57
V BÖLÜM
RADİO XƏBƏRİN HAZIRLANMASI /
MÜXTƏLİF XƏBƏR MƏNBƏLƏRİNDƏN İSTİFADƏ
1.
Qəza xidmətləri.
Bir çox ölkələrdə polis,
yanğınsöndürmə və təcili tibbi yardım xidmətləri
media qurumları ilə əlaqələrini qoruyur. Kütləvi
informasiya vasitələri bu mənbələrin informasiyasına
ehtiyac duyur və elə məhz bu səbəbdən də
onlarla müntəzəm əlaqə saxlayır. Qəza-xilasetmə
xidmətləri də medianın yardımına ehtiyac duyur.
Necə? Məsələn, baş verən hansısa qəzadan sonra
şahidlərin meydana çıxıb polisə kömək etməsi və
ya cinayətkarlıq əməlində iştirak edən birinin aşkar
edilməsi, xəstəxanaya tanınmaz halda gətirilib orada
keçinən bir şəxsin qohumlarının tapılması üçün
media vasitəsilə əhaliyə müraciət edilə bilər. Bəzən
bir qəza baş verdiyi zaman insanlar qəza xidməti ilə
yanaşı, KİV-ə də zəng edirlər. Məhz bu xidmətlərlə
yaxşı əlaqələrin qurulması son dərəcə önəmlidir.
Çünki böyük hadisələr baş verdiyi zaman təfərrüatları
öyrənmək üçün ən dəqiq qaynaq məhz onlardır.
2.
Yerli əlaqələr.
İctimaiyyətin nümayəndələri hər
hansı hadisə haqqında informasiya vermək, ya da öz
başlarına gələni danışmaq üçün radiostansiyaya zəng
edirlər. Təbii ki, bunun üçün onları ruhlandırmaq və
təşviq etmək gərəkdir. İnsanlar həm də ətraflarında
gördükləri, yaşadıqları yerin problemlərindən bəhs
edə bilərlər. Amma jurnalist hadisəni izləyirsə,
işıqlandırırsa, onu hər tərəfli işıqlandırmalıdır.
3.
Press-relizlər.
Çox faydalı informasiya mənbəyi
ola bilər. Lakin yalnız və yalnız xəbərin bazası kimi
çıxış etməlidirlər. Jurnalist press relizin qaynağı ilə
əlaqə saxlayıb daha ətraflı informasiya almalıdır.
Bu qaynaq qurumun mətbuat və ya ictimaiyyətlə
əlaqələr şöbəsi də ola bilər, qurumun media ilə
əlaqələrini təmin edən mediakonsern də. Ancaq
son dərəcə diqqətli olmalısan: heç zaman unutma
ki, press-relizlər xəbərin bir tərəfini əks etdirir,
onu yazan mütəxəssislər də hekayənin yalnız öz
tərəflərindən görünən tərəflərini sizə təqdim edirlər.
Çox ola bilsin ki, o press-relizin arxasında daha böyük
informasiya durur və sən jurnalist olaraq hekayəni
daha dərindən araşdırmalısan. Misalı nəzərdən
keçirək.Ümumiyyətlə, radio bu materialdakı olayı
işıqlandırmaqda qərarlaşdırırsa, jurnalist ilk növbədə
press-relizi yayan qurumla əlaqə saxlamalı və ona
uyğun sualları verməlidir. Məsələn, burada həmin
gənclərin hansı əsasla seçildiyi (müəyyən fakültədə
oxuduqlarına görə, yaxud şəxsi istək əsasındamı),
bu tərəfdaşlığın hansı şəkildə davam etdirilməsinin
planlaşdırıldığı kimi suallarla müraciət edilə bilər və
bununla da məhz həmin radioda səslənən informasiya
digərlərindən fərqli olacaqdır.
Digər tərəfdən, Azərbaycanda bu institut yeni-
yeni formalaşsa da, böyük korporasiyaların yaxşı
təşkil edilmiş PR komandaları var ki, onlar sizə yaxşı
informasiya verməyə daim hazırdırlar. Çünki onların
işi məhz budur. Lakin qeyri-peşəkar mətbuat katibi və
ya PR menecerin göndərdiyi press- relizdə ya tədbirin
tarixi göstərilməz, ya səhvən əlavə informasiya
Do'stlaringiz bilan baham: