59
V BÖLÜM
RADİO XƏBƏRİN HAZIRLANMASI /
RADIO ÜÇÜN XƏBƏRLƏRİN YAZILMASI
Yaponiyanın aylıq
ticari balans defisiti
iki dəfədən çox
artıb rekord səviyyə
çatıb, zəifləyən
valyuta yanacaq
idxalınının dəyərinə
təsir edib, eyni
zamanda ixracat
zəifləyib. Yaponiya
19 aydır ki, ardıcıl
olaraq böyük ticari
defisit barədə
çap edir, dövlətin
stimulyasiya
siyasətinin geri
effektə səbəb
olması narahatlığın
artmasına səbəb
olur.
Bu xəbəri təxminən
belə bir dəyişiklik
etməklə vermək
olar:
Yapon
iqtisadiyyatında
vəziyyət pisdir...
Son iki il ərzində
ticarət balansı iki
dəfə artmışdır.
Bu o deməkdir
ki, ölkə ixracdan
çox idxal edir.
Problemi yaradan
səbəblərdən
biri yapon milli
valyutası olan
yenin zəifləməsidir.
Ona görə də idxal
edilən yanacağın
qiyməti artır,
ixracatın həcmi
isə düşür. Belə
görünür ki, dövlətin
iqtisadiyyata stimul
vermək cəhdləri
uğursuzluqla
nəticələnib.
Qulaq üçün yazmaq... göz üçün yazmaqdan fərqlidir.
Dinləyici səsi geri fırlada, yenidən oxuda, yenidən
dinləyə bilməz. Elə buna görə də jurnalist aydın
yazmalı və yazdıqları birmənalı olmalıdır. Həddən
artıq çox sifət işlətmə, lakin situasiyanı aydınlaşdıran,
təhkiyəni daha da rəngli edən bir neçə sifətdən
istifadə et. Məsələn, “Bakı küçələrindəki son əlavə
London taksiləri oldu. Lakin Britaniya paytaxtının
ənənəvi “qara” taksiləri”ndən fərqli olaraq, bizim
taksilər tünd, parlaq bənövşəyi rəngdədirlər. Bu
taksilər sürətli, rahat və genişdirlər.... onlar demək
olar ki, bütün küçələrdə hərəkət istiqamətini
dəyişmədən öz ətraflarında manevr edə bilirlər”.
Qusursuz qrammatika və təmiz üslubun önəmi
Yaxşı xəbər yazmaq üçün Azərbaycan dilinin əsas
qrammatika qaydalarını bilmək önəmlidir. Mücərrəd
sözlər əvəzinə konkret sözlərdən, vasitəli nitq əvəzinə
vasitəsiz nitqdən istifadə etmək daha yaxşıdır.
Məsələn, “Ehtimal ki, bu gün güclü yağış olacaq”
cümləsi “Növbəti 24 saat ərzində çoxlu yağıntı
düşmək ehtimalı böyükdür” cümləsindən daha
məqsədə uyğundur. Və ya “Səhiyyə Nazirliyi rəsmiləri
qəzada çoxlu tələfat olduğunu bildirir” cümləsindənsə
“Təcili yardım həkimi qəzada 7 nəfərin öldüyünü
dedi” cümləsini işlət. Yeddi dəqiq rəqəmdir, sənin
belə dəqiq bir faktın varsa, onu qoyub mücərrəd
ifadəyə qaçma. Feil formalarından dəqiq istifadə
etmək də olduqca vacibdir, xüsusən, cəm və tək
formaların seçimində diqqətli ol.
Konteksti verərkən vacib olan... durğu işarələri.
Xəbərlər və ümumi götürdükdə radio üçün yazmaq
cümlələrində çap mətbuatında istifadə edəcəyindən
fərqli bir punktuasiya istifadə edəcəyin anlamına
gəlir. Dinləyicilərinə pauzaları çox yaxşı seçilmiş
“tikə”lər verməlisən ki, mətnin hər kiçik parçasındakı
informasiyanı rahat “udsunlar” və “həzm etsinlər”.
Beləliklə, xəbəri aşağıdakı kimi yazsan, efirdə onu
oxumağı da yüngülləşdirə biləsən:
“Bu səhər ağır yol qəzası baş verib... XX küçəsində üç
avtomobil toqquşub. Beş zərərçəkmiş xəstəxanaya
çatdırılıb. Maşınlardan biri yanıb ... və yaralılardan
bəziləri ciddi yanıqlar alıb. Polis bütün şahidlərdən
(telefon nömrəsi) zəng edib, məlumat vermələrini
xahiş edir”. Durğu işarələrindən bu cür istifadə etmək
xəbəri effektiv və aydın çatdırmağa yardımçı olur.
Jarqonlardan qaçmaq da yaxşı olardı. Peşəkar
insanlar jarqon sözlərdən istifadə etməyə meyllidir
və bunu çox zaman düşünmədən edirlər. Adətən
onlar düşünür ki, diletantlar və ümumiyyətlə, hər
kəs bunu başa düşəcək... ancaq çox zaman bu sözlər
anlaşılmaz qalır. Və əgər dinləyici bir şeyi başa
düşmürsə, bir qayda olaraq qulaq asmağa davam
etmir və kanalı dəyişir. Məsələn, əgər son maliyyə
göstəricilərinə görə aşağıdakı məzmunlu bir məlumat
əlinə keçibsə, öz-özünə sual ver: “Dinləyici bunu
anlayacaqmı?”
Jarqon istifadə edən birindən müsahibə alanda da
auditoriyanın anlamayacağını düşündüyün şeyləri
izah etməsini xahiş et.
Klişelər qaçılması vacib olan ifadələrdir: istənilən
əla xəbər və ya reportaji korlayan 100%-lik vasitə
klişedir. Peşəkarlıqla hazırlanmış bir xəbəri “Yalnız
zaman göstərər” deyə bitirmək kimi. Daha orijinal bir
şey düşünə bilmirsənsə, heç nə demə.
Abbreviaturlar bu gün geniş yayılıb ... amma, onların
hamısını anlamaq heç də asan deyil. Çox dinləyici
NATO, ABŞ, AŞPA-nın nə demək olduğunu bilir,
ancaq yüzlərlə başqa abbreviaturlar da var ki, onları
yalnız müvafiq təşkilatlarda və ya həmin sahədə
çalışanlar bilir. Odur ki, adları həmişə tam həcmdə
ver, abbreviaturanı isə xəbərin sonunda bir dəfə
istifadə edə bilərsən.
Do'stlaringiz bilan baham: