdafiə olunmuş və «Borçalı bilim adamı, eyitimçi, şair Valeh Hacılar» adlı irihəcmli monoqrafiya nəşr olunmuşdur (Ankara, 2003).
Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli-elmi-pedaqoji fəaliyyətinə görə V.Hacılar 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən «Ləyaqət» ordeni ilə təltif edilmişdir.
Prof. Valeh Hacılar elmi fəaliyyətini Gürcüstan türklərinin xalq ədəbiyyatı ənənələrinin araşdırılmasına həsr etmişdir. Valeh Hacıların Gürcüstan türklərinin folklorunun toplanması sahəsindəki xidmətləri əvəzsizdir.
Valeh Hacıların Gürcüstan türklərinin xalq ədəbiyyatının tədqiqatçısı kimi elmi fəaliyyətini iki istiqamətdə araşdırmaq mümkündür:
-
Prof. Valeh Hacılar Gürcüstan türklərinin folklorunun toplayıcısı kimi
-
Prof. Valeh Hacılar Gürcüstan türklərinin folklorunun tədqiqatçısı kimi.
Do'stlaringiz bilan baham: |