Amea folklor institutu


Prof. Valeh Hacılar Gürcüstan türklərinin folklorunun tədqiqatçısı kimi



Download 40,44 Mb.
bet258/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   254   255   256   257   258   259   260   261   ...   295
2. Prof. Valeh Hacılar Gürcüstan türklərinin folklorunun tədqiqatçısı kimi
Valeh Hacıların elmi fəaliyyətinin ikinci istiqamətini professorun Gürcüstan türklərinin folklorunun tədqiq etməsi təşkil edir. Bu elmi fəaliyyətin özü də bir neçə sahədə aparılır. İlk növbədə, Valeh Hacılar Azərbaycan-gürcü folklor əlaqələrinin tədqiqatçısı olmuşdur. Onun bir çox elmi tədqiqatları, məqalələri məhz bu mövzuya həsr olunmuşdur. Məsələn “Azərbaycan gürcü folklor əlaqələri tarixindən («Kitabi-Dədə Qorqud»un materialları əsasında)”, “Qədim ədəbi əlaqələrimiz tarixindən”, “Kitabi-Dədə Qorqud eposu və gürcü folkloru”, “Qədim Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən” kimi məqalələri və tədqiqatları Azərbaycan-gürcü ədəbi əlaqələrinin folklor aspektindən öyrənilməsinə həsr olunmuşdur (3; 4; 5; 6 və s.). Təsadüfi deyildir ki, mütəxəssislər hər zaman Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətlərinin formalaşmasında və inkişafında professorun özünəməxsus xüsusi rolunun mövcudluğundan bəhs etmişlər. Valeh Hacılar Dövlətlərarası diaspora şurasının, Gürcüstan Dövlət başçısı yanında Milli Şuranın və Fəxri vətəndaşlıq verən komissiyanın üzvü olmuşdur.
Onun elmi fəaliyyətinin digər yönü topladığı folklor örnəklərini tədqiq edib araş­dır­maq olmuşdur. Bu sahədə onun ən fundamental əsəri təbii ki, “Gürcüstanda türk xalq ədə­biyyatı ənənələri” monoqrafiyası sayıla bilər (7). Bu monoqrafiyada tədqiqatın obyekti ki­mi, yuxarıda qeyd etdiyimiz toplama örnəkləri ilə yanaşı, Gürcüstanın arxiv və kitab­xana­larında qorunan külli miqdarda Azərbaycan folklor örnəkləri seçilmişdir. Valeh Hacıların qeyd etdiyi kimi, “... hələ XIX yüzildən başlayaraq K.Qvaramadze, N.Asatiani, N.Marr, E.Tağaşvili və başqa gürcü alimləri, folklorşünasları Gürcüstanın müxtəlif guşələrində türkdilli xalq ədəbiyyatı incilərinin toplanması işinə xeyli əmək sərf etmişlər” (7, 4). Məhz göstərilən alimlərin və ziyalıların və bir çox adları çəkilməyən insanları əməyi sayəsində toplanmış, Gürcüstan EA Kekelidze adına Əlyazmaları İnstitutunda, Gürcüstan EA
Ş.Rustaveli adına Gürcü Ədəbiyyatı Tarixi İnstitutunun folklor arxivində, Leonid­ze adına Ədəbiyyat muzeyinin əlyazmalar fondunda, Qrişaşvilinin kitabxana-muze­yin­də, Axalkalak Diyarşünaslıq muzeyində saxlanılan folklor materialları tədqiqat işində elmi süzgəcdən keçirilmiş, hərtərəfli tədqiq olunmuşdur.
Monoqrafiyada “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib”, “Cahangir”, “Mirzə Mahmud”, “Yaralı Mahmud” və digər Azərbaycan dastanlarının Gürcüstanda yayılma səbəblərindən bəhs edən Valeh Hacılar onlardan bəzilərinin gürcü dilinə tərcümə-təbdil tarixinə və variantlarına da toxunmuşdur.
Borçalı folklor mühitinin araşdırılmasına həsr olunmuş bu tədqiqatın ən müsbət cəhətlərindən biri tədqiqatın müqayisəli aparılmasıdır. Müqayisə üçün gürcü folklo­runun seçilməsi də təsadüfi olmayıb, uzun illər Azərbaycan-gürcü folklor əlaqələrinin tədqiqinin məntiqi davamı sayıla bilər. Mərasim folkloruna, xüsusilə, təqvim məra­sim­lərinə toxunan professor müəyyən etmişdir ki, günəşi dəvət və tərənnüm edən nəğmələr Borçalı-Qarayazı-Başkeçid bölgəsində geniş yayılmış ən qədim mərasim nəğmələrin­dəndir. Gürcü folkloru ilə analogiyalar aparan Valeh Hacılar göstərir ki, “Əsasını animist təsəvvürlər təşkil edən mövsüm nəğməsi “Dodu-dodu” ilə analoji gürcü məra­simi “Qonça”nın bir ayin kimi icra tərzi tamamilə eynidir” (7, 292).
Valeh Hacılar Gürcüstan türklərinin folklorunun tədqiqatçısı kimi fəaliyyət göstərdiyi üçüncü böyük sahə - aşıq yaradıcılığıdır. Yuxarıda qeyd etdiyimiz kimi, türk dilində yazan gürcü, yunan və aysoru aşıqlarının yaradıcılığının tədqiqi ilə elm aləminə qədəm qoymuş Valeh Hacılar ömrü boyu Borçalı folklor mühitinin təmsilçisi olmuş aşıqların və el şairlərinin – Xəstə Həsənin, Alxas Ağanın, Şair Nəbinin, Aşıq Ağacanın Saraclı Şair Hü­seynin - yaradıcılığını və poetik irsini toplamış və tədqiq etmişdir. “Şair Ağacanın “Qır­mızı” divanisi”, “Şair Ağacan Qaraçöpdə”, “Faxralı Şair Nəbi ilə Aşıq Heyli”, “Aşıq Mu­sanın nigah əhvalatı” və s. rəvayətlər professorun topladığı aşıq rəvayətləri sırasındadır.
Sözümüzü professor Valeh Hacılar barəsində ən fundamental tədqiqat müəllifi olan (bugünkü mötəbər tədbirimizdə iştirak edən) Dr. Səmra Alyılmazın sözləri ilə bitirmək istəyirik: “Valeh Hacılar Gürcüstanda Qarapapaq türkləri tərəfindən vücuda gətirilən türk kültür və mədəniyyətinin, türk yaşayış və inanışının sözlü və yazılı qaynaqlarını bilimsəl anlamda araşdırıb incələməyi və istiofadəyə sunmayı kendisinə ilkə edinmiş bir bilim adamıdır” (8, 261).

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   254   255   256   257   258   259   260   261   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish