Amea folklor institutu


Dos. Nəzakət Rza qızı İsmayılova



Download 40,44 Mb.
bet161/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   157   158   159   160   161   162   163   164   ...   295
Dos. Nəzakət Rza qızı İsmayılova
Naxçıvan Dövlət Universiteti
QAFQAZ XALQLARININ TARİXİNİ ƏKS ETDİRƏN “ZƏNGƏZUR” ROMANINDAKI HADİSƏLƏRİN BU GÜNÜMÜZLƏ PARALELLİYİ
События в романе Зенгезур, которые отражает истории Гафгазских народов и паралели современности
В статъе обстоятелъно анализирован роман Эйюба Аббасова «Зенгазур», изданнъй в двух томах и являющийся единственным крупнообвемным произ­ве­дением писателя. Роман написан в период самого разгара советской эпохи. Этот роман мопско расценитъ с разных аспектъв. Автор статъи ведйт речъ о пла­нированном захвате армяноми Зенгазурских земелъ, отражай параллели исто­рических событий в связи с современныим реалами нашего народа, а также оживляет характерные особенности образов типического человека.

The parallel of the events reflected the history of the Caucasus’s
nations in novel “ Zengezur” with today
In this article there have been completely analyzed Eyyub Abbasov's two volume novel “Zengezur”. This is Eyyub Abbasov's only large novel. It is a historical work written during the strictest period of post soviet reign. We can analyze this novel by the several points of view.
The article mostly deals with the planned occupation of Zengezur territory by armenians. The events taking place in the rove go parallel with nowadays, as well as the article enlightens several images.
Əyyub Abbasovun yaradıcılığı çoxşaxəli və zəngindir. O, əsasən, uşaq şairi kimi tanınmış, və bu sahədə böyük xidmətləri olmuşdur. Şairin zəngin ədəbi irsi şeir, poema , roman və hekayələri bu gün də öz aktuallığını itirməmiş, gənc nəslin bədii -estetik tərbiyəsinin formalaşmasında rolu danılmazdır. Onun, əsərlərində dostluq, yoldaşlıq, Vətənə məhəbbət, torpağa sevgi və nəhayət dilimizin zənginlikləri üzə çıxarılaraq sevdirməyə çalışmışdır.
Əyyub Abbasov uzun müddət uşaqlar üçün yazıb-yaratmış, birdən-birə roman janrına keçib bu janırda yeganə əsəri olan “Zəngəzur” romanını yazmışdır. Bəs buna səbəb nə idi? Nədən belə bir qərara gəlmişdi? Zəngəzur romanın yazılması o qədər də təəccüb doğurmamalıdır. Çünki içində yaşadığı, şahidi olduğu ətrafında cərəyan etdiyi hadisələr, eşitdiyi sözlər, əhvalatlar onu düşündürmüşdür.
Çox maraqlı haldır ki, bu əsər bugünkü hadisələri (erməni münaqişəsini) özündə əks etdirir. Bu günümüzlə səsləşir mövzu və ideya baxımından çox aktualdır. Bu əsəri oxuduqda XX əsrin əvvəllərindən bu günə qədər olan hadisələri nəzərdən keçirir, və görürük ki eyni ssenari eyni tarix, eyni hadisələrdir. Tariximizi bir daha sərv-nəzər etmiş oluruq. Vətəni, torpağını sevən hər bir insan tarixi keçmişimizi bilmədən yaşadığı dövrdə baş verdiyi hadisəni nə təhlil edə bilər nə də düzgün qiymətləndirər.
“Zəngəzur” romanı sovetlər məkanının ən qaynar dövründə qələmə alınmışdır. Belə bir əsər yazmaq o dövr üçün çox da asan deyildi. O dövrdə yazıçıya qarşı bir sıra təhdidlər və tərs baxışlar xalqlar dostluğuna xələl gəlməsi kimi fikriləri ilə də ittiham edirdilər.
Tariximizi əks etdirən “Zəngəzur” romanı sovet ideoloji sisteminə uyğunlaş­dı­rılmış şəkildə yazılsa da müəllifin milli təsübkeşliyindən irəli gəlmişdir. Bu əsərdə əsasən yurd-yuvalarından qovulan insanların acı fəryadlarını ən xırda detallarınadək ürək yanğısı ilə bədii və obrazlı vasitələrlə oxucu qarşısında canlandırmışdır.
İstər sadə kəndlinin, istərsə də qəddar ağaların obrazında xarakterik vərdişlər xüsusi sənətkarlıq ustalığı ilə qələmə alınmışdır. Təbiət gözəllikləri hadisələrin təfsilatı ilə nəql olunması insanların milli mənsubiyyətindən asılı olmayaraq geyimləri, adət ənənələri, toy mərasimləri, mənəvi-əxlaqi keyfiyyətlərlə birgə verilmişdir. Əsərdə bu gün üçün çox işlənilməyən arxaikləşmiş “çəpəngi”, “sarmalı”, “qanovuz”, “küləçə” və s. sözlərdən istifadə edilmişdir.
Bunu da qeyd etməklə əsərin əsas ideyasına yaxınlaşmış oluruq. Zəngəzur roma­nında maraqlı bir məqam var. Yəni əsərin əsas məğzində Alagöllər deyilən ərazi daya­nır. Əyyub Abbasov əsər başlayandan qurtaranadək bu məsələni həm bitməmiş saxlayır, həm də dönə-dönə bu torpaqların əzəldən Azərbaycana məxsus olduğunu tarixi faktlarla göstərilir.
Bu məsələ Hacı Atakişi bəylə erməni Baqrad arasında gedən mübahisə sonu olmayan bir məsələ ilə nəticələnir. Atakişi bəyə məxsus olan Alagöllər adlı yaylaq əsərdə belə təsvir olunur. “Naxçıvanla Qarabağ arasında yerləşən Zəngəzur, uca dağlar, geniş çəmənlər, coşqun çaylar, şəlalələr ölkəsi kimi tanınır. Bu kiçik ölkənin hər bir qarşı gözəl bir lövhədir. Alagöllər isə bu yerin ən cazibədar ruhu oxşar bir yaylaqdır. (51 s.-1 cild)
Bu yaylaq ermənilərin diqqətində olduğundan əsərdə Əngələvitli erməni Baqrad ağa ciddi cəhdlə Alagölləri ələ keçirmək üçün yollar fikirləşir. Pristava yaltaqlanaraq onun ətrafında fırlanır. Alagöllər adlanan ərazinin ona nə vaxt verilməsini soruşaraq əldən-ayaqdan gedir. Sözlərinə cavab almayınca isə yalvarışlı baxışlarla onu süzür.
Əsərdə bu səhnə belə təsvir olunur.
“Baqrad ağa boynunu uzadıb Pristavın dik üzünə baxdı –axı o yerləri ələ keçirmək üçün mən bu Qriqorla birlikdə ətək-ətək pul tökmüşük” (46 s-1 cild) “Bu millət demək olar ki, həmişə əsərdə də təsvir olunduğu kimi belə bir düşüncəyə xas olmuşdur”
“Zəngəzur” romanında əsas ideya Azərbaycan kəndinin inqilabdan əvvəl və inqi­lab­dan sonrakı dövrdəki ictimai-siyasi vəziyyəti, eyni zamanda törədilən milli qırğının dəhşətləri göstərilmiş, eləcədə xalq kütlələrində milli azadlıq ruhunun oyanması prosesi canlandırılmışdır.
Əyyub Abbasov əsərdə xüsusilə Andronik, Nejde və Dro kimi zalımların, cəladd­ların bədii obrazlarını yaratmaqla gələcək nəsillərə bir daha onların iç üzlərini gös­tərməyə çalışmışdır. Tarixi hadisələri həqiqətə uyğun təsvir etməklə bu qayəni daha dolğun verməyə müvəffəq olmuşdur.
Müəllif romanın əvvəlində hadisələrin nə vaxt başladığını dürüst göstərməklə bəzi təfərrüatları əsaslanmış, əsərdən də məlum olduğu kimi , bu hadisələr 1916-cı illəri əhatə edir. Əsərdə verilmiş belə məqamlar oxucunu düzgün qənaətə gətirə bilər.
Onu da qeyd etmək lazımdır ki, romanda hadisələr 1921-ci ilin ikinci yarısına qədər olan hadisələr qələmə alınmışdır. Sovetlər İttifaqının ən qaynar bir dövründə belə bir əsərin yazılması ermənilərin iyrənc xislətlərinin üzə çıxarılması əsl hünər idi. Əyyub Abbasov yaşadığı mühitin qəlbindən kənara çıxa bilməmiş beş illik dövrün ictimai-siyasi hadisələri geniş epik planda qələmə almışdır. Əsərdə müsbət və mənfi surətlərin tipik xarakterini yaratmışdır. Burada saf məhəbbət dostluq, yoldaşlıq, vətənpərvərlik, torpağı uğrunda canından keçməyə hazır olan mübariz insan sürətləri vardır.
Əyyub Abbasovun yaradıcılıq manerasının ən yüksək nailiyyəti hesab olunan “Zəngəzur ” romanı tarixi mövzuda yazılmış bu günümüzdə paralellik təşkil edən həm aktual, həm də çox qiymətli tarixi bir əsərdir. Bu əsər 1953 -1957-ci illərdə qələmə alınmışdır. İki cildən ibarətdir.
Əsərdə hadisələr əsasən Azərbaycanın Zəngəzur rayonunun Əngələvid və Şəki kəndlərində bir müddətdən sonra isə bu hadisələr Xinzirək kəndində Gorus və Qafan rayonlarında davam edir. Onu da qeyd etmək lazımdır ki, hadisələrin cərəyan etdiyi coğrafi məkan daha da genişdir. Müəllif romanda bir çox qəhrəmanların qaçqınlıq taleyini elindən obasından zorla ayırıb evləri talan edilmiş insanların acı fəryadını ürək ağrısı ilə göstərməyə çalışmışdır. Bu günümüzlə paralellik təşkil bu hadisələr sanki bizim şahidi olduğumuz 1988-ci ildən başlayan bu gündə yurd-yuvalarına həsrət qalmış, qaçqın həyatı yaşayan insanların taleyi ilə üst-üstə düşür və demək olar ki, tarix təkrar olunur. Romanda hadisələr həm ümumi şəkildə həm də ayrı-ayrı insan taleləri, əhvalatları əhatəli incələnmişdir.
“Zəngəzur” romanı ciddi ictimai-siyasi problemləri, hadisələri əhatə edir və baş verdiyi məkanın təsviri ilə başlayır.
Əsərin ilk səhifəsində oxuyuruq: “Kəklik otunun, alma çiçəyinin, demi yarpızının ətrini kövşənə yayan xoş və təmiz səhər mehi ... sinəsi qabarıq bildirçinlərin, tükü rəngarəng pipiyi yelpik kimi açılıb bükülən buppuların, yumruq boyda boz sərçələrin səsi...” (3-4 s. I cild) Göründüyü kimi müəllifin uşaqlıq və gənclik illəri təbiətin füsunkar yerlərində keçən doğma yurdunun insanı valeh edən bu gözəlliyi böyük məhəbbətlə tərənnüm etməyi bacarmışdır. Sanki oxucu özünü təbiətin bu gözəllikləri olan, gül çiçəyin ətri qoxusu içərisində hiss edir.
“Zəngəzur ” romanında baş vermiş hadisələr real şəkildə əks olunmuşdur. Belə ki tarixi mənbələr, rəsmi sənədlər, tədqiqat əsərləri, dövri mətbuat materialları həmçinin hadisələrin iştirakçılarını yaxından tanıyan çox güman ki, onların sözlərini –söhbətlərini olduğu kimi xatırlayan müxtəlifin şəxsi təssürafatları ilə bərabər güclü yazı təxəyyülünün təsirini də qeyd etmək yerinə düşər.
“Zəngəzur” romanı tarixi mövzuda yazılmasına baxmayaraq, oradakı hadisələri təhlil edərəkən görürük ki, qadın hüquqsuzluğu ağaların, bəylərin onların başına gətir­dikləri müsibətlər, avam insanların acı taleyi, maarifin inkişafına mane olan qüvvələr, zəhmətkeş insanların yaşantıları bulaq suyu tər-təmiz məhəbbətə qarşı iyrənc mənə­viyyatı, insanların çirkləndirməsi kimi surətlər obrazlı şəkildə ustalıqla qələmə almışdır. Bunların önündə müəllif əsasən torpaq iddialarında olan qaniçən ingilis xəfiyyəsi Andronikin, Nijdenin Duronun zalım qəddar obrazlarını da yaratmaqla tarixi həqiqətləri təsvir etməyə müvəffəq olmuşdur.
Əsərdə Əngələvid erməni kəndi, Şəki isə Azərbaycanlılar yaşayan kənd olaraq göstərilmişdir. Nəbi kişi Şəkidən Armenaq isə Əngələviddəndir. Onlar özlərini məxsus sahədə ot biçimi ilə məşğuldurlar, həm də uzaqdan- uzağa söhbət edirlər. Romanda paralellik missiyasının davamı burada da xüsusi nəzərə çarpır. Qeyd etdiyimiz kimi ilk hadisələr kəndə cərəyan edir. Şəkidə yaşayan zəhmətkeş sadə kəndli, avam olan Nəbi kişidir ki burada ağalıq edən Hacı Atakişi arvadı Bənövşə, oğlu ağıldan seyrək Fərman, dayısı Abbasəli onun arvadı Fatı qarı və s. İkinci bir ağa isə Əmir bəydir. Hacı Atakişi bəylə əmir bəydir ki onlar bir-birinə rəqib olsalar da bəzi məqamlarda birləşirlər.
Əngələvid də isə Baqrat ağa arvadı Nvart, oğlu Samel, qızı Siranuş nökəri Aşot və s. surətlərlə yanaşı bu kənddə Qiriqor ağa da var ki, o Baqrat bəylə müəyyən məsələlərdə həm fikir olurlar. Bax beləcə iki kənd, Şəki və Əngəlivid iki bəy Atakişi və Baqrat onların ailələri Əmir, Qiriqor paralellik təşkil edən bu surətlərdə xarakterlərdə oxşar və eynilik olduğu kimi təsvir olunmuşdur.
Şəki kəndinin kəndlisi Nəbi kişi ilə Əngələvidli kəndlinin kəndlisi Armenakın talehləri arasında da oxşarlıq müəyyən bir yaxınlıq vardır. Hər ikisi yol gözləyir Armenak əsgərlikdə olan oğlu Sureni, Nəbi kişi isə Bakıda fəhləlik edən qardaşı Comərdi gözləyirlər. Bu kəndlilər çox möhkəm dostdurlar bildiklərini bir-birlərinə danışıb dərdləşirlər. Comərdə, Armenakda olduqları yerdən çıxıb kəndə gəlirlər. Lakin bu eyni taleyli sakit yaşantılı insanlar arasında düşmənçilik toxumu səpilir. Əsərdə Keşiş, Mestor, Karo, Baqrat Qiriqor və başqaları pristav Timofey Timofeyeviç ilə öz çirkin niyyətlərini həyata keçirmək üçün əldən-ayaqdan gedirlər.
Romanda əsasən Azərbaycan kəndinin inqilabdan əvvəl və inqilabdan sonrakı dövrdə ictimai-siyasi vəziyyəti, törədilən milli qırğınlar onların dəhşətləri eləcə də xalq kütlələri arasında yaranan milli azadlıq ruhunun oyanmasını göstərilməyə çalışılmışdır.
Sadə insanların başlarına gələn hadisələrin hamısı kortəbii şəkildə allahla bağlayırlar. Məsələn əsərdə Nəbi kişinin arvadı Gülsüm qardaşı Rüstəm müəllimgilə gedərkən yolda Ələm tutan kişi ilə rastlaşır. Rüstəm müəllimdən nəzir ala bilməyən Ələmdar acığını Gülsümdən çıxaraq ələmin onun sinəsinə elə möhkəm çırpır ki, nəzirimi ver deyə qışqırır. Arvadın heç nəyi olmadığından mənim nəzirm yoxdur deyə başından nimdaş çarqatını açıb ona verib, yıxılır... huşunu itirib yolda yıxılan Gülüsümü evə aparırlar. Yanına gələnlər onu qorxduğunu deyirlər, pirə aparmalarını məsləhət bilirlər. Həkim isə onun neçə qabırğasının sındığını söyləyir. Bax beləcə zavallı qadın müəyyən müddət xəstə yatır və sonra dünyasını dəyişir. Nəbi kişi ağlayaraq bu hadisəni də allahın bir qisməti və taleyi olduğunu söyləyir. Görünür allah belə məsləhət bilib, allah əmridir deyə narahatlığını bu cür büruzə verir . Ələm gəzdirən fırıldaqçı isə günahkar hesab edilmir.
Əsərin əvvəlində başlanana Alagöllər məsələsi hələ də davam edir. Və bu sahə üstündə mübahisə qızışaraq mübarizəyə çevrilir. Şəkililər eşidirlər ki, erməni Əngə­ləvidlilər sürülərini gətirib, Alagöllər yaylağında otarırlar. Şəkili Hacı Atakişi və Əmir dəstələrini toplayıb, yaylağa üz tuturlar. “Abbasəli amiranə bir səslə Petrosa müraciət elədi. Ə tez ol, qoyunları çəmənlikdən çıxar!
Murdar erməni, yoxsa elə bilirsən biz Allagöllərdən əl çəkdik!”
- Ağzını təmiz saxla dəli musurman: qoyunu da çıxarmayacağam.
- Əlim-ayağım sənə dəyməmiş çıxart, yoxsa meydivi burada qoyacağam!-
Abbasəli xəncərini siyirib havada tovlaya-tovlaya qoyunları çəmənlikdən çıxarmağa başlayır”. (260 s. I-cild)
- Ərə hacı Atakişi, utanmırsan, yer haradan sənin oldu?... Yekə qarın Baqrad utansın. Alagöllər ata-babadan bizim olub. (261 s. I cild)
“deyilənlərə görə Gorusda iki mindən artıq erməni saldatı var. Böyükləri də ermənidir. Adı Andronik, familiyası Uzunyandır...
-Necə, Uzunyan –deyə onun sözünü kəsdi. Belə erməni familiyası yoxdur”. (252 s. I-cild)
Andronik Zəngəzur kəndlərini gəzərək öz dəstəsini böyütmüş və kəndlərə müraciət edirdi. Mən nə bolşevikəm, nə daşnaq. Böyük Ermənistan yaratmaq fikrinə düşməyiniz də cırtanın özünü dəvə boyda sanması kimi gülünc bir şeydir. Erməni milləti yaşamaq istəyirsə arxasını böyük və qüvvətli dövlətlərə söykəməlidir. O da Britaniya dövlətidir. (457 s. I-cild)
Əsərdə Andronik haqqında böyük açıqlama verilmişdir. Bu açıqlama Zəngəzurun general –qubernatoru Kara tərəfindən erməni milli şura sədrinə yazılmışdır.
“Andronik Türkiyədə anadan olmuşdur. Türkiyə ordusunda zabit rütbəsində xid­mət etmişdir. Eyni zamanda ingilislərin xəfiyyəsi kimi türklərin əleyhinə gizli təbliğat aparmağa başlamışdır. Türklər onu həbs etmişlər, lakin həbsdən qaçıb gizlən­mişdir. Birinci dünya müharibəsi başlanandan sonra fəaliyyətini daha artıraraq, özünü bir mil­lətçi kimi qələmə vermişdir. Başına bir dəstə erməni toplayıb, türklərə qarşı çıxışlar etmiş, iğtişaşlar törətmişdir”.
Rusiya fəhlə-kəndli inqilabına mənfi əlaqə bəslədiyindən, daha doğrusu çox qorx­duğundan Rusiyaya getməyib, üzünü İrana çevirmişdir. İrana getməkdə bir məqsədilə ingilislərlə birləşmək olmuşdur.
Arazdan keçib Naxçıvana gəlməyə məcbur olmuşdur. Nehrəm kəndində əsgərlər üçün azuqə tələb etmiş, yerinə yetirilmədikdə əhalini qırıb-çatmışdır. Türklərin Şahtax­tıya gəldiyini və tezliklə Naxçıvana çatacaqlarını bilib, dəstəsini Nehrəmdən geri çək­mişdir. (460 s. I-cild)
Andronik Sisyan kəndlərini külə döndərə-döndərə Zəngəzura gəlib çatmışdır. Burada Zəngəzurun həmişəlik olaraq özünü hakim olaraq elan etmişdir. Ağzı şirəyə batan Andronik burada da Qarakilsə, Ağdü, Bağdü, Urud, Şəki, Qızılcıq və s. kəndləri tarımar etmişdir. “Gördünüzmü, Türkiyədə qırılan ermənilərin intiqamını Zəngəzurun müsəlmanlarından necə alıram. (672 s. I-cild) indi mən qalan müsəlman kəndlərinin də daşını-daş üstündə qoymayacağam”.
Artıq 1920-ci ildir. General Nijde öz silahı dəstəsilə vəbaşkəsən qüvvəsi ilə Gorusa gəlmişdir. O ermənilərə müraciət edərək deyir:
- Gorus əhli, erməni qardaşlar! Mən Qorqen Nejdenin adını Ermənistanda eşit­mə­yən bir adam yoxdur. Sizdə eşidin və üzümü görün. Bundan sonra mən sizin içinizdə olacağam. Mən gəlmişəm ki, Zəngəzuru möhkəmləndirəm. (357 s. II-cild)
Nijde bu məqsəd üçün hər vasitədən istifadə edəcəyini bildirir. Hətta Ermənistan Rus bolşevik qoşunları tərəfindən işğal olunub, orada sovet hakimiyyəti qurulduqdan sonra da Nijde fəaliyyətini dayandırmır. Mən Zəngəzurda dağlar respublikası yaradaca­ğam! (375 s. II-cild) deyə öz məqsədini açıqlayır. O öz planını gerçəkləşdirmək üçün bu vaxt Qarabağda eyni missiyanı həvəslə yerinə yetirən general Dro ilə əlaqə yaradır. Bu plan ilə dinc azərbaycanlıları məhv etmək, onları yurd - yuvalarından didərgin salmaq idi.
Nejdenin dediklərindən: Mənim döyüşümdə hünərim və hərbi qüvvəm kifayət qədərdir. Mən bu gündən etibarən Zəngəzur Şora ermənistandan ayırıram. Zəngəzurda dağlar höküməti yaratdığımı sizə elan edirəm. Mən ona Syonik hökuməti adı verirəm. (414 s. II-cild)
Əsərdə müəllif Zəngəzurun daşnaqlar tərəfindən tamamilə ələ keçirildiyini söylə­yir. Antantanın adı əsərdə tez-tez söylənilir, yəni onların gücünün hesabına Nejde kim­lər loğvalanırlar. Öz hesabına əllərindən heç nə gəlməyən Nejde kimlər bu mübarizədə məhv olsalar da alçaq niyyətlərini həyata keçirir. Və beləliklə qorxaq Nejde canını götürüb qaçaraq Arazdan o tərəfə keçib xilas ola bilmişdir.
Romanda hadisələr 1921-ci ilin II yarısına qədər qələmə alınmışdır. 1916 -1921-ci ilə qədər olan hadisələr əsərin əsas süjet xəttini təşkil edir. Hadisələr inkişaf etdikcə sü­jet şaxələnir, yeni hadisələr təsvir olunur və bunlar bir vahid xətt ətrafında cərəyan edir. Əsərdə maraqlı məqamların təsviri ərazilər haqqında tarixi rəvayətlərin söylənilməsi, insanların milli mənsubiyyətindən asılı olmayaraq təsviri və sənətkarlıq ustalığıdır. əsərin ideya və bədii xüsusiyyətləri bu günümüzlə paralellik təşkil edir.
Məlumdur ki, 50-ci illərdə Azərbaycan nəsrində epikliyə meyl qüvvətli idi. Ümu­miyyətlə epiklik roman janrının başlıca xüsusiyyətlərindən biridir. Lakin epiklik anla­yışı bəzən əsərin çox həcmliliyi kimi başa düşülür. Belə bir cəhəti az-çox “Zəngəzur” romanında hiss edirik. Roman təhkiyə üsullu hadisələrin təfsilatı ilə diqqəti cəlb edir. Müəllif sürətlərin milli mənsubiyyətindən tutmuş adət-ənənələrinə, geyim-keçiminə, toy mərasimlərinə qədər hər detalı olduğu kimi təsvir etmişdir.
Bu romanı bir neçə aspektdən təhlil etmək olar. Sadə zəhmətkeş insanların yaşa­yışı, həyat tərzi, baxışları, qadınların tam hüquqsuzluğu, yaşantıları ağalar-bəylər tərə­findən başlarına gətirilən acı müsibətlər maarifin inkişafına mane olan qüvvələr, saf bulaq suyutək təmiz olan məhəbbət macəraları həm də iyrənc mənəviyyatlı insan “sev­gisi” əsərdə xüsusi ustalıqla qələmə almışdır. Əsərdə Növrəstə və Siranuş saf məhəb­bətlə öz sevgilərinə sadiq olaraq qalırlar. Məhəbbətləri uğrunda bütün əzab-əziyyətlərlə qatlaşsalarda geriyə çəkmirlər. Hacı Atakişinin ikinci arvadı olan Bənövşə hüquqsuz qadınlardan biridir. Atakişi tərəfdən .... Musa öldürülmüş və gözəl arvadı Bənövşəni özünə ikinci arvad etmişdir. Sonralar isə əsərdə Bənövşə Fatı qarı tərəfindən günah­lan­dırılaraq nahaqdan əri tərəfindən gecə ilə öldürüldü. Onun qızı Zöhrədən gənc yaş­larından Fatı qarı tərəfindən aldadılır, Fərman tərəfindən təcavüzə məruz qalır. Heç kim tərəfindən qəbul olunmayan Zöhrənində aqibəti böyük bir faciə ilə nəticələnir.
Əsərdə mənfi qadın surətlərindən biri də Fatı qarıdır. Bu qadının əsas işi ara qarışdırmaq, nahaqdan insanları günahlandırıb, məhv etmək idi. Özündən yaşca başlasa olan Fərmanı da ələ almaq üçün ciddi cəhdlə çalışır. “Fatı qarı heç bir yerə, hətta on addımlıq qonşuya da təzə paltar geyməmiş getməzdi. Təzə sandığını singilti ilə açıb, qırmızı güllü sallamalı çəpkəni, ətəyi sarmalı yaşıl qanovuz köynəyini, qollarının ağzı gen, büzməli, yaşıl məxmər küləçəsini hələ bir dəfə də geymədiyini sətin tumanını götürdü” (349 s. I cild) Əsərdə müəllif o vaxtkı Azərbaycanın milli geyim formalarını böyük ustalıqla incə detallarınadək təsvir etmişdir. O dövrdəki Azərbaycan milli geyimləri təsvir olunuraq oxucu qarşısında canlandırılır. Azərbaycanın milli geyimi bu gün geyinilmədiyindən ona artıq muzeylərdə rast gəlmək mümkündür. Elə sözlər var ki, artıq araxaikləşmiş yəni yuxarıda geyim formaları təsvir edilərkən “çəpkəni”, “sarmalı”, “qanovuz”, “küləçə” kimi məfhumlar indi çox məhdud şəkildə işlənilir. Demək olar ki heç işlənmir. Əsərdə toy mərasimləri də dövrə uyğun şəkildə təsvir edilmişdir. “Gəlinə bəzək verən qadın onun başına qıraqlarına qızıl pullar tikilmiş qırmızı rəngli araqçın qoyub, onun üstündən ağ çarqat örtdü, belinə enli gülüş kəmər bağladı(256 s. II cild)”
Başqa bir təsvirdə isə bəy üçün hazırlanmış işlərlə bağlıdır. “Giyəv ağacını gətirib stolun üstünə bəyin qarşısına qoydu. Təqribən bir metr uzunluğunda, dörd künc yonulmuş bu ağacın çox yerində açılmış deşiklərə kiçik çubuqlar sancılmışdır. Onlara isə alma, armud, nar, konfet və rəngli kağızlar keçirilmişdir. Ağacın başında bir-birinə bənd olmuş üç şam, qalan yerlərində isə tək-tək şamlar yanırdı” (257 s. II cild)
Adət-ənənəyə görə giyəv ağacını bəyə təqdim edəndə bəy gətirən adama xələt verməli idi. İndi bu adət Naxçıvanın bəzi bölgələrində xüsusilə Ordubad rayonunda bu ənənə davam etməkdədir. Əsərdə göstərilir ki Hacı Atakişinin evində hər gün qalmaqal idi. “Bu günkü mübahisə qızıl düymə və məxmər kürdü üstündə idi. Hacının Tamaşa üçün Şuşadan aldığı kürdü və qızıl düymələrdən ötrü Bənövşə hay-küy qaldırır. (244 s. I cild) Adətən varlı ailələrin xanımları qızıl düymə, məxmər kürdü olan bəzək vurulmuş atlas geyinərmişlər. Hacının ikinci arvadı olan Tamaşa yanında gətirdiyi qızı Zöhrə ilə birlikdə yaşayırdılar. Anasının üstünə nahaqdan xəyanət damğası vurulub, əri tərəfindən məhv edildikdən sonra, tənha qalan Zöhrə Fərmanın tərəfindən istəklərinə qarşı çıxdığından qəbul edilmədikdə amansızlıqla rədd edirdi. “Diri ikən ölü kimi yaşamağım daha bəsdir! Mənzilə az qalıb, dur get özündə, balanıda dünyanın əzabından bir dəfəlik qurtar. Hər şey ona rəngsiz mənasız görünürdü. Dünyadan ümüdünü üzmüş şaxtalı-boranlı bir gündə Zöhrə dili tutar-tutmaz:
Gəlirəm, ana gəlirəm, deyə özünü qətiyyətlə suya vurdu. Bir an belə keçmədi ki, “Şırşırın” uca zirvəsindən aşağı dibsiz burulğana elə bir köklü qaya düşdü... (390 s. I cild)
Beləliklə günahsız ananın taleyi ilə yenicə həyata göz açan Zöhrənin oxşar taleləri sona yetdi. Bu faciəli hadisələrə ölçü qoyan olmadı... Günahkarlar cəzalanmadı, haqq-ədalət öz yerini tapmadı. Budur bax əsl faciə!...
Əsərdə müsbət qadın sürətlərindən biri də Növrəstədir. O kasıb bir ailənin Nəbi kişinin qızı idi. Ailənin bütün çətinliklərində özünü kənara çəkməmiş, zərif çiyinləri ilə hər çətinliyi dəf etməyə çalışmış, zəhmətkeş, ağıllı, tədbirli və qeyrətli qızdır. Hələ uşaqlıqda qonşuları olan Şahmərdanla bir-birlərinə əhd-peyman bağlamışlar. Həmişə onu xəyallarında yaşadan ona sadiqliyini nümayiş etdirən Növrəstəyə qarşı çirkin niyyətli bir eşq elan edilir. Növrəstə bundan çox qorxuya düşür. O Hacı Atakişinin oğlu Fərmandır. Növrəstəni ələ almaq üçün araqarışdıran Fatı qarı onlarla gedib “şirin” dilini işə salıb Fərmanı tərifləyir. “əgər ona qismət olsan əsil xanım olacaqsan kasıbçılıq nə olduğunu bilməyəcəksən... Növrəstə, Şahmərdanı heç kimə dəyişmərəm Fatı qarının ayaqqabılarını cütləyir ona yol göstərir. Pərt olmuş qarı vəziyyəti belə görüb suyu süzülmüş halda çıxıb gedir”. (332 s. I cild)
“Zəngəzur” romanı tarixi bir mövzuda yazılmış, müasir dövrdə səsləşən aktual və qiymətli bir sənəd nümunəsidir.
“İmperiya ambisiyasına sadiq qalan qüvvələr eyni ssenari üzrə hərəkət edir. minlərlə dinc vətəndaşın göz yaşı və faciəsi üzərində öz hakimiyyətlərini saxlamağa cəhd göstərirlər. Bu roman biz tarixi amansız sınaqlarından ibrət götürməyi öyrədir. Mənfur ermənilərin hansı qüvvələrə söykənərək torpaqlarımızı hissə-hissə qoparılması siyasəti bu əsərdə tam açıqlığı ilə ortaya qoyulmuşdur və əsərin də əsas ideyası məhz elə bundan ibarətdir. 1953 -1957-ci illərdə qələmə alınan roman müəllifin sağlığında çap edilmiş və sonralar rus dilində чап olunmuşdur .
«Zəngəzur» romanı 11 cilddən ibarətdir. 1 cild qırx fəsildən, 11 cild isə ondoqquz fəsildən ibarətdir. «Zəngəzur» romanında maraqlı bir məqamı açıqlamaqla əsərin əsas ideyasına yaxınlaşmış oluruq beləki, mübahizə böyüyərək genişlənir artıq öz siferasın­dan çıxaraq fəlakətlərlə nəticələnir. Bu fəlakət bu münaqişə hələ də davam etməkdədir. Bu əsər haqqında tədris zamanı tələbələrə məlumat vermək çox əhəmiyyətlidir. Çünki tarixin amansız sınaqlarından ibrət dərsi götürməyi öyrədir. Tarixi keçmişimizi yenidən bir daha saf-çürük edir. 1988-ci ildən başlayan hadisələr sanki “Zəngəzur” romanında olduğu kimi eyni ssenari əsasında aparılmışdır. Ədibin birdən birə nəzmdən nəsrə keç­məsi ilk baxışdan çox təəccüblü görünməməlidir. Çünki hadisələrin içərisində yaşayan müəllifin tərcümeyi-halı ilə tanış olduqca bu «sirr» aydınlaşır.
Zəngəzur romanı tarixi mövzuda yazılmış, müasir dövrlə səsləşən ən dəyərli sənət nümunəsidir.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   157   158   159   160   161   162   163   164   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish