Radio jurnaliSTİKA



Download 3,35 Mb.
Pdf ko'rish
bet72/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   ...   68   69   70   71   72   73   74   75   ...   132
Bog'liq
Azerbaijan. Radiojournalism

Radioaparıcı nə edir?
Radiostansiyanın fəaliyyət spektrindən asılı 
olmayaraq, aparıcı stansiyanın səsidir. Onun BBC
NPR, özəl və ya dövlət, milli və ya yerli, beynəlxalq və 
ya da regional radiostansiyanın əməkdaşı olmasından 
asılı olmayaraq, bu gerçəklik dəyişmir. 
Aparıcıların çoxu müqavilə əsasında işə götürülür. 
Onların iş saatları müxtəlif ola bilər (səhər tezdən, 
gecə, gecə keçəndən sonra, bir sözlə, fərq etməz).
Bəzi proqram tipləri aparıcının daim səyahət 
etməsini nəzərdə tutur. Xüsusi musiqi zövqünün 
olmasını tələb edən musiqi kanallarından fərqli 
olaraq,adi və ya xəbər ağırlıqlı məzmun istehsal edən 
radiostansiyalarda çalışan aparıcılar tok şoulardan 
( ing.- talk-show) tutmuş, sənədli verilişlərə qədər 
ən müxtəlif proqramların quruluşundan xəbərdar 
olmalıdır. 
Radio aparıcının konkret vəzifələri proqram və ya 
stansiyadan asılı olaraq dəyişir. Onlar birbaşa və ya 
yazılan proqramları səsləndirə, yazılı mətni olan və ya 
şifahi verilişlər hazırlaya bilərlər. 
Aparıcılar eyni zamanda studiyadakı qonaqlarından 
müsahibə alır, telefonla verilişə qatılan izləyici və ya 
RADİOAPARICI
Radio aparıcı


56
V BÖLÜM
RADİO XƏBƏRİN HAZIRLANMASI / 
BİR JURNALİSTLİK XƏBƏR OTAQLARI
Radionun iş prinsipləri ilə televiziyanın iş prinsipləri 
arasındakı əsas fərq həm də ondadır ki, televiziyada 
yalnız bütöv bir komanda bir məhsul istehsal edirsə, 
ənənəvi radiostansiyalarda belə bir radiojurnalist 
bütün studiyanın işini tənzimləyə bilər. Kiçik 
radiostansiyalarda, yerli və lokal radiolarda adətən 
bütün sadaladığımız işləri görməyi bacaran bir 
və ya iki jurnalist çalışır. Böyük Britaniya kimi 
radioşəbəkənin yüksək inkişaf etdiyi ölkədə belə özəl 
radioların çoxu bu təcrübədən yararlanır və bu zaman 
heç də bütün xəbər bülletenlərinin əhatə edilməsi 
vacib deyil. Burada əsas prioritetlərini vaxtında 
müəyyən etmək və vaxtını yaxşı idarə etmək 
gərəkdir.
Bir jurnalist olaraq mikrofon arxasına keçib xəbər 
yayımlamaq istəyirsənsə, görməli olduğun işləri belə 
sıralamaq mümkündür:
1. Özün üçün sahə yarat.
2. Şəxsi kompüter, masa, lövhə, telefon xətti, 
bloknot, böyük gündəlik, fayl şkafı təmin et.
3. Portativ səsyazıcı, mikrofon, yaddaş kartları, fləş 
kartlar, xarici hard disklər, rəqəmsal rekorderlər, 
telefon zənglərini yazmaq üçün texnika, fasiləsiz 
İnternet, mini-mikşer təmin et (müasir dövrdə 
bunu İMac İPadlarla əvəz etmək mümkündür).
4. Təşkilatların, nazirliklərin əlaqə nömrələrini əl 
altında saxla.
5. Frilans jurnalistlərlə əlaqə yarat.
6. İnformasiya axının öhdəsindən gəlmək üçün fayl-
qovluq sistemi yarat.
7. Əgər varsa, proqram direktoru ilə xəbər 
bülletenlərinin vaxtlarını razılaşdır.
8. Büdcə imkan verirsə, bir texniki işçi tut.
9. Potensial xəbərlərin siyahısını yaratmağa başla.
10. Yayımın ilk günləri üçün bir neçə müsahibə al və 
hazır saxla.
11. Efirin ilk günləri üçün eksklüziv xəbər seçməyə 
çalış.
12. Press-relizlərdən və geniş müsahibələrdən 
istifadə etməklə bir neçə təlim xarakterli (test) 
bülleten yaz.

Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   68   69   70   71   72   73   74   75   ...   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish