Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Dövlət Universiteti
QAFQAZDA TƏHSİL İSLAHATLARI VƏ NAXÇIVANDA MAARİFÇİLİK HƏRƏKATI ( XIX əsrin sonları, XX əsrin əvvəlləri )
Educational reforms in Caucasus and educational movement in Nakhchivan
(end of the XIX century, beginning of the XX century)
In the 60’s of the XIX century political-economical reforms by the progressive forces intended renovation in the educational and cultural fields in Russia. During these reforms the government was obliged to compromise to the demands of the society in the education field, and to make changes in the school education system.
This point showed itself in the Caucasus, too. Caucasus Educational Circle was restored again. The changes in the structural-content of the state schools, new schools were intended. In the 70-80’s of the XIX century enlightenment became a great movement in Azerbaijan. To educate the people by the means of school, press, theatre, different societies; the call of joining to European civilization were the fighting aim of the patriot forces. Provincial and district centers (Shusha, Shamakhi, Baku, Ganja, Nakhchivan) developed and became cultural centers.
Nakhchivan cultural environment enriched all-Azerbaijani educationalist movement with new indications and qualities. Important steps were done in the formation of national schools giving worldly education. “Tarbiya” (“Education”) school opened by M.T. Sidgi (1894) was a unique event in the new school movement. On the base of this school Nakhchivan Russian-Azerbaijani school was established (1896).
Great democrat Jalil Mammadguluzadeh was known as one of the founders of girls’ education in Azerbaijan by drawing 8 girls to a state school while working as a teacher in a village. Later Azerbaijan girls’ school was founded in Nakhchivan.
Nakhchivan environment trained tens of enlightener-teachers and great personalities such as Mahammadagha Shahtakhtli, Mahammad Taghi Sidgi, Jalil Mammadguluzadeh, Eynalybay Sultanov.
To teach mother tongue, the teaching process in the mother tongue, forming a great web of elementary knowledge, preparation of teacher specialists, and struggle in the realization of woman educating problems got a wide range among Caucasian intellectuals. The education and cultural relations with Russians, Georgians and other nations were widened. Teachers like Constantin Nikitin, Alimammad Khalilov, Georgi Uturgauri worked together at state schools, organize educational events (theatre, anniversary), work jointly in the social works of the city (in the preparation of methodological journal).
Educational movement in Nakhchivan had many-branched and great importance by being aimed towards integration to Russian and Western European education, and grew up intellectuals showing real example of self-sacrifice in the way of national awakning.
XIX əsrin 60-cı illərində Rusiyada mütərəqqi qüvvələrin təsiri ilə aparılan siyasi-iqtisadi islahatlar təhsil və mədəniyyət sahəsində də yeniləşmələr nəzərdə tuturdu. İmperiyanın mühafizəsi mənafelərinə istiqamətlənmiş bu islahatlar zamanı hökumət ictimaiyyətin maarif sahəsindəki tələblərinə güzəştə getməyə, məktəb təhsilinin qeyri-mükəmməl sistemində dəyişikliklər etməyə məcbur qaldı. İslahatlar həm də ona görə zəruri oldu ki, “Mövcud xalq məktəbləri inkişafda olanrus kapitalizminin ehtiyaclarını nə kəmiyyət, nə də ki keyfiyyət cəhətdən təmin etmirdi. Buna görə də XIX əsrin burjua islahatları dövründə xalq məktəblərinin şəbəkəsinin genişləndirlməsi məsələsi qaldırıldı…Tamamilə aydın idi ki, XIX əsrin 60-cı illərinin islahatları Rusiyanın ictimai-iqtisadi inkişafının çox mühüm ehtiyaclarını məhz xalq təhsilinin inkişaf etdirlməsi yolu ilə həll edə bilərdi”(1,11).
Bu cəhət özünü Qafqazda da göstərirdi. Hər şeydən əvvəl Qafqaz Tədris Dairəsi yenidən bərpa edildi. Mövcud dövlət məktəblərinin struktur-məzmununda dəyişikliklərin aparılması, zəruri olan yeni məktəblərin yaradılması nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstanda mədəni-milli tərəqqi uğrunda mübarizə genişlənir, qabaqcıl ziyallılar xalqın maariflənməsində, tərbiyə olunmasında, milli oyanış hərəkatının güclənməsində təhsilə strateji sahə kimi baxırdılar.
XIX əsrin 70-80-ci illərində Azərbaycanda maarifçilik güclü hərəkat səviyyəsinə yük-səldi. Bu dövrdə “maarifçi ideyalar daha sistemli şəkil almış, birinci mərhələdəki qeyri-kütlə-viliyi real, əhatəli, müəyyən dərəcədə proqram səciyyəli tədbirlər və ideyalar əvəz etmişdir. Bu dövrün (XIX əsrin – B.R.) 60-70-ci illəri maarifçiliyin elmi-nəzəri düşüncədən tədricən müstəqil hərəkat səviyyəsinə yüksəlməsi mərhələsidir” (2,191-192). Məktəb, teatr, mətbuat, müxtəlif cəmiyyətlər, ictimai-mədəni təsissatlar vasitəsilə xalqı tərbiyə etmək, milli birliyə, Avropa sivilizasiyasına qovuşmaq çağırışı vətənpərvər qüvəllərin mübarizə amalı idi.
Bu dövrün maarifçiliyi üçün xarakterik cəhət əyalət və qəza mərkəzlərinin (Şuşa, Şamaxı, Bakı, Gəncə, Nuxa) inişaf edərək mədəni mühit mərkəzləri kimi tanınması idi. Ümumazərbaycan naminə intişar tapan ideyaların daşıyıcılarından biri də Naxçıvan mədəni mühiti idi. Bu mühit mərkəzi ölkənin maarifçi hərəkatını yeni əlamət və keyfiyyətlərlə zənginləşdirdi. Dünyavi təhsil verən milli məktəblərin yaradılmasında əhəmiyyətli addımlar atıldı. Məşhur pedaqoq Məhəmməd Tağı Sidqi Ordubadda “Əxtər” (1892), Naxçıvanda “Tərbiyə” (1894), məktəbini açdı. Sonuncu məktəb “Üsuli-cədid” – yeni məktəb hərəkatında ynikal bir hadisə idi.
M.T. Sidqi “Əxtər” və “Tərbiyə” məktəbləri ilə Azərbaycanda “Üsuli-cədid” mütərəqqi pedaqoji cərəyanın yaradıcısı Seyid Əzim Şirvani ənənələrinin ilk və uğurlu davamçısı idi. Dini məktəb və mədrəsələrdən fərqli olaraq burada yeni tədris forma və üsullarından bacarıq-la istifadə edilmişdi. “Tərbiyə” məktəbində dərslər ana dilində keçirilir, rus dili isə müstəqil fənn kimi tədris olunurdu. Tədris planına ümumtəhsil xarakterli fənnlər daxil edilmişdir. Bu isə o, demək idi ki, MəhəmmədTağı Sidqi təlim biliyi kimi dünyavi elmləri öyrətməyi başlıca məqsəd hesab etmişdir. Bu sahədə o, ömrünün sonuna qədər dönməzlik, mübarizlik nümunəsi göstərmişdir. Çünki o yəqin etmişdir ki, millətin cəhalət dərdinin dərmanı elm və maarifdir.
“Tərbiyə” məktəbinə bir təhsil müssisəsi, pedaqoji təsisat kimi müasirlik ruhu, duyğusu verən təkcə o deyildir ki, məktəb maddi təchizat, struktur-quruluş etibarı ilə (sinif-dərs siste-minin tətbiqi, partalarda oturmaq, taxta lövhədən istifadə etmək və s.) dini məktəblərindən fərqlənirdi. Əlbəttə, bu çox vacub olsa da, burada əsas cəhət məktəbin daxili məzmununda yenilik, müasirlik ruhunun daha qabarıq görünməsində idi. Hər şeydən əvvəl savad təlimində sövti (səs) üsulun tətbiqi əlifbanı asan və yaxşı mənimsəyə bilmək bacarıqlarını inkişaf etdirmək baxımından xüsusi əhəmiyyətə malik idi. Ustad pedaqoq görürdü ki, o dövrə qədər milli məktəb kimi daha çox dini təhsil verən tədris müəssisələrində savad təliminin həyata keçirilməsi zamanı istifadə olunan köhnə üsullar nə qədər anti- pedaqoji üsullardır.
“Tərbiyə” məktəbində fiziki cəza tətbiq edilmirdi. Burada şagirdlər üçün məktəb daxili qaydalar (“Ədəb qaydaları”) müəyyənləşdirilmişdi ki, bu da həmin tədris müəssisəsində tər-biyə işlərinin yüksək səviyyədə pedaqojiləşdirildiyini bir daha təsdiq etmiş olur. Məktəbdə şagirdlər bilikləri yaxşı mənimsəyir, dünyavi elmələrin tədrisi metodikasının düzgün qurulduğuna rağmən yüksək təhsil müvəffəqiyyətləri əldə edirdilər. M.T. Sidqinin pedaqoji görüşlərinin mütərəqqi məzmun istiqaməti bir də onunla müəyyən olunur ki, o təlimin tərbiyəvi xarakterini yüksək qiymətləndirir, ayrıca etika dərslərini tədris planına daxil etməklə (III siniflərdə) şagirdlərin əxlaqi saflığı, mənəvi təmizliyinə xüsusi diqqət yetirirdi.
Akademik Hüseyn Əhmədovun göstərdiyi kimi “Sidqinin” Tərbiyə” məktəbinin həyati-liyinin və əhalinin hörmətini qazanmasının nəticəsi idi ki, istər “Tərbiyə”, istərsə də rus-Azərbaycan məktəbləri şagirdlərin çoxluğu cəhətdən Naxçıvanın həm dövlət, həm də ruhani məktəblərindən əsaslı surətdə fərqlənirdi. Burada şagirdlərin sayı 80 ilə 120 arasında olmuşdur (1894-cü ildə 80, 1895-ci ildə 120, 1895-1897 və 1899-cu illərdə 100 nəfər)”(3,456).
“Tərbiyə” məktəbi az müddət ərzində rəsmi dövlət məmurlarının və qabaqcıl ziyalıların diqqətini çəkdi. Cəlil Məmmədquluzadə, S.M.Qənizadə, N.Nərimanov, R.Əfəndiyev, M.T. Şeyxzadə kimi görkəmli Azərbaycan maarifçiləri M.T.Sidqinin Vətən və millət qarşısında xidmətlərini yüksək qiymətləndirir, maarifçi ziyalı, nəzəriyyəçi pedaqoq kimi qədr-qiymətini uca tutmağı, ideallarını yaşatmağı tövsiyyə edirdilər.
M.T.Sidqinin xalq arasında qazandığı böyük nüfuzu dövlət idarəçiliyinin məmurlarını təmin etmirdi.Bu cəhət ona qarşı şübhələrin yaranmasına səbəb oldu ki, bu da böyük pedaqoqu siyasi cəhətdən etibarsızlıqda günahlandırmağa “əsas” verirdi. Çünki əsrə, zamana görə milli təhsil və tərbiyə müəssisəsi təsis etmək, xalqı sivilizasiya məkanına qoşmağa səy göstərmək özü belə kifayət idi ki, məşhur pedaqoqun müstəmləkəçi çar məmurlarının “siyasi cəhətdən etibarsızdır” siyahısında adı yer alsın. Ona görə də“Tərbiyə” məktəbi çox keçmədən -1896-cı ildə rus-Azərbaycan məktəbinə çevrildi və xalq məktəbləri direksiyasının tabeliyinə verildi. M.T.Sidqinin başladığı nəcib, müqəddəs işin müxtəlif bəhanələrlə qarşısı alındı. “Tərbiyə” məktəbi rus-Azərbaycan məktəbinə çevrilərkən Sidqinin müəllimlik şəhadətnaməsi olmadığı bəhanə edilərək o, məktəbin müdiri vəsifəsindən azad edildi.
Lakin bununla belə sonralarda rəsmi idarələrdə, ictimaiyyət arasında rus-Azərbaycan məktəbi yenə də “Tərbiyə” məktəbi yaxud “Sidqinin məktəbi” kimi adlandırılırdı. Bu isə M.T.Sidqiyə, onun əməllərinə və ideallarına dərin hörmətin ifadəsi idi.
XIX əsrin sonlarında ümumən Qafqazda, həmçinin Gürgüstan və Azərbaycanda mütə-rəqqi pedaqoji fikrin təsiri altında qadın təhsili və tərbiyəsi məsələsi kəskin şəkildə qoyulur və onun həyata keçirilməsi məqsədilə müxtəlif yol və vasitələrdən istifadə edilirdi. Böyük demokrat Cəlil Məmmədquluzadə Nehrəm kəndindəki ikisinifli məktəbin müdiri vəzifəsində işləyərkən 8 nəfər azərbaycanlı qızı dövlət məktəbinə cəlb etməklə Azərbaycanda qız təhsilinin əsasını qoyanlardan biri kimi tanındı. C.Məmmədquluzadə 1893-cü il yanvarın 18-də İrəvan məktəblər direksiyasına göndərdiyi raportunda qeyd edirdi ki, ona tapşırılan məktəbə 8 nəfər azərbaycanlı qız daxil olmuşdur. O həmin qızlardan xüsusi bir hazırlıq sinifi təşkil etdiyini, həmin siniflə özü məşğul olduğunu bildirirdi (4).
Böyük maarifçi C.Məmmədquluzadənin bu təşəbbüsü Naxçıvan ictimai-mədəni həya-tında çox mühüm hadisə idi. Dini mövhumat və xurafatın dərin kök saldığı Nehrəm kəndində qızların təhsilə cəlb edilməsi hünər, cəsarət tələb edirdi ki, C.Məmmədquluzadə bu işin öhdəsindən bacarıqla gəlmişdi. Azərbaycanlı qızların təhsili,onları dünyavi baxışlı həyat tərzinə qovuşdurmaq idealı Cəlil Məmmədquluzadənin sonrakı fəaliyətində də əzimkarlıqla davam etdirilmişdir.
Qeyd edək ki, qadın azadlığı, təhsili və tərbiyəsi məsələsi Naxçıvan mədəni mühitində mütərəqqi ziyalıları düşündürən başlıca problemlərdən olmuşdur. Yazıçı-publisist Eynəli bəy Sultanov “Azərbaycan qızı” pyesini yazmış, 1884-cü ildə Naxçıvanda tamaşaya qoymuşdur. Bütün bunlar qabaqcıl Azərbaycan ziyalılarının qadınları ictimai həyata çıxarmaq uğrunda mübarizəsinin gerçəkləşməsi timsalı kimi Naxçıvan rus-Azərbaycan qız məktəbinin yaradılmasına səbəb oldu. Bu məktəbin Nazlı Nəcəfova kimi müəllimləri bütün Naxçıvanda və İrəvanda maarif carçısı kimi tanındılar.
Bəhs olunan dövrdə Naxçıvan mədəni mühiti Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə kimi böyük şəxsiyyətlər, onlarla tanınmış ziyalı müəllimlər yetişdirmişdir. Bu şəxsiyyətlər ümumQafqaz ictimai fikrinin daşıyıcıları idilər. Onların maarifçi fəaliyyəti həm ümumi (Qafqaz), həm də milli pedaqoji fikrin zənginləşməsinə çox güclü təsir göstərmişdir.
Qabaqcıl ziyalılar pedaqoji ideyaların təsirini artırmaq və yaymaq üçün o dövrdəki Azərbaycan və rus dilində nəşr edilən mətbuatdan fəal istifadə edirdilər. Bu baxımdan, “Kafkaz”, Novoe obozrenie”, “Kaspi”, “Şərqi-rus”, “Molla-Nəsrəddin” kimi jurnal və qəzetlərin adlarını ilk planda çəkmək olar. Bu mətbu nəşrlərdə dövrün çox aktual pedaqoji problemləri müzakirə obyekti idi. 1913-cü ildə Tiflisdə nəşr olunan “Kafkazskaya şkola” jurnalında Qafqaz xalqlarının təhsil və tərbiyə problemlərinin müzakirəsi başlandı. Müzakirələrdə azərbaycanlı E.Sultanov, gürcü pedaqoqu V.Caparidze və başqaları məqalələrlə çıxış edirdilər. (5). Təkcə bu fakt göstərir ki, qabaqcıl pedaqoqların birgə fəaliyyəti və pedaqoji əməkdaşlıq istiqamətində apardığı işlərdə mətbuatın rolu az olmamışdır.
Bəhs olunan dövrdə ana dilinin tədrisi, təlimin ana didlində aparılması, ibtidai savadın geniş şəbəkəsinin yaradılması, müəllim kadrları hazırlığı, tərbiyədə xəlqiliyə əsaslanma, təhsilin məzmununu (proqram, dərslik və s.) milli dildə, milli kaloritdə müəyyənləşdirmək ideyası, ədəbiyyat və incəsənətdən güclü tərbiyə vasitəsi kimi istifadə edilməsi ideyası, qadın təhsili və tərbiyəsi və s. bu kimi məsələlərin həyata keçirilməsi uğrunda mübarizə Qafqaz ziyalıları arasında geniş vüsət aldı. İ. Çavçavadze, A.Sereteli, Y. Qoqebaşvili, M.Şaxtaxtlı, C.Məmmədquluzadə, E.Sultanov kimi maarifçilərin hər biri doğma xalqının sosial-iqtisadi və mədəni-milli tərəqqisi uğrunda çalışır, mübarizə aparırdılar.
Milli ədəbi dilin zənginləşdiirlməsi, saflığı, işlək olması uğrunda demokratik qüvvələrin mübarizəsi təlimin müvəffəqiyyətinə təkan verirdi (6,51). Bu dövr Qafqaz xalqlarının tarixində ana dilinin təlimi, ana dilinin saflaşdırlması və ədəbi dil səviyyəsinə qaldırılması xüsusi mərhələ təşkil edirdi. Ana dilində yeni ədəbi janrların, mətbuatın yaranması dil təliminin, ümumiyyətlə təlimin ana dilində aparılması ideyasının reallaşdıırlmasına şərait yaratdı. Bu işdə M.T. Sidqinin məktəbi xüsusilə seçilirdi. Həqiqətdə M.T.Sidqinin məktəbi “ana dili məktəbi” (akademik Hüseyn Əhmədov) idi. Bir cəhəti də qeyd edək ki, XIX əsrdən başlayaraq xalqımızın rus, gürcü və digər xalqlarla təhsil və mədəni əlaqələri gücləndi. Bu isə onların Qafqazın Rusiyaya qatılmasından sonra təhsil ocaqlarında, ictimai-mədəni təsisatlarda, rəsmi dövlət idarələrində birlikdə calışmaları ilə bağlı idi.Bu dövrdə Azərbaycan xalqının digər xalqlarla təhsil əlaqələrinin coğrafiyası genişlənir, yeni məzmun keyfiyyətləri qazanır. Milliyyətcə rus Konstantin Nikitin, azərbaycanlı Əliməmməd Xəlilov, gürcü Georgi Uturqauri rus dilli təhsil ocaqlarında birlikdə işləyir, maarifçi tədbirlərin (teatr, yubileylər, muzey işlərinin,ekskursiyaların və s.) təşkilatçısı olur, şəhərin ictimai həyatında və müxtəlif növ işlərin görülməsində (məsələn, Naxçıvan şəhərinin metoroloji gündəliyinin hazırlanmasında) birlikdə çalışırdılar.
Bütövlükdə Naxçıvan mədəni mühitində maarifçi hərəkat Rusiya və Qərbi Aropa təhsi-linə inteqrasiyaya istiqamətlənməklə dövrünə görə çoxşaxəli, zəngin məzmuna malik olmuş, milli dirçəliş, oynaış yolunda həqiqi fədəkarlıq nümunəsi göstərən ziyalılar yetişdirmişdir.
Do'stlaringiz bilan baham: |