Giriş: Yerli özünüidarə anlayışı



Download 2,51 Mb.
bet1/5
Sana08.09.2017
Hajmi2,51 Mb.
#20421
  1   2   3   4   5

AZƏRBAYCANDA



yerli özünüidarə hüququnun

ƏSASLARI


Azərbaycanda yerli özünüidarənin hüquqi əsasları

  1. Giriş:

  2. Yerli özünüidarə anlayışı

  3. Yerli özünüidarəetmənin hüquqi əsasları

    1. Yerli özünüidarınin hüquqi təminatları;

    2. vətəndaşların yerli özünüidarəni həyata keçirmək hüququ;

    3. Beynəlxalq təcrübə

    4. yerli rəy sorğusu.

  4. Yerli özünüidarəetməni həyata keçirən bələdiyyənin hüquqi statusu

    1. Bələdiyyələrin təşkilinin (yaradılmasının) hüquqi (prinsipləri) əsasları;

    2. Bələdiyyələrə dövlət tərəfindən verilən himayə hüquqları

  5. Bələdiyyələrin müstəqil idarəetmə hüquqlarının əsasları

    1. bələdiyyələrin ərazi hüququ;

    2. bələdiyyə iclası;

    3. daimi və başqa komissiyalar;

    4. bələdiyyə orqanları;

    5. bələdiyyənin icra orqanı;

    6. bələdiyyə sədri və müavini (ləri)

    7. bələdiyyə qulluğu;

    8. bələdiyyə müəssisəsi və təşkilatları;

    9. bələdiyyə qərarlarının məcburiliyı.

  6. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, məsuluyyətləri və onların fəaliyyətlərinə nəzarət:

    1. Bələdiyyə üzvləri və onların statusu;

    2. Bələdiyyə qulluqçuları;

    3. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətinə inzibati nəzarət

  7. Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi-hüquqi əsasları

    1. Bələdiyyə mülkiyyətinin əsasları (bələdiyyə torpaqları və əmlakı);

    2. bələdiyyə maliyyəsinin əsasları;

    3. Yerli büdcə;

    4. Yerli büdcənin təmini (büdcələrarası və dövlət hakimiyyəti orqanları ilə münasibətlər);

    5. Yerli büdcənin müstəqilliyi;

    6. Yerli büdcənin tərtibi;

    7. Yerli vergilər və ödənişlər;

    8. Yerli büdcənin tarazlaşdırılması;

    9. Bələdiyyələrin maliyyə-kredit, sığorta təşkilatları ilə münasibətləri

    10. Yerli büdcənin xərcləri;

    11. Yerli büdcəyə nəzarət;

  8. Yekun



Azərbaycanda yerli özünüidarə

hüququnun əsasları

“ Qanun” nəşriyyatı




KitabBöyük Britaniyanın Oxfam və Niderlandın İCCO beynəlxalq humanitar təşkilatlarının birgə maliyyə dəstəyi ilə Aran Humanitar Regional İnkişaf İctimai Birliyi tərəfindən Azərbaycanın mərkəzi regionunda həyata keçirilən “Azərbaycanda Yerli Özünüidarəetməni İnkişaf Etdirməklə Gücləndirmək” layihəsi çərçivəsində nəşr edilib. Kitabın ərsəyə gəlməsində zəhməti olan layihə əməkdaşları:

Rauf Əliyev- Aran İB Direktoru-layihə rəhbəri

Rasim Zeynalov – İct.maraq.dəstək. (advocacy officer)

Mehman Ağayev- baş hüquqşünas

Ləman Babayeva - Bacarıqların artırılması üzrə

mütəxəssis




Tahir Muradov
- Bacarıqların artırılması üzrə mütəxəssis


Kitabın əhatə etdiyi mövzular Azərbaycanda yerli özünüidarə hüququnun baza prinsipləri, müvafiq sahədə ölkə qanunvericviliyi və beynəlxalq təcrübəyə aid analitik müqayisələrdən ibarət əsaslandırılmış arqumentlərə istinadən tərtib olunmuşdur. Kitabın hazırlanmasında əsasən Azərbaycan Respublikasının Konstitusiyası, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu, bələdiyyələrə dair digər qanunvericilik aktları, Yeli Özünüidarə Haqqında Avropa Xartiyası və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “ Yerli və Regional Səviyyədə Səmərəli Demokratik İdarəetmə” (ingilis dilindəndən tərcümə) dərc materiallarından istifadə edilmişdir.

Giriş.
Hər bir demokratik quruluşa malik ölkədə yerli demokratiya səviyyəsinin göstərici olan yerli özünüidarəetmə sisteminin yaranması və inkişafı məsələsi müasir dövrün mühüm əhəmiyyətə malik dəyəri hesab olunur. Azərbaycan bələdiyyələri malik olduqları qısa tarixi təcrübə dövründə ilkin formalaşma mərhələsini artıq arxada qoymuşlar. Əldə olunmuş müsbət nəticələrlə yanaşı həllini gözləyən xeyli sayda problemlərin mövcudluğu gələcək əsaslı islahatların həyata keçirilməsini vacib bir zərurət olaraq şərtləndirir. O cümlədən hüquqi islahatların aparılması, Azərbaycan bələdiyyələrinin beynəlxalq yerli idarəçilik sisteminə inteqrasiyası müasir cəmiyyətimizdə prioritet hesab oluna bilən məsələlərdəndir. İndiyədək Azərbaycanda yerli özünüidarəetmə orqanlarının yaranması, inkişaf istiqamətləri və mövcud problemləri barədə kifayət qədər elmi araşdırma, təhlil-analiz xarakterli çap materialları, kitab, buklet, jurnal və s. dərc edilib geniş oxucu kütləsinə çatdırılmışdır. Oksfam (BB) və Hollandiyanın İCCO beynəlxalq təşkilatlarının maliyyə dəstəyi ilə Azərbaycanın mərkəzi regionunda Aran Humanitar Regional İnkişaf İctimai Birliyi tərəfindən icra edilən “Azərbaycanda Yerli Özünüidarəetməni İnkişaf Etdirməklə Gücləndirmək” layihəsi çərçivəsində layihə əməkdaşlarının hazırladıqları bu kitab bələdiyyə hüququnun əsasları barədə müvcud qanunvericiliyin mühüm aspektləri və beynəlxalq təcrübəyə istinadən müqayisəli təhlilə geniş yer ayırmaqla dəyərli bir metodik vəsaitdir. Bu kitab təkcə yerli özünüidarə auditoriyası üçün deyil, həm də hökumət və bütün maraqlı tərəflərin istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyildir ki, Aranın strateji planı (2007-2011) üzrə müəyyən etdiyi starteji istiqamətlərdən birincisi məhz, bələdiyyələrin yerli özünüidarə institutu kimi inkişaf etdirilməsidir. Burada əsas məqsədlərdən biri də Azərbaycanda bələdiyyələrin real və effektiv fəaliyyət göstərən, yerli demokratiyanı təmin edən və insan hüquq və azadlıqlarına hörmətlə yanaşan yerli özünüidarə institutuna çevrilməsinə nail olmaqdır. Bizim bu istiqamətdə, layihələrin icrası zamanı əldə etdiyimiz təcrübələrimiz onu deməyə əsas verir ki, Azərbaycanda yerli özünüidarə strukturlarının inkişaf etdirilməsi istiqamətində başlanmış və bələdiyyələrin Yerli Özünüidarə haqqında Avropa Xartiyası standartlarına cavab verə bilən səviyyəyə çatdirilması üçün ardıcıl layihə və tədbirlərin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır. Həmçinin, bələdiyyələrin inkişafı və maraqlarının dəstəklən məsi istiqamətində həyata keçiriləcək vəkillik kompaniyasının məqsədlərindən biri də Azərbaycanda bələdiyyələrin inkişafi üzrə dövlət proqramının mərkəzi hökumət tərəfindən qəbul edilməsinə nail olmaqdır. Bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı sahəsində, eləcə də dövlət sosial iqtisadi inkişaf strategiya və proqramlarında bələdiyyələrin vəzifə və səlahiyyətlərinin müəyyənləşdirilməsi üçün ardıcıl olaraq, kompleks tədbirlər həyata keçirilməlidir. Aran təşkilatının Azərbaycanda yerli özünüidarə sisteminin təkmilləşdirilməsi sahəsində perspektiv fəaliyyət istiqamətləri əsasən aşağıdakıları özündə ehtiva edir;

  • Azərbaycanda əksmərkəzləşmə islahatlarının sürətləndirilməsinə dəstək verməklə bələdiyyələrin səlahiyyətlərinin artırılması

  • Bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə dəstək

  • Bələdiyyələrin maliyyə mənbələrinin genişləndirilməsi istiqamətində fəaliyyət (xidmət sahələri, əlavə gəlir mənbələri və s.)

  • Mərkəzi hökumət-əhali-bələdiyyə münasibətlərinin müasir standartlara uyğun qurulması

  • Bələdiyyələrin inkişafı üzrə dövlət proqramının qəbul edilməsinə nail olmaq

  • Yerli özünüidarə strukturlarlarının institusional inkişafına dəstək

  • Azərbaycan Respublikası sosial iqtisadi inkişaf üzrə dövlət proqramlarında bələdiyyələrin iştirak və fəaliyyətlərinə dəstək

Ümidvarıq ki, geniş oxucu kütləsinin istifadəsinə təqdim olunan Azərbaycanda Yerli Özünüidarə Hüququnun Əsasları kitabı bələdiyyələrin inkişafı prosesinə layiqli bir töhvə və Sizin sevimli stolüstü vəsaitiniz olacaqdır.
Rauf Əliyev : Aran Humanitar Regional İnkişaf Təşkilatının Direktoru

Yerli özünüidarə anlayışı
Bütün dünyada demokratiyanın əsas mərhələsi kimi qiymətləndirilən yerli özünüidarəetmə uzun tarixi bir inkişaf yolu keçmişdir. Belə ki, eramızdan əvvəl qədim Romada meydana gəlmiş bu idarəetmə forması müxtəlif ölkələrdə özünəməxsus tarixi inkişaf yolu keçərək demokratik dəyərlər əsasında aparılan islahatlar nəticəsində tam şəkildə formalaşmışdır. Yerli özünüidarəetmə praktikası uzunmüddətli bir tarixi dövrü əhatə etməklə müxtəlif formalara malik idarəçilik ənənələrilə zənginləşmişdir. Səmimi qəbul etmək lazımdır ki, hazırda yerli özünüidarəetmənin mövcud olduğu inkişaf etmiş dünya ölkələrində dövlətin və ya hakimiyyətin idarə edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Hörmətli oxucular, bu gün “Yerli özünüidarəetmə nədir?” sualının Azərbaycan ictimaiyyəti üçün aydınlaşdırılmasına çox böyük ehtiyac vardır. Çünki, bu idarəetmə formasının indiki modeli bizim ölkəmiz üçün yeni bir idarəetmə institutudur. Lakin, Azərbaycan tarixində hələ orta əsrlər dövründə mövcud olmuş şəhər özünüidarəsi (Şəki, Şamaxı xanlıqlarındakı müstəqil şəhər idarəetməsi və s.), eləcə də sovet dövründəki XDS-lar (şəhər şuraları), kolxoz-kooperativ idarəçiliyi əslində yerli özünüidarəetmə formaları sayılırdı. Dünyada yerli özünüidarəetmənin inkişafı təbii obyektiv proses kimi, əsasən daha çox XX əsr üçün xarakterik olmuşdur. Həmçinin bu prosesin özü heç də həmişə rəvan getməmişdir. Müxtəlif mərhələrdə hakimiyyətin totalitar rejim meyllərinə xas olan mərkəzləşmə prinsipləri vasitəsilə ləngidilmiş, lakin yenidən surətlənməyə məcbur olmuşdur. Yerli özünüidarəetmənin dünya təcrübəsində hakimiyyətin bir qolu olaraq formalaşması, əsasən; - anqlosakson, kontinental (fransız), qarışıq və sovet modelləri tipində tanınmışdır. Müasir dövrümüzdə isə yerli özünüidarə hər bir demokratik quruluşa malik ölkənin hüquqi dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri hesab olunur. Onun təşkilinin məqsədi, vəzifəsi, dövlət və hakimiyyət tərəfindən ona verilmiş səlahiyyət, məsuliyyət və fəaliyyət formalarının nədən ibarət olması haqqında insanların tam aydın şəkildə məlumatlılığı zəruridir ki, o, demokratik prinsiplər əsasında formalaşaraq inkişaf etsin.

Ona görə də Sizə təqdim olunan bu kitabın əsas məqsədi ondan ibarətdir ki, respublikamızda son onillikdə yeni idarəetmə forması kimi həyata keçirilən yerli özünüidarəetmənin hüquqi əsasları haqqında əhalinin, bələdiyyə fəaliyyəti ilə məşğul olan şəxslərin və ümumiyyətlə ictimaiyyətin məlumatlandırılmasına kömək edək. Bunun üçün birinci növbədə “Yerli özünüidarə nədir?” sualının şərhinə ehtiyac duyuruq.

Məlum olduğu kimi, hər bir dövlətin ərazisi özünə məxsus ərazi vahidi bölgüsünə və onun idarəetmə formasına malikdir. Siyasi quruluşundan asılı olmayaraq hər bir dövlətin idarəetmə formaları əsasən 2 yerə ayrılır:



  1. Mərkəzi idarəetmə;

  2. Yerli özünüidarəetmə.

Mərkəzi idarəetmə dövlətin və hakimiyyətin strukturları tərəfindən konstitusiya əsasında ölkənin idarə olunmasıdır. Bu idarəetmədə “aşağıdan yuxarıya tabeçilik əsasında” dövlətin bütün ərazisinin nümayəndəliklər - mərkəzi və regionlar üzrə ərazi vahidləri vasitəsilə idarəçiliyidir.

Yerli özünüidarə “...yerli özünüidarə orqanlarının qanun çərçivəsində məsuliyyəti öz üzərinə götürərək yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı başa düşülür” (“Yerli özünüidarə haqqında” Avropa Xartiyası, 3-cü maddə). Daha sadə şəkildə desək, yerli özünüidarə konstitusiyalı quruluşun əsası kimi, vətəndaşların qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək formasıdır. Yəni bu idarəetmə kollegial olmaqla “aşağıdan yuxarı” idarəetmə forması kimi insanların- əhalinin özü-özünü idarəetməsidir.

Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlət idarəçiliyində hakimiyyət və yerli özünüidarəetmə sisteminin vəhdətinin yaradılması çox zəruridir. Belə ki, dövlət idarəetməsi sistemi o zaman güclü olur ki, orada səmərəli fəaliyyət göstərən yerli özünüidarəetmə institutu mövcuddur.

Yerli özünüidarə institutunun müxtəlif ölkələrdə yerli, milli və mənəvi dəyərlər nəzərə alınmaqla yaradılmasına baxmayaraq, bütün dövlətlər üçün eyni və xarakterik qəbul olunmuş ümumi prinsiplər də vardır. Yerli özünüidarənin təşkili zamanı nəzərə alınan həmin ümumi prinsiplər aşağıdakılardır:


  1. Hüquqı bazanın mövcudluğu;

  2. Müəyyən inzibat - ərazi vahidinə malikolmaq;

  3. Seçkilər vasitəsilə formalaşmaq;

  4. Yerli əhəmiyyətli məsələləri həll etmək;

  5. Səlahiyyətləri çərçivəsində müstəqil şəkildə qərar qəbul etmək;

  6. Müstəqil maliyyə resursuna malik olmaq.


Yerli özünüidarəyə dair hüquqi bazanın zəruriliyi;
Dünya ölkələrinin yerli özünüidarə ilə bağlı praktikasından aydın görmək olur ki, onun formalaşması və gündəlik fəaliyyətinin təşkili hər bir ölkənin öz konstitusiyası və qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, dövlət hakimiyyəti orqanları yerli özünüidarənin (bələdiyyələrin) təşəkkülü və inkişafı üçün zəruri hüquqi, təşkilati və maddi- maliyyə şəraiti yaradır, yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərir. Bu köməkliyin hamısı qanunvericiliklə nəzərdə tutulan hüquqi normalar əsasında həyata keçirilir. Təbiidir ki, əgər bu hüquqi normalar olmasa, yerli özünüidarə orqanlarının fəaliyyətinin həyata keçirilməsi prosesində hərc-mərcilik yaranar, onlar öz səlahiyyət, vəzifə və fəaliyyətlərini səmərəli şəkildə həyata keçirə bilməzlər. Ona görə də dövlət hakimiyyəti ilə yerli özünüidarə orqanlarının səlahiyyət və məsuliyyətlərini bir-biruindən ayıran qanunvericilik bazasının olması çox zəruridir.

Yuxarıda qeyd edildiyi kimi, yerli özünüidarə institutunun statusu, təşkili və fəaliyyətinin əsasları hər bir ölkənin daxili konstitisiyası və qanunvericilik bazası ilə tənzimlənməsinə baxmayaraq, artıq yerli özünüidarə orqanları, demokratik dəyərləri özündə əks etdirən bir qurum kimi beynəlxalq maraq qazanmış və onu dəstləkləyən nüfuzlu təşkilatların yaranmasına səbəb olmuşdur ki, belə təşkilatlardan biri də Avropa Şurası yanında fəaliyyət göstərən Yerli və Regional Hakimiyyətlər Konqresidir. (AYRHK)

Avropa ölkələrində, eləcə də dünyada yerli özünüidarə orqanlarının təşkili prinsipləri, müstəqilliyinin müdafiəsi, onların rolu və fəaliyyətinin gücləndirilməsi məqsədi ilə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 1985-ci ilin oktyabr ayının 15-də “Yerli özünüidarə haqqında” Avropa Xartiyası (əsasnamə) qəbul edilmişdir. Beləliklə, yerli özünüidarə orqanlarının statusu, mərkəzi hakimiyyətlə münasibətlərinin tənzimlənməsi, iqtisadi əsasları və gündəlik fəaliyyətinin təşkili məsələlərini beynəlxalq normalar əsasında nizama salan yeni hüquqi sənəd meydana çıxdı.

Müqavilə formasında hazırlanmış və tarixə Avropa Xartiyası adı ilə düşmüş bu sənədin 2-ci maddəsində göstərilir ki: Yerli özünüidarənin prinsipi ölkənin qanunvericiliyində və imkan daxilində ölkənin Konstitusiyasında təsbit olunmalıdır.” Göründüyü kimi, yerli özünüidarə haqqında hüquqi bazanın olması xüsusi əhəmiyyət kəsb edir.



Müəyyən inzibati - ərazi vahidinə malik olmaq.
Yerli özünüidarənin həyata keçirilməsi üçün ən zəruri və vacib prinsiplərdən biri də onun müəyyən ərazi hüdudlarına malik olmasıdır. Ərazi vahidi dedikdə, məlumdur ki, hər bir ölkənin özünəməxsus inzibati ərazi bölgüsü mövcuddur. Bu ərazi hüdudlarını hər bir dövlətin və ya hakimiyyətin aidiyyəti orqanları tərəfindən qəbul edilmiş hüquqi normativ aktlar əsasında müəyyənləşdirilir. Və hər bir ölkənin həmin inzibati ərazi vahidlərinin fərqli idarəetmə sistemləri vardır. Lakin cüzi fərqlər (səlahiyyətlərlə bağlı ) nəzərə alınmazsa, bütün dövlətlərin ərazi vahidlərində həyata keçirilən yerli özünüidarəetmə sahəsində oxşarlıq vardır.

Həmin oxşar cəhətlərdən biri olan ərazi hüdudlarının müəyyən edilməsinin üstün cəhəti ondan ibarətdir ki, əvvala, yerli özünüidarə orqanlarının fəaliyyət sərhədlərini təyin edir, ikincisi, onların öz səlahiyyət və məsuliyyətlərini həmin ərazi hüdudları çərçivəsində həyata keçirməsini müəyyənləşdirir, üçüncüsü, yerli özünüidarə prosesində meydana çıxa biləcək ərazi mübahisələri və pərakəndəliyinin qarşısını alır. Yerli-yersiz olaraq ərazi hüdudlarının dəyişdirilməsinə imkan vermir. Ona görə də bu məsələ “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 5-ci maddəsində xüsusi olaraq qeyd olunmuşdur: “Yerli ərazi bölgüsü ilə əlaqədar hər hansı bir dəyişiklik zamanı əvvəlcədən müvafiq yerli özünüidarə orqanları ilə məsləhətləşmək zəruridir, qanunun yol verdiyi hallarda bu dəyişikliklər referendum keçirilməsi yolu ilə edilə bilər.”

Göründüyü kimi, yerli özünüidarə üçün ərazi prinsipinin vacibliyi, hətta ərazi ilə bağlı hər hansı bir dəyişikliyin edilməsi üçün referendumun keçirilməsinin zəruri olması, bu məsələnin nə qədər ciddi olduğunu göstərir.

Seçkilər vasitəsilə formalaşmaq;
Yerli özünüidarə demokratik idarəetmə sistemi kimi cəmiyyətdə və dövlətdə hakimiyyətin təşkili və həyata keçirilməsinin əsas prinsiplərini özündə əks etdirən konstitusion quruluşun əsaslarından biridir. Ona görə də onun orqanları vətəndaşlar arasından azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət olur və onun təşkili hər bir ölkənin özünəməxsus qanunvericilik bazası ilə tənzimlənən seçki qaydaları əsasında həyata keçirilir. Belə ki, seçki hüququ olan hər bir vətəndaşın yerli özünüidarə orqanına seçilmək və seçmək hüququ vardır, həmin hüquq siyasi baxışına, mənşəyinə, dilinə, dininə, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə görə birbaşa və dolayısı ilə və ya başqa formada məhdudlaşdırıla bilməz.

Azərbaycan Respublikasında yerli özünüidarə orqanlarına seçkilər çoxmandatlı seçki əraziləri üzrə keçirilir. Seçki Məcəlləsinə (2003) əsasən seçkilərdə iştirak etmək üçün minimal yaş həddi 18 yaş göstərilir.( o cümlədən yerli seçkilər). Seçkilər günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları mənşəyi, siyasi baxışları, sosial və əmlak vəziyyətləri, irqi və milli mənsubiyyəti, cinsi, təhsili, dili, dinə münasibəti, peşəsi, məşğuliyyət növü və xarakterindən asılı olmayaraq bələdiyyə orqanlarına seçə və seçilə bilərlər.



Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətsiz hesab olunan şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər. Seçicilər bələdiyyə seçkilərində bərabər əsaslarla iştirak etməklə bilavasitə namizədin lehinə və yaxud əleyhinə səs verirlər. Ərazi seçki komissiyaları seçki gününə ən geci 95 gün qalmış təşkil olunur. Seçkilərin keçirilməsi və səsləri hesablamaq məqsədilə məntəqə seçki komissiyaları təşkil olunur. Məntəqə seçki komissiyaları isə seçkilərə 80 gün qalmış ərazi-dairə seçki komissiyaları üzvlərinin seçildiyi qaydada seçilirlər. Müvafiq seçki komissiyalarının (MSK, DSK, MnSK) öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar aşağı seçki komissiyaları üçün məcburidir. Seçki komissiyaları bələdiyyə üzvlüyünə namizədin qanunla nəzərdə tutulmuş sənədlər və MSK-nın müəyyən etdiyi qaydada bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsinə dair yazılı razılığı olduqda qeydə alırlar. Namizəd seçkilərə ən geci 48 saat qalana qədər istədiyi vaxt öz namizədliyini geri götürə bilər. Bələdiyyə üzvlüyünə namizəd qeydə alındıqdan sonra, müvafiq seçki ərazisində prokurorun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə və həbs edilə bilməz, eləcə də məhkəmə qaydasında müəyyən edilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Yalnız o hal istisna edilir ki, qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, o, tutula bilər və onun saxlanmasına qərar verən müvafiq prokurorluq və ya məhkəmə orqanları namizədin qeydə alındığı seçki komissiyasına bu barədə dərhal xəbər verməyə borcludurlar.


Yerli əhəmiyyətli məsələləri həll etmək;
Əhalinin yerli əhəmiyyətli məsələlərin həllində iştirakının təmin edilməsi yerli özünüidarə orqanlarının başlıca vəzifəsidir. Bələdiyyələr yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etmək hüququna malikdirlər. Əhali yerli əhəmiyyətli məsələlərin həllini birbaşa və ya bilavasitə həyata keçirə bilər. “Bələdiyyələrin Statusu Haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə uyğun olaraq, əhali yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təklif vermək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədilə həmin bələdiyyə ərazisində öz yığıncaqlarını keçirə bilərlər. Yerli sosial müdafiə və sosial inkişaf proqramları üzrə fəaliyyətlər də bu qanunun 4-cü maddəsində göstərildiyi kimi, məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Yerli sosial müdafiə proqramları isə, bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Lakin, qanunda göstərilir ki, yerli sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirərkən bələdiyyələr bu sahədəki məsələlər üzrə dövlət orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər(maddə 4, 3-cü bənd). Bəs bu sahəni əhatə edən proqramlar hansılardır?; məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin vəsatışının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanması, mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanması, informasiya xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, qocalara xəstələrə, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına, gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər. Göründüyü kimi, sadalanan müvafiq sahələr sırf yerli özünüidarənin daha çox məşğul ola biləcəyi sahələrdir ki, burada da mərkəzi hakimiyyət tərəfindən yerli özünüidarə fəaliyyətinin məhdudlaşdırılmasına imkan yaranması ehtimalı yaranır. Burada konkret, müstəsna vəzifə və səlahiyyətlərin müəyyən edilməsi ilk növbədə ikili məsuliyyətlərin aradan qaldırılmasına, mübahisə döğuran məqamlardan xilas olmağa imkan yaratmış olardı.

Yerli məsələlərin həllində iştirak etməkdə əhalinin bələdiyyənin fəaliyyəti üzrə məlumatının olması əhəmiyyətli faktorlardan biridir. Ona görə də bələdiyyə fəaliyyətində aşkarlıq prinsipinin diqqətdə saxlanması, yerli əhəmiyyətli problemlərin müəyyən olunmasında əhalinin rəyinin nəzərə alınması mühüm rol oynayır. Bələdiyyələrin nizamnaməsinə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələr rəsmən elan edilməlidir. Yerli özünüidarə orqanları öz fəaliyyətlərində yerli əhəmiyyətli problemlərin həlli istiqamətində və bələdiyyə quruluşunun sosial-iqtisadi inkişafı ilə bağlı kompleks proqramlar qəbul edir, həyata keçirir ki, bunlar da məqsədli xarakter daşıyır. Bələdiyyə qanunvericiliyi bələdiyyənin sosial-iqtisadi inkişaf proqramlarının məqsədli xarakter daşıdığı halda həmin müddətə nəzərdə tutulduğunu müəyyənləşdirməlidir. Bu müddəti bələdiyyələr müstəqil şəkildə müəyyən edir. Bələdiyyələrin qeyd olunan proqramlarının planlaşdırıldığı müddət həmin ərazidə iqtisadiyyatın sabitliyindən, planların müəyyənləşdirilməsi mənbələrindən və digər amillərdən asılı olaraq uzun və qısamüddətli dövrə nəzərdə tutula bilər. Bələdiyyələrin inkişaf proqramları və planlarının layihələri onun icra strukturlarında (şöbələr, bölmələr) işlənib hazırlanır və bələdiyyə iclasında təsdiq olunur. Həmçinin, bələdiyyələrin iqtisadi və sosial inkişaf proqramları yerli əhalinin əsas yaşayış üçün lazım olan tələbatlarının ödənilməsi, əhalinin sosial müdafiəsi və bazar infrastrukturunun yaradlması məsələrini əhatə etməlidir. Bunlar əsasən, iqtisadi-sosial, sosial-mədəni, kommunal-məişət, tikinti-inşaat, təhsil və səhiyyə, nəqliyyat və rabitə, ticarət və əhaliyə digər xidmətlər üzrə planlar olmaqla yerli əhəmiyyətli problemlərin həlli xarakteri daşıyırlar. Müvafiq proqramların qəbul edilməsi zamanı nəzərə alınmalıdır ki, bələdiyyənin ərazi üzrə sosial-iqtisadi inkişafının planlaşdırılması dövlət hakimiyyəti orqanlarının regional plan və proqramları ilə ziddiyyətə və təkrarlanan fəaliyyətlərə yer qalmasın.

Bələdiyyələrlə mərkəzi hakimiyyət strukturlarının səlahiyyətləri arasında konkret bölgünün başa çatdırılmaması mövcud şəraitdə bir çox yerli əhəmiyyətli məsələlərin həlli prosesini ləngidir. Yerli icra hakimiyyətləri və onların kənd və qəsəbələr üzrə ərazi nümayəndəliklərinə həvalə olunan və əslində daha çox bələdiyyələrin səlahiyyət sferalarına yaxın məsələlər yerli özünüidarə orqanlarını yerli əhəmiyyətli məsələlərin həlli prosesindən kənarda qoyur. Bələdiyyələrin statusu və fəaliyyəti ilə bağlı qanunvericilikdən irəli gələn bu cür problemlər nəticə etibarı ilə yerli icra hakimiyyətlərinin bələdiyyələr üzərində güclü təsir imkanlarının təmin olunmasına gətirib çıxarır. Bir sıra məsələlərdə isə bələdiyyələr bu orqanların hətta müəyyən strukturları ilə bu və ya digər dərəcədə hesablaşmağa məcbur olurlar. Məsələn, bələdiyyə mülkiyyətindəki torpağın özgəninkiləşdirilməsi, icarəyə verilməsi zamanı yerli icra və mərkəzi hakimiyyət orqanlarının müvafiq (memarlıq, əmlak və s.) idarələri ilə razılaşdırmalıdırlar. Halbuki, sadalanan müvafiq strukturların bələdiyyələrin icra aparatında da yaradılması məqsədəuyğun olardı.
Səlahiyyətləri çərçivəsində müstəqil şəkildə qərar qəbul etmək;
Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının müəyyən etdiyi çərçivədə hər bir yerli özünüidarə orqanının müstəqil surətdə qərar qəbul etmək səlahiyyətləri tanınır. Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi hədd və müddətdə onların səlahiyyətləri dairəsindən çıxarılaraq digər hakimiyyət orqanının səlahiyyətinə verilməmiş hər hansı bir məsələ üzrə tam müstəqil və sərbəst qərar qəbul edə bilərlər. Həmçinin, yerli özünüidarəyə şamil olunan müvafiq hüquqlar bir çox dünya ölkələrinin konstitusiya və qanunlarında təsbit olunmuş hüquqi normaya çevrilmişdir.

Azərbaycan Respublukası Konstitusiyası yerli özünüidarə orqanlarının müstəqilliyinə təminat verərək, bələdiyyələrin səlahiyyətləri çərçivəsində sərbəst fəaliyyətlərinə zəmin yaradır, qanunvericilik bu səlahiyyətlərin məhdudlaşdırılmasını qadağan edir.

Yerli özünüidarə orqanlarının səlahiyyətləri yerli əhalinin seçkili və digər orqanlarının müvafiq ərazidəki vəzifə və funksiyalarının həyata keçirilməsi üçün zəruri olan bələdiyyə hüquq və normalarının məcmusudur. Yerli özünüidarənin səlahiyyətləri bələdiyyə ərazisindəki əhali ilə yanaşı bələdiyyə orqanları və onun vəzifəli şəxsləri tərəfindən həyata keçirilir. Müvafiq səlahiyyətlər isə yerli özünüidarə üzrə normativ hüquqi aktlarla (bələdiyyələrin reqlamenti, intizam qaydaları və s.) və bələdiyyə nizamnamələri ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, bələdiyyələr öz ərazilərində hasil edilən təbii ehtiyatların istifadəçilərindən haqq (o cümlədən natura şəklində) ala bilərlər. Yerli özünüidarə orqanlarına torpaq və təbii ehtiyatlardan istifadə sahəsində dövlət orqanları tərəfindən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsi həvalə oluna bilər. Bu zaman həmin səlahiyyətlərin həyata keçirilməsi üçün nəzərdə tutulan maliyyə vəsaiti bələdiyyə büdcəsinə keçirilir, onların reallaşdırılmasına nəzarəti isə dövlət orqanları edirlər. Bələdiyyələr yerli əhalinin ehtiyaclarını qarşılamaq üçün bir sıra, o cümlədən kommersiya fəaliyyətlərini həyata keçirəcək hüquqi şəxslərin yaradılması sahəsində də müstəqil səlahiyyətə malikdirlər. Belə müəssisələr ərazi sakinlərinə xudmət göstərmək, habelə bələdiyyənin maliyyə ehtiyaclarının ödənilməsinə yönəldilicək mənfəətin əldə olunması məqsədilə yaradıla bilər. Bələdiyyənin aktlarında göstərilən xüsusi vergi prosedurlarına müvafiq olaraq, bu müəssisələr istehsalat xərclərini və məcburi ödənişləri azaldan və təqdim olunan xidmətlərin keyfiyyətini artıran vergi imtiyazlarından faydalana bilərlər. Aşağı keyfiyyətli və bahalı xidmətlər göstərən dövlət və özəl təşkilatları ilə müqayisədə bələdiyyələrin təsis etdiyi müəssisələr orta təbəqənin ehtiyaclarını daha səmərəli şəkildə ödəyə bilər. Məsələn, Aran təşkilatının birbaşa dəstəyi ilə mərkəzi regionun 10 bələdiyyəsində 2005-ci ildən etibarən təşkil edilmiş müxtəlif bələdiyyə xidmət sahələri (aqrotexniki xidmət, yardımçı təsərrüfat və s.) bu gün də əhaliyə keyfiyyətli və səmərəli bələdiyyə xidmətləri göstərirlər. Burada bələdiyyə xidmətinin genişləndirilməsi və səmərəli təcrübədən yararlanmaq üçün rəqabət imkanlarının mövcudluğu da mühüm rol oynayır. Başqa sözlə, zəif bələdiyyələrdə müvafiq xidmət işinin təşkili səmərə verməyə bilər. Lakin, son illərin təcrübəsi göstərir ki, bu sahədə mövcud olan bəzi əngəllər (bürokratiya, inhisarçılıq və s.) də bələdiyyələri bu sahədə aktiv fəaliyyət göstərməkdə ruhdan salır.

Bundan başqa, yerli özünüidarə orqanları yerli əhalinin mənafeyi üçün qanunla müəyyən edilmiş qaydada xarici iqtisadi fəaliyyətlə də məşğul olaraq xarici sərmayədarların iştirakı ilə öz ərazisinə investisiya cəlb edə, birgə müəssisələr yarada, əhalinin ehtiyaclarına uyğun məhsullar ala və sata bilər, eləcə də qanunun yol verdiyi sahələrdə xarici həmkarları ilə müqavilələr bağlaya bilərlər.
Müstəqil maliyyə resursuna malik olmaq;
Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsaslarının ümumi qaydası bələdiyyə nizamnaməsilə müəyyənləşdirilir. Burada yerli maliyyəni əsasən iki qrupa – büdcə vəsaitlərinə və büdcədənkənar vəsaitlərə bölmək olar.

Azərbaycan Respublikasında bələdiyyələrin maliyyə-büdcə fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar dövlət və yerli özünüidarə orqanları tərəfindən müstəqil olaraq qəbul edilir. Belə ki, dövlət tərəfindən qəbul edilən normativ hüquqi aktlara “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublukası qanunları və o cümlədən Azərbaycan Respublukasının Konstitusiyasına zidd olmayan digər müvafiq qanunlar aiddir. Həmçinin yerli özünüidarə orqanlarının maliyyə-büdcə fəaliyyəti həm də Azərbaycan Respublukası Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları ilə nizamlanır. Burada yerli özünüidarə orqanlarının öz maliyyə-büdcə sistemini tənzimləmək üçün səlahiyyətləri daxilində müstəqil qərar qəbul etmələri, maliyyə imkanlarını artırmaq istiqamətində sərbəst fəalyyət imkanlarına malik olmaları da əhəmiyətli rol oynayır. Məlumdur ki, bələdiyyə institutunun yaradılmasında əsas məqsədlərdən biri də sosial iqtisadi sistemdə əksmərkəzləşməyə nail olmaq və ölkənin inkişafında yerli özünüidarə orqanlarının sosial müdafiə sahəsində dövlət inhisarçılığına alternativ sektor kimi meydana çıxması olmuşdur. Lakin, indıki maliyyə imkanlarının məhdudluğu şəraitində hələlik, bələdiyyələrin sosial müdafiə sahəsində normal fəaliyyət göstərə bilməsi təmin olunmamış vəziyyətdədir. Çünki, məhdud maliyyə vəsaitləri şəraitində hər hansı problemin həllini həyata keçirə biləcək proqramların icrası mümkünsüz olur. Bu isə bələdiyyə qurumlarının müstəqil şəkildə fəaliyyət göstərməsinin zəruri şərtlərindən biridir. Baxmayaraq ki, müvafiq sahədəki beynəlxalq hüquq normaları və beynəlxalq müqavilələr çərçivəsində yerli özünüidarənin maliyyə fəaliyyətinin prinsipləri yerli özünüidarə orqanlarının iqtisadi siyasət sahəsində öz funksiyalarını müstəqil surətdə həyata keçirmək üçün kifayət qədər maliyyə vəsaitlərinə və vasitələrinə malik olmaq hüququnu ehtiva edir ( Yerli Özünüidarə Haqda Avropa Xartiyası, maddə 9), indiki halda bələdiyyələrin maliyyə imkanları müvafiq tələblərə cavab vermək iqtidarında deyildir. Aparılan təhlillər göstərir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyaların həcmi bələdiyyələrin ehtiyacları üzrə deyil, dövlət maliyyə orqanlarının subyektiv mülahizələri əsasında tərtib edilir. Bu da formal xarakter daşıdığından bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasında cüzi təsir gücünə malik olur.

Qanunvericilikdə yerli büdcənin gəlirləri sırasına həm də yerli və beynəlxalq (xarici) təşkilatlar tərəfindən ayrılan qrantlar da daxildir. Ancaq, bələdiyyələrin qrant layihələri hazırlamaq sahəsində bilik və bacarıqlarının zəif olması bu istiqamətdəki fəaliyyətlərin çətinləşməsinə səbəb olur. Bələdiyyələr tərəfindən indiyədək həyata keçirilmiş layihələr əsasən, mahiyyət etibarı ilə bəzi kiçik həcmli sosial problemlərin həll edilməsindən və xırda xidmət obyektlərinin formalaşdırılmasından ibarət olub.


Download 2,51 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish