Amea folklor institutu



Download 40,44 Mb.
bet259/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   255   256   257   258   259   260   261   262   ...   295
ƏDƏBİYYAT

  1. İ.Abbaslı. Ön söz // Azərbaycan folkloru antologiyası. II kitab, Borçalı folkloru. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996. s. 3-4

  2. Azərbaycan folkloru antologiyası. II kitab, Borçalı folkloru. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 258 s.

  3. Azərbaycan gürcü folklor əlaqələri tarixindən («Kitabi-Dədə Qorqud»un material­la­rı əsasında)” // Gürcüstan Pedaqoji İnstitutlarının Elmi Əsərləri, II cild, Tiflis, 1975 (rusca).

  4. Qədim ədəbi əlaqələrimiz tarixindən // Professor və müəllimlərin 40-cı elmi sessiyasının materialları, Tiflis, 1975 (rusca)

  5. Kitabi-Dədə Qorqud eposu və gürcü folkloru. Tiflis Xarici Dillər İnstitutu, Tiflis, 1972 (rusca).

  6. Qədim Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən//«Qələbə bayrağı», 04.12.1973

  7. Hacılar V. Gürcüstanda türk xalq ədəbiyyatı ənənələri. Bakı: Səda, 2005, 303 s.

  8. Alyılmaz S. Valeh Hacılar: Haytı-sanatı-şiirleri. Ankara: Devran, 2003, 277 s.

Vüqar Kərimli
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu
CƏNUBİ QAFQAZ REGİONUNDA YAŞAYAN MİLLİ AZLIQLARIN
MƏDƏNİ EYNİYYƏTİ
Ethno-cultural identity of national minorities in the South Caucasus region
One of the ancient and picturesque regions of the world Caucasus is located between the Black and Caspian seas. South Caucasus is situated on the favorable position on the shortest paths between the Europe and Central Asia. Situated between two seas expanded its domestic and international relations. Region is also rich with various natural resources, construction materials, mineral waters, and resort-tourist resources. South Caucasus most­ly covers the administrative borders of Azerbaijan and Georgia Republics. Both countries are famous for their ethnic diversity. At the edge of the Caucasus mountains, along with representatives of various nationalities are living tates, molokans, ingiloys, tsakhurs, avars, lezgins, mountain jews, the locals, budugs, grızes, checks, xevsurs, megrels, chans, moxevs, svans and other ethnic groups. The representatives of these ethnic groups preserved specific elements of their cultural life. Such elements of cultural life of these ethnic groups could be seen in their domestic life, crafts, and various ceremonies including their cooking.
Most of the anthropologists’ describeOguz as narrow faces, belonging to the long head anthropological typethat is widely spread from the ancient times in the region of South Caucasus and Southwest Asia, as well as their formation and existence here. The majority ofmaterials on paleoanthropologyfound in South Caucasuson their morphological characteristics belongto Oguz type. Customs and traditions of national minorities living in the South Caucasus zone are very similar to the Oguz Turks. Historicallylife-styleof nomadic people and the main occupation of them were livestock, farming, and weaving. Men occupation was cattle-breeding but women were making various things of wool, carpets, rugs, socks, and shawl. This area where the main ethnic minorities lived were mountainous that’s why it was good for cattle-breeding.
Nowadays a number of languages ​​of ethnic minorities, has been included in the list of languages ​​which are gradually disappearing. Some ethnic languages are​, oral language and have no writing systems. Studying of the structure of these languages should be researched and learned.
Dünyanın qədim və mənzərəli regionlarından biri olan Qafqaz Qara və Xəzər dənizləri arasında olan bərzəxdə yerləşir. Qafqaz dedikdə ilk növbədə böyük dağ silsiləsi yada düşür. Azov, Qara və Xəzər dənizləri arasında yerləşən, Avropa və Asiya, Yaxın və Orta Şərq arasında təbii sərhədlər çəkən dağ silsiləsi. Qədim zamanlardan bu günə kimi Şərqlə Qərb arasında mühüm nəqliyyat xəttləri məhz Qafqazdan keçir. Bu baxımdan Qafqaz daim böyük imperiyaların diqqət mərkəzində olub və günümüzdə də bu region dünyanın böyük gücləri arasında ixtilaflara səbəbdir.
Qafqaz etnik və mədəni rəngarəngliyi ilə seçilir. Burada bir neçə etnik qruplar yaşa­yır: qafqazdillilər, türkdillilər və irandillilər. Həmçinin regionun dini xəritəsi də olduqca əl­vandır: bütpərəstlər, yezidilər, yəhudilər, xristianlar (pravoslavlar və qriqorianlar), müsəl­man­lar (sünnülər və şiələr). Beləliklə də, Qafqaz xalqları arasında mədəni baxımdan uy­ğunsuzluq mövcuddur. Məhz bu uyğunsuzluq tarix boyu regionda vahid bir dövlətin yaradılmasına maneçilik törədib. Tarixən Qafqaz İran və türk hökmdarlarının tabeçiliyində olub və yalnız XVIII əsrdə ilk dəfə ruslar bu əraziləri işğal ediblər. Demək olar ki, Qafqaz xalqlarının inteqrasiya tarixi bu zamandan başlayır. Birinci Pyotrun dövründə rus dövləti imperiya dönəminə qədəm qoyur və ətraf ərazilərin işğalına başlayır. Rusiyanın işğalçı siyasəti Qafqaz xalqlarını birləşməyə təşviq edirdi. Tarixdə xristian dövlətlərinin xarici siyasətinin əsas təsir vasitələrindən biri də ənənəvi “dövlət və xristian maraqları”nın uzlaşması prinsipləri ilə müşahidə olunub. 1701-ci ildə Güney Qafqazın işğal planı hazırlanarkən, Çar I Pyotr məhz bu prinsipin üstün siyasətə çevrilməsi doktrinasını tətbiq etmək istəyirdi. Pyotrdan sonra gələn bütün rus çarları bu siyasəti daim diqqət mərkəzində saxlayıblar. Hətta, yeri gəldikcə Qafqaz xalqlarının xristianlaşdırılması və ya bu dinin ümumi prinsiplərinə uyğun həyat şəraiti içində yaşaması hədəfləri belə açıq şəkildə özünü büruzə verib. Osetin, abxaz, kabarda və digər topluluqların xristianlaşdırılması, ermənilərin xristian əhalisi qismində Qafqazda məskunlaşdırılması, Tiflisin “inzibati və ideoloji mərkəz” rolunuoynaması dövlət siyasətinin ana xətti olub.
Belə ki, həmin dövlətlərin işğal etdikləri ərazilərdə yerli aborigen toplumları özünün təsir dairəsində saxlamaq üçün bu iki strateji hədəf uğurlu tandem təşkil edirdi. Hələ 1551-ci ildən başlayaraq, rus çarı İvan Qroznı Volqaboyu, Uralboyu və Krımı işğal siyasəti aparan zaman yerli xalqların (əsasən noqay, kumuk, tatar, çuvaş, qaqouz, tuva, xakas, altay, şor, bulqar, başkort türkləri) xristianlaşdırılması və ya ruslaşdırılması siyasətini zor gücü ilə, soyqırım yapmaqla tətbiq etmişdir. Çar Rusiyasının işğal etdiyi hər qarış torpaqda xüsusi imtiyaz sahibi olmaq istəyənlər mütləq xristianlığı qəbul etməli və ya ruslaşmalı idilər. 450 il öncə Çarlıq Rusiyası tədricən bu siyasəti Quzey Qafqaza tətbiq etməyə başladı. Bu sırada osetin, kabarda, çərkəz, abxaz və adıgey xalqlarının bir hissəsi asanlıqla xristianlığı qəbul etdilər. Ruslaşan və xristianlaşan türklər, digər toplumlar yeni imperiyanın böyüməsi və coğrafi sərhədlərinin genişlənməsində əsas passionar gücə çevrilmişdi. Xüsusilə, indi “rus kazak” toplumu kimi tanıdığımız türk toplumu bunun örnəyidir.
Qafqazı şimal və cənuba ilk bölənlər də ruslar olub və bu bölgü Rusiya imperiyasının gesosiyasi baxışlarını özündə əks etdiridi. Beləki, XVIII əsrdə Qafqaz kampaniyası zamanı regionda ilk işğal olunan ərazilər Böyük Qafqaz dağlarının şimal hissəsi olub. O zaman ruslar Qafqaz məhz bu bölgəyə deyirdilər, İranla Osmanlı dövlətinin tərkibində qalan Qafqaza isə “Zaqafqaziya”(yəni Qafqazın arxası) adı verilmişdi. Zaqafqaziyanın ayrıca region kimi qeyd olunması da rusların bu ərazilərə iddiasından xəbər verirdi. Belə də oldu. 1828-ci ildə rus-İran müharibəsindən sonra Zaqafqaziya tamamilə Rus imperiyasının tərkibinə daxil oldu. Daha öncə işğal olunmuş Qafqaz ərazilərini Zaqafqaziyadan fərqləndirmək üçün isə “Şimali Qafqaz” terminindən istifadə olunur. Əlbəttə, Rusiya onsuzda onun ərazisi sayılan Qafqazı vahid vilayətə birləşdirə bilərdi, ancaq geosiyasi baxımdan bu olduqca təhlükəli idi. Qafqaz vahid olsa idi, burada müsəlmanlar əksəriyyət təşkil edərdi, yəni bununla ruslar İran və Osmanlı sərhədlərində “müsəlman vilayəti” yaratmış olurdular. İki hissəyə bölünən Qafqazda isə, birbaşa İran və Osmanlı sərhədlərində yalnız müsəlmanların azlıq təşkil etdiyi Zaqafqaziya yerləşirdi. Buna görə də Rusiya vahid Zaqafqaziyanı yaradarkən burada yaşayan xalqların mədəniyyət baxımından bir-biri ilə uyğun olmadıqlarını nəzərə almırdı, üstəlik qıraqdan bu bölgəyə erməniləri köçürürdü.
Cənubi Qafqaz əsasən Azərbaycan və Gürcüstan Respublikalarının inzibati ərazilərini əhatə edir. Hər iki respublika etnoqrafik rəngarəngliyi ilə seçilən ölkədir. Qafqaz dağının ətəyində, boydan-boya yaşayan müxtəlif millətlərin nümayəndələri ilə bərabər tatlar, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, dağ yəhudiləri, xınalıqlılar, buduqlular, qrızlar, ceklər, xevsurlar, meqrellər, çanlar, moxevlər , svanlar və s. kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri, özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışlar. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.
Dünya əhalisinin 3,2%-i, etnik birlikdən olan azsaylı xalqlar teşkil edir. Dünyada bu qədər etnik qrupun olması bir o qədər də etnomədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Bu müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, yaşadılması, müasir dünyada demokratik inkişafın başlıca prinsipinə və tələbinə çevrilib. Artıq hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətidir. Azsaylı xalqların, etnik azlıqların mədəni dəyərlərinin geniş ictimai təbliği, yaşadılması, müasir dünyanın başlıca tələbinə çevrilib. Dünyanın əksər çoxetnoslu dövlətləri sırasında Azərbaycan da var. Azərbaycan öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnoqrafik qrupların doğma vətəninə çevrilib.
Antropoloqların əksəriyyəti Oğuz adlandırdığımız, ensiz sifətli, uzunbaşlı antro­po­loji tipin Cənubi Qafqazda və Ön Asiyada qədim dövrlərdə çox geniş yayılması, eyni zamanda bu regionda təşəkkül tapdığı qənaətinə gəlmişlər. Cənubi Qafqazın əldə edilən paleoantropoloji materialların əksəriyyəti öz morfoloji xüsusiyyətlərinə görə Oğuz tipinə uyğundurlar. Cənubi Qafqaz zolağında yaşayan milli azlıqların adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır.Tarixən köçəri həyat tərzi keçirən bu xalqların əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar- xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olurdular. Bu da bu ərazidə məskunlaşan etnik azlıqların başlıca olaraq dağ ərazilərində, zənğin yaylaqlara malik olmaları ilə izah edilir.
Oğuz tipi cənubdan Xəzər dənizinin düzənlik və dağətəyi sahilləri ilə Dağıstan, Samur və Çıraxqala çayı vadilərinə də yayılmışdı. Belə ki, morfoloji əlamətlərin Oğuz tipinə uyğun kombinasiyası ləzgidilli qruplar və kumıklar arasında da geniş yayılmışdır. Antropoloqların əksəriyyəti Oğuz adlandırdığımız, ensiz sifətli, uzunbaşlı antropoloji tipin Cənubi Qafqazda və Ön Asiyada qədim dövrlərdə çox geniş yayılması, eyni zamanda bu regionda təşəkkül tapdığı qənaətinə gəlmişlər (1).
Cənubi Qafqazda yaşayan irandilli etnik qruplar da ermənilər və gürcülər kimi antro­poloji cəhətdən yekcins deyillər. Məsələn, V.V.Bunaka görə tatların bir qismi ləzgilərin də daxil olduqları samur tipinə aid edildikləri halda, Abşeron tatları baş ölçü­lərinə görə daha çox Azərbaycan türklərinə bənzəyirlər. Güney Azərbaycanın Maku şə­həri ətrafından Ala­göz yaylaqlarının yamaclarına köçürülən yezidi kürdlər də antro­po­loji baxımdan Azər­bay­can türklərindən o qədər də fərqlənmir və V.V. Bunak tərəfindən müəyyənləşdirilmiş El­brus tipinə aid edilirlər (2). Azərbaycan Respublikasının cənub–şərqində məskunlaşmış ta­lış­­lar antropoloji baxımdan bir–birlərindən xeyli fərqlənirlər. Belə ki, Astara rayonunun ta­lışları daha braxikefal olduqları halda, Lerik rayonunun talışları mezokefaldırlar. Ümumiy­yətlə, talışlar Cənubi Qafqazın digər braxikefal qruplardan burunlarının daha düz və sifətlə­rinin ensizliliklərilə seçilirlər. Müasir dövrdə bir çox etnik azlıqların dilləri, tədri­cən silin­mək­də olan dillər sırasına daxil edilib. Bəzi etnosların dilləri yazısızdır, şifahi dil­dir. Təd­ricən silinməkdə olan dillər sırasına daxil edilən cek, qırız, xınalıq və s. dillərin ge­diş-gəlişi çətin olan ucqar kəndlərdə indiyə kimi mövcudluğunu qoruyub saxlamasının əsas səbəbi, başqa dillərin təsirinə çox az məruz qalması olmuşdur. Lakin son zamanlar bu dil­lərdə ge­dən güclü dəyişikliklərə əsaslanaraq gələcəkdə onun canlı dillər sırasından çıxaca­ğını ehti­mal etmək olar. Bu dillərin quruluşunu qeydə almağa, hərtərəfli öyrənməyə çox böyük ehti­yac var. Heç bir əlifbaya malik olmasalar da bu dillərdə yazıdan da istifadə edib­lər və in­di­nin özündə də bəziləri istifadə edirlər. Lakin onlar əvvəllər ərəb əlifbasından isti­fadə edir­lər­sə, hal-hazırda yaşlı nəsil daha çox rikirl, gənc nəsil isə latın əlifbasından istifadə edir. An­caq qeyd etmək lazımdır ki, bir sıra dillərdə olan fonomenləri olduğu yazıya köçür­mək üçün həm ərəb, həm kiril, həm də latın əlifbasının imkanları olduqca məhduddur. Yer üzündə tarazlaşmış mədəniyyət var. Ona görə də, qeyri-avropalıların çoxalması, istər-istə­məz, on­ları həyəcanlandırır. Bizdə isə tolerantlıq geniş vüsət aldığından belə bir problem yox­dur. Çünki, milli-etnik azlıqlarla yanaşı, yerli xalq da artır. Azərbaycan türk­ləri get-gedə azalsa, əvəzində azsaylı xalqlar sürətlə artsaydı, bu bir qədər sual doğura bilərdi. Çünki müəyyən dövrdən sonra burada mədəniyyət dəyişikliyi baş ve­rərdi, siyasi proseslərə səbəb olardı. Amma indiki halda belə bir təhlükə yoxdur. Ona görə ki, ölkə əhalisinin, milli, etnik fərq­dən asılı olmayaraq, hamısı eyni templə artır. Bu da ümumiyyətlə ölkə əhalisinin artımıdır.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   255   256   257   258   259   260   261   262   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish