Amea folklor institutu



Download 40,44 Mb.
bet165/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   161   162   163   164   165   166   167   168   ...   295
Onnan sora kişinin dövləti başınnan aşır” (1, 118). Amma bəzən Hal anası in­sanları aldadıb, hətta onlara acıq da verir: “...Axır bir gün evdəkilər hayanday­mışdarsa, alladıb yaxasındakı qıyığı evdəki balaca uşağa çıxartdırır. Sora da gəlip durur Hacının arvadının qabağında, deyib:
Heş demədin, axça gəti, boxça gəti.
Elə dedin, odun gəti, su gəti” (1, 123).
Albastının dilindən deyilən bu şeir mətnindən aydın olur ki, odun və su yerində insan ondan axça (pul, qızıl) və ya boxça (var-dövlət) istəsəydi, Albastı bunları insana verə bilərdi.
Bu demonoloji obrazın mənşəyinə gəlincə, bu barədə türkologiyada müxtəlif fikirlər mövcuddur. Yuxarıda qeyd etdik ki, bu demonoloji obraz yalnız türk xalqlarında deyil, həm də ləzgi, tat, rutul, aqul, andi və b. xalqlarda mövcuddur. Bu xalqlarla yanaşı, talışlarda – Ala jen, taciklərdə - Albasti, kürdlərdə - Hal anası, bəlucilərdə - Alq şəklində analoji obraz mövcuddur.
Alimlərin böyük əksəriyyəti belə hesab edirlər ki, Albastı türk mənşəli perso­najdır. Amma bir qisim alimlər bu obrazı İran mifologiyası ənənələri ilə əlaqələndirirlər. Sözün özü isə “al” (İran mənşəli söz) və “bastı” (türk dilindəki “basmaq” sözündən). N.Basilov belə ehtimal edir ki, “al” sözünün mənşəyində sami xalqlarının Alu tanrısına yaxınlığı çatan Tanrı durur. Müəllif “bastı” sözünü isə Hind –Avropa termini sayaraq, mənasını “ruh”, “tanrıça” (ruslardakı “bes”, osetinlərdəki “uas” misalı) kimi açır. Bu etimologiyaya əsaslanan alim, ehtimal edir ki, Albastı obrazı etnik topluluqların qədim əlaqələri zamanı formalaşmışdır. Prof. C.Bəydili “al” sözünü od kultu ilə bağlayır: “ “Al” sözü bu ruhun od kultu ilə bağlı olduğunu da göstərir. Məs., yakurlarda ailə ocağının oduna Al-ot deyilməsi faktı tədqiqatlarda qeydə alınmışdır” (3, 30).
Fikrimizcə, Albastının atributları (sehrli kitab və dəmir pul, Azərbaycan variantında muncuq) onu göstərir ki, bu obrazın genezisində hami ruh, müsbət obraz durur. Digər tərəfdən, Azərbaycan mifoloji mətnlərinə əsaslanaraq, bir qədər öncə söylədiyimiz kimi, Albastı insanlara var, dövlət bəxş edə bilir. Bu isə müsbət qəhrəmana, hami ruha, tanrıçaya məxsus keyfiyyətdir. Bu keyfiyyətlər artıq mənfi çalar qazanmış Albastının, Hal anasının genezisində duran müsbət obraz – hami ruhun rudimenti sayıla bilər. V.Basilov da belə hesab edir ki, ibtidada Albastı – Məhsuldarlıq hamisi, vəhşi heyvanların və ov təsərrüfatının himayəçi ruhu olmuşdur. Albastının yeraltı, ölülər dünyasının təmsilçisi olması daha inkişaf etmiş mifoloji sistemlərin meydana gəlməsi ilə əlaqədardır (8).
Azərbaycan folklorşünaslığında dəfələrlə Al qarısının ibtidada müsbət obraz olması qeyd olunur: “...albıs veya albastı (Yakut mitolojisinde abaasi) bazı alametlerine gore Mitolojik Ananın ters çevrilmiş işaretidir. iri döşlü, doğuran, emziren Mitolojik Ana, albıs varlığında kodlaşır” (2, 55).
Hələ XX əsrin əvvəllərində Abdulkadir İnan Albastı obrazının genezisi barədə yazırdı: “Bugünkü Türk inamlarında yaşayan Al şerir bir ruh olarak tasavvur olunur; yol şaşırtıcı, yalançı hilekar sayılır.
Aldanmak, aldatmak, aletmek, allak-bullak, alık gibi kelimeler bu ruhun sükutundan sonra türemiş olan kelimelerdir.
En eski zamanlarda bu ruh ateş tanrısı, hami ruh olmuştur. Türk kültürü tarihinde büyük bir inkilap neticesinde olsa gerektir ki, bu hami ruh düşmüş ve kötü ruhlar sırasına geçmiştir” (5, 265)

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   161   162   163   164   165   166   167   168   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish