Amea folklor institutu



Download 40,44 Mb.
bet167/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   163   164   165   166   167   168   169   170   ...   295
Osman Əhmədoğlu,
Gürcüstan Aşıqlar Birliyinin sədri, şair
BORÇALI ƏSATİRLƏRİNDƏ ÖZÜNƏMƏXSUSLUQ
Self-specialty in the Borchali fables
When the creation of myth and fable somehow necessity of the time and condition are created, emerges the birth. Originally, in the ferment of the arranging of all the folklore samples – eposes, stories, legends, sayings and proverbs, bayaties, the reflecting side of the reality always exists. In the essence of the folklore production, which came form past or will emerge in the future, the hidden figure of the reality is to be felt.
We can’t deny the opinion specialty of the different nations. But when we come down to the deep layers of the some suitable time, we can see that, as being different the nations and races, their opinion production is created not from the similarity, but also identity. There are such samples that, it is impossible to confuse them with the others. We can show so many samples to it. When we investigate the folklore samples of the other nations it is known to us that, the self-specialty of them in every region is more salient. That is, different regions of the same nation have so different folklore samples.
Form this point of view we shall try to substantiate the attitudes connected with the fables. For exactly saying, the place, where created the Borchali fables and living the same fables, is the place Borchali itself. One of them is the fable about Anakhatir. It won’t be right, to concern this fable to the other regions. May be, the plot, the meaning and the content of these fable, which comes form the time the first people lived, also belongs to Borchali. So that, the river named “Anakhatir” as being in this plot, exists at present, may be will run many times.
The names of the some places as Babakar, Yaghlica, Garayazi, Yalligaya, Ayrigaya, Lalvar, which mentioned in the fable, exists today in Borchali.
The investigation of the folklore sources, belonging to the Borchali Turkish being old residents as Antique Caucasus is the necessary problem of today.
Hər bir əsatir və əfsanənin hansısa zaman və şəraitin olma zərurəti yarananda “doğulması” baş verir. Əslində, bütün folklor nümunələrinin – dastanların, nağılların, rəvayətlərin, atalar sözləri və məsəllərin, bayatıların... düzülüb-qoşulmasının mayasında gerçəyi əks etdirən tərəfin olması hər zaman var. Keçmişdən gələnlərin də, sonralar əmələ gələ biləcək xalq yaradıcılığı məhsulunun da cövhərində gerçəyin örtülü boyu hiss edilməkdədir.
Müxtəlif xalqların düşüncə məxsusluğunu inkar etmək olmaz. Amma bəzi məqamların daha dərin qatlarına ensək, xalqlar və irqlər müxtəlif olsa da, onların fikir məhsullarının sadəcə bənzərlikdən yox, eyniyyətdən doğulduğunu görərik. Elə nümu­nələr də var ki, onu başqalarıyla qarışdırmaq qeyri-mümkündür. Buna istənilən qədər nümunə göstərmək olar. Bəzi xalqların şifahi yaradıcılıq nümunələrini araşdıranda məlum olur ki, onların hər bölgəsində özünəməxsusluq daha qabarıqdır. Yəni, eyni xalqın müxtəlif bölgələrinin elə müxtəlif də folklor nümunələri var.
Bu baxımdan biz əsatirlərlə bağlı fikrimizi əsaslandırmağa çalışacağıq. Daha dəqiq desək, Borçalı əsatirlərinin yarandığı və həmin əsatirlərin yaşadıldığı yer yenə Borçalının özüdür. Bunlardan biri Anaxatır haqqında əsatirdir. Bu əsatiri digər bölgələrə aid etmək düzgün olmaz. Bəlkə də dünyada ilk insanların yaşadığı dövrlərdən gələn bu əsatirin süjeti də, mənası da, məzmunu da Borçalıya aiddir. Belə ki, burda süjetdə ol­du­ğu kimi, “Anaxatır” adında çay bu gün də var və yəqin ki, tarix boyu da çağlayacaqdır.
Əsatirdə adı çəkilən Babakər, Yağlıca, Qarayazı, Yallıqaya, Əyriqar, Ləlvər kimi neçə-neçə yer-yurd adları Borçalıda bu gün də mövcuddur.
Əsatirdə bütün süjet boyunca nəql olunan hadisələrin mükəmməl ardıcıllığı və inandırıcılığı ağıla, təfəkkürə və məntiqə tamamilə gerçəyin özü kimi hopdurulur.
Ulu həqiqətləri tarixin çox uzaq, sirli-sehrli qatlarından əxz edərək sinəsində yaşat­maqla gətirib bugünümüzə çıxaran qoca Qafqaz hər zaman bu cür möcüzələriylə diqqəti özünə çəkmişdir. Təsadüfi deyildir ki, ta qədimlərdən bugünəcən Qafqaz bütün dünya tarixçilərinin, səyyahların, araşdırıcıların marağına səbəb olmuş, onlar öz tədqiqatlarında bu qədim bölgənin özünəxas ağız ədəbiyyatı nümunələrinə gen-bol yer vermişlər.
Haqqında söz açacağımız “Anaxatır” əsatirinin diqqətçəkən çox orijinal bir tərəfi var. Bu da ondan ibarətdir ki, əsatirin süjet xətti onun yarandığı ilk zamanlardan – tarixin çox-çox uzaq çağlarından, neçə-neçə minilliklərin o üzündən bugünümüzə qədər heç bir araşdırıcı tərəfindən yazıya alınmamış, kitablara salınmamışdır. Yəqin elə bu səbəbdəndir ki, əsatir yarandığı gündən bugünədək öz əzəli ululuğunu və gerçəyi özündə əks etdirən şirinliyini və saflığını qoruyub saxlaya bilmişdir.
“Anaxatır” əsatiri yarandığı və ya yaradıldığı ərazidə müqəddəs bir həqiqət kimi dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və ya “yaşadılmışdır” – desək, daha doğru olar.
Qeyd etmək lazımdır ki, “Anaxatır” əsatirinin olduqca sadə, səmimi və aydın bir süjet xətti var. Bu sadə süjet xətti üzərində qurulan hekayət elə ilk cümləsindən başlayaraq, diqqəti özünə cəlb edir. Əsatirin süjet xətti belədir:
...Adəm Ata dönəmindən bir qərinə sonra, bir yazağzı buralara qosqoca bir Türk karvanı varid olur. Və həmin karvan ilk olaraq düşərgəsini qocaman bir palıdın kölgəsində salır. Burada bir müddət dincini almaq qərarına gələn karvan başçısı qəflə-qatırı əyləyir...
Belə qərara gəlirlər ki, yorğunluqlarını aldıqdan sonra qalxıb yolçuluğu davam etdirərək, özlərinə yurd-yuva axtarmaq üçün münasib yer axtarsınlar.
Karvanbaşının – Dədənin qərarına uyğun olaraq, ərlər, ərənlər ov ovlamaq, quş quşlamaq məqsədilə qarşıdakı dağ və ormanlara üz tuturlar. Analar, qız-gəlinlər çoluq-çocuqla düşərgə səmtində dolaşır, ormandan çır-çırpı yığır, çay daşlarını bir-birinə sürtərək qığılcım almağa, ocaq çatmağa çalışırlar. Nəhayət, kişilər ovdan əlidolu geri qayıdır, gətirilmiş ət şişlərə çəkilir, ətlə dolu şişlər qalanmış ocağın üzərinə düzülür...
Hər kəsin başı bir işə qarışarkən, çaylaq yerində bir ana öz körpəsiylə dolaşmağındaydı. Aradan az müddət keçmiş göyün üzü qaralır, həmin andaca yağış yağmağa başlayır. Güclü sel gəlir və bir göz qırpımındaca ananın yanında dolaşan körpəni ağzına alıb aparır. Vahiməyə düşən ana çaşqınlıq içərisində özünü selin ağuşuna atır, nə illah eləyirsə, uşağını selin əlindən qurtara bilmir. Gözləri önündəcə körpə balası sellərə qərq olmaqdaydı. Əli yerdən-göydən üzülən ana sellə bacarmadığını görüb sahilə çıxır, diz çökərək əllərini göyə açır. Tanrıya yalvarır ki, balasını ona qaytarsın. Ananın ah-naləsi dağı-daşı lərzəyə salıbmış.
Əsatirə görə, Görklü Tanrı biçarə ananın bu acizanə yalvarışını eşidir. Seli və yağ­muru bir andaca durdurur. Selin ağzında boğulmaqda olan körpə suyun içindəki bir çiləkənə (köklü-budaqlı ağacın suyun içində yıxılı halda durmasına Borçalıda “çiləkən” deyilir) ilişib sağ-salamat qalır. Körpəsinə qovuşan ana Tanrıya şükürlər edir. Tanrının əmriylə suyu azalan çaydan bir səs eşidilir: “Mən bu uşağı anaya xatir sağ-salamat qaytardım...”
Axşam olur. Ov ovlamağa, quş quşlamağa gedənlərin qalanları da oxları-kəməndləriylə, ovladıqları ov heyvanları və quşlarıyla düşərgə yerinə qayıdırlar.
Hamı yığışır orta ocağının başına. Süfrə salınır, söz-sözü çəkir, hər kəs başına gələn əhvalatı nəql etməyə tələsir. Söhbətin qızğın yerində gündüz balasını sel aparan ana Dədəyə baş əyir və başına gələn əhvalatı nəql edir. Əhvalatı eşidənlərin gözü Dədəyə zillənir. Ocaq başından ayağa qalxan Dədə: - “Ana xatırına cocuğunu sağ-salamat ona qaytaran Uca Tanrıya həmd olsun! Bu gündən bu nehrin adını “Anaxatır” qoyuram. Babama bənzəyən bu qarşı dağları “Babakər dağları” adlandırıram. Palıdına söykəndiyimiz, bəzi ağaclarının da ildırım düşməsindən yanmış olan bu ormanı “Yanıx ormanı” ( Yanıq meşəsi) adlandırıram. Dəvələrimizin, atlarımızın yağlı-yağlı otlarından otladığı təpəliklərin adlarını “Yağlıca təpəlikləri” qoyuram. Gecələr vadilərində qurdlar ulaşan bu boş çalanın adının Boşçala – Börü çala – Qurd çalası olmasını istəyirəm. Mən öləndə qəbrimi – adımı adına verdiyim Babakər dağlarında qazmanızı və məni ora – uca bir təpənin görünən yerinə gömməyinizi istəyirəm. Uzaqdan, yaxından görünən və bu neçə müddət ərzində atlarımıza süvar olaraq gedib, gəzib gəldiyimiz dağların, dərələrin, çayların, düzlərin adlarını mən verirəm. Sizlərin məndən sonra bu torpaqda nəsillərdən-nəsillərə keçərək yaşayacaq şəcərənizin ömrünü Uca Tanrı versin. İndidən bu Yurda sarmaşın, yuva qurun! Hər at mənzilində bir ocaq çatın. Zaman keçər, vaxt gələr, yağı­lar yurd-yuvanızı yağmalamağa qalxar. Qoy onda birliyiniz pozulmasın. Haqqa tapının. Bizlərdən çox-çox sonralar bir çox qovğalar əmələ gələcək. Onları içinizə sızdırmayın. Onların toxumundan öz qövmümüzdə (mənim qövmümdə) törətməyin. Nə də onlara bitirməyə toxum verməyin. Əgər birliyiniz pozulmasa, əbədiyyətə qədər mənim Türk soyum öz atından enməyəcək. Qoy Uca Tanrı sizlərə yar olsun!” – dedi.
İlk dəfə Dədələrin, El ağsaqqallarının, Dədə ozanların dilindən tərəfimizdən qələ­mə alınan bu əsatir onunla tanış olanları Borçalının və Borçalılığın tarixinin başlan­ğıcına aparır.
Əslində, bəzi tədqiqatçılar adqoymaların Dədə Qorqudla bağlılığını sübut etməyə çalışırlar. Diqqət edilsə, aparıb çıxarır yox, gətirib çıxarır ki, bu da təpədən-dırnağacan yalan və yanlışlıq deməkdir.
Əgər Dədə Qorqudun tarixini bəzi ölkələrdə rəsmən 1300, bəzilərindəsə 1500 il hesablayırlarsa, bu bizi uzaqbaşı dünənə qədər apara bilər ki, bu da özümüzün özümüzü inkarı deməkdir.
Dədəlik ənənəsi Borçalı bölgəsində hüquq sahibi, söz və fikir sahibi kimi düşünülür. Görünür, öz zamanında da “boy boylayan, soy soylayan” bir Dədə olmuş və həmin Dədənin öz adı da Qorqud olmuşdur. Sözləri və fikirləri əfsanələşən, əsatirləşən və dastanlaşan dədələrin hər dediyi və ya düzüb-qoşduğu fikirlər bütün zamanlarda öz dəyərini qoruyub saxlamağa qadir olmuşdur.
“Anaxatır” əsatirinin yaranması və dillərdən-dillərə, əsrlərdən-əsrlərə keçərək yaşaması ulu bir Dədənin bugünümüzə qədər gələn toxunulmaz gerçəkliyidir. Təxminən otuz il öncə ilk dəfə qələmə alınan bu dəyərli Haqq hekayəti öz sanbalı və tamlığıyla da bilim adamlarının diqqətini çəkmişdir.
Sevindiricidir ki, ilk dəfə bu əsatiri dəyərləndirən bilim adamı kimi da Borçalıda dünyaya gəlmiş tanınmış şair, müəllim və araşdırıcı – akademik Valeh Hacılardır.
Əlbəttə, çapından sonra başqa alimlər də bu əsatir haqda ürəkdolusu danışmış və öz araşdırmalarında yeri gəldikcə ciddi fikirlər söyləmişlər.
Təkcə Valeh Hacıların 1992-ci ildə Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında Tiflisdə nəşr etdirdiyi “Azərbaycan folkloru ənənələri” adlı olduqca dəyərli elmi araşdırmalar kitabını misal gətirsək, bəs eləyər. Bu yurdun (Borçalının), bu dağların – bir tərəfi Babakər, Ləlvər, bir yanı Dəlidağ, Ağlağan, Oy dərəsi, Keçəldağ və başqa bu kimi yerlərin adları ilk dəfə bu əsatirdə çəkilir.
“Anaxatır” əsatirində haqqında bəhs edilən, ululuğuna güzgü tutulan Dədə kimdir, görəsən? Əlbəttə, “Kitabi-Dədə Qorqud”da adı çəkilən Dədədən min illər öncə yaşamış bir el-ulus böyüyü! Gələcək daha geniş tədqiqat və araşdırmaya ehtiyac duyulan bu cür xalq yaradıcılığı nümunələrinə üz tutsaq, yurdun, xalqın haqqını özünə qaytarmış olarıq. Yurdun, yurddaşlığın tarixini öyrənmək həqiqətləri də bizə bunu diqtə eləyir.
Tarixi qaynaqlarda oxuyuruq: “...Hələ beş min il bundan öncə Qafqaz torpaq­larında – Kür çayının sağ sahilində Hun Türklər, Bun Türklər və ümumən Türk tayfa və birləşmələri toplu halında yaşamışlar. Və onların öz həyat tərzi, öz ailə düzəni, özlərinə məxsus qoşun qaydaları mövcud olmuşdur...”
Borçalı bölgəsi əslində nağıllar, dastanlar, rəvayətlər, hekayətlər bölgəsidir. Bu bölgənin “Börüçala”, “Börülər yurdu” və buna bənzər başqa adlarla adlandırılması da bu yurdun hələ çox qədimlərdən “Qurdlar diyarı” və ya “Qurdlar vadisi” anlamında düşünüldüyündən xəbər verir. Bu həm də cəsur, qeyrətli, qüvvətli, qorxmaz, sözünün sahibi olması anlamındadır.
Tarix boyu dönə-dönə əldən-ələ keçən, ayrı-ayrı sultanlıqların tərkib hissəsi kimi enişli-yoxuşlu yollar keçsə də, bu diyarın başına çoxlu müsibətlər gətirilsə də, Dadaloğlu demişkən: “Haqqımızda padşahlar fərman yazsa da...”, bu məmləkət nə adını, nə də soy-kökünü unutmamışdır. Necə var, elə qalmışdır. Buna dəlil kimi, Borçalı məmləkətinin yer-yurd, el-oba, dağ-dərə, çöl-düz, çay, bulaq, oylaq, qoruq və başqa adlarının neçə minillilliklər öncə necə vardısa, eləcə də qaldığını göstərmək olar.
Deməli, dədələrin verdiyi ad, qoyduğu qərar, dediyi söz öz sanbalını, çəkisini, əsrlərin sınağından çıxmağa qadir olduğunu dönə-dönə sübut etmişdir.
Dədələrin içindən seçilən, El Atası deyilən bir DƏDƏ ona bəslənilən etimadı doğrultduğu kimi, el də öz “Dədə sözü”nün üstünə söz qoya, onun verdiyi qərarı poza bilməz. Burda padşah seçilmir, burda DƏDƏ seçilir. Və seçilən DƏDƏnin də dedikləri öz halallığında minillər boyu yaşamalı və yaşatmalıdır.
Əgər Aşıq Qəribi bir gün içində Hələbdən Tiflisə gətirmək mümkünsə, deməli onu “Xızırın atının tərkində gətirdən” Dədənin gücü halal gücdür.
“Anaxatır” əsatiri eyni zamanda, Borçalı türklərinin Türk dünyasına özünütəs­di­qidir. Bu əsatirə görə, Anaxatır çayının sağı-solu və hər hansı bir səmti hansısa bir öl­kəyə daxil olsa belə, bir ulu, qədim bir Türk yurdu kimi nəsillərdən-nəsillərə qürurla adlayıb gəlir.
Türklər təkcə Anaxatır çayını yox, həm də Borçalının özünü “yaratmışlar”. Və “yaratdıqları” bütün yaxşı şeyləri yaşatmağa səy göstərmiş və buna müvəffəq olmuşlar.
Hətta deyərdik ki, Borçalı haqda tamamilə tədqiqatdan uzaq düşmüş bu əsatir də tarixin olduqca əvəzsiz bir hədiyyəsi kimi gəlib bugünümüzə çatmışdır. Bu da onu göstərir ki, “Anaxatır” əsatiri Borçalı ilə bağlıdır və Borçalıdan başqa heç yerdə ömür sürüb yaşaya bilməz.
Qədim Qafqazın özü qədər də qədim sakinləri olan Borçalı türklərinə məxsus folklor qaynaqlarının araşdırılması günün zəruru problemlərindəndir.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   163   164   165   166   167   168   169   170   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish