Amea folklor institutu



Download 40,44 Mb.
bet163/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   159   160   161   162   163   164   165   166   ...   295
ƏDƏBİYYAT

  1. Azərbaycan Sovet Ensiklopediyası, X c., ASE-nin baş redaksiyası, Bakı, 1987.

  2. Atalar sözü, toplayanı Ə.Hüseynzadə, tərtib edəni H.Qasımzadə, Bakı, “Yazıçı”, 1985.

  3. İlya Çavçavadze, “Армянские ученые и вопиющие камни”, Tiflis, 1902.

  4. Məmməd Araz, seçilmiş əsərləri, ”Şərq-Qərb”, 2010.

Nübar Həkimova
Fəlsəfə doktoru, AMEA Folklor İnstitutu
QAFQAZ XALQLARININ MİFOLOGİYASINDA “ALBASTI”
«Албасты» в мифологии Кавказских народов
В демонологии Кавказских народов особое место занимает образ «Албас­ты». У турок, казанских, крымских и западносибирских татар, казахов, башкир, тувинцев, алтайцев, узбеков (албасты, алвастй), туркмен (ал, албассы), киргизов (албарсты), каракалпаков, ногайцев (албаслы), азербайджанцев (хал, халанасы), кумыков (албаслы къатын), балкарцев и карачаевцев (алмаеты) злой демон, связанный с водной стихией. У турок назывался также ал, ал-ана, ал-кары, ал-кузы, у тувинцев и алтайцев- а л бы с, у казахов, каракалпаков, киргизов, узбеков - марту (мартуу, мартув, мартук), узбеков Зеравшанской долины - сары кыз («жёлтая дева»), у западносибирских татар - сары чэч [«желтоволосая (дева)»]. Из кавказских народов у лезгин алпаб, лаков алмае хатун, татов дада йол, рутульцев и агульцев албасты, анди – гогчи и т.д. В грузинской демонологии этот образ имеет название Али. В статье рассматривается место этого образа в демонологии Кавказских народов.
«Albasty» in mythology of the Caucasian people
In demonology of the Caucasian people the special place occupies an image of «Albasty» . At a Turkic, the Kazan, Crimean and West Siberian Tatars, Kazakhs, the Bashkir, Tuvinians, Altaians, Uzbeks (Albasty, Alvasti), the Turkman (Al, Albassy), Kirghiz (Albarsty), Karakalpaks, Nogay (Albasly), Azerbaijanians (Hal, Hal anasy), kumuks (Albasly khatin), balkar and garachay (Almaety) the malicious demon connected with water elements. At a Turkic people was called also Al, Al-ana, Al-kary, Al-kuzy, at Tuvinians and Altaians – Al bis, at Kazakhs, Kirghiz, Uzbeks - Marty (Martyy, Martyv, Martyk), Uzbeks of the Zeravshan valley – Sari kiz («yellow maiden»), at the West Siberian Tatars – Sari chech («yellow-haired (the maiden)»). From the Caucasian people at the Lezghi Alpab, Laks Almae khatun, Tats Dada yol, Rutuls and Aguls Albasty etc. In the Georgian demonology this image has the name of Ali. In article the place of this image in demonology of the Caucasian people is considered.
Qafqaz xalqlarının demonologiyasında aparıcı yerlərdən birini “Albastı” obrazı tutur. Qazan, Krım və Qərbi Sibir türkləri, qazax, altay, tuva, başqırdlarda – Albastı, Alvastı, türkmənlərdə - Al, Albaası, özbəklərdə - martu (martuu, mrtuv, martuk), Zərəfşan özbəklərində - sarı kız, çuvaşlardaAlbasta, Lobasty, Qərbi Sibir tatarlarında - sarı çeç (sarı saç), qırğızlarda – Albarstı, qaraqalpaqlarda, noqaylarda Albaslı, azərbaycanlılarda – Hal, Hal Anası, qumuqlarda – Albaslı Hatın, qaraçay və balkarlarda – Almaetı adlanan bu bəd ruh yalnız türk mifologiyasında deyil, digər xalqların mifik təfəkküründə də rast gəlinir. Qafqaz xalqlarından ləzgilərdə - Al pab, laklarda – Almae Xatun, tatlarda –Dədə y-ol, rutullarda və aqullarda – Albasti, andilərdə - Qoqoçi, udmurt və marilərdə - Alvasta və Alvastı Albastı obrazının analoqlarıdır. Gürcü demono­logiyasındakı Alı obrazının da mənşə etibarilə Albastıya bağlandığı məlumdur.
Albastı xarici görünüşcə eybəcər qadın kimi təsəvvür olunur, hər zaman uzun dağınıq saçlarını tökər və dizinə qədər sallanan uzun məmələrini çiynindən arxaya doğru atar. Bütün yuxarıda xatırlanan xalqlarda bu obrazın xarici görünüşündəki bu nüanslar demək olar ki, identikdir. Belə bir inam var ki, Albastı istədiyi heyvanın və əşyanın cildinə girə bilər. Kazan tatarları inanırdılar ki, Albastı ot tayası, şam ağacı ola bilər. Qazaxların bəzi miflərində isə Albastı quş ayaqlı, bəzən isə keçi ayaqlı təsvir olunur. Bu xalqda həm də dabanı tərsinə bitmiş Albastıya rast gəlinir. Tuva miflərinə görə, Albastının alnında bir göz var, burnu isə qırmızı misdən və ya daşdandır. Hətta Tuva Albastısının belindəki ətlər tökülüb və bütün daxili üzdədir (Kazan tatarlarında da bu təsəvvür vardır). Qərbi Sibir tatarlarının mifoloji təsəvvürlərinə görə, Albastının uzun və iti dırnaqları var. Qırğız və qazaxlar Kara (ən qorxulu) Sarı və ya Sasık (iylənmiş) Albastıları fərqləndirir. Sarı Albastılar ərmişlərin və ya şamanların qamlaması ilə keçib gedirlər. Qara Albastıdan fərqli olaraq Sarı Albastı sarışın qadın cildində, bəzən isə tülkü cildində görünür. Qara Albastılar isə yalnız mürəkkəb qamlama ayinləri nəticəsində dəf olurlar. Onlarla yalnız indiyədək bir neçə Albastıya qalib gəlmiş insanlar - ərmişlər bacara bilər.
Albastının atributları – sehrli (magik) kitab, daraq və gümüş pul və ya azərbaycanlılarda muncuqdur. Hətta azərbaycanlılar bu muncuq vasitəsi ilə həmin demonoloji obrazı tanıyırlar: “Bir kişi dəyirmanda işdiyirmiş. Birdən görür ki, bacadan bir arvad başı sallandı, boynunda da muncuğu. bilir ki, bı, hal anasıdı...” (1, 122). Və ya başqa bir mifdə deyilir: “...Mən də ağırayağıydim. Sancım tutdu., adam çağırmağa utandım. Uşaq oldu. Yudum, bələdim. bu vaxt bacadan bir səs gəldi:

  • Sərəndaz, Sərəndaz, təksən? Gəlim?

Qorxudan dinmədim. Gördüm bədheybət bir arvaddı, bir boyunbağısı var, bacadan sallanıb az qalır yerə dəysin......” (1, 121). “ Bir zahı evdı təkimiş. Bir də görür ki, bacadan bir arvad başı sallandı, boynunda da mıncıxları. Zahı tez qarmaxlı şişnən bı mıncıxları qırıp tökür, çünki bının hal olduğunu bilmişdi” (1, 116). Gördüyümüz kimi, hər üç örnəkdə folklor mətninin söyləyicisi Hal anasını – muncuğundan, boyunbağısından tanıyır.
Qumuq miflərində Albastının Temir töş adlı əri də var, qazaxlarda isə bu, meşə əyəsi – Soreldir. Albastının məskəni su hövzələrinin kənarıdır və insanlar da adətən ona su kənarında saçlarını darayan zaman rast gəlirlər. Belə hesab olunur ki, Abastı gecə qarabasmalarına səbəb olur. Qazan tatarları inanırlar ki, Albastı öz qurbanının qanını içir. Albastının atlara olan məhəbbəti də məşhurdur. “Bəzi təsəvvürlərə qırmızı, eləcə də qara və uzun geyinən bu tüklücə Al qarısını bəzən də atın quyruğunu hördüyü yerdə yaxalarmışlar” (3, 26). Albastı gecələr atları minib çapır, onların belindəki tükləri və quyruqlarını hörür. Bu inam azərbaycanlılarda geniş yayılmışdır. Məsələn, mifoloji mətnlərimizin içərisində belə bir örnək qorunur: “Bacımın qaynanasının dədəsi Hacının töyləsi varmış. Bunın bı töyləsində bir də bir atı varmış. Görüllər ki, ağ geyimli bir arvad gəlir atı minir gedir. Bir dəfə belə, iki dəfə belə, bir də gələndə Hacı qıyığı sancır onun yaxasına, gətirir evə. O da yalvarıp-yaxarır. Hacı əvvəlcə ona tobalatma elətdirir ki, yeddi arxadönəninizə dəymərəm. Sora da ona odun-ocaq gətirdirərmişdər, su daşıtdirarmışdar” (1, 123). Və ya “Bir kişi səhərrər durumuş ki, atı tərridi. Bir gün belə, beş gün belə, daha kişi dözmür. Gətirir ki,atın belin qırrıyır, özü də mısır. Gecə yarısı bir də görür ki, hal nənəsi gəldi, atı mindi. Kişi tez mısdığı yerdən çıxır. Hal nənəsi qıra yapışığınnan qaça bilmir. Kişi onun yaxasına iynə sancır. Hal nənəsi olur bir qız. kişi onun evinə gətirib saxlıyır, hər işi buyurur... ” (1, 122).
Albastı - Al anası barədə geniş yayılmış təsəvvürlərdən biri onun insanlarla cinsi əlaqəyə girməsi və ya insanları öz südü ilə əmizdirməsi ilə əlaqədardır. Alimlər bu təsəvvürün şamanizmlə əlaqədar olduğunu vurğulamışlar. Prof.F.Bayat göstərmişdir ki, “ruhlarla evlenme ve ya ruhların sütünü içme yoluyla da Şaman statüsü alanlar vardır. Nitekim Tuva Şaman efsanelerine albısların döşünü emmekle Şaman olmak da mümkündür. Sırra erme ritlerinde esaslı rol oynayan süt içme veya döş emme motifi de şamanın ruhlar alemi ile alakasını şartlandıran amillerden biridir. Şamana süt verən, onu emziren albıs ve ya albastı (Yakur mitolojisinde abaası) bazı alametlerine göre Mitolojik Ana`nın ters çevrilmiş işaretidir. iri döşlü, doğuran, emziren Mitolojik ana, albıs varlığında kodlaşır. Aslında şamanın Mitolojik anayı işaretleyen bu ruhlarla cinsi ilişkiye girmesi başlanğıcta var olan gizli enerjiye sahip olmaktır” (2, 55).

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   159   160   161   162   163   164   165   166   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish